Osteoxondroz onurğa sütununda yaranan xroniki distrofik prosesdir. Hal-hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Osteoxondroz cavan və orta yaşlı insanlarda inkişaf edir, müxtəlif pozulmalara, iş qabiliyyətinin azalmasına, hətta şikəstliyə gətirib çıxarır.
Statistikaya görə, damar xəstəliklərdən (hipertoniya, ateroskleroz, ürəyin işemik xəstəliyi, infarkt və insult) sonra osteoxondroz xəstəliklər arasında 2-ci yer tutur. Lakin damar xəstəliklərdən fərqli olaraq osteoxondroz cavan insanlarda inkişaf edir. Həkimlərin müşahidələrinə görə, insanların bir çox hissəsində osteoxondroz var. Bunun səbəbini isə həkimlər müasir insanın azhərəkətli həyat tərzində, düzgün olmayan qidalanmada görürlər.
Osteoxondroz – olduqca çox yayılmış fəqərə sütunu xəstəliyidir. Xalq arasında buna “duzların yığılması” deyirlər. Lakin bu prosesin adi duzla heç bir əlaqəsi yoxdur. Osteoxondroz zamanı onurğa sütunu fəqərələri arasında olan qığırdaq zədələnir. Bu qığırdaq amortizasiya funksiyasını yerinə yetirir – qığırdaq fəqərələrə bir-birini sıxmaq və sürtmək imkan vermir. Qığırdaq zədələndikdə və daha sonra dağıldıqda fəqərələr bir-birini sıxmağa başlayır, onların arasında keçən qan damarları və sinirlər sıxılır və bu müxtəlif pozulmalara səbəb olur.
Hazırkı dövrdə müxtəlif dərəcəli osteoxondroz insanların əksəriyyətində qeyd olunur. Bu hal təəccüblü deyil – müasir insan çox az hərəkət edir, vaxtının əsas hissəsini ən zərərli vəziyyətdə – kompüter qarşısında və ya yazı masası arxasında oturaraq keçirir. İnsanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin bu heç də elə deyil. Vaxtında və düzgün müalicə tədbirləri görülmədikdə osteoxondroz ciddi narahatlıq, ağrılar və hətta əlilliklə nəticələnə bilər.
Osteoxondroz müasir dövrümüzdə geniş yayılan dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Bu xəstəlik onurğanın boyun, döş və bel nahiyəsində osteoxondral toxumanın degenerativ dəyişiklikləri ilə müşayiət olunur. Əsas simptomları arasında ağrı, hərəkət məhdudiyyəti, əzələ zəifliyi və bəzi hallarda nevroloji pozuntular yer alır.
Səbəbləri
- (genetik) meyillilik;
- Orqanizmdə maddələr mübadiləsi pozğunluğu, infeksiya, intoksikasiya;
- Həddindən artıq çəki;
- Düzgün qidalanmama (mikroelementlərin və maye qəbulunun az olması);
- Yaşlanma ilə əlaqədar dəyişikliklər;
- Qamətin, duruşun pozulması, onurğa əyrilikləri, onurğa sütunu seqmentlərində həddindən artıq hərəkətlilik (qeyri-stabillik), yastı pəncə;
- Xoşagəlməz ekoloji şərait;
- Travma və mikrotravmalar;
- Ağır qaldırmaqla əlaqəli peşə, tez-tez gövdənin vəziyyətini dəyişmək (fırlanma, əyilmə-düzəlmə hərəkətləri);
- Ayaq üstə, oturaq, uzanaraq uzun müddət narahat pozada qaldıqda, ağırlıq qaldırdıqda, ağırlıq daşıdıqda və s. disklərdə və bütün onurğada təzyiqi artıran işlər, hərəkətlər;
- Həddindən artıq fiziki yüklənmə, sümük-əzələ sisteminin inkişaf patologiyaları;
- Onurğanın həddindən artıq yüklənməsi pəncənin xəstəliklərində, eləcə də narahat ayaqqabılar, hündür daban ayaqqabıların geyinilməsi və hamiləlik ilə də əlaqəlidir;
- Professional idmançılarda müntəzəm gedən məşqlərin birdən kəskin dayandırılması;
- Əsəb gərginliyi, stress faktorları;
- Siqaret çəkmək;
Osteoxondrozdan əziyyət çəkən insanlar kürək olan daimi ağrılardan, tez-tez ətraflarda keyləşmə, uyuşma hisslərindən şikayət edirlər. Vaxtında düzgün müalicə aparılmadıqda ətraflarda arıqlama, atrofiya və gücsüzlüyə gətirib çıxardır. Ağrı – osteoxondrozun əsas əlamətidir. Bu ağrı bəzən çox əziyyətverici, uzunmüddətli (günlərlə və aylarla davam edən) olur, çətinliklə aradan qaldırılır. Osteoxondroz ağrıları fəqərə sütununun bu xəstəliyə düçar olmuş hissəsinə müvafiq olaraq fərqli xarakter daşıyır.
