İnsult nədir?
İnsult beyin damarlarından qaynaqlanan, anidən və ya sürətlə inkişaf edən,beyin funksiyasının qismən itirilməsini göstərən əlamət və simptomlarla xarakterizə olunan, 24 saat və ya daha uzun davam edə bilən və ölümlə nəticələnə bilən bir klinik sindromdur. Daha az sıxlıqla rast gəlinən,beyin damarlarından birinin yırtılıb və qanın beyin toxumasına və ya beyin zarları içinə qanaması ilə meydana gələ bilər. Bu da beyin qanaması olaraq bilinməkdədir. Beynin müxtəlif hissələri bədənin müxtəlif hissələrini və funksiyalarını idarə etdiyindən, ümumiyyətlə insultun meydana gəldiyi beyin sahəsi və yaxın ətrafı təsirlənir.
Təsirə məruz qalan beyin bölgəsinə görə danışma, əzələ gücü, koordinasiya-tarazlıq, görmə və ya yaddaş itkisi meydana gəlir. Bəzi xəstələr bu vəziyyətdən tam sağalsa da,bəzi xəstələr ağır dərəcəli əlil kimi həyatlarına davam edirlər.
İnsult beyin fəaliyyətinə ciddi təsir edən və təcili tibbi müdaxilə tələb edən bir vəziyyətdir. Dünyada milyonlarla insan insultla qarşılaşır və onun yaratdığı fəsadlarla mübarizə aparır. Əsas səbəb beyin qan damarlarının tıxanması və ya partlaması nəticəsində beyin toxumalarının zədələnməsi və funksiyaların itirilməsidir. Lakin doğru zamanda müdaxilə və bərpa tədbirləri ilə insultdan sonra həyat keyfiyyətini bərpa etmək mümkündür.
İşemik insult beynin bir hissəsinə qan axını olmadıqda baş verir. Bu vəziyyət adətən qan damarının tıxanması nəticəsində yaranır. Kifayət qədər oksigen almayan beyin hüceyrələri zədələnir, bu da danışmaqda çətinlik, bədəndə uyuşma və ya hərəkət itkisi kimi problemlərə səbəb ola bilər. Erkən müdaxilə qalıcı zərərin qarşısını almaq üçün çox vacibdir.
İşemik insult nədir?
İşemik insultSerebrovaskulyar Qəzanın (CVA) bir növüdür. CVA beynin qan damarlarına təsir edən bütün şərtləri əhatə edən ümumi bir termindir və işemik insult CVA kateqoriyasıdır. İşemik insult CVA-nın ən geniş yayılmış növüdür və bütün insult hallarının təxminən 85%-ni təşkil edir.
İşemik insult beyin dövranının tıxanması və ya daralması səbəbindən beynin müəyyən bir sahəsinin kifayət qədər qan və oksigenlə təmin edilmədiyi zaman baş verən nevroloji bir hadisədir. Beyin toxumasında işemiya adətən tromb (yerində əmələ gələn qan laxtası) və ya emboliya (qan dövranı ilə gedən laxtalanma) səbəbindən inkişaf edir. Bu vəziyyət beyin damarlarının birdən-birə və ya tədricən bağlanmasına, oksigen çatışmazlığı səbəbindən beyin hüceyrələrinin zədələnməsinə və nekrozlaşmasına səbəb olur.
Növləri və dərəcələri
İnsult iki əsas növə bölünür:
- İşemik insult: Bu növ insult beyinə qan axınının tromb və ya emboliya səbəbindən dayandırılması nəticəsində yaranır. İşemik insultlar bütün insult hallarının təxminən 85%-ni təşkil edir.
- Hemorragik insult: Bu növ insult beyindəki qan damarlarının partlaması və qanaxma nəticəsində baş verir. Bu vəziyyət yüksək qan təzyiqi, damar anomaliyaları və ya travma səbəbindən yarana bilər.
Səbəbləri
İki növ insult var: birincisi hemorragikdir (qanaxma ilə) və digəri işemikdir (damar tıxanıqlığı). Hemorragik insultda beynin ətrafında və ya içərisində qanaxma meydana gəldiyində,işemik üsulda qan axımı beynin bir hissəsində azalır və ya dayanır. Və bununla da qan axımı olmayan beyin sahəsi zədələnir. Beyni qidalandırann damarların incəlməsi ilə qan axımının azalması ilə işemik insult baş verə bilər.
- İşemik üsulun əsas səbəbi damardaxili laxtadır. Qan beyinə çata bilmədikdə,beyin hüceyrələri bir neçə dəqiqə ərzində ölməyə başlayır.
- Hemorragik insult beyində və ya ətrafında qanaxma ilə baş verir. Hemorragik insultun bir çox səbəbi olsa da, ən çox rast gəlinənləri bunlardır:
Beyin arteriyalarında anevrizma adlanan zəif nöqtələrdir. Bu hissələr partlayır və qanaxmanın beyinə yayılmasına səbəb olur. Beyində yırtılmış kiçik damarlar da fərqli qanaxma ocağına səbəb ola bilər.
İnsult və risk faktorları
- Hipertoniya (yüksək qan təzyiqi)
- Şəkərli diabet
- Kardiovaskulyar səbəblər (rtm pozğunluqları,ürək qapaq stenozu kimi)
- Tütün məhsullarının istifadəsi
- Spirtli içkilərin qəbulu
- Pəhriz və qidalanma
- Fiziki hərəkətsizlik və ya passiv yaşam tərzi
- Obezilik
- Psixoloji səbəblər
- İnfeksiya və sepsis
- Böyrək xəstəlikləri
- Yuxu zamanı tənəffüsünün pozulması
- Asimptomatik karotid stenoz
- Narkomaniya və maddə asılılığı
Dünyada insultların 87%-i işemik, 10% hemorragik və 3%-i subaraxnoid qanaxmalardır (SAQ). Hər il dünyada 20 milyondan çox insult meydana gəlir və təxminən 8 milyon insan insult səbəbiylə ölür. 60 yaş üzəri nüfuzda kadiovaskulyar xəstəliklərindən sonra serebrovaskulyar xəstəliklər dünyada ikinci ölüm səbəbidir.
Insultun diaqnozu necə qoyulur?
Bir nevropatoloq və ya digər həkimlərin müayinəsi ilə insultun diaqnozu və səbəbi ortaya çıxa bilər.
Müayinə:
Fiziki müayinə
Nevroloji müayinə
Beyin görüntüləmə üsulları
Beyin damarlarının müayinə üsulları
Qan testləri
Ürək testləri
Elektrokardioqram (EKQ)
Ekokardioqrafiya (ürəyin ultrasəs ilə müayinəsi)
Ürək ritminin monitorinqi
İnsultun simptomları nələrdir?
İnsult anidən baş verir və bəzən simptomları fərqli ola bilər.
Bədənin bir tərəfində üz,qol və ya ayaqda uyuşma və ya güc itkisi
Çaşqınlıq və ya danışmaqda və ya başa düşməkdə çətinlik çəkmək
Gəzinti çətinliyi, başgicəllənmə,tarazlıq və koordinasiya itkisi
Birtərəfli və ya ikitərəfli görmə itkisi
Şiddətli baş ağrısı
İnsultun müalicəsində fizioterapiyanın məqsədi nədir?
İnsultun müalicəsində fizioterapiya,meydana gələn problemləri həll etmək və ortaya çıxacaq digər problemlərin qarşısını almaq məqsədi daşıyır.
Fizioterapiyanın insultun müalicəsində böyük əhəmiyyəti olduğu üçün mütləq şəkildə müalicə planına daxil edilməlidir.
İnsultun müalicəsində fzioterapiyanın məqsədi,ortaya çıxa biləcək problemlərin qarşısını almaq,hərəki funksiyanı bərpa etmək, gündəlik həyatda müstəqilliyi bərpa etmək və xəstənin hər baxımdan həyata qatılmasını təmin etməkdir.
