Əsas məzmuna keç

24/7 açıq

Diz ağrıları və menisk zədələri

Menisk zədəsi, artroz, bağ yaralanmaları və diz ətrafı əzələ zəifliyində müalicə və bərpa.

İdmançıların tez-tez qarşılaşdıqları problemlərdən biri olan Menisk yırtığı (Menisk Yaralanması) gündəlik həyatda bir çox insanın başına da gələ bilər. Ağır yük daşıyanlar, daim ayaq üstdə dayanan, ev işləri ilə məşğul olan evdar qadınlar və yaşlı insanlar menisk yırtığı ilə üzləşə bilərlər. Çox vaxt bədən ağırlığının bir tərəfə verildiyi zaman meydana gələn bu cür xəsarətlər bəzən hətta diz çökmək, əyilmək və ağır yük qaldırmaq kimi sadə hərəkətlərdə də baş verə bilər.

  • Birbaşa xəsarət: birbaşa dizə olan zərbələr nəticəsində yaranan yaralanmalara daxildir. Diz üstünə düşmə, yol qəzaları, dizlərə gələn təpik kimi travmalar bu tip yaralanmalara səbəb olur.
  • Dolayı xəsarətlər: Futbol oynama və xizək sürmə zamanı yaşanan yırtıqlar, tarazlığın itirilməsi və ayaqların dolaşması dolayı xəsarətlərə səbəb ola bilər.
  • Degenerativ xəsarət: Yaşla əlaqədar bədəndəki deformasiyalar nəticəsində yaranır. Belə hallarda, xüsusilə yaşlılarda, hətta dizdən alınan ən kiçik bir zərbə belə menisk yırtılmasına yol aça bilər.

Menisk yırtığı (Menisk Yaralanması) əlamətləri nələrdir?

  • Dizlərdə ağrı
  • Dizlərdə şişkinlik və sərtlik
  • Diz kilidlənməsi

Menisk yırtığı zamanı xəstələrin ilk şikayətləri ümumiyyətlə ağrı, şişlik və dizlərdə sərtlikdir. Nərdivanları qalxıb-endikcə, oturduğu yerdən yuxarı qalxdıqda dizlərdəki ağrı menisk zədələnməsinin ilk siqnallarıdır. Gündəlik həyatda nəzərə alınmayan bu tip ağrı və şişkinlik gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər. Növbəti addımda xəstələr dizlərindəki ağrılara əlavə olaraq kilidlənmə problemi ilə üzləşirlər. Oturub ayağa qalxarkən diz çökür, sonra diz müəyyən bir vəziyyətdə kilidlənir və sonra dizlərdə boşalma hissi yaranır.

Risk faktorları

  • Artıq çəki
  • İdman travmaları
  • Əzələ zəifliyi
  • Diz oynaq problemləri

Fizioterapiya və Reabilitasiya

İlk öncə xəstənin ağrılarının şiddətliyini müəyyənləşdirib dərəcələndirmək lazımdır.

Reabilitasiya programı ilk günlərdə 15 dəqiqə ərzində hər xəstəyə görə individual olaraq tərtiblənməlidir.

Diz ağrıları – Hərəkət sistemimizdəki ən əhəmiyyətli oynaqlarda biri diz oynağımızdır.

Üç dənə sümüyün birləşməsindən ibarət olan diz oynağı bir tərəfdən ayaqda durmamıza, yeriməyimizə, oturub-qalxmağımıza imkan verərkən digər tərəfdən ən sərt idman hərəkətlərinin edilməsinə imkan verir.

Diz oynağının bu yükü saxlaması oynağı əmələ gətirən dörd möhkəm bağ sayəsində mümkün olur. Bu bağların ikisi daxili və xarici yan tərəflərdə, biri qabaqda digəri isə dizin arxa nahiyyəsindədir. Diz ağrıları

Öndəki və arxadakı bağlar çarpaz şəkildə sümüklərə yapışdıqda “ön və ya arxa çarpaz bağ” olaraq adlandırılırlar.

Normal şərtlərdə ön və arxa çarpaz bağlar ən çətin hərəkətlər əsnasında belə diz oynağını qoruyur və oynağı meydana gətirən sümüklərin arxaya sürüşməsini, oynaq bütövlüyünün pozulmasının qarşısını alır.

Gözlənilməz bəzi vəziyyətlərdə və diz oynağına əlavə sərt zərbələr olduqda, xüsusilə diz oynağını öz ətrafında dönməyə məcbur edən zədələr zamanı bu bağlarda zədələnmələr və qopmalar meydana gələ bilər.

Hərəkətlər əsnasında ön çarpaz bağa daha çox yük düşdüyündən, qopmalar da çox görülür.

İlk qopma anında şiddətli ağrıyla birlikdə diz oynağında həssaslıq və şişlik olur.

Çarpaz bağ qopması MRT müayinəsi ilə dəqiqləşdirilə bilir. Ön və arxa çarpaz bağın yırtığı mikro yırtıq, hissəvi və tam ola bilər.

Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.

Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |

Sağlamlığınızı bizimlə bərpa edin!

Diz əzələlərini gücündürmək, hərəkət qabiliyyətinin artırılması, diz oynaqlarında sabitliyin təmin edilməsi və günlük həyat keyfiyyətinin yüksəldilməsi baxımından olduqca vacibdir. Əzələlərin gücəndirilərək dizin yükünü azaltmaq və xəsarətlərin qarsısını almaq mümkün olur. Bu məqsədlə bir sıra idman növləri təklif edilir.

Bakı Bərpa Mərkəzi, fizioterapiya və reabilitasiya sahəsində geniş xidmətlər təklif edir. Mərkəzdə aşağı ətrafların reabilitasiyası, çiyin reabilitasiyası və fiziki reabilitasiya kimi xidmətlər mövcuddur. Bakı Bərpa Mərkəzibu xidmətlər çərçivəsində diz oynaqlarının bərpası və gücləndirilməsi üçün fərdi məşq proqramları tərtib edilir.

Müalicəsi

  • Ağrının azaldılması: Xüsusi texnika və avadanlıqlarla əzələ, oynaq və sinir ağrılarının minimuma endirilməsi.
  • Hərəkət qabiliyyətinin bərpası: Əzələ gərginliklərini aradan qaldırmaq və oynaqların elastikliyini artırmaq.
  • Reabilitasiya və gücləndirmə: Travma və ya əməliyyatdan sonra bədənin əvvəlki vəziyyətinə qayıtmasına dəstək olmaq.
  • Xroniki xəstəliklərin idarə edilməsi: Artroz, artrit və digər xroniki xəstəliklərin simptomlarını yüngülləşdirmək.

Bakı Bərpa Mərkəzində müalicə

Bakı Bərpa Mərkəzi diz problemlərinizlə bağlı peşəkar dəstək təqdim edir. Mərkəzimizdə:

  • Fizioterapiya xidmətləri
  • Məşq proqramlarının hazırlanması
  • Mütəxəssis məsləhətləri
  • Reabilitasiya prosesinin izlənməsi kimi xidmətlər mövcuddur.

Fizioterapiya, bir çox sağlamlıq problemini aradan qaldırmaq və ya yüngülləşdirmək üçün istifadə olunan təsirli müalicə metodlarından biridir. Bu yanaşma, hərəkətlilik problemlərindən tutmuş, sinir, əzələ və oynaq xəstəliklərinə qədər geniş bir spektrdə tətbiq edilir.

Diqqət edilməli nöqtələr

  • Hər idman növünə başlamadan əvvəl isinmə hərəkətləri edin: Bu, xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır.
  • Ağrı hiss etdiyiniz halda idmanı dayandırın və həkimə müraciət edin: Ağrı davam etdikdə problemlər artıq ciddi müalicə tələb edə bilər.
  • Mütəxəssisin tövsiyəsinə əməl edin: Diz problemləri olanlar üzün mütəxəssisə müraciət edərək onların təyin etdiyi çərçivədə idman etməlidir.
  • Daimi məşqlər və düzgün texnika: Bu, nəticələri optimallaşdırmaq üçün çox vacibdir.

Fizioterapiya geniş bir sahədə istifadə olunur:

  • Skelet və əzələ problemləri: Bel ağrıları, boyun problemləri, oynaq disfunksiyaları.
  • Sinir sistemi xəstəlikləri: İnsult, sinir sıxılması və ya sinir zədələnməsi halları.
  • Reabilitasiya: Zədələnmələr, əməliyyatlar və ya uzunmüddətli hərəkətsizlik nəticəsində yaranan əzələ zəiflikləri.
  • Xroniki ağrılar: Migren, fibromialgiya və digər davamlı ağrılar.
  • Tənəffüs problemləri: Astma və digər tənəffüs xəstəliklərinin simptomlarını idarə etmək.

Diz əzələlərindəki zəiflik və ya gərginlik, bir çox səbəblərdən qaynaqlana bilər:

  • Zədələr: İdmanla məşğul olarkən və ya travma nəticəsində yaranan əzələ gərginlikləri və bağların zədələnməsi.
  • Artroz və ya artrit: Müxtəlif oynaq xəstəlikləri dizlərin hərəkət qabiliyyətinə təsir edə bilər.
  • Əzələ disbalansı: Uzunmüddətli hərəkətsizlik və ya yanlış hərəkət nümunələri əzələ zəifliyinə səbəb ola bilər.

Son yenilənmə:

Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı

Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.

Növbəti addım

Müalicəyə haradan başlayacağınızı bilmirsiniz?

Qısa formu doldurun — həkimimiz vəziyyətinizi dəyərləndirib uyğun proqramı təklif etsin. İlin istənilən günü və saatı müraciət edə bilərsiniz.

Zəng et Randevu