Travmatik pleksit (“Akuşer” iflici)

“Akuşer” iflici öz adını etioloji amildən – doğuş zamanı mamanın (akuşerin) səhv müdaxiləsindən götürmüşdür.                                                                         

“Akuşer” iflici – səbəbləri

Bu problem yuşaq doğuş yollarından keçən zaman bazu kələfinin zədələnməsi nəticəsində yaranır. Səbəblər doğuş zamanı başa və çiyinlərə mexaniki təzyiq göstərilməsi, həmçinin ginekoloji maşaların istifadəsi ola bilər. Uzun davam edən doğuş zamanı hipoksiya “akuşer” iflicinin yaranması riskini yüksəldir, çünki işemiya da sinirlərin zədələnməsinə gətirib çıxarır. Yenidoğulmuşların anadangəlmə travmaları dölün ölçüləri doğuş yollarına uyğun olmadıqda da meydana çıxa bilər. Beləliklə, çəkisi 4 kq və daha çox olan döllərdə bu patologiyanın yaranma riski daha yüksəkdir. Sağrı gəlişində  iflicin patogenezində müəyyən rol oyanayan döş-körpücük-məməyəbənzər əzələnin travması və cırılması təhlükəsi yüksəkdir    

Travmanın sinir kələfində lokalizasiyasından asılı olaraq travmatik pleksitin yuxarı, aşağı və total ifliclər olmaqla 3 növü ayırd edilir. Yuxarı “akuşer” iflici (Dyuşen-Erb iflici) bazu kələfinin yuxarı birincili dəstəsinin və ya onurğa beynin yuxarı kökcüklərinin (ilk altı boyun fəqərəsinə müvafiq) zədələnməsi zamanı inkişaf edir. Dejerin-Klumpke (aşağı) iflicində bazu kələfinin aşağı dəstəsini və ya onurğa beyninin axrıncı boyun fəqərəsindən və aşağı şöbələrindən gələn kökcüklər zədələnir. Total “akuşer” iflicində bazu kələfi bütünlüklə zədələnir və bu, parezin daha ağır formasıdır.

“Akuşer” iflicinin simptomları

Bu ifliclərin əlamətləri, bir qayda olaraq, doğuşdan etibarən nəzərə çarpır; yalnız yüngül formalı ifliclər uşağın şüuri aktivliyi artdıqda (3-6 ayına qədər) aşkar olunur. Lakin pediatr və uşaq nevroloqu ilkin müayinə zamanı əzələ tonusunun azalmasını və həssaslığın dəyişilməsini təyin edir. Qol asılı, Moro və Robinson, həmçinin Babkin (ovuc-ağız) refleksləri itmiş olur. Bazu kələfinin hansı dəstəsinin zədələnməsindən asılı olaraq həmin nahiyənin innervasiya etdiyi hissənin simptomları təzahür edir. Belə ki, ya qolun proksimal hissəsi (çiyin oynağı, bazu), ya da distal hissəsində (said və əl darağı ) əzələ tonusu və həssaslıq daha çox azalır. Eyni zamanda zədələnməmiş sinirlərin innervasiyası nahiyələrində sağlam qolla müqayisədə zəif olsa da, hərəki aktivlik müşahidə oluna bilər.           

Uşaq doğulduqdan dərhal sonra xəstəliyi müalicə etmək lazımdır. Terapevtik terapiya konservativ və cərrahi üsulları əhatə edir. Sinir liflərinin zədələnmə növü və dərəcəsi, körpənin yaşı, patologiyanın inkişaf mərhələsi nəzərə alınaraq hər bir vəziyyət üçün fərdi olaraq seçilirlər. Yenidoğanın həyatının ilk günlərindən masaj, fizioterapiya və müalicəvi gimnastika daxil olmaqla konservativ terapiya kompleksi həyata keçirilir.

 

Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.

Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |

Sağlamlığınızı bizimlə bərpa edin!

“Akuşer” iflici
Serebral Palsi (Spastik iflic) reabilitasiyası

Serebral Palsi (Spastik iflic) reabilitasiyası

Serebral Palsi (SP) beyin inkişafının pozulması ilə əlaqəli olan, bədənin hərəkət qabiliyyətini təsir edən xroniki nevroloji bir vəziyyətdir. Bu xəstəlik adətən doğuşdan əvvəl, doğuş zamanı

Diz əzələlərinin gücünləndirilməsi

Diz əzələlərinin gücünləndirilməsi üçün effektiv yollar

Diz əzələlərini gücündürmək, hərəkət qabiliyyətinin artırılması, diz oynaqlarında sabitliyin təmin edilməsi və günlük həyat keyfiyyətinin yüksəldilməsi baxımından olduqca vacibdir. Əzələlərin gücəndirilərək dizin yükünü azaltmaq və

Osteoxondrozun müalicəsi

Osteoxondrozun müalicəsi

Osteoxondroz müasir dövrümüzdə geniş yayılan dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Bu xəstəlik onurğanın boyun, döş və bel nahiyəsində osteoxondral toxumanın degenerativ dəyişiklikləri ilə müşayiət olunur. Əsas

Skoliozun müalicəsi Bakı Bərpa Mərkəzində

Skoliozun müalicəsi Bakı Bərpa Mərkəzində

Skolioz, onurğa əyriliyi ilə bağlı bir problemdir və bu vəziyyət uşaqlar, yeniyetmələr və böyüklər arasında yayılıb. Həmçinin, skoliozun müalicəsi çox vaxt valideynlər və xəstələr üçün

Fizikoterapiyada ultrasəs

Fizioterapiyada ultrasəsdən istifadə

Ultrasəs yalnız hamiləlik zamanı deyil, həm də bir çox tibbi prosedurlar üçün istifadə edilən görüntüləmə üsuludur. Diaqnostik ultrasəs və hamiləlik görüntüləməsindən başqa, ultrasəs fiziki terapiyası

Limfa drenajı nədir? Faydaları

Limfa drenajı nədir? Faydaları

Limfa Drenajı qan dövranı sistemi kimi mayenin hərəkətliliyini təmin edən, lakin ürək kimi mərkəzi nasosu olmayan limfa drenaj sistemidir. Limfatik Drenaj sisteminin sağlam işləməsi sayəsində insan

Miostimulyasiya

Miostimulyasiya ilə əzələ gücünüzü artırın

EMS (Elektro- Miostimulyasiya) məşqi, elektrik stimullaşdırılması vasitəsilə əzələləri işləyən bir məşq formasıdır. Bu məşq texnikası əzələlərin daha effektiv işləməsinə imkan verir və əzələ gücünü artırmağa

Zərbə-dalğa terapiyası

Zərbə-dalğa terapiyası

Zərbə-Dalğa Terapiyası müvafiq nahiyədə qan axını gücləndirir və bu nahiyənin aktivliyini artıraraq sağalma prosesinin sürətlənməsinə töhfə verir. Ümumiyyətlə ortopedik pozğunluqlar üçün istifadə edilən Zərbə Dalğası

Evdə Qulluq və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri ilə müalicəsini evdə davam etdirmək istəyən xəstələrə, doğuşdan əvvəl və doğuşdan sonrakı dəstəyə ehtiyacı olan analara, yaşlılar və qayğıya ehtiyacı

Parkinson Reabilitasiyası

Parkinson Reabilitasiyası nədir?

Parkinson xəstəliyi beyin hüceyrələrinin itirilməsi ilə irəliləyən bir beyin xəstəliyidir. Bu, 65 və yuxarı yaşda olan insanların 1-2%-də baş verən mütərəqqi nevroloji xəstəlikdir. Xəstələrin təxminən

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Reabilitasiya prosesinin ümumi məqsədi ən yüksək həyat keyfiyyəti ilə mümkün qədər müstəqil yaşamaqdır. Fizioterapiyanın əsas məqsədi ilk növbədə xəstənin əvvəlki funksiyasını bərpa etmək və ya

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya sözü oynağın içərisinə baxmaq deməkdir. Fiberoptik cihazlar (kamera və işıq sistemləri) vasitəsilə oynaqların daxili hissəsi vizual olaraq yoxlanılır. Bu sayədə oynaqdaxili toxumalarda olan xəstəliklər

Reabilitasiyanın növləri

Reabilitasiya növləri

Reabilitasiya insanın sağlamlığını, funksionallığını və ya həyat keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilən bir sıra müalicə və prosesləri əhatə edən bir termindir. Reabilitasiya ümumiyyətlə xəstəlik, zədə və ya

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.