Kömək
Sual-cavab
Qəbul, müalicə müddəti, evdə xidmət və ödəniş barədə ən çox verilən suallar.
Qəbul
- Saytdakı «Randevu» formasını doldura, +994 12 432 87 88 nömrəsinə zəng edə və ya WhatsApp vasitəsilə yaza bilərsiniz. Mərkəzə gəlməzdən əvvəl qəbula yazılmağınız tövsiyə olunur.
- Şəxsiyyət vəsiqəsi, əvvəlki müayinə nəticələri (MRT, rentgen, KT şəkilləri və rəylər) və istifadə etdiyiniz dərmanların siyahısı. Rahat, hərəkəti məhdudlaşdırmayan geyim də faydalı olar.
- Bəli. Həkimlər səhifəsindən uyğun mütəxəssisi seçib randevu formasında qeyd edə bilərsiniz.
- Bəli, birbaşa müraciət edə bilərsiniz. Həkim ilkin müayinədən sonra lazım gələrsə əlavə müayinələr təyin edəcək.
Müalicə
- Kursun müddəti diaqnozdan və xəstəliyin mərhələsindən asılıdır. Ortopedik hallarda adətən 10–15 seans, insult və serebral iflic kimi nevroloji hallarda isə aylarla davam edən mərhələli proqram tətbiq olunur. Dəqiq plan ilk müayinədən sonra müəyyən edilir.
- Bəli. Mərkəzdə 20 yataq otağı var, xroniki xəstəliklərdən əziyyət çəkənlər və əməliyyatdan sonra həkim nəzarətinə ehtiyacı olan pasiyentlər üçün nəzərdə tutulub.
- Əksər prosedurlar ağrısızdır. Elektroforez, maqnitoterapiya, lazer və ultrasəs terapiyası zamanı yalnız yüngül istilik və ya vibrasiya hiss olunur. Zərbə-dalğa terapiyasında qısamüddətli diskomfort ola bilər, intensivlik pasiyentin dözümünə uyğun tənzimlənir.
Xidmətlər
- Bəli. Evdə fizioterapiya, masaj, tibbi baxım, serum, USM və tibbi avadanlıq kirayəsi xidmətlərimiz var. Ətraflı: Evdə tibbi xidmət.
- Bəli. Serebral iflic, tortikollis, duruş korlanmaları, skolioz və inkişaf geriliyi olan uşaqlar üçün pediatrik reabilitasiya proqramları tətbiq edirik. Loqoped xidməti də mövcuddur.
Ödəniş
- Nağd və kartla ödəniş qəbul olunur. Sığorta şirkətləri ilə əməkdaşlıq şərtlərini qəbuldan əvvəl dəqiqləşdirməyinizi xahiş edirik.
Növbəti addım
Müalicəyə haradan başlayacağınızı bilmirsiniz?
Qısa formu doldurun, həkimimiz vəziyyətinizi dəyərləndirib uyğun proqramı təklif etsin. İlin istənilən günü və saatı müraciət edə bilərsiniz.