Əsas məzmuna keç

24/7 açıq

Boyun ağrıları və boyun yırtığı

Boyun yırtığı, düzləşmə, əzələ spazmı və sinir sıxılmalarında ağrının səbəbi və müalicə yolları.

Boyun ağrıları son illərdə müasir cəmiyyətin əsas problemlərindən biri olmuşdur. Boynumuz beyni və 5 duyğu orqanlarımızı özündə saxlayan kəlləmizi daşıyan bir hissədir. Boyun nahiyəsi həm həyati mərkəzlərin birləşdiyi keçiş bölgəsi, həm də onurğanın uzantısı olaraq statik vəzifə daşıması ilə əlaqədar bir çox yan təsirlərdən təsirlənə bilər. Boyun ağrılarında xəstəliyin səbəblərini tapmaq üşün bir neçə mərtəbədə dəyərləndirilmə yöntəmləri tətbiq edilir.

Boyun ağrıları bir çox xəstəlik və boyun toxumasının zədələnmə səbəbindən yarana bilir. Boyun ağrısına səbəb olan hallara degenerativ disk xəstəliyi, boyun dartınması, boyun travmaları – viplaş (wiplash), disk yırtığı və ya sinir sıxışmasını məsəl gətirmək olar. Boğazın virus infeksiyası kimi adi infeksion xəstəlik zamanı da limfa düyünlərinin (vəzilərin) şişməsi və boyun ağrısı yaranır. Boyun ağrısı eyni zamanda nadir rast gəlinən infeksion xəstəliklərdə, məsələn boyun vərəmi. Boyun fəqərə sümüyünün infeksiyası (osteomielit və septik diskiit) və meningit (çox vaxt boyun əzələlərinin rigidliyi ilə müşayiət edilir). Boyun ağrısı birbaşa boyun əzələlərinin zədələnməsi hallarında, fibromialgiya, polimialgiya revmatika, eləcə də yuxu zamanı başın yastıq üzərində narahat pozası səbəbindən də yarana bilir. Boyun ağrısına həmçinin servikal ağrı da deyilir.

Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.

Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |

Sağlamlığınızı bizimlə bərpa edin!

Boyun yırtığının diaqnozu

Boyun yırtığının diaqnozu yəni boyun yırtığı ilk növbədə ağrı ilə özünü göstərir.

  • Boyun ağrısı, bel ağrısı, bəzən də bel ağrısının vaxtaşırı başa doğru yayılan ağrıları.
  • Disk herniyası (yırtıq) boyun bölgəmizdəki fəqərələrin arasından çıxan sinirlərə basmağa başlamışsa, boynumuzdan qolumuza və əlimizə gedən ağrı görülə bilər.
  • Boyun sağlamlığına diqqət yetirilmirsə və şikayətləri artıran hərəkətlər və pis davranışlar edilirsə, keylik sonradan güc itkisi ilə özünü göstərir.
  • Uyuşma hissinin servikal disk yırtığının (boyun yırtığı) başlanğıcı hesab etmək lazımdır.
  • Uyuşma başladıqdan sonra diqqətli olmaq faydalıdır. Çünki uyuşmanın olması sinirə basqını göstərən bir tapıntıdır.

Boyun ağrısı nədir?

Boyunda ağrılar – son illərdə müasir cəmiyyətin əsas problemlərindən biri olmuşdur. Boynumuz beyni və 5 duyğu orqanlarımızı özündə saxlayan kəlləmizi daşıyan bir hissədir. Boyun nahiyəsi həm həyati mərkəzlərin birləşdiyi keçiş bölgəsi, həm də onurğanın uzantısı olaraq statik vəzifə daşıması ilə əlaqədar bir çox yan təsirlərdən təsirlənə bilər. Boyun ağrılarında xəstəliyin səbəblərini tapmaq üşün bir neçə mərtəbədə dəyərləndirilmə yöntəmləri tətbiq edilir. Boyunda ağrılar

