Bel ağrıları – ən çox rast gəlinən şikayətlərdən biridir. Dünya əhalisinin 80%-i həyatlarında bir dəfə də olsun Bel Ağrıları problemindan əziyyət çəkir. Bel ağrıları işdən qalma səbəbləri arasında da mühüm yer tutur. Bütün yaş qrupları arsında rast gəlinməsinə baxmayaraq, ən çox 35-55 yaşlar arasında olur bel ağrıları. Mütəxəssislər bel ağrılarının sümük, əzələ və bağ sistemlərimiz ilə əlaqəli olduğunu deyirlər
Belin aşağı nahiyyəsində ağrı bel fəqərə sümükləri, fəqərələr (vertebra) və fəqərəarası disklər, fəqərə və fəqərəarası disklər ətrafındakı bağlar, onurğa beyni və sinirləri, bel əzələləri, qarın və çanaqdaxili orqanlar və bel nahiyəsi dərisindəki hər hansı patologiya səbəbli ola bilər.
Belin yuxarı nahiyəsində ağrı isə aorta, döş qəfəsi şişləri (tumor) və onurğanın infeksion xəstəlikləri zamanı müşahidə edilə bilər. Əgər ev şəraitində müalicə nəticələriniz qənaətbəxş deyilsə həkiminiz sizə aşağıdakı məsləhətləri görə bilər: – Dərman vasitələri – müxtəlif növ ağrıkəsici, iltihab əleyhinə dərmanlar, bəzi antidepressantlar. – Fizioterapiya – isti, soyuq applikasiyalar, ultrasəs və elektrik stimulyasiya və eləcə də bəzi əzələ boşaldıcı metodlar bel əzələlərində və yumşaq toxumalarında ağrının azalmasına kömək edə bilər.

Boyun yırtığı nədir? Necə başa düşmək olar?
Boyun yırtığı nədir? Necə başa düşmək olar? Boyun ağrısı, hər 3 adamdan birinin həyatının bir nöqtəsində qarşılaşdığı bir problemdir. Boyun ağrısının bir hissəsi yırtıq diskinin,