Əsas məzmuna keç

24/7 açıq

Elektroforez

Dərman maddəsinin zəif elektrik cərəyanı ilə birbaşa ağrıyan nahiyəyə çatdırılması, iynəsiz və ağrısız.

Elektroforez nədir?

Dərman elektroforezi fizioterapiya üsuludur: dərman maddəsi zəif, sabit elektrik cərəyanının köməyi ilə dəri və ya selikli qişa vasitəsilə birbaşa ağrıyan, iltihablı nahiyəyə çatdırılır. Dərmana isladılmış yastıqcıqlar elektrodların altına qoyulur, cərəyan dərmanın ionlarını toxumaya doğru hərəkət etdirir. Prosedur iynəsiz və ağrısızdır, xəstə yalnız yüngül gizilti hiss edir.

Üsulun üstünlüyü dərmanın lazım olan yerə kiçik dozada çatması və orada uzun müddət təsir etməsidir. Dərman bütün bədənə yayılmadığı üçün yan təsir riski ağızdan və ya iynə ilə qəbulla müqayisədə azdır.

Qeyd: «elektroforez» sözü laboratoriyada zülal və DNT-nin ayrılması üsulu üçün də işlədilir. Bu səhifə fizioterapiyada istifadə olunan dərman elektroforezindən bəhs edir.

Elektroforez hansı hallarda təyin olunur?

Elektroforez bu kimi xəstəliklər zamanı geniş istifadə olunur:

  • ürək-damar sistemi xəstəlikləri,
  • ateroskleroz,
  • hipertoniya,
  • hipotoniya,
  • cərrahiyyə əməliyyatlardan, travmalardan, iltihablardan sonra əmələ gəlmiş çapıqların, bitişmələrin müalicəsində,
  • yanıqların müalicəsində,
  • oynaqlar və sümüklər patologiyaları zamanı (artrit, poliartrit, osteoxondroz, onurğa sütunu protruziyaları və yırtıqları),
  • LOR xəstəlikləri zamanı (tonzillit, haymorit, otit),
  • qadın cinsiyyət sistemi iltihabları və xəstəlikləri zamanı (endoservisit, endometrioz, endometrit, kolpit, uşaqlıq boynu eroziyası),
  • prostatit, sistit, pielonefrit zamanı,
  • xroniki bronxitin müalicəsində,
  • sinir sistemi patologiyaları (radikulit, nevralgiya və s.), yuxu pozulmaları, nevroz, miqren,
  • vətərlərin gərilməsi və zədələnməsi, ödemlər, ağrı sindromu,
  • ağız boşluğu və dişlərin iltihabları və s.
  • pediatriyada elektroforez geniş istifadə olunur.

Adətən müxtəlif xəstəliklərin kompleks müalicəsində (digər müalicə üsulları ilə yanaşı) istifadə olunur və sağalmanı sürətləndirir. Profilaktik məqsədi ilə istifadə olunduqda, elektroforez müstəqil şəkildə istifadə oluna bilər. Elektroforez uşaqlarda və böyüklərdə xroniki tonzillit (angina), xroniki haymorit, xroniki bronxit və s. xəstəliklərin profilaktikasında ən təsirli vasitələrdən biri sayılır.

Elektroforez zamanı müalicənin məqsədindən asılı olaraq bu kimi dərman preparatları istifadə oluna bilər: brom, lidaza, yod, maqnezium-oksid, adrenalin, papaverin, C, B1 vitaminləri, kalsium, kalium, nikotin turşusu, novokain, antibiotiklər, eufillin və s.

Elektroforez seansları həkim-fizioterapevt tərəfindən həyata keçirilir. Məhz fizioterapevt istifadə olunan dərmanı, onun dozasını, seansların sayını və s. müəyyən edir.

Elektroforezin müəyyən əks-göstərişləri var:

  • şiş xəstəlikləri,
  • ürək çatışmazlığı,
  • yüksək hərarət,
  • kəskin iltihablar,
  • ekzema, dermatit,
  • elektrodlar qoyulan yerdə yaraların, kəsiklərin olması,
  • elektrik cərəyana qarşı dözümsüzlük,
  • istifadə olunan dərman preparatına qarşı allergiya.