Boyun ağrısı bir çox xəstəlik və boyun toxumasının zədələnmə səbəbindən yarana bilir. Boyun ağrısına səbəb olan hallara degenerativ disk xəstəliyi, boyun dartınması, boyun travmaları – viplaş (wiplash), disk yırtığı və ya sinir sıxışmasını məsəl gətirmək olar. Boğazın virus infeksiyası kimi adi infeksion xəstəlik zamanı da limfa düyünlərinin (vəzilərin) şişməsi və boyun ağrısı yaranır. Boyun ağrısı eyni zamanda nadir rast gəlinən infeksion xəstəliklərdə, məsələn boyun vərəmi, boyun fəqərə sümüyünün infeksiyası (osteomielit və septik diskiit) və meningit (çox vaxt boyun əzələlərinin rigidliyi ilə müşayiət edilir). Boyun ağrısı birbaşa boyun əzələlərinin zədələnməsi hallarında, fibromialgiya, polimialgiya revmatika, eləcə də yuxu zamanı başın yastıq üzərində narahat pozası səbəbindən də yarana bilir. Boyun ağrısına həmçinin servikal ağrı da deyilir.

Boyun ağrılarının risk faktorlarına əlbəyaxa idman növləri, nəqliyyat qəzaları, at sürmək və.s aiddir.

Boyun ağrılarının səbəbləri:

Ən çox boyun ağrısı səbəbi boyunun gərilməsi və dartınmasıdır, bir neçə gün və ya həftəyə sağalır. Gərilmə həddindən artıq hərəkət və ya boyunun həddindən artıq ekstension vəziyyətə gətirmə zamanı əzələ, vətər və bağların qıcıqlanması səbəbindən yaranır.

Boyun ağrısına səbəb olacaq faktorlar çoxdur. Bunları 3 başlıq altında birləşdirmək olar:

Onurğadan kənar səbəblərdən yaranan boyun ağrıları: Onurğa səbəbi ilə olmayan, lakin boyunu əhatə edən bəzi ağrılar vardır. Döş qəfəsindən çıxan bəzi əzələ və sinirləri sıxışdıran ağrılara “torasik çıxış sindromları” adı verilir və 3 fərqli səbəbdən ola bilir.

  • Boyun fəqərəsi ilə 1-ci qabırğanın birləşməsi
  • Skalenus Antikus əzələsinin sıxışması
  • Pektoralis minor əzələsinin sıxışması

Səbəbləri

  • Travmadan sonra yaranan boyun ağrıları: Boyuna təsir edən bəzi travmalarda həyati təhlükələrlə qarşılaşa bilirik. Günlük həyatımızda qarşı-qarşıya qaldığımız kiçik zərbələrdən daha böyük qəzalara qədər boyunumuzun travmalardan çox asanlıqla zədələndiyini unutmamalıyıq.
  • Nəqliyyat qəzaları: Nəqliyyat içində avto qəzalarda öndən başqa yerlərə çırpıldığında, boyunda qamçı zərbəzi kimi adlandırılan bir təhlükə ortaya çıxır.
  • Hiperfleksion travması: Qəzaya uğrayan insanların başı öncə önə doğru sonra isə əksinə arxaya doğru sürətlə çırpılaraq sallanır.
  • Hiperekstension travması: Nəqliyyat vasitəsinə digər nəqliyyat vasitəsinin arxadan çırpılması tam əks vəziyyəti ortaya çıxaracaqdır.
  • İdman zədələmələri: boynun kəskin, qəflətən hərəkəti, yıxılmalar və.s
  • Degenerasiyaya bağlı boyun ağrıları: Boyunda ən hərəkətli olan 4-cü və 6-cı fəqərələr arasıdır. Bu səbəbdən də 40 yaşlardan etibarən degenerasiya ən çox bu nahiyələrdə başlayır. Disklərən tərkibindəki maye miqdarı azalaraq getdikcə qurumağa və elastikliyini itirməyə başlayır. Şübhəsiz ki, amartizator rolunu oynayan disklər bu vəzifəni görə bilmir və zamanla fəqərələrin arasındakı məsafə azalaraq bir-birinə yaxınlaşır. Təbii ki, bunun nəticəsində dar və həssas kanallardan keçən sinir kökləri strukturu pozulmuş disklər tərəfindən müxtəlif təzyiqlərə məruz qalır. Əlavə olaraq boyunda olan digər oynaqlar da bədənimizin digər bölgələrində olan oynaqlarımız kimi kirəcləşmələri xatırladan müxtəlif dərəcədə degenerasiyalara, struktur pozulmalarına məruz qala bilirlər.
  • Peşə ilə əlaqəli boyun ağrıları: Bəzi peşə faktorları və boynumuzun düzgün olmayan vəziyyəti disklərdə yaranan zədələnmə prosesini sürətləndirə bilir. Uzun yol sürücüləri, başı yuxarı vəziyyətdə çalışmaq məcburiyyətində olan boyacılar, oturaraq işləyən kafel ustaları bu risk qruplarına aiddirlər.
  • Protruziya və yırtıqlarla bağlı boyun ağrıları: Boyun yırtıqları adətən 5-ci və 6-cı fəqərəarası disklərdə yaranır. Bu zaman qol ağrıları qaçınılmazdır. Yırtıqlarda əlamət olaraq öskürmə və gücənmə zamanı ağrının artması (Valsava testi), başın təpəsindən aşağı doğru basmaqla boyunda ağrı əmələ gəlməsi (Kompression test), bu ağrının başı yuxarı vəziyyətdə çənədən tutularaq qaldırıldıqda azalması (distraksion testi) xarakterikdir.