İnsultun müalicəsində fizioterapiyanın ən vacib hissəsi xəstənin ətraflı qiymətləndirilməsidir. Qiymətləndirmə nəticəsində fizioterapevtlər əldə edilən məlumatlar əsasında hansı reabilitasiya üsulunun tətbiq ediləcəyinə qərar verirlər. Zaman-zaman edilən qiymətləndirmələr nəticəsində, tərtiblənmiş reabilitasiya metodunun insultda təsirli olub-olmadığı müəyyən edilməlidir. Gözlənilən inkişafa nail olmaq mümkün deyilsə, reabilitasiya proqramı cari məlumatlar nəzərə alınmaqla dəyişdirilməli və ya yeni metodlar əlavə edilməlidir. Bu yolla da xəstənin tez bir zamanda ən yüksək səviyyədə müstəqillik əldə etməsinə çalışılır. İnsult reabilitasiyasında, komandadakı fizioterapevtlərin tətbiq etdiyi fizioterapiya vacibdir. Buna görə yaxşı bir fizioterapiya xidməti almaq əsas diqqət ediləcək nöqtələrdən biridir.
İnsult müalicəsində fizioterapiyaya nə vaxt başlamaq lazımdır?
İnsultun müalicəsində fizioterapiyaya ən qısa müddətdə başlamaq vacibdir. Fizioterapiyanın müddəti və tezliyi xəstədən xəstəyə və tətbiq ediləcək reabilitasiya üsullarına görə dəyişir. Bu səbəbdən, xəstənin ailəsi bu mövzuda bir araşdırmaçı olmalı və xəstələrinə edilə biləcək ən yaxşı müalicələri tətbiq etməlidir. İnsultun fizioterapevtik müalicəsi əsnasında xəstə nə qədər etibarlı əllərə həvalə olunsa bir o qədər təhlükəsiz və güvənli olar və xəstə daha sürətli irəliləyər.
İnsult və risk faktorları
İnsult müalicəsində fizioterapiya nə qədər davam edir?
Xəstənin vəziyyətinə görə dəyişir. Ona görə də bu barədə dəqiq bir şey söyləmək düzgün olmazdı. Bunun üçün xəstənin bədənində nə qədər koqnitiv (bilişsəl işləv/idrak funksiya) funksiya probleminin olduğunu araşdırmaq lazım gələcək.
Komanda işi niyə vacibdir?
Effektiv insult müalicəsində fizioterapiya üçün fizioterapevt və həkimin birgə işləməsi və xəstə və ailəsinin reabilitasiyada fəal iştirak etməsi vacibdir. Fizioterapiyada ortaya çıxa biləcək yeni problemlərin qarşısını almaq və reabilitasiyanın müvəffəqiyyəti üçün komandanı təşkil edən şəxslər birlikdə hərəkət etməli və fikir mübadiləsi aparmalıdır. Bu səbəbdən komanda çox önəmlidir.
İnsultun müalicəsində reabilitasiya:
İnsult zamanı reabilitasiya; qayğı,yenidən itirilmiş funksiyanı aktivləşdirmə və yenidən tənzimləmə də daxil olmaqla tibbi müalicənin birləşməsidir. Reabilitasiyanın məqsədi; insanların fiziki,zehni və sosial funksiyalarını maksimum dərəcədə artırmaqdır. Reabilitasiya diaqnoz və müalicədən sonra ayrı bir mərhələ olaraq düşünülməlidir. Reabilitasiya,xəstələrin gündəlik həyatda özünü bağımsız olaraq təmin etməsini bərpa edir;müstəqilliyi hədəfləyir.
Serebrovaskulyar xəstəliklərdə nevroloji funksiyaların yaxşılaşmasını yerli zərərli faktorların təsirlərinin azalması və neyron plastikliyi ilə izah edə bilərik. İnsultun erkən dövründə lokal ödəm və yerli toksinlər təsirini itirir,yerli dövriyyədə artım və qismən zədələnmiş işemik neyronların sağalmasını təmin edir.
Beyin plastikliyi də həm erkən,həm də gec dönəmdə ola bilən sinir sisteminin struktur və funksional təşkilini tənzimləmək qabiliyyətidir. İnsultlu xəstələrdə aşağı ətrafların funksiyaları daha erkən sağalır və daha sonra yuxarı ətraf və əl funksiyaları.Xəstələrin motor sağalma dərəcəsi insandan insana dəyişir və bəzən sağalma istənilən mərhələdə dayana bilər.