Prosedur necə aparılır?

Elektroforez – müalicəvi maddələrin eletrik sahəsi təsirində elektrodların üzərindən dəri (terapiya, nevrologiya, travmatologiyavə s.) və ya selikliqişalardan (stomatologiya, qulaqburunboğaz, ginekologiyavə s.) sorularaq fizioloji və patoloji proseslere bir basha təsiredir. Elektrik sahəsi eyni zamanda sinir reflector və humoral təsir göstərir.

Prosedur zamanı insanın bədəninin müəyyən sahələrinə dərmanda isladılmış parça (xaricdə daha tez-tez gel şəklində dərmanlar istifadə olunur), üzərinə qoruyucu qat (yumşaq parça) və bu bunun üzərinə isə elektrodlar qoyulur. Apparat elektrik səhə əmələ gətirir və bu elektrik sahədə dərmanın ionları hərəkət etməyə başalayır.

Bu prosedur digər üsullarla da həyata keçirilir (xüsusi vannalar istifadə oluna bilər və s.). Bəzən dərman orqanizmə oral (ağızdan), damardaxili və ya əzələdaxili yeridilir və sonra xəstə sahəyə elektrodlar qoyulur (xüsusilə nəfəsalma sistemi xəstəlikləri zamanı istifadə olunur).

Prosedur 10 dəqiqədən 30 dəqiqəyə kimi davam edə bilər, müalicə kursu 10-20 seans təşkil edə bilər. Seanslar hər gün və ya bir gündən bir keçirilir. Müalicə kursu qurtardıqdan 2-3 ay (bundan tez yox) sonra müalicəni təkrar etmək olar. Elektroforez orqanizmə iltihabəleyhinə, ağrısızlaşdıran təsir edir, əzələləri boşaldır, mübadilə prosesləri normallaşdırır, müxtəlif orqan və toxumaların qidalanmasını yaxşılaşdırır və s..

Dərman preparatların elektroforez vasitəsilə orqanizmə çatdırılmasının müxtəlif üstünlükləri var: dərman orqanizmə daha uzun müddət ərzində təsir edir və daha gec orqanizmdən çıxarılır, dərman məhz lazım olan sahəyə çatdırılır, yanaşı təsirlərin riski azdır, prosedur tam ağrısızdır, dərinin tamlığı pozulmur və s.

Elektroforez zamanı istifadə olunan dərmanların dozaları çox kiçikdir. Lakin bu effektli müalicə üçün tam kifayyət edir. Əgər dərman bu dozada peroral (ağızdan), damardaxili və ya əzələdaxili vasitəsilə orqanizmə daxil edilərsə, bu dərman lazım olan müalicəvi effekt verməyəcək. Elektrik cərəyan dərmanın aktivliyini artırır və bu səbəbdən dərman effektli müalicə üçün daha az dozalarda istifadə oluna bilər.

Tez-tez verilən suallar

Elektroforez ağrılıdırmı?

Xeyr. Prosedur zamanı elektrodların altında yüngül gizilti və ya istilik hiss olunur. Yanma və ya ağrı hiss etsəniz, dərhal fizioterapevtə deyin: cərəyanın gücü azaldılır.

Neçə seans lazımdır?

Adətən kurs 10–15 seansdan ibarətdir, seanslar hər gün və ya gündaşırı aparılır. Dəqiq sayı və istifadə olunan dərmanı həkim-fizioterapevt müəyyən edir.

Elektroforez kimlərə olmaz?

Şiş xəstəlikləri, kəskin iltihab və yüksək hərarət, ürək çatışmazlığı, dəridə yara və ekzema, dərmana allergiya və elektrik cərəyanına dözümsüzlük zamanı elektroforez aparılmır.

Son yenilənmə:

Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı

Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.

Növbəti addım

Müalicəyə haradan başlayacağınızı bilmirsiniz?

Qısa formu doldurun, həkimimiz vəziyyətinizi dəyərləndirib uyğun proqramı təklif etsin. İlin istənilən günü və saatı müraciət edə bilərsiniz.

Zəng et Randevu