Əsas məzmuna keç

24/7 açıq

Nevralji və baş ağrıları

Trigeminal, oksipital nevralji və klaster baş ağrıları — sinir mənşəli ağrının müalicəsi.

Trigeminal nevralji nədir?

3-lü sinirin hissi şaxələrinin bir sıra səbəblərin təsirindən zədələnməsi.

Bu zaman sinirin hissi şaxələrinin üzdə innervasiya etdiyi hissələrdə ağrı əmələ gəlir.

Alın, gözətrafı, yanaq, çənə və dişlərdə (hissi şaxə).

Bunlara aiddır infeksion səbəblər, mexaniki travmalar, sinir lifinin səbəbi tam olaraq bilinməyən bir səbəbdən tamlığının pozulması.

Bu hal adətən 60 yaş üstü qadınlarda müşahide olunur.

3-lü sinir ağrıları çox şiddətli olur, bəzən bir dəqiqədə bir neçə dəfə ağrı kəskinləşə bilir.

Ağrı soyuğun, küləyin, üzə toxunduqda, insanın saçını daraması, hətta saçının teli belə ağrını şiddətləndirə bilir.

Hətta bu ağrının şidətindən özuneqesd halları da ola bilir.

Müalicəsində antikonvulsantlardan ve miorelaksantlardan istifadə olunur.

Cərrahi üsul en son olaraq üçlü sinir qanqlionu kəsilərək həyata keçirilir, bu zaman ağrı və üzdə hissiyat tamamile itir.

Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin. Trigeminal nevralji nədir?

Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |

Sağlamlığınızı bizimlə bərpa edin!

Occipital nevralji nədir?

Occipital nevralji – Ənsə sinirinin çıxış nöqtəsi basın arxa yan nahiyyə memeyebənzər çıxının arxa hissəsidir. Hemin hissədə travmalara (əzələ spazmları, soyuq, külək, mexaniki təsirlər) çox meruz qaldığı üçün zədələnə bilir ve bu da özünü ağrı kimi göstərir.

Ənsə siniri nevraljisi özünü nə cur göstərir?

İlk öncə cixiş nöqtəsi palpasiya olunduqda ağrılı olur. Bəzən qefilden 1-3 saniyə çəkən sanki elektrik çarpması tərzində siddetli bir ağrı ve isinmə basın arxa-yan hissəsindən onə gicgaha doğru gəlir. Davametmə müddətinin az olmasına rəğmən ağrının siddeti çox olur.

Müalicəsində antidepressantlar, antikonvulsantlar çox effektlidir.

Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin. Trigeminal nevralji nədir?

Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |

Sağlamlığınızı bizimlə bərpa edin!

Klaster baş ağrıları

Klaster (ingilis sözü olub “cluster” – “dəstə”sözündəndir) baş ağrıları – yalnız kişilərin “imtiyazıdır” və buna görə də onu bəzən “kişi miqreni” də adlandırırlar.

Bu növ baş ağrıları, adətən, 20-30 yaşında olan kişilərdə baş verir. 60-65 yaşlarında isə, adətən,  keçib gedərək, bir daha təkrarlanmayır. Mütəxəssislər hesab edirlər ki, klaster baş ağrılarından işləyən kişilərin böyük əksəriyyəti əziyyət çəkir.

Dəstəşəkilli baş ağrıları yalnız 10 yaşdan yuxarı, əsasən, oğlan uşaqlarında olur. Baş ağrıları 1-2 illik fasilə ilə həftələr və aylarla sürən tutma dövrü ilə səciyyələnir. Bəzən ildə 1-2 dəfə – payızda və yazda ola bilər. Remissiya dövründə ağrı olmur.

Baş ağrıları əsasən yuxuda başlayır. Ağrı 30-60 dəqiqə sürən partlamalar şəklində olar, gün ərzində 2-6 dəfə təkrarlana bilər. Daim birtərəflidir və bütün həmlələrdə eyni tərəfdə olar. Ağrı başın yarısına yayılmazdan əvvəl bir gözün arxasında və ətrafında olar. Həmlə zamanı xəstə sakit dura bilmir, otaqda gəzinir– bununla da miqrendən fərqlənir (miqrenli xəstə yuxuya meyillidir). Ağrı şiddətlidir, zoqquldayan və ya sürəkli xarakterlidir. Dərinin saçlı hissəsi ödemli və həssaslığı yüksəlmiş ola bilər. Ürəkbulanma və qusma olmur. Bunlarla yanaşı, əsas xarakterik əlamətlər- başın ağrı olan yarısında vegetativ pozulmalar: gözdə konyuktivanın qızarması, həmin tərəfdə göz yaşı axması, Horner sindiromu ( ptoz, miyoz, enoftalm) , üzdə qızarma və burun tutulması ortaya çıxar.

Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.

Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |

Sağlamlığınızı bizimlə bərpa edin!

Dəstəşəkilli baş ağrısı – Qəfildən, çox şiddətli gözarxası, gözətrafı hissədə, üzün bir yarısında baş verən ağrıdır. Ağrı 15 dəqiqə ilə 90 dəqiqə arası davam edir. Ağrı zamanı, gözün arxadan önə basınc tərzi bir ağrı (sanki göz yerindən çıxacaqmış kimi) gözdə qızarma, yaş axma, gözə qum dolma hissi, üzdə tərləmə müşahidə olunur. Dəstəşəkilli baş ağrısı gün ərzində bir neçə dəfə tekrarlana bilir. Bəzən yuxudan qəfil çox şiddətli ağrı ilə dura bilir. Bəzən bu xəstələr özünəqəsd də edə bilir.Öz-özunə aylarla remissiya yarana bilir. Bu ağrını çox zaman beyin qanamalari, işemik insultlarla qarışıq salına bilir. Şüphəli məqamlarda KT və MRT müayinəsindən istifadə olunur.  Müalicəsində antikonvulsantlardan istifadə yaxşı nəticə verir.

Son yenilənmə:

Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı

Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.

Növbəti addım

Müalicəyə haradan başlayacağınızı bilmirsiniz?

Qısa formu doldurun — həkimimiz vəziyyətinizi dəyərləndirib uyğun proqramı təklif etsin. İlin istənilən günü və saatı müraciət edə bilərsiniz.

Zəng et Randevu