Reabilitasiyaya başlamaq üçün xəstələr tibbi cəhətdən stabil olduqları,öyrənə bilmə qabiliyyətində olmaları, başqa bir xəstəliyi olmadığı və ən az bir saat dayaqla oturmaq üçün kifayət qədər fiziki fəaliyyətə sahib olma qabiliyyətində olmalıdırlar.
Xəstəliyə ilk andan uyğun mövqe verilməlidir; sərt(tonuslu) ətrafı qorumaq üçün bir tədbir görülməlidir. İlk 24-48 saatda, lazım gələrsə, passiv hərəkət məşqlərinə başlamalısınız. Daha yaxşı vəziyyətdə olan xəstələr yataqda hərəkətlilik məşqləri, geyinmək və tualetə getmək üçün primitiv məşqlər almalıdırlar.
Reabilitasiya potensialı və proqnozuna müsbət təsir edən amillər; Xəstənin gənc olması (55 yaşın altında), sol hemiplegiya (sol əl və sol ayaq/dominant yarımkürə), duyğu qüsurunun olmaması, motor funksiyalarının erkən inkişafı, üst ətrafın xüsusilə əl hərəkətlərinin erkən görünməsi, psixi pozğunluğun olmaması və ya mütərəqqi sistem xəstəliyi (ürək, böyrək) olmamasıdır.
Reabilitasiya potensialı və proqnoza mənfi təsir edən amillər; xəstənin yaşı (55 yaşdan yuxarı), davam edən hissiyat qüsuru və talamik ağrı sindromu, davamlı qüsurlu hemiplegiya, şiddətli sərtliklə müşahidə edilən ekstrapiramidal sindrom, yayğın üzvi beyin patologiyası olan zehni və psixoloji pozğunluqların olması, davamlı koordinasiya və balans pozğunluğu və sağ hemiplegiya;
Xəstənin fiziki, neyrofizioloji, psixoloji və peşə aspektlərini qiymətləndirdikdən və reabilitasiya potensialını təyin etdikdən sonra hər bir xəstə üçün fərdi olaraq bir hədəf təyin edilir.
Müəyyən edilmiş reabilitasiya potensialına uyğun olaraq tərtib ediləcək və reabilitasiya qrupu tərəfindən həyata keçiriləcək reabilitasiya proqramı reabilitasiya məqsədləri çərçivəsində olmalıdır.
Reabilitasiya, deformasiyaların qarşısının alınması, deformasiyaların düzəldilməsi, xəstənin oturması, ayaq üstə durması, iflic olmuş ətrafların maksimum fəaliyyətə öyrədilməsi, ünsiyyət pozğunluğunun aradan qaldırılması üçün danışma terapiyası, üz iflicinin müalicəsi, maksimum psixoloji bütünlük və sabitliyini təmin etmək, sosial fəaliyyətlər üçün lazımi məsləki (peşə) vəziyyətini təyin etmək və peşə reabilitasiyasını təmin etmək məqsədi daşıyır.
Əfsuslar olsun ki, insult kimi xəstəlikdən heç kim sığortalanmayıb. İnsult keçirmiş şəxslərin təkrar insult keçirmə riski heç vaxt keçirməmiş insanlara nisbətən daha yüksəkdir. İkinci insultun qarşısının alınması üsullarını nevroloqunuzla müzakirə edin.
Bu üsullar həyat tərzi dəyişikliklərindən və bəzi müalicələrdən ibarətdir:
- Duz, yağ və xolesterolu az olan pəhriz
- Qan təzyiqinə nəzarət
- Siqareti buraxmaq
- Xolesterolun dərmanlarla idarə edilməsi
- Qan laxtalanmasının qarşısını alan dərmanlar
Əlamətləri
İşemik insultun simptomları adətən sürətlə inkişaf edir və bunlara daxildir:
- Üz asimmetriyası: Bir tərəf (adətən insultun baş verdiyi tərəf) sallanır və ya asimmetrik görünür. Gülərkən üz asimmetriyası müşahidə olunur.
