Əsas məzmuna keç

24/7 açıq

Üz siniri iflici (Bell iflici)

Bell iflici — üzün bir tərəfinin qəfil hərəkətsiz qalması. Erkən müalicədə bərpa ehtimalı yüksəkdir.

Səbəbləri

Üz sinirinin iflici bir sıra səbəblərdən yarana bilər.

Qulaq və ya parotid tüpürcək vəzinin (məs., xolesteatoma, tüpürcək vəzinin törəmələri) struktur patologiyaları üz sinirinin kompressiyasına və iflicinə səbəb ola bilər.

Periferik sinir ifliclərinin digər səbəblərinə isə Qiyan-Bare sindromu, Laym xəstəliyi, orta qulağın otiti, Ramze-Hunt Sindromu (üz siniri zonasında herpes Varicella Zoster virusunun yayılması), dağınıq skleroz, insult.

Simptomların 2 həftədən çox müddət ərzində inkişafı daha çox intrakranial və ya üz sinirinin yolunda törəmənin olmasından xəbər verir.

Xəstələrdən səpgi, artralgiyalar, yüksək hərarətin olub olmadığı; əvvəllər periferik sinir iflici, qripə qarşı vaksinasiya və ya yeni dərman preparatlarının qəbulu tarixçəsi barədə məlumat əldə edilməlidir.

Fiziki müayinə zamanı qulaqlar və qulaq kanalları, qulaq pərdəsi və orofarinks yoxlanmalı; ətraflarda periferik sinirlərin funksiyaları yoxlanmalı və parotid (qulaqyanı) vəzi də palpasiya olunmalıdır.

Alın əzələlərinin cəlb olunmasını qiymətləndirmək üçün bütün kəllə sinirlərinin funksiyaları, o cümlədən, üz əzələlərinin funksiyaları yoxlanmalıdır.

Üz sinirinin zədələnməsi tam və ya qismən ola bilər. Təsirə məruz qalan sinir yerindən asılı olaraq, hərəkətlərdə itkilər müxtəlif dəyişikliklər də müşahidə edilə bilər. Məsələn,

  • Üz əzələlərinin daralması,
  • Göz yaşı,
  • Dad alma hissi,
  • Tüpürcək istehsalının təsir dərəcəsi xəstədən xəstəyə dəyişə bilər.

Üz sinir iflicini necə bərpa etməli?

Şübhəsiz ki,üz sinir iflicinin bərpasında fizioterapiyanın rolu böyükdür.

Üz sinir iflicində fizioterapiya müxtəlif cihazların tətbiqi və məşqlər ilə aparılır. Xüsusilə yüksək intensiv lazer müalicəsi- son illərdə üz iflici müalicəsində istifadə etdiyimiz və çox uğurlu nəticələr əldə etdiyimiz yenilikçi bir müalicə metodudur, çünki sinir bərpa dərəcəsini çox artırır. Bununla yanaşı kombin olunmuş şəkildə pasiyentlərimizə miostimulyasiya,magnitoterapiya,kinesioteypinq,manual terapiya və akupunktura kimi müalicə üsullarını da tətbiq  edirik. İstifadə etdiyimiz bütün müalicə üsulları xəstəliyin gedişatını önləmək,oluşmuş iltihabı və simptomatik ağrıların qarşını almaqdır.

Bell iflici – Üz sinirinin anatomiyası və funksiyası ilk dəfə olaraq 1800-cü illərdə Ser Çarlz Bell tərəfindən tanımlanıb.

Bell iflici – Üz sinirinin (nervus cranialis facialis, CN5)  periferik iflicidir və üzün bir hissəsində əzələlərin zəifliyinə səbəb olur.

Sinirin periferik iflici və ya Bell İflici – bu sinirin idiopatik kəskin periferik iflicidir və üz əzələlərinin iflicinə səbəb olur. Üz siniri göz yaşı (lacrimalis) və tüpürcək vəzlərini innervasiya edən, dilin ön üçdə iki hissəsinin dad tumurcuqlarına hissiyat lifləri verən parasimpatetik liflərdən ibarətdir.

Üz əzələləri və funksiyaları

  • Qaşları qaldırmaq
  • Occipitofrontalis
  • Gözləri bağlamaq
  • Orbicularis oculi
  • Qaşlarımızı çatdığımızda qaşlar arasında yaranan dəri qırışlanması
  • Procerus / Corrugator supercilii
  • Ağzın kənarlarını və üst dodağı qaldırmaq
  • Zygomatic major
  • Zygomatic minor
  • Levator anguli oris
  • Levator labii supeioris
  • Ağzı bağlamaq
  • Orbicularis oris
  • Ağzın kənarlarını geriyə çəkir, sanki gülümsəyirik
  • Risorius
  • Sovurmaq,əmmək kimi funksiyaları yerinə yetirir
  • Buccinator
  • Ağzın kənarlarını və alt dodağı aşağı çəkmək
  • Depressor anguli oris
  • Depressor labii inferioris
  • Alt çənəni qırışdırır və alt dodaq əzələsidir (stəkanda su içərkən alt dodağın stəkana fiksasiyası)
  • Mentalis

Üçlü sinir

  • Oftalmik- göz ətrafı
  • Maksilar-üst çənə

Mandibular-alt çənə

Bell İflici ildə təxminən hər 100.000 nəfərdən 15-30 nəfərdə qeydə alınır və kişi və qadınlarda yayılması dərəcəsi eynidir.

Bell İflici diabeti olan və hamilə qadınlarda daha çox rast gəlinir.

Bir dəfə Bell İflici keçirmiş xəstələrdə, onun təkrarlanması riski 10%-dir.

Bell İflici üz sinirinin genikulat qanqlionunda baş verən iltihabı və bunun nəticəsində kompressiyası, mümkün işemiyası və demiyelinizasiyası səbəbindən inkişaf edir. Qanqlion üz siniri kanalında labirint və timpanik seqmentlərin birləşməsi nöqtəsində yerləşir. Burada üz siniri əyilərək iti bucaq altında stilomastoid dəliyinə keçir. Klassik Bell iflici idiopatik proses kimi qiymətləndirilir və üz sinirinin iltihabının etiologiyası dəqiq məlum deyil.

Üz siniri iflici – Üz sinirinin anatomiyası və funksiyası ilk dəfə olaraq 1800-cü illərdə Ser Çarlz Bell tərəfindən tanımlanıb.

Bell iflici üz sinirinin (nervus cranialis facialis, CN5) periferik iflicidir və üzün bir hissəsində əzələlərin zəifliyinə səbəb olur.

Periferik iflici və ya “Bell İflici “ – üz sinirinin idiopatik kəskin periferik iflicidir və üz əzələlərinin iflicinə səbəb olur. Facial siniri göz yaşı (lacrimalis) və tüpürcək vəzlərini innervasiya edən, dilin ön 2/3 hissəsinin dad tumurcuqlarına hissiyat lifləri verən parasimpatetik liflərdən ibarətdir.

Üz (fasial) sinir beyindən başlayır və gözün altından hərəkət edərək budaqlara ayrılır. Üz siniri üzümüzdəki əzələlərimizi işlədir ki,bu da danışma, çeynəmə, mimika və hissiyat kimi üz əzələlərimizdə meydana gəlir. Göz yaşı və digər ləzzət və dad alma hissinə də üz siniri nəzarət edir.

Üz əzələləri və funksiyaları :

1.Qaşları qaldırma

Occipitofrontalis

2. Gözləri bağlamaq

Orbicularis oculi

3.Qaşlarımızı çatdığımızda qaşlar arasında yaranan dəri qırışlanması

Procerus/ Corrugator supercilii

4.Ağzın kənarlarını və üst dodağı qaldırmaq

Zygomatic minor

Zygomatic najor

Levator anguli oris

Levator labii supeioris

4.Ağzı bağlamaq

Orbicularis oris

5.Ağzın kənarlarını geriyə çəkir, sanki gülümsəyirik

Risorius

6.Sovurmaq,əmmək kimi funksiyaları yerinə yetirir

Buccinator

7.Ağzın kənarlarını və alt dodağı aşağı çəkmək

Depressor anguli oris

Depressor labii inferioris

8.Alt çənəni qırışdırır və alt dodaq əzələsidir (stəkanda su içərkən alt dodağın stəkana fiksasiyası)

Mentalis

Son yenilənmə:

Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı

Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.

Növbəti addım

Müalicəyə haradan başlayacağınızı bilmirsiniz?

Qısa formu doldurun — həkimimiz vəziyyətinizi dəyərləndirib uyğun proqramı təklif etsin. İlin istənilən günü və saatı müraciət edə bilərsiniz.

Zəng et Randevu