Əlamətləri

  • Sinirlər boyun, onurğa beyni və ya çiyin qurşağında, bəzən dirsəkdə, bəzən də biləkdə, onurğadan qola doğru hərəkət edərkən sıxıla bilər.
  • Boynumuzdakı bu ağrılar yalnız boyun və bel nahiyəsindədirsə, digər xəstəliklərdən də şübhələnmək lazımdır. Qeyd etdiyimiz bu xəstəliklərin əvvəlində boyun düzləşməsi, boyundakı əzələ spazmı və ya boyunda meydana gələ biləcək digər xəstəliklər (onurğa şişləri) səbəbiylə sərtlik bu cür ağrılara səbəb ola bilər.
  • Boyun yırtıqlarında yalnız boyun ağrısı və ya qolun uyuşması, qol ağrısı və qolun güc itkisi də meydana gələ bilər.
  • Boyun yırtıqlarında uyuşmaya doğru gedən tapıntıda, bütün qol boyunca gedən bir sıxılma və çəkmə hissi ola bilər.

Həkimə nə vaxt getməlisiniz?

  • Pis yatma, tərs hərəkət səbəbiylə bədənimizdə ağrılar varsa, və bu bir neçə gündən çox davam edərsə (ortalama bir həftə), həkim müayinəsi tövsiyə olunur.
  • Testlər və görüntüləmə üsulları (MRT) nəticəsində ağrının mənbəyi müəyyən edilir.
  • Təəssüf ki, müayinə zamanı alınan görüntü üsulları (MRT kimi) 100% etibarlı deyil. Araşdırmalar göstərir ki, MRT -də disk yırtığı olan xəstələrin 28% -də əslində yırtıq yoxdur. Əksinə, MRT nəticəsində disk yırtığı olmadığı deyilən xəstələrin 33% -də yırtıq aşkarlandı.
  • Müayinə zamanı xəstə müsahibəsinə kifayət qədər vaxt ayrılmalı və ağrılı bölgələrin bitişik oynaq və quruluşlardan səbəb ola biləcəyi qiymətləndirilməlidir.
  • Dərhal dərman müalicəsinə və ya lazım gələrsə, fizioterapevtlərlə müalicəyə başlanılır.

Diaqnoz

3. Boyuna yansıyan ağrılar: Səbəbləri boyunda olmadığı halda ağrının boyunda hiss edilməsi hallarıdır. Buna yansıyan ağrılar deyilir. Bunlara aiddir:

  • Stressə bağlı ağrılar
  • Əzələyə bağlı ağrılar
  • Düzgün olmayan duruş
  • Göz xəstəlikləri ilə əlaqəli
  • Revmatizmlə əlaqəli
  • Daxili orqanlarla əlaqəli

Müalicəsi

MRT və ya KT, loborator müayinələr, EMQ  kimi müayinələr yırtıq olduğunu göstərsə belə ilk öncə konservativ çarələr axtarılmalıdır. Nevroloji simptomlar çox vacibdir. Çünki bunlar cərrahi müalicə qəararı alınmasında böyük rol oynayırlar. Əməliyyat boyunun ön və yanından girilərək aparılır. Əməliyyat edilən nahiyyə son dərəcə həyati təhlükə daşıyan bölgə olduğundan xüsusi mikroskop və müasir avadanlıqların olduğu bir yerdə edilməlidir. Əməliyyatdan sonra reabilitasiya proqramlarına başlanılmalıdır.

Bakı Bərpa Mərkəzində Boyun Ağrıları xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.

Boyun düzləşməsi, boyun bölgəsindəki fəqərələrin sıralanmasında normalda açıqlığı arxaya baxan aypara kimi yox, düz olmasına deyilir.

Boyun düzləşməsinin diaqnozunu üçün fizik müayinə etdikdən sonra rentgen çəkilməlidir. Rentgen ilə böyük ehtimalla diaqnoz qoyulmaqdadır. Boyun düzləşməsi üçün MRT testi, xəstənin simptomlarına əlavə olaraq boyun disk yırtığı varsa, və ya başqa problem varsa, istənir. Boyun düzləşməsi və boyun disk yırtığı bir birinə müşayiət edən kliniki vəziyyətlərdir və bir xəstədə boyun disk yırtığı varsa, boyun düzləşməsi olmadığı mənasına gəlmir.

Bu problem öz başına bir xəstəlik deyil. Bunun təməlində boyun bölgəsində olan fəqərələrin anatomik sıralanması pozulub. Hər zaman ağrılı olmaz. Amma mənfi təsirləri göz qabağında olduğu üçün ən azından evdə idman hərəkətləri edərək və ya klinikamızda reabilitasiya programları ilə bunun qarşısını almaq olar.

Boyun düzləşməsinin səbəbi yüksək yastıqla yatmaq, önə doğru əyilmiş pozisiyada uzun müddət işləmək, telefon, tablet və komputerlə uzun müddət məşğul olmaq sayıla bilər.

Anatomik pozisiyaya görə normaldan kənara çıxan bir vəziyyət olduğu üçün əzələlər normal anatomik pozisiyalarına görə daha çox dartıldığı üçün xüsusilə boyun arxası bölgədə ağrıya səbəb olur. Bəzən başın arxasından dartılma tərzində baş ağrısına səbəb olur. Bu ağrılar boyun düzləşməsini qısa müddətdə mənfi təsir edir.

Pozisiya düzəltilməz və baş boyun pozisiyası günlük həyatda düzgün olmayan pozisiyada qalmağa davam edərsə, orta və uzun müddətdə boyun disk yırtığı və buna bağlı olaraq qollarda uyuşma və güc azalmasına səbəb olan vəziyyətlər görülə bilir.

Boyun düzləşməsinin əsas müalicə üsulu düzgün duruş pozisiyasında qalmaq və şəxsin öz özünü düzəltməsidir. İntensiv edilən hərəkətlər də vacib müalicə üsulları arasındadır. Əzələ və boyun ağrıları üçün qısa müddətlik dərman müalicəsi istifadə etmək olar. Prosesin bütün mərhələlərini dəstəkləmək məqsədi ilə xəstəni fizioterapiya programına alınmalıdır. Boyun hərəkətlərinin və duruş hərəkətlərinin həftədə 3-4 dəfə ən azından gündə bir dəfə etmək vacibdir.

Boyun düzləşməsi çox uzun müddətdir davam edirsə, ağrılar xroniki hal ala bilər. Bu səbəblə müalicədə xroniki ağrılarda istifadə olunan dərmanları əlavə olunması düzgündür və vacibdir.

Xəstələr bu və bənzər şikayətlərlə həkimə müraciət etdikdə, həkim əvvəlcə xəstəliyin tarixçəsini götürür və qollardakı əzələlərin gücü, hiss və reflekslər daxil olmaqla ətraflı fiziki müayinə keçirir. Daha sonra, həkim tərəfindən uyğun hesab edilən radioloji qiymətləndirmələr arasında rentgen (X-Ray), kompüter tomoqrafiyası (CT) və Maqnit rezonans (MRT) müayinələri aparılır. X-ray boyundakı sümük quruluşlarını göstərir, tomoqrafiya isə bu sümükləri daha ətraflı araşdırır. MRT (maqnit rezonansı) boyundakı fəqərə arasındakı diskləri və sinirləri ətraflı şəkildə göstərir. MRT bizə boyun yırtıqlarında ən dəyərli məlumatı verir. Elektrofizioloji müayinələrdən biri olan EMG bizə sinirlərin harada sıxıldığını göstərə bilər.

Boyun yırtığı olan xəstələr yırtığın dərəcəsinə görə əsasən qeyri-əməliyyat üsulları adlanan konservativ üsullarla müalicə olunur. Bu üsullara dərman müalicəsi, qısa müddətli boyun dəstəyi və fizioterapiya daxildir. Dərman müalicəsinin məqsədi bu şəkildə ağrıları aradan qaldırmaq və həyat keyfiyyətini artırmaqdır. Boyun dəstəyi yalnız həkimin uyğun gördüyü qısa müddət ərzində istifadə oluna bilər və bu yolla yırtıq səbəbiylə bədənin reaksiyası olan boyun əzələlərindəki spazmlar rahatlaşdırıla bilər. Boyunluq uzun müddətli istifadəsi bu əzələləri zəiflədəcək və faydadan çox zərər verəcək. Yenə fizioterapiya boyun ətrafındakı əzələləri və toxumaları gücləndirir və belin sabit olmasını təmin edir. Əlavə olaraq boyundakı yırtıq sahəsinə vurulan iynələr (onurğa inyeksiyaları) da yırtığın səbəb olduğu kimyəvi təsiri azaltmaq üçün tətbiq oluna bilən qeyri-cərrahi müalicə üsuludur.

İlkin dövr dəyişiklikləri kompyuter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiyası (MRT) müayinələri daha yaxşı aşkarlayır. Çox zaman yaxşı toplanmış anamnez və xəstənın fizikal müayinəsi yetərli olur. Düz rentgen görüntüləri çox pasiyentdə diaqnoz üçün kifayətdir. Xəstəliyin gedişatına görə əlavə olaraq xəstədən KT və ya MRT müayinələri tələb edilə bilər. Sinir sıxışmalarını aşkar etmək üçün EMQ (Elektromioqrafiya) müayinəsi, şiş və infeksion patologiyalar üçün sintiqrafiya müayinəsi daha informativdir.

Boyun xəstəliklərinin müalicə metodları

Boyun xəstəliklərində xəstəliyin diaqnozu və kəskin, yarımkəskin və ya xronik olmasından asılı olaraq müxtəlif yanaşmalar olur.

Boyun ağrılarının dərman müalicəsi

Müalicə zamanı müxtəlif dərmanlar istifadə edilir. Hansı dərmanın nə qədər müddətdə qəbul edilməsi də həkimin ixtiyarındadır. Bəzi xəstələrin bir-birinə təklif etdikləri dərmanların yan təsirləri o qədər çox ola bilər ki, hətta həyati təhlükə daşıya bilər.

Boyun ağrıları zamanı fizioterapiya

Boyun ağrıları zamanı dərman qədər təsirli digər bir yöntəm fizioterapiyadır. Məqsəd ağrını kəsmək, gərginləşmiş əzələləri boşaltmaq və məhdudlaşmış boyun hərəkətlərini bərpa etməkdir. Boyunda ağrılar

Son yenilənmə:

Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı

Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.

Növbəti addım

Müalicəyə haradan başlayacağınızı bilmirsiniz?

Qısa formu doldurun — həkimimiz vəziyyətinizi dəyərləndirib uyğun proqramı təklif etsin. İlin istənilən günü və saatı müraciət edə bilərsiniz.

Zəng et Randevu