- Qol və ya ayaq zəifliyi: Qol və/və ya ayaqda zəiflik və ya hissiyat itkisi olur. Bu adətən bədənin bir tərəfində daha çox nəzərə çarpır.
- Danışmaqda çətinlik: İnsan söz tapmaqda çətinlik çəkə bilər və ya danışarkən məna itirə bilər. Nitq çaşqın və ya anlaşılmaz ola bilər.
- Görmə pozğunluqları: Görmə itkisi bulanıq və ya ikiqat görmə şəklində özünü göstərə bilər. Xüsusilə bir gözdə ani görmə itkisi baş verə bilər.
- Balans və gəzinti problemləri: Şəxs gəzərkən balans pozğunluğu, yıxılma və ya yeriməkdə çətinlik çəkə bilər. Bu, tez-tez başgicəllənmə və ya başgicəllənmə hissi ilə müşayiət olunur.
- Şiddətli baş ağrısı: İşemik insult zamanı baş ağrısı adətən gözlənilmədən və qəfil başlayır. Bu, beyin toxumasına oksigen çatışmazlığı ilə bağlı ola bilər.
- Şüur vəziyyətində dəyişikliklər: İnsanların şüur səviyyəsi azala bilər, çaşqınlıq və ya yuxululuq baş verə bilər. Bəzən xəstələr ətrafdakı hadisələrə reaksiya verə bilmirlər.
- Hərəkət və koordinasiya problemləri: Gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik, əl qabiliyyətinin azalması və ya yazı yazmaqda çətinlik ola bilər.
Bu simptomlardan hər hansı biri birdən ortaya çıxarsa, təcili tibbi yardım axtarmaq vacibdir. Ani müdaxilə ilə işemik insult müalicə edilə və qalıcı zədələnmənin qarşısı alına bilər.
Diaqnoz
İnsult diaqnozu adətən xəstəlik tarixçəsi, fiziki müayinə və xüsusi testlər vasitəsilə qoyulur. Diaqnozun təsdiqi üçün ən çox istifadə olunan görüntüləmə metodları aşağıdakılardır:
- KT (Kompyuter Tomoqrafiyası): Beyində qanaxmanın olub-olmamasını müəyyənləşdirmək üçün istifadə edilir.
- MRT (Maqnit Rezonans Tomoqrafiyası): Beyin toxumasında dəqiq dəyişiklikləri aşkar etmək üçün daha yüksək dəqiqlik təqdim edir.
Müalicəsi
- Fövqəladə cavab:İşemik insult əlamətləri görünən kimi xəstə dərhal xəstəxanaya aparılmalıdır. Təcili yardımda sürətli müayinə ilə yanaşı beyin görüntüləmə testləri (CT və ya MRT) tələb olunur. Bu testlər laxtanın yerini dəqiq müəyyən etməyə və tez bir müalicə planı hazırlamağa kömək edir.
- Dərman terapiyası:İşemik insultdan sonra xəstələrə qan laxtalanmasını azaltmaq və tıxanmaların qarşısını almaq üçün dərmanlar verilir. Bu dərmanlar insultun təkrarlanma riskini azaldır. Dərman terapiyası xəstənin ümumi sağlamlığını yaxşılaşdırmaq üçün vacibdir.
- Reabilitasiya: Neyroreabilitasiya: Hərəkət bacarıqlarının inkişafı və funksional fəaliyyət təlimi üzərində iş aparılır. Terapevtlər zəif əzələ qruplarını yenidən işlətmək üçün müxtəlif məşqlər və üsullardan istifadə edir. Bu, gəzinti, balans və koordinasiya bacarıqlarını inkişaf etdirməyə kömək edir.
- Nitq-udma terapiyası: İnsultdan sonra nitq və dil problemləri olan xəstələr üçün loqopedlər söz ehtiyatını artırmaq, düzgün tələffüz və rəvan danışıq qabiliyyətini inkişaf etdirmək üçün müxtəlif üsullar tətbiq edirlər. Udma çətinliyi (disfagiya) olan xəstələr üçün də xüsusi məşqlər aparılır.
