Əsas məzmuna keç

24/7 açıq

Duruş korlanmaları

Uzun oturaq iş, zəif əzələ korseti və düzgün olmayan vərdişlərdən yaranan duruş pozğunluqları.

Duruş Korlanmaları

Duruş bədənimizin ayaq üstə durarkən, oturarkən və yatarkən aldığı pozisiyadır. Duruşumuzu onurğa, çanaq , qol və ayaq sümüklərimizin sıralanması və duruş əzələlərimizin  (xüsusilə ayaq , kürək və bel əzələləri ) birlikdə yaratdığı harmoniya ilə gərilməsi sayəsində təmin edirik.  Normalda duruşumuzu şüurlu şəkildə düzəltmirik. Əgər sümüklərinizdə qalıcı bir qüsur yoxdursa (skolioz, kifoz, yastıpəncəlik, displaziya və.s) günlük həyatımızdakı pis vərdişlərimiz duruş korlanmalarına səbəb ola bilər. Bakı Bərpa Fizioterapiya və Reabilitasiya Mərkəzi  Tibb üzrə Fəlsəfə Doktoru Uzman  Dr. Kamil Eyvazov duruş korlanmaları haqqında məlumat verir.

Müalicəsi

Klinikamızda müayinələr Ortoped-Travmatoloq Onurğa Cərrahı Doktor Kamil Eyvazov tərəfindən həyata keçirilir. Fizioterapiya və reabilitasiya prosedurları Türkiyə, Rusiya, Gürcüstan və Avropada təhsil almış profesional həkimlər tərəfindən icra olunur.

Fizioterpiya prosedurunda istifadə olunan metodlar tam yenilikçi və son dövrün texnologiyasına uyğun tədbiq olunur. Fizioterapevtik üsullar uzman həkimlərimiz tərəfindən təyin olunur. Prosedurlarımızda istifadə olunan aparatlar son model isveçrə istehsalıdır.

Klinikamızda tətbiq edilən  fizioterapiya-reabilitasiya prosedurlarının əsas məqsədi bədəndə qan dövranını və limfa axınını yaxşılaşdırmaq və paralelində dayaq-hərəkət sistemini, əzələ qruplarını gücləndirmək, əzələ tonusunu tənzimləməkdir.

Necə yatmalısınız?

  • Düzgün və keyfiyyətli yuxu yatmaq çox vacibdir. Buna görə yataqlarınızı və döşəklərinizi yaxşı seçməlisiniz. Bəziləri yumşaq, bəziləri isə sərt yataqları sevir. Döşəyinizi bədəninizin struktur xüsusiyyətlərinə (çəki, boy, yuxu vərdişi, …) uyğun olaraq seçə bilərsiniz.
  • Döşəyinizin bədən şəklini almadığından əmin olun.
  • Həmişə bir yastığın üzərində uzanın
  • Sizin üçün uyğun yastığı seçin, hamının boynu fərqli ola bilər (qısa, uzun, düz, oyuq, çiyin boyun aralığı kimi)
  • Yatarkən qolunuzu başınızın altına qoymağa çalışmayın
  • Bel ağrınız varsa, yanüstə yatırsınızsa dizlərinizin arasına və yaxud belüstə uzanırsınızsa dizlərinizin altına bir yastıq qoya bilərsiniz.

Duruş korlanmalarının son dönəmlərdə artamasının n ən təməl səbəblər biri də gündəlik həyat tərzimizdir. Masa arxasında əyləşmək, yolda yerimək, ayaq üstə durmaq, uzanmaq gündəlik həyatda diqqət etməli olduğumuz sadə lakin əhəmiyyətli məqamlardır. Əksər vaxtlar bir çox insan bu faktorlara fikir vermir. Tədricən onurğa sütunu yavaş-yavaş deformasiyaya uğrayaraq skolioza gətirib çıxarır. Statistikaya əsasən dünyada hər 10 insandan 7`si skolioza meyillidir. Göstəricilərə baxdıqda bu xəstəlik hazırda ən  aktual bir problem halına gəlmişdir. Lakin skoliozun mahiyyətini bir çox insan dərk etmir. Xəstəlik üzərinə gedilmədikdə və skoliozun dərəcəsi artıqda, onurğa sütunu tamam deformasiyaya uğrayır və artıq cərrahi əməliyyat tələb edir. Gündəlik həyatda yeriyərkən, oturarkən, yatarkən , ayaq üstə durarkən məhdudiyyətlər yaranır. Uzun müddət müdaxilə olunmadıqda isə növbəti sıradan çıxan hissə çanaq olur.