Əlamətləri
- Daimi sızıldayıcı kürək ağrıları, ətraflarda uyuşma və gücsüzlük;
- Kəskin hərəkətlər etdikdə, fiziki gərginlikdə, ağırlıq qaldırdıqda, öskürdükdə və asqırma zamanı ağrılar artır;
- Hərəkət məhdudluğu, əzələlərin spazmı.
Müalicəsi
Osteoxondroz uzun illər ərzində inkişaf edir. Hal-hazırda bu pozulmanı tam müalicə etmək mümkün deyil. Lakin müəyyən müalicə və profilaktik vasitələrin köməyilə bu pozulmanın inkişafını ləngitmək və xəstəni osteoxondrozla bağlı olan ağrılar və digər pozulmalardan xilas etmək mümkündür. Müalicə olunmadıqda osteoxondroz çox ağır fəsadlara – parez və ifliclərə (hətta əlilliyə) gətirib çıxarda bilər.
Osteoxondrozun müalicəsi zamanı müxtəlif ağrıkəsici qeyri-steroid iltihab əleyhinə və hormonal dərmanlardan, əzələ spazmını aradan götürən vasitələrdən, xəstənin həyat fəaliyyətini yaxşılaşdırmaq üçün müxtəlif konservativ müalicələrdən və eləcə də fizioterapiya metodlarından istifadə edilir. Bütün bu müalicələrin məqsədi ağrını müvəqqəti də olsa kəsmək, insanın həyat keyfiyyətini aşağı salmaq, hərəkət məhdudluğu verən ağrılardan xilas etməkdir.
Osteoxondrozun kəskin dövrlərində (əsas da döş və bel osteoxondrozu zamanı) xəstəyə yataq rejimi təyin edilir. Xəstə düz bərk yerdə uzanmalıdır. Müalicə zamanı müxtəlif korsetlərdən (boyun korseti, bel korseti və s.) istifadə olunur. Ağrıların və iltihabın azaldılması üçün xüsusi preparatlar (diklofenak, ibuprofen, indometasin və s.) təyin olunur. Həmçinin spazmolitik preparatlar, B qrupu vitaminləri, nikotin turşusu, qığırdağın qidalanmasını yaxşılaşdıran preparatlar və s. təyin olunur.
Boyun osteoxondrozu zamanı xəstəyə beyin qan dövranını yaxşılaşdıran preparatlar təyin olunur.
Çox ağır, müalicəsiz buraxılmış hallarda və həmçinin onurğa beyni sıxılması zamanı cərrahiyyə müalicəsi tətbiq edilir.
Mərkəzimizdə aşağıdakı fizioterapiya metodlarından istifadə olunur:
- Müalicəvi Gimnastika: Pasiyentin vəziyyətinə uyğun seçilmiş hərəkətlər vasitəsilə onurğa və əzələ funksiyaları bərpa edilir.
- Pilates və Yoga: Əzələ balansını gücləndirmək və dartılma qabiliyyətini artırmaq üçün təlimlər təklif edilir.
- Fizioterapevtik Avadanlıqlarla Terapiya: Müasir texnologiyalar vasitəsilə reabilitasiya prosesi sürətləndirilir.
- Suyun İçində Müalicəvi Hərəkətlər (Hidroterapiya): Əzələ gərginliyini azaltmaq və hərəkətliliyi artırmaq üçün xüsusi hovuzlarda tətbiq olunur.
Xəstəliyin remissiyası (sakitləşmə) dövrlərində xüsusi masaj və müalicəvi fiziki tərbiyyə, manual terapiya, fizioterapiya, xüsusi müalicəvi vannalar tətbiq edilir.
Osteoxondrozun müalicəsində müxtəlif fizioterapiya üsullarından – elektrofarez, ultrasəs dalğa müalicəsi, TENS, müxtəlif vannaların qəbulu, dartma üsulları və.s istifadə edilir.
Üzgüçülük osteoxondrozla mübarizədə ən effektli və sınanmış vasitələrdən biridir. Su onurğa sütunda olan gərginliyi azaldır, “masaj” edir, onurğa sütunu saxlayan əzələləri bərkidir.
Əgər siz də osteoxondrozun yaratdığı narahatlıqlardan xilas olmaq və sağlamlığınızı bərpa etmək istəyirsinizsə, Bakı Bərpa Mərkəzinə müraciət edin. Əlaqə saxlamaq üçün veb-saytımızı ziyarət edin və ya bizimlə birbaşa əlaqə yaradın. Sağlamlıq hər kəsin ən dəyərli sərvətidir, onu qorumaq üçün peşəkarlara etibar edin.
Bakı Bərpa Mərkəziosteoxondrozun müalicəsində müasir və effektiv üsullardan istifadə edir. Bu üsullardan biri də idman hərəkətləri ilə müalicədir. Fizioterapiya və reabilitasiya sahəsində təcrübəli mütəxəssislərimiz, hər bir pasiyentin fərdi vəziyyətinə uyğun proqramlar hazırlayaraq onların sağlamlığını bərpa etməyə çalışırlar.
Osteoxondrozun müalicəsində idman hərəkətləriçox vacib rol oynayır. Bu metod:
- Onurğanın elastikliyini artırır və onun hərəkətliliyini bərpa edir;
- Əzələlərin güclənməsinə və spazmın aradan qaldırılmasına kömək edir;
- Qan dövranını yaxşılaşdıraraq toxumaların qidalanmasını artırır;
- Sinir sıxılmasının yaratdığı narahatlıqları azaldır.
Mütəxəssis Nəzarəti və Fərdi Yanaşma
Hər bir pasiyentə fərdi yanaşma Bakı Bərpa Mərkəzinin əsas prinsiplərindən biridir. Müalicə prosesində:
- Təcrübəli fizioterapevtlər tərəfindən hər bir pasiyentin vəziyyəti qiymətləndirilir və fərdi müalicə planı hazırlanır.
- Proqramlar mütəmadi olaraq qiymətləndirilir və ehtiyac olduqda yenidən tənzimlənir.
Bakı Bərpa Mərkəzində müalicə kursunu tamamlayan pasiyentlər arasında yüksək məmnunluq səviyyəsi qeydə alınır. Müalicədən sonra:
- Ağrılar əhəmiyyətli dərəcədə azalır və ya tamamilə yox olur;
- Onurğanın hərəkətliliyi və elastikliyi bərpa edilir;
- Pasiyentlərin həyat keyfiyyəti yüksəlir.
- Telefon: +994 12 432 87 88 +994 50 400 07 88
- Ünvan: Bakı şəhəri, Əbdulvahab Salamzadə 593,
- Veb-sayt: berpamerkezi.az
Son yenilənmə:
Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı
Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.