Bu xəstəliyi təyin etmək üçün əvvəlcə çiyin anatomiyasını bilmək lazımdır. Çiyin qurşağı yuxarı qol sümüyü, yaxa sümüyü və çiyin bıçaqlarının artikulyasiyasından ibarətdir. Bu artikulyasiya sahəsində, qolun bəzi hərəkətlərini təmin edən “rotator manşet əzələləri” adlanan 4 əzələ vardır. Bundan əlavə, bu bölgədəki əzələləri qoruyan “bursa” adlı ayrı bir qoruyucu örtük var.
Təkrarlanan və tez-tez baş üstü işlər görmək, boyama və ya çay hazırlama kimi qolu daim zorlayan və yoran vəzifələr yerinə yetirmək, travmaya məruz qalmaq və ya doğuşdan bu bölgəni daraldan uyğunsuz bir anatomik quruluşa sahib olmