Beldə ağrılar – İnsan heyatında bir defe de olsa bel ağrisindan eziyyet çekir. Beldə ağrılar əzələ-bağ aparatı ilə, onurğa problemleri ile ve daxili orqanlarin xestelikleri ile elaqedar ola biler. Əzələ-bağ aparati problemlerine aitdir triger point zone, miofasiyal agrilar, fibromialgiyalar, ezele travmalari,miozit. Onurğa problemlerinə isə fəqərəarası disklerde degenerasiyasi (protruziya,disk hernisi), faset oynaqlarinda ve unkovertebral degenerasiya, spinal stenoz, foraminal hipertrofiya ve s. sebeb ola bilir. Mualice hem agrinin sebebine,eyni zamanda problemin hansi etapda olmasindan, hemin insanin yanasi sexteliklerinden asili olaraq secilir. Konservativ, fizik tedavi, cərrahi ola bilir. Bel ağrıları problemi – insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət.
Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir.
Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi:
- Kəskin bel ağrıları: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları
- Yarımkəskin bel ağrıları: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları
- Xronik bel ağrıları: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları
- Qayıdan (residiv verən) bel ağrıları: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin bel ağrıları problemi
Səbəbləri
- Mexaniki səbəblər: Onurğa disk yırtığı
- Osteoartrit
- Spondiloz (onurğanın degenerativ dəyişiklikləri)
- Çanaq oynaqlarının zədələnməsi
- Travmalar: Avtomobil qəzaları
- Yüksəkdən düşmə
- Fiziki travmalar
- Enfeksiyalar və ya iltihabi proseslər: Onurğa osteomiyeliti
- Sakroiliit (çanaq oynaqlarının iltihabı)
- Nevroloji səbəblər: Siyatik sinirin sıxılması
- Radikulopatiya (onurğa sinirlərinin zədələnməsi)
- Xəstəliklər və ya şişlər: Xərçəngin metastazı
- Onurğa kanallarının daralması (stenoz)
Onurğa və çanaq bölgəsində yaranan ağrılar insanların gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Bu ağrılar, xüsusilə uzun müddət oturaq vəziyyətdə işləyənlər, fiziki aktivliyi az olanlar və ya yanlış posturadan istifadə edənlər üçün daha çox rast gəlinir. Ağrılar qısa müddətli (kəskin) ola bilər və əsasən travma, əzələ spazmı, ya da müəyyən əzələ və ya bağların zədələnməsi ilə bağlı yaranır. Bununla yanaşı, uzun müddət davam edən (xroniki) ağrılar isə onurğa sütununun degenerativ xəstəlikləri, osteoartrit, fəqərəarası disklərin yırtığı, sinir sıxılması və ya iltihabi proseslər nəticəsində meydana çıxa bilər.
Bu bölgədə yaranan ağrılar çox vaxt təkcə fiziki deyil, həm də psixoloji təsirə malikdir. İnsanlar gündəlik işlərində məhdudiyyətlərlə üzləşir, yuxu pozuntuları yaşayır və nəticədə ümumi həyat keyfiyyəti azalır. Ağrının dəqiq mənbəyini təyin etmək üçün tibbi müayinə, rentgen, MRT, KT kimi diaqnostik vasitələrdən istifadə edilir.
Müalicəsi
Bel ağrılarının əksəriyyəti ev şəraitində sakitlik, sadə müalicəvi tədbirlər nəticəsində aradan qalxır. Bir neçə gün ağrıkəsicilərin qəbul edilməsi və yataq rejimi ağrıları tam aradan qaldıra bilər. Amma bunu bir neçə gündən çox etmək olmaz və həkimə müraciət etmək lazımdır.
Həkiminiz sizə qeyri-sterioid iltihabəleyhinə dərmanlar, bəzi hallarda əzələ relaksantları (boşaldıcılar) təyin edə bilər. Kəskin ağrılar zamanı narkotik ağrıkəsicilər təyin edilə bilər. Amma bütün oxşar müalicə tədbirləri həkimin nəzarəti və məsləhəti ilə aparılmalıdır.
- Bədən tərbiyəsi və bəzi fiziki müalicə növləri – işti, massaj, buz, ultrasəs, elektrik stimulyasiyası – sizing bel ağrılarınızı aradan qaldıra bilər. Bu üsulları öyrənməklə gələcəkdə özünüz hətta həkimin nəzarəti olmadan belə tədbirləri həyata keçirə bilərsiniz.
- Bel ağrısı olan bəzi insanlara cərrahi əməliyyat təklif edilə bilər. Cərrahi əməliyyat əsasən yirtılmış disklərlə bağlı olur. Əməliyyatdan sonra ağrılar, eləcə də aşağı ətrafın hərəkiliyində olan zəifliklər aradan qalxır. Aşağıdakı tip əməliyyatlar mövcuddur:
- Birləşdirmə. Bu cərrahi əməliyyat zamanı iki fəqərə bir-birinə fərqli vasitələrlə bərkidilərək birləşdirilir. Əməliyyatın çatışmayan səbəbi odur ki, birləşdirilimiş fəqərələrdə artrit təhlükəsi artır.
- Disk yerdəyişməsi. Bu üsul iki fəqərənin birləşdirilməsinə alternativ hesab olunur və iki fəqərə arasına çıxarılmış disk yerinə süni disk qoyulur.
- Diskin hissəvi çıxarılması. Əməliyyat zamanı disk bütövlükdə deyil, yalnız onun siniri sıxan hissəsi çıxarılır.
- Fəqərənin hissəvi çıxarılması. Əgər bel fəqərələrində sümük qabarması əmələ gəlirsə və onurğa beyini və ya sinirləri sıxırsa onun kiçik bir hissəsi kəsilib çıxarılır.
Bakı Bərpa Mərkəzində Bel Ağrıları xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.
Müalicə təkcə həkimlərin deyil, həm də fizioterapevt, dietoloq və psixoloq kimi mütəxəssislərin birgə işi ilə daha effektiv olur. Ağrının səbəbinə uyğun multidisiplinar yanaşma xəstənin həyat keyfiyyətini artırır və tez sağalmasına kömək edir.
Doğru müalicə yanaşması iləonurğa və çanaq ağrılarının həm qarşısını almaq, həm də mövcud problemləri aradan qaldırmaq mümkündür.
Profilaktik tədbirlər də böyük əhəmiyyət kəsb edir. Doğru oturma və duruş vərdişləri, müntəzəm fiziki aktivlik, çəkini normada saxlamaq və ağır yüklərin düzgün daşınması onurğa və çanaq bölgəsində ağrıların qarşısını almağa kömək edir. Bu bölgədə yaranan problemlərin vaxtında müalicəsi və idarə olunması insanların gündəlik fəaliyyətinə və ümumi sağlamlığına müsbət təsir göstərə bilər.
Müalicə yanaşmaları ağrının səbəbinə və xarakterinə görə dəyişir. İlk mərhələdə istirahət, ağrıkəsici və iltihab əleyhinə preparatlar tətbiq olunur. Fiziki terapiya, masaj, manuel terapiya və düzgün posturaya riayət etmək müalicənin effektivliyini artırır. Daha ciddi hallarda, xüsusilə sinir sıxılması və ya fəqərəarası disk yırtığı kimi problemlərdə cərrahi müdaxilə tələb oluna bilər. Onurğa və çanaq bölgəsində ağrıların müalicəsi ağrının növünə, səbəbinə və xəstənin ümumi vəziyyətinə əsaslanır. Müalicə yanaşmaları əsasən aşağıdakı mərhələləri əhatə edir:
Fiziki terapiya onurğa və çanaq ağrılarının uzunmüddətli müalicəsində ən təsirli üsullardan biridir. Müalicə aşağıdakıları əhatə edir:
- Gücləndirici Məşqlər: Əzələləri gücləndirmək və balansı artırmaq üçün xüsusi idman proqramları.
- Masaj və Manuel Terapiya: Əzələ gərginliyini aradan qaldırmaq və qan dövranını yaxşılaşdırmaq üçün.
- Fizioterapiya Texnikaları: Elektroterapiya, ultrasəs və ya lazer terapiyası kimi metodlar ağrını azaltmaqda təsirli olur.
- Düzgün Duruşun Öyrədilməsi: Xüsusi məşqlər və təlimlər vasitəsilə düzgün oturma və duruş vərdişlərinin inkişaf etdirilməsi.
Dərman və fiziki terapiyanın təsirsiz olduğu və ya ağır hallarda cərrahi müdaxilə tələb oluna bilər. Əsasən aşağıdakı hallar üçün tətbiq edilir:
- Fəqərəarası Disk Yırtığı: Sinirləri sıxan yırtıqların çıxarılması və ya düzəldilməsi.
- Onurğa Dəstəkləyici Əməliyyatlar: Deformasiya və ya stabil olmayan fəqərə sütunlarının düzəldilməsi.
- Sinir Sıxılmasının Aradan Qaldırılması: Sinir köklərinə təzyiq edən hər hansı strukturların azad edilməsi.
Kəskin və ya xroniki ağrılar zamanı dərman preparatları çox zaman ilkin seçimdir. Bu preparatlar aşağıdakıları əhatə edə bilər:
- Ağrıkəsicilər
- Əzələ Gərginliyini Azaldan Dərmanlar
- Sinir Ağrısına Qarşı Dərmanlar
- Kortikosteroidlər
Struktur problemləri:
Bir çox hallarda bel ağrıları aşağıda göstərilən struktur problemləri nəticəsində meydana gələ bilər:
- Qabarmış və ya yırtılmış fəqərələrarası disklər. Disklər fəqərələr arasında yastıq rolunu oynayır və onları hərəkət zamanı bir birinə sürtülərək zədələnməkdən qoruyur. Bəzən, disk içərisində olan yumşaq maddə öz yerindən kənara qabarır və ya yırtılır və bununla da yaxından keçən sinirə təzyiq edir. Amma bəzi insanlarda diskin qabarması və yırtılması olsa da ağrılar olmur.
- İşialgiya. Qabarmış və ya yırtılmış fəqərələrarası disklər oturaq sinirini sıxaraq beldə, sağrı nayihəsində və aşağı ətrafın arxasında kəskin ağrı hissi yaradır.
- Artritlər. Osteoartrilər (sümük iltihabi) ən çox bud, əl, diz və beldə olan oynaqları zədələyir. Bir çox hallarda belde olan artritlər (oynaq iltihabı) onurğa beyin ətrafında olan sahəni daraldaraq ağrılara səbəb olur.
- Skelet pozğunluqları. Onurğa sütununun əyriliyində anormallıq bel ağrılarına səbəb ola bilər. Əgər onurğa sütunun təbii əyriliyi dəyişirsə bel nayihəsində bu özünü qabarma (qozbellik) və ya yana əyilmə (skalioz) kimi göstərir.
- Osteoparoz. Osteoparoz zamanı bel fəqərələri kövrək olurlar ki, bu da onlarda sinıqlar və ya çatların əmələ gəlməsinə səbəb olur.
Aşağıda bel ağrılarının az-az rast gəlinən, amma ciddi aqibəti olan patologiyalar qeyd olunur:
- Cauda equina syndromu ciddi nevroloji problemdir və bel və aşağı ətrafları innervasiya (sinir təminatı) edən sinirlərin zədələnməsi ilə əlaqədardır. Sindrom aşağı ətraflarda zəiflik, çanaq orqanlarında hərəkətsizlik, sidik ifrazi və defekasiya aktına nəzarətin itməsinə gətirib çıxarır.
- Onurğa sütünunun xərçəngi. Onurğa sütununda olan xərçəng sinirləri sıxaraq ağrı verə bilər.
- Onurğa sütununda iltihab. Əgər ağrılar hərarət, gərginlik və isti sahələrlə müşayət olunursa iltihabdan şübhələnmək lazımdır.
Risk faktorları:
- Siqaret
- Köklük
- Yaş
- Qadın cinsi
- Ağır fiziki iş
- Oturaq iş
- Stresli iş
- Narahatlıq
- Depressiya
Bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Dünya əhalisinin 80%-i həyatlarında bir dəfə də olsun Bel Ağrıları problemindan əziyyət çəkir. Bel ağrıları işdən qalma səbəbləri arasında da mühüm yer tutur. Bütün yaş qrupları arsında rast gəlinməsinə baxmayaraq, ən çox 35-55 yaşlar arasında olur bel ağrıları. Mütəxəssislər bel ağrılarının sümük, əzələ və bağ sistemlərimiz ilə əlaqəli olduğunu deyirlər Belin aşağı nahiyyəsində ağrı bel fəqərə sümükləri, fəqərələr (vertebra) və fəqərəarası disklər, fəqərə və fəqərəarası disklər ətrafındakı bağlar, onurğa beyni və sinirləri, bel əzələləri, qarın və çanaqdaxili orqanlar və bel nahiyəsi dərisindəki hər hansı patologiya səbəbli ola bilər. Belin yuxarı nahiyəsində ağrı isə aorta, döş qəfəsi şişləri (tumor) və onurğanın infeksion xəstəlikləri zamanı müşahidə edilə bilər. Əgər ev şəraitində müalicə nəticələriniz qənaətbəxş deyilsə həkiminiz sizə aşağıdakı məsləhətləri görə bilər: – Dərman vasitələri – müxtəlif növ ağrıkəsici, iltihab əleyhinə dərmanlar, bəzi antidepressantlar. – Fizioterapiya – isti, soyuq applikasiyalar, ultrasəs və elektrik stimulyasiya və eləcə də bəzi əzələ boşaldıcı metodlar bel əzələlərində və yumşaq toxumalarında ağrının azalmasına kömək edə bilər.
Bel ağrılarına klinik praktikada tez-tez təsadüf olunur. Əhalinin 80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı epizodu ilə qarşılaşır. İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, “ara həkimlərinə” və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir . Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar və əmək qabiliyyətinin itməsi baş verir. Məhdudiyyətləri 1 ildən çox olan bütün xəstələr 90% halda intensiv müalicə olmadan işləməyə qadir olmurlar.
İlkin səhiyyə müəssisələrinə kəskin BA nəticəsində müraciətin tezliyi ikinci, ortopedlərə isə birinci yerdədir. BA simptomlarının təkrar olması kifayət qədər tez-tez baş verir və il ərzində insanların təxminən 60-80%-də müşahidə olunur. Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin. Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi | Sağlamlığınızı bizimlə bərpa edin!
Bel ağrıları problemi – insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət.
Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir.
Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi:
- Kəskin bel ağrıları: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları
- Yarımkəskin bel ağrıları: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları
- Xronik bel ağrıları: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları
- Qayıdan (residiv verən) bel ağrıları: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin bel ağrıları problemi
Ağrıların kəskin olduğu hallarda ilk yardım önəmli rol oynayır. Mütləq istirahət etmək, fiziki fəaliyyəti məhdudlaşdırmaq və ağrı bölgəsinə soyuq və ya isti kompres tətbiq etmək tövsiyə olunur. Soyuq kompreslər iltihabı və şişkinliyi azalda bilər, isti kompreslər isə əzələ spazmlarını aradan qaldırmağa kömək edir. Həmçinin, kəskin ağrı zamanı düzgün uzanma və oturma mövqeyinə riayət etmək vacibdir.
Son yenilənmə:
Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı
Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.