Sümük və oynaqlarımızın doğru düzülüşünü təmin edərək əzələlərimizin uyğun bir şəkildə gərilməsinə yol açırıq. Beləliklə, oynaqlarımızın həddindən artıq və ya asimmetrik yüklənməsinin qarşısını alaraq, osteoartrit (kalsifikasiya) kimi xəstəliklərdə oynaq ağrılarının qarşısını ala bilərik.

Əzələlərin daha səmərəli işləməsini təmin edərək həddindən artıq enerji sərfiyyatının və əzələlərin lazımsız yorğunluğunun qarşısını alıb , eyni zamanda əzələlərin zədələnməsinin, oynaqların və onurğanın həddindən artıq və səhv yüklənməsinin qarşısını alır.

Düzgün bir duruşu qorumaq üçün əzələlərin kifayət qədər gücə və elastikliyə sahib olması lazımdır ki, bu da uyğun hərəkətlərlə əldə edilə bilər. Evdəki və işdəki duruş vərdişlərinizi də nəzərdən keçirməli və lazım olduqda onları düzəltməyə çalışmalısınız. Duruş Korlanmaları

Yalnış duruş əzələlərə və oynaqlara həddindən artıq çox və ya balanssız yüklənmə edərək qalıcı xəsarətlərə səbəb ola bilər. Səbəb ola biləcək hallar bunlardır:

  • Stress
  • Piylənmə
  • Hamiləlik
  • Bel əzələlərinin zəifliyi
  • Hündürdaban ayaqqabı geyinmək
  • bədən əzələlərinin zəifliyi və uyğun olmayan iş şəraiti.

Yanlış duruşu düzəldə bilərik mi? Əlbəttə!

Hər şeydən əvvəl probleminizin fərqində olmalı və buna səbəb olan pis vərdişləri düzəltməyə çalışmalısınız.

  • Duruşunuzu düzəltmək üçün güzgü qarşısında qamətinizi düzləşdirin
  • Ayaqlarınızın ön hissəsi (barmaqlar üzərində)
  • Dizləriniz biraz əyilmiş vəziyyətdə olmalıdır
  • Ayaqlarınızın arası çiyinlərinizin uzunluğu səviyyəsində olmalıdır
  • Qollarınız gövdənizdə olmalıdır
  • Ayaqüstdə uzunmüddətli durarkən başınız dik,çiyinləriniz arxaya, sinəniz irəli və qarnınız içəriyə çəkilmiş halda durun. Bununla yanaşı bədən ağırlığınızı ayağın ön hissəsindən dabana və vaxtaşırı bir ayaqdan digərinə keçirin.
  • Ayaqlarınız yerlə tam təmasda olmalıdır
  • Zərurət yarandıqda dayaqdan istifadə oluna bilər
  • Ayaqlarınızı çarpazlaşdırmayın
  • Topuqlarınız dizlərin qarşısında olmalıdır
  • Dizlərin arxası ilə kreslonun oturacağının önü arasında bir məsafə olmalıdır
  • Oturacağın arxa hissəsi belinizə tam dəstək olmalıdır
  • Çiyinləriniz sərbəst və dirsəkləriniz dəstəkli halda oturun
  • Uzun müddət eyni vəziyyətdə oturmamağa diqqət edin

Son yenilənmə:

Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı

Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.

Növbəti addım

Müalicəyə haradan başlayacağınızı bilmirsiniz?

Qısa formu doldurun — həkimimiz vəziyyətinizi dəyərləndirib uyğun proqramı təklif etsin. İlin istənilən günü və saatı müraciət edə bilərsiniz.

Zəng et Randevu