Serebral iflic

Uşaq serebral iflici, adətən erkən uşaq yaşlarında başlayan və hərəki pozğunluqlarla – iflic, əzələ zəifliyi, hərəkət koordinasiyasının pozulması və qeyri iradi hərəkətlərlə təzahür olan, baş beynin zədələnməsinin dərəcəsindən asılı olaraq çox yüngül hallardan tutmuş ta əlilliyə gədər gətirib çıxaran bir xəstəlikdir.

Bəzən uşaq serebral iflic epileptik tutmalar, psixi inkişafın ləngiməsi qavrama və öyrənmə çətinlikləri ilə müşayət ola bilər. Uşaq serebral iflici zamanı görmə, eşitmə, nitq, zəka da pozulmuş ola bilər. Uşaq serebral iflic olan uşaqlar çox vaxt ağıldan kəm təsəvuru yaratsalarda bu həmişə belə olmur.

Uşaq serebral iflicin yaranma səbəbləri:

Uşaq serebral iflic adətən uşağın ana bətnində, doğuş zamanı və ya bilavasitə doğuşdan sonra baş beynin travması və ya zədələnməsi nəticəsində yaranır. Baş beyinin zədələnməsi hamiləlik dövründə infeksiyalar, preeklampsiya, uşaq ana arasında rezus konflikt, vaxtından qabaq doğuş və uşağın asfiksiyası nəticəsində ola bilər. Doğuşdan sonra isə uşağın keçirtdiyi travma və infeksiyalar uşaq serebral iflicinə gətirib çıxara bilər.

Formaları:

Uşaq serebral iflicin klassifikasiyası hərəki pozuntuların xarakterinə və yayılmasına əsasən aparılır.
5 növ hərəki pozuntu ayırd olunur.

  1. Spastiklik – əzələ tonusunun artması, bu hərəkət təkrarlanan zamanı azalır.
  2. Ataksiya – tez-tez yıxılma ilə müşayət olan müvazinət pozulması. 
  3. Rigidlik – əzələlərin bərk və gərgin vəziyyətdə olması.
  4. Atetoz – daimi qeyri-iradi hərəkətlər
  5. Tremor – ətrafların əsməsi

Lakalizasiya görə uşaq serebral iflicin 4 forması seçilir:

  1. Monoplegiya -1 əlin və ya qolun zədələnməsi
  2. Hemiplegiya bədənin bir tərəfində həm qol, həm də ayağın zədələnməsi
  3. Displegiyaya 2 qolun ya 2 ayagın zədələnməsi 
  4. Kvadroplegiya -hər iki qolun və ayağın tam və ya hissəvi zədələnməsi

Müalicə: Uşaq serebral iflicin müalicəsi erkən dövrdə başlamalı və ömür boyu davam etməlidir. Uşaq həkimi, uşaq nevropatoloqu, müalicəvi idman həkimi və fizioterapevt, loqoped, psixoloq, ortoped və başqa mütəxəssislər birgə çalışaraq, belə xəstələri sözün əsl mənasında ayaga qaldırmalıdırlar.

Əsas müalicə fiziki və psixi funksiyaların məşqi yolu ilə nevroloji defektin azalmasına yönəlir. Məqsəd müalicəvi idman, fizioterapiya, massaj vasitəsi ilə uşağın hərəkəti aktivliyini onun imkanları daxilində maksimal dərəcəyə çatdırmaqdır. Körpənin beyni çox plastikdir və gərgin, davamlı reabilitasiya apardıqda hətta ağır formalı serebral iflici olan uşaqlar belə gözəl nəticələr göstərə bilər.

Bakı Bərpa Mərkəzində Serebral iflic xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.

Serebral iflic
Uşaqlar üçün fizioterapiya seansları

Uşaqlar üçün fizioterapiya seansları

Uşağınızın fizioterapiya seanslarının həm təsirli, həm də əyləncəli keçməsini istəyirsiniz? Onun müalicə zamanı qorxu və narahatlıq hiss etməsini deyil, özünü təhlükəsiz və xoşbəxt hiss etməsini

Kifoz

Kifoz

Kifoz onurğanızın həddindən artıq irəli əyilməsidir. Bu vəziyyət əyilmiş kimi irəli əyilməyə səbəb ola bilər. Bu, bel ağrısı və sərt əzələlərə səbəb ola bilər. Qeyri-cərrahi

Skolioz: Onurğa əyriliyi və onun müalicəsi

Skolioz: Onurğa əyriliyi və onun müalicəsi

Skolioz nədir? Skolioz onurğada yan əyriliyin yaranması ilə xarakterizə olunan ortopedik problemdir. Bu patologiya həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir və vaxtında müalicə olunmadıqda

Serebral Palsi (Spastik iflic) reabilitasiyası

Serebral Palsi (Spastik iflic) reabilitasiyası

Serebral Palsi (SP) beyin inkişafının pozulması ilə əlaqəli olan, bədənin hərəkət qabiliyyətini təsir edən xroniki nevroloji bir vəziyyətdir. Bu xəstəlik adətən doğuşdan əvvəl, doğuş zamanı

Diz əzələlərinin gücünləndirilməsi

Diz əzələlərinin gücünləndirilməsi üçün effektiv yollar

Diz əzələlərini gücündürmək, hərəkət qabiliyyətinin artırılması, diz oynaqlarında sabitliyin təmin edilməsi və günlük həyat keyfiyyətinin yüksəldilməsi baxımından olduqca vacibdir. Əzələlərin gücəndirilərək dizin yükünü azaltmaq və

Osteoxondrozun müalicəsi

Osteoxondrozun müalicəsi

Osteoxondroz müasir dövrümüzdə geniş yayılan dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Bu xəstəlik onurğanın boyun, döş və bel nahiyəsində osteoxondral toxumanın degenerativ dəyişiklikləri ilə müşayiət olunur. Əsas

Skoliozun müalicəsi Bakı Bərpa Mərkəzində

Skoliozun müalicəsi Bakı Bərpa Mərkəzində

Skolioz, onurğa əyriliyi ilə bağlı bir problemdir və bu vəziyyət uşaqlar, yeniyetmələr və böyüklər arasında yayılıb. Həmçinin, skoliozun müalicəsi çox vaxt valideynlər və xəstələr üçün

Fizikoterapiyada ultrasəs

Fizioterapiyada ultrasəsdən istifadə

Ultrasəs yalnız hamiləlik zamanı deyil, həm də bir çox tibbi prosedurlar üçün istifadə edilən görüntüləmə üsuludur. Diaqnostik ultrasəs və hamiləlik görüntüləməsindən başqa, ultrasəs fiziki terapiyası

Limfa drenajı nədir? Faydaları

Limfa drenajı nədir? Faydaları

Limfa Drenajı qan dövranı sistemi kimi mayenin hərəkətliliyini təmin edən, lakin ürək kimi mərkəzi nasosu olmayan limfa drenaj sistemidir. Limfatik Drenaj sisteminin sağlam işləməsi sayəsində insan

Miostimulyasiya

Miostimulyasiya ilə əzələ gücünüzü artırın

EMS (Elektro- Miostimulyasiya) məşqi, elektrik stimullaşdırılması vasitəsilə əzələləri işləyən bir məşq formasıdır. Bu məşq texnikası əzələlərin daha effektiv işləməsinə imkan verir və əzələ gücünü artırmağa

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.