Yastı pəncəlik (düzdabanlıq) və podoqra kimi ortopedik və revmatik xəstəliklər, erkən mərhələdə müəyyən edilmədikdə və doğru müalicə aparılmadıqda, insanın gündəlik həyat keyfiyyətini kəskin şəkildə azalda bilər. Bu hallar iş fəaliyyətinə, istirahətə, idman fəaliyyətlərinə və hətta sosial münasibətlərə mənfi təsir göstərə bilər.
Ayaq sağlamlığınız yalnız hərəkət azadlığınızı deyil, eyni zamanda ümumi həyat keyfiyyətinizi, gündəlik fəaliyyətlərinizi və sosial həyatınızı da birbaşa təsir edir. Ayaqda yaranan struktur və funksional problemlər sadəcə fiziki narahatlıqla kifayətlənmir, zamanla onurğa, diz, bud və bel bölgəsində ağrılar, gediş-gəlişin məhdudlaşması və hətta psixoloji gərginliklərə səbəb ola bilər.
Bakı Bərpa Mərkəziolaraq əsas hədəfimiz yalnız ağrıları azaltmaq deyil, eyni zamanda problemin əsas səbəblərini aşkarlamaq, fərdi müalicə proqramları tərtib etməklə uzunmüddətli reabilitasiya nəticələri əldə etməkdir. Mərkəzimizdə ortopedlər, fizioterapevtlər və reabilitasiya mütəxəssisləri ilə peşəkar yanaşma tətbiq olunur. Hədəfimiz xəstələrimizin funksional imkanlarını bərpa etmək və onların aktiv, ağrısız həyata qayıtmalarını təmin etməkdir.
Bu səbəbdən də, ayaqlarınızda narahatlıq, ağrı və ya hər hansı struktur dəyişiklikləri hiss etdikdə, vaxt itirmədən peşəkar tibbi yardıma müraciət etmək vacibdir. Sağlam ayaqlar – sağlam həyatın təməlidir. Biz isə bu yolda sizin yanınızdayıq.
Ayaq ağrıları müxtəlif xəstəliklərin əlaməti kimi özünü büruzə verə bilər.
Ağrılar əzələ, damar, oynaq və nevroloji xəstəliklər, eləcə də travmalar səbəbindən meydana gələ bilər.
Yastı Pəncəlik (Düzdabanlıq, Pes Planus) nədir?
Yastı pəncəlik – tibb dilində pes planus olaraq tanınan bu vəziyyət, ayaq altındakı tağ (ark) quruluşunun çökməsi, nəticədə isə ayağın tam və ya qismən yer səthinə təmas etməsi ilə xarakterizə olunur. Sağlam bir ayaqda tağ quruluşu ayağın ağırlığını bərabər paylayır və hərəkət zamanı amortizasiya rolunu oynayır. Lakin yastı pəncəlik zamanı bu biomekanik funksiya pozulur, bu da bir sıra ağrılı simptomlara və postural problemlərə səbəb ola bilər.
Bu vəziyyət bəzən uşaqlıq dövründən etibarən formalaşır, bəzən isə yetkinlik dövründə və ya yaşlandıqca əzələlərin və bağların zəifləməsi ilə ortaya çıxır. Problemin erkən mərhələdə aşkarlanması və düzgün müdaxilə ilə nəzarətə alınması mümkündür.
Səbəbləri
Qan qatılığı zamanı ağırlıq və gərginlik hiss etdirən, uzun sürən key ağrılar olur. Bu proses bir neçə müddət davam etdikdə aşağı ətraflarda damar genişlənməsinə səbəb olur. Ağrılar adətən axşama doğru başlayır.
Hamam, sauna, vanna qəbulu kimi isti mühitdə də ayaqlarda ağrı hiss oluna bilər. Qadınlarda bunun baş vermə səbəbi əsasən hormonal pozuntulardır. Estetik olaraq da bu bir sıra problemlərə səbəb olur. Belə ki, ayaqlarda damar düyünləri və kapillyarlar yarana bilər.
Tromboflyubitə (damar xəstəliyi) xarakterik olan iti ağrılar, güclü döyüntü və yanğı hissidir.
Ateroskleroz arteriyaları zədələyir, qan damarlarının qalınlaşmasına səbəb olur. Bu problemdən əziyyət çəkənlər adətən əzələlərin və ayaq barmaqlarının əsasən gəzərkən sıxılmasından şikayət edirlər. Bəzən bu hisslər axşam vaxtı daha qabarıq olur.
Onurğa problemləri bir qayda olaraq ayaqda ağrılara da səbəb olur. Adətən bu fəqərəarası disk yırtığı zamanı özünü daha qabarıq büruzə verir. Bu təbəqəyə oturaq sinirin iltihabı səbəbindən əmələ gələn problemlər də aiddir.
Yaşlı dövrə, o cümlədən orqanizmdəki sistem xəstəlikləri səbəbindən müxtəlif damar patologiyaları inkişaf edir ki, bunlar da ayaqda ağrılara səbəb olur.
Düzdaban xəstəliyi də ayaqda ağrıya səbəb ola bilər. Bundan əlavə bu problem ayaqların tez yorulması, ağırlıq hisslərinə də səbəb olur. Periferik sinir sistemi xəstəlikləri iti, dalğavarı ağrılarla müşahidə olunur. Nevroloji tutmalar ağrı olmadan bir neçə saniyə, dəqiqə və ya saat davam edə bilər. Ən şiddətli ağrılar adətən əzələ iltihabı zamanı baş verir, ən qorxulu və ağır fəsadlarla nəticələnə biləcək ağrılar isə müxtəlif infeksiyalar səbəbindən yaranır.
Aşağı ətrafların travmaları da ağrısız keçmir.
Əlamətləri
Yastı pəncəlik müxtəlif əlamətlərlə özünü göstərə bilər. Bəzi şəxslərdə heç bir simptom olmasa da, digərlərində gündəlik həyat keyfiyyətini azaldacaq dərəcədə diskomfort müşahidə edilə bilər:
- Ayaq, diz və bel nahiyəsində ağrı və tez yorğunluq hissi – Ən geniş yayılmış şikayətlərdəndir.
- Ayaqqabının qeyri-bərabər aşınması – Xüsusilə daban hissəsi bir tərəfli yeyilirsə, bu yastı pəncəlik göstəricisi ola bilər.
- Ayaq altı və topuq bölgəsində şişkinlik və təzyiq hissi – Əzələlərin və vətərlərin gərginliyi nəticəsində iltihabi reaksiyalar yaranır.
- Gediş zamanı balanssızlıq, tez yorulma və diskomfort – Uzun məsafə qət edərkən narahatlıq hissi artar, bəzən topallama müşahidə oluna bilər.
Müalicəsi
- Xüsusilə pivə və qırmızı şərab, podoqra riskini əhəmiyyətli dərəcədə artırır. Alkoqol həm sidik turşusunun istehsalını artırır, həm də onun orqanizmdən xaric olunmasına mane olur.
Bəzi dərman preparatları
- Diuretiklər (sidikqovucu dərmanlar), aspirin və bəzi hipertoniya dərmanları da sidik turşusu səviyyəsini yüksəldə bilər.
Podoqra yalnız qidalanma problemi deyil, orqanizmin metabolik pozğunluğu ilə bağlı ciddi bir sağlamlıq vəziyyətidir. Nəzarətsiz qaldıqda oynaq deformasiyası, böyrək daşı və böyrək funksiyalarının pozulması kimi ağırlaşmalarla nəticələnə bilər.
Yastı pəncəlik vaxtında müayinə və düzgün müalicə ilə nəzarət altına alına bilən bir problemdir. Müalicə edilmədikdə isə skolioz, duruş pozğunluqları, fəqərə arası disklərin degenerasiyası kimi əlavə ortopedik və nevroloji fəsadlara yol aça bilər.
Bakı Bərpa Mərkəzi olaraq sizə peşəkar diaqnostika, fərdi fizioterapiya proqramları, ortopedik dəstək vasitələri və davamlı nəzarət ilə sağlam həyat yolunda dəstək oluruq.
Ünvan: Abdulvahab Salamzadə 593
Əlaqə: 050 880 07 88
Daima ayaq sağlamlığınızın keşiyindəyik!
Ayaq ağrılarına görə xəstəliyi müəyyən etmək düzgün deyil. Bunun üçün tam kliniki müayinədən keçmək mütləqdir.
Profilaktika
Ayaq damarlarında yaranan patologiyanın profilaktikası, ilk növbədə, ürək-damar sistemində meydana çıxan problemlərin qarşısını almağa kömək edir. Mütəmadi olaraq idmanla məşğul olmaq orqanizmdə qan axımını tənzimləyir. Qarın əzələlərinin bərkidilməsi də ayaqlarda ağrıların, eləcə də onurğa problemlərinin qarşısını ala bilər.
Bakı Bərpa Mərkəzində Ayaq Ağrıları xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.
Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.
Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |
Sağlamlığınızı bizimlə bərpa edin!
- Purinlə zəngin qidaların mütəmadi qəbulu – Qırmızı ət, dəniz məhsulları (krevet, balıq yumurtası, kalmar), qaraciyər və digər daxili orqan ətlərində purin miqdarı yüksəkdir. Bu qidalar bədəndə sidik turşusunun səviyyəsini artırır.
- Şirin içkilər və fruktozla zəngin məhsullar – Gazlı içkilər və şəkərli içkilər də risk faktorudur.
- Bədən çəkisinin artması, sidik turşusunun bədəndə yığılmasını asanlaşdırır və kristallaşma ehtimalını artırır.
- Həmçinin, piylənmə insulin müqaviməti və metabolik sindromla əlaqəlidir ki, bu da podoqranın inkişafına zəmin yaradır.
- Ailəsində podoqra olan şəxslərdə bu xəstəliyin yaranma riski daha yüksəkdir.
- Sidik turşusunun böyrəklərdən az ifraz olunması bəzən irsi ola bilər.
Son yenilənmə:
Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı
Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.