Skolioz xəstəliyi

Skolioz xəstəliyi

Skolioz xəstəliyi – onurğa sütununun əyriliyidir. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur.

Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2-3%, 6-14 yaşlı uşaqlar arasında 0.5%, 12-14 yaşlı yeniyetmələr arasında isə 1.2% təşkil edir. Yeniyetməlik dövrünün idiopatik skoliozu ən çox 10-14 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur. İdiopatik skolioz adı bu günə qədər xəstəliyin əmələ gəlmə səbəbinin məlum olmamasına görə verilmişdir.

Bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir.

Xarici görünüşə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:

  • Bir çiyin və ya bud-çanaq oynağı digərindən yuxarıda yerləşir.
  • Bir kürək sümüyü digərindən yuxarıda yerləşə bilər
  • Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır
  • Deformasiyanın qabarıq tərəfində “qabırğa donqarlığının” əmələ gəlməsi
  • Bir qol digərindən uzun görünür
  • Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyi

Rentgenoqrammalara əsasən həkimlər skoliotik defornasiyaları dərəcələrlə ifadə edirlər. Buna əsasən skoliozu 4 dərəcyə bölürlər:

1-ci dərəcəli – 0-10° dərəcə
2-ci dərəcəli – 11-30° dərəcə
3-cü dərəcəli – 31-60° dərəcə
4-cü dərəcəli – >61° dərəcə

Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun Deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də bu patologiyası olan uşaqlar daim həkim nəzarətində olmalı, periodik olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proressivləşməsini vaxtında aşkar etmək mümkündür.

Azərbaycanda təxminən hər min nəfərdən 10-u skolioz xəstəliyindən əziyyət çəkir. Üstəlik bu xəstəlik adətən vaxtında təyin olunmur və insanın vücudu əyilir və donqarlıq əmələ gəlir. İndiyədək bu xəstəliyin nisbətən yüngül formaları yəni onurğanın az əyriliyi Azərbaycanda əməliyyat olunsa da daha böyük əyriliklərdə xəstələr əməliyyat üçün xarici ölkələrə göndərilirdilər. Sümüklərin deformasiyası vaxtında əməliyyat yaxud müalicə olunmazsa bu əyrilik get-gedə daha qabarıq özünü göstərməyə başlayır.

Bakı Bərpa Mərkəzində Skolioz xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.

Skolioz xəstəliyi
Tomatis metodu

Tomatis metodu nədir, necə işləyir?

Tomatis Metodu beyni effektiv və təbii şəkildə stimullaşdırır. Bu, tibbi müalicə və klassik terapevtik üsulların istifadəsi zamanı əlavə bir vasitədir. Tomatis metodu çərçivəsində tətbiq edilən

Loqoped

Loqoped problemləri

Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdən hesab olunur. Müxtəlif səbəblərdən meydana çıxan hər hansı bir nitq qüsuru zamanla fəaliyyət, davranış

Polifenol nədir

Polifenol nədir?

Polifenollar hər molekulda birdən çox fenol qrupu olan birləşmələrdir. Polifenollara bitkilərdə rast gəlinir. Antioksidant xüsusiyyətlərinə görə insan sağlamlığına mümkün faydaları var. Antioksidant polifenolların oksidləşdirici stressi

Kortizon nədir?

Kortizon nədir?

Kortizon nədir? Kortizon dərmanı müxtəlif səbəblərdən bədəndəki iltihabı aradan qaldırmaq üçün istifadə edilən bir müalicə növüdür. Yalnız həkim icazəsi ilə istifadə edilə bilən kortizon düzgün

Gerontologiya nədir?

Gerontologiya nədir?

Gerontologiya nədir? Gerontologiya insanın qocalmasının bioloji, sosial və psixoloji aspektlərini, onun səbəblərini və onunla mübarizə yollarını (cavanlaşma) öyrənən elmdir. Bu termin 1903-cü ildə İ.İ.Meçnikov tərəfindən

Serebral iflic (CP) nədir

Serebral iflic (CP) nədir?

Serebral iflic (CP) nədir? Uşaqlarda müxtəlif səbəblərdən beynin zədələnməsi və ya inkişaf pozğunluğu səbəbiylə ortaya çıxan bir hərəkət sistemi xəstəliyidir. Əzələlərdə qeyri-iradi bükülmə, zəiflik, koordinasiya

ƏL VƏ BARMAQ HƏRƏKƏTİNİN MƏHDUDİYYƏTİ

ƏL VƏ BARMAQ HƏRƏKƏTİNİN MƏHDUDİYYƏTİ

ƏL VƏ BARMAQ HƏRƏKƏTİNİN MƏHDUDİYYƏTİ Revmatoid artritin yaranma səbəbi Dünyada ən çox yayılan xəstəliklərdən biri də revmatoid artritdir. Bu xəstəlik bütün yaşlarda başlaya bilir. Ən

Fibromialgiya

Fibromialgiya

Fibromialgiya Fibromialgiya geniş yayılmış bir xəstəlik olmasına baxmayaraq, sadəcə xəstələrin 1/3-də diaqnoz edilə bilər. Bu sindrom diffuz əzələ ağrıları və zəiflik ilə ortaya çıxan xroniki

Lateral Epikondilit

Lateral Epikondilit

Lateral Epikondilit Lateral Epikondilit “Tennisçi Dirsəyi” kimi də tanınır. Dirsəyin arxa tərəfində əzələ-vətərin sümüyə yapışdığı yerdə ağrılı bir vəziyyətdir. Vətərlər əzələni sümüyə bağlayır. Lateral epikondilit

İnsult və risk faktorları

İnsultda fizioterapiya və reabilitasiyanın rolu

İnsult nədir? İnsult beyin damarlarından qaynaqlanan, anidən və ya sürətlə inkişaf edən,beyin funksiyasının qismən itirilməsini göstərən əlamət və simptomlarla xarakterizə olunan, 24 saat və ya

Çiyin oynağının sıxışması sindromu

Impingement syndrome

Çiyin sıxışma sindromu (Impingement sindromu) nədir? Əsasən yetişkinlərdə meydana gələn, qolu müxtəlif istiqamətlərdə hərəkət etdirərkən ağrı və narahatlığa səbəb olan, həyat fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir

Çiyin ağrısı

Çiyin ağrısının səbəbləri nələrdir?

Çiyin ağrısı kimlərdə olur? Çiyin oynağı bədənin ən aktiv oynağıdır. Altı istiqamətdə hərəkət etmək imkanına malik olduğu üçün asanlıqla yaralanmalara və xəstəliklərə daha çox həssasdır.

osteoxondroz

Osteoxondroz

Osteoxondroz onurğa sütununda yaranan xroniki distrofik prosesdir. Hal-hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Osteoxondroz cavan və orta yaşlı insanlarda inkişaf edir,

Boyun yırtığının diaqnozu

Boyun yırtığının diaqnozu və müalicəsi

Boyun yırtığının diaqnozu Boyun yırtığının diaqnozu yəni boyun yırtığı ilk növbədə ağrı ilə özünü göstərir. Boyun ağrısı, bel ağrısı, bəzən də bel ağrısının vaxtaşırı başa

Boyun düzləşməsi

Boyun düzləşməsi və müalicəsi

Boyun düzləşməsi, boyun bölgəsindəki fəqərələrin sıralanmasında normalda açıqlığı arxaya baxan aypara kimi yox, düz olmasına deyilir. Boyun düzləşməsinin diaqnozunu üçün fizik müayinə etdikdən sonra rentgen

Çiyin sıxışma sindromu nədir?

Bu xəstəliyi təyin etmək üçün əvvəlcə çiyin anatomiyasını bilmək lazımdır. Çiyin qurşağı yuxarı qol sümüyü, yaxa sümüyü və çiyin bıçaqlarının artikulyasiyasından ibarətdir. Bu artikulyasiya sahəsində,

Ciyin agrilari

Çiyin sıxışma sindromu

Çiyin başının yuxarı hissəsində korokoid və akrominon adlanan iki sümük çıxıntı var və aralarında möhkəm bir körpü şəklində bir əlaqə var. Çiynin başını yan tərəfə

ALLERGİK RİNİT

ALLERGİK RİNİT

ALLERGİK RİNİT Allergiya – hər hansı bir maddə ilə qarşılaşıb ona qarşı həssas olan bir şəxsin  daha sonra eyni maddə ilə yenidən qarşılaşdıqda orqanizminin bu

Skolioz

Skoliozun Müalicəsi

Skoliozun Müalicəsi Skolioz – onurğa əyriliyi günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda, gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.