- Peşə terapiyası: Xəstələrə gündəlik fəaliyyətlərini (yemək, geyinmə, şəxsi baxım) müstəqil yerinə yetirmək üçün bacarıqlar öyrədilir. Zəruri hallarda köməkçi cihazlardan istifadə təlimi verilir.
- Tənəffüs terapiyası: Dərin nəfəs məşqləri və digər üsullarla tənəffüs əzələləri gücləndirilir, oksigenləşmə artırılır.
- Həyat tərzi dəyişiklikləri:Sağlam pəhriz və müntəzəm fiziki fəaliyyət insult riskini azaldır. Siqaret və alkoqol istehlakının azaldılması da ümumi sağlamlıq və insult riskinin azalmasına kömək edir.
- Daimi təqib:Xəstələrin sağlamlıq vəziyyətinin izlənməsi və insultun təkrarlanma riskinin azaldılması üçün daimi təqib vacibdir.
Bakı Bərpa Mərkəzi işemik insult keçirmiş xəstələrə kompleks və müasir reabilitasiya xidməti göstərir. Mərkəzdə aşağıdakı müalicə və reabilitasiya xidmətləri tətbiq olunur:
- Tibbi diaqnostika və qiymətləndirmə: İlk olaraq xəstənin nevroloji vəziyyəti dəqiq qiymətləndirilir, beyin və sinir sisteminin funksiyaları yoxlanılır.
- Fizioterapiya: Xəstələrin hərəkət qabiliyyətinin bərpası üçün fərdi məşq proqramları hazırlanır. Müxtəlif fiziki metodlar (masaj, elektroterapiya, məşq terapiyası) tətbiq edilir.
- Nitq və dil terapiyası: Nitq pozğunluğu və udma problemləri olan xəstələr üçün loqopedik məşqlər keçirilir.
- Peşə terapiyası: Xəstələrə gündəlik həyatda müstəqil fəaliyyət göstərə bilmələri üçün xüsusi təlimlər verilir.
- Psixoloji dəstək: İnsultdan sonra yaranan emosional və psixoloji çətinliklərin aradan qaldırılması üçün psixoloq dəstəyi təmin edilir.
- Qida və həyat tərzi məsləhətləri: Sağlam həyat tərzi və düzgün qidalanma üzrə fərdi məsləhətlər verilir.
Bakı Bərpa Mərkəzində tətbiq olunan multidisipliner yanaşma sayəsində xəstələr insultdan sonra mümkün qədər sürətli və effektiv şəkildə normal həyat fəaliyyətlərinə qayıda bilirlər. Mərkəz yüksək ixtisaslı mütəxəssislər, müasir avadanlıqlar və fərdi yanaşma ilə insult sonrası reabilitasiyanın hər mərhələsində dəstək göstərir.
İnsultdan sonra reabilitasiya xəstənin funksional qabiliyyətlərini bərpa etmək və həyat keyfiyyətini artırmaq məqsədini daşıyır. Bakı Bərpa Mərkəzində aşağıdakı xidmətlər təqdim olunur. Reabilitasiya prosesinin əsas elementləri bunlardır:
- Fiziki reabilitasiya: Fizioterapiya ilə hərəkət funksiyalarının bərpası.
- Əl və ayaq funksiyalarını inkişaf etdirmək üçün xüsusi məşqlər.
- Nitq terapiyası: Nitq problemləri olan xəstələrdə ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi.
- Danışıq və udma problemlərinin həlli üçün xüsusi məşqlər.
- Psixoloji dəstək: İnsult keçirmiş şəxslərdə tez-tez depressiya və emosional dəyişikliklər müşahidə edilir. Psixoloq və ya psixoterapevt köməyi ilə emosional dəstək göstərilir.
- Qidalanma və həyat tərzi dəyişiklikləri: Sağlam qidalanma planı hazırlanır.
- Qan təzyiqini və xolesterolu idarə etmək üçün xüsusi tövsiyələr verilir.
Bakı Bərpa Mərkəziinsultun müalicəsi və reabilitasiyasında peşəkar xidmətlər təqdim edir. Burada insult növündən və şiddətindən asılı olaraq fərdi müalicə proqramları hazırlanır.
İşemik insultun müalicəsi:
- Trombolitik Terapiya: Trombların əriməsi üçün xüsusi dərmanlar (məsələn, alteplaz) istifadə olunur.
- Mekanik Tromboektomiya: Qan damarında yaranmış trombu çıxarmaq üçün minimal invaziv metod tətbiq edilir.
Hemorragik insultun müalicəsi:
- Qanaxmanın dayandırılması: Antihipertenziv dərmanlarla qan təzyiqinin idarə edilməsi və qanaxmanın dayandırılması təmin edilir.
- Cərrahi müdaxilə: Beyindəki qanaxma ocağını aradan qaldırmaq və ya təzyiqi azaltmaq üçün əməliyyat aparılır.
Profilaktika və tövsiyələr
İnsultun qarşısını almaq üçün aşağıdakı tədbirlərə riayət edilməlidir:
- Qan təzyiqini mütəmadi nəzarətdə saxlamaq.
- Sağlam qidalanmaq və artıq çəkidən çəkinmək.
- Fiziki aktiv olmaq və mütəmadi idmanla məşğul olmaq.
- Siqaret və alkoqoldan uzaq durmaq.
- Şəkərli diabet və ürək-damar xəstəliklərini nəzarətdə saxlamaq.
Bakı Bərpa Mərkəzində müalicə
İnsultdan sonra bərpa prosesi uzun və çətin ola bilər. Lakin, müasir reabilitasiya metodları və peşəkar tibbi xidmətlər sayəsində sağalma şansları artır. Bakı Bərpa Mərkəzi, insult keçirən şəxslərin yenidən həyat keyfiyyətini bərpa etməsi üçün ən müasir texnologiyalar və peşəkar kadrlar ilə dəstəkləyir.
Mərkəzimizdə müalicə aşağıdakı mərhələləri əhatə edir:
- Fizioterapiya və Hərəkət Terapiyası: İnsultdan sonra hərəkət məhdudiyyətlərinin aradan qaldırılması və əzələ zəifliyinin bərpası üçün fizioterapiya seansları tətbiq edilir. Xüsusi proqramlarla əzələ gücü və koordinasiya bərpa edilir.
- Nitq Terapiyası: Nitq funksiyasının itirilməsi insultun ən yayılmış nəticələrindən biridir. Nitq terapevtlərimiz xüsusi proqramlarla xəstələrin danışıq qabiliyyətini yenidən qazanmalarına kömək edir.
- Psixoloji Dəstək: İnsult sonrası depressiya və motivasiya itkisi çox yayılmışdır. Psixoloqlarımız bu çətin dövrdə həm xəstələrə, həm də ailələrinə dəstək göstərir.
- Koqnitiv Reabilitasiya: Yaddaş, düşünmə və qərarvermə funksiyalarının bərpası üçün xüsusi məşğələlər və koqnitiv terapiya proqramları təklif edilir.
- Fərdi Bərpa Planları: Hər xəstə fərqli dərəcədə və səviyyədə insult keçirdiyi üçün fərdi bərpa planları tərtib olunur. Mütəxəssislərimiz hər bir pasiyent üçün uyğun müalicə və reabilitasiya proqramını tərtib edir.
Sağlamlığınıza Dəyər Verin
Əgər insult keçirmiş və ya yaxınlarınız bu çətin xəstəliklə mübarizə aparırsa, vaxt itirmədən peşəkar kömək alın. Bakı Bərpa Mərkəzisizə ən yaxşı bərpa proqramlarını təklif edir.
Daha ətraflı məlumat və müraciət üçün bizimlə əlaqə saxlayın:
- Tel: +994 12 432 87 88
- Mob: +994 50 400 07 88
İnsult diaqnostika, müalicə və reabilitasiya baxımından ciddi diqqət tələb edən bir sağlamlıq problemidir. Bakı Bərpa Mərkəzində təqdim olunan müasir tibbi xidmətlər vasitəsilə insultun nəticələrini minimuma endirmək mümkündür. Həkimə mütəmadi müraciət etməklə və profilaktik tədbirləri həyata keçirməklə insult riskini azalda bilərsiniz.
Son yenilənmə:
Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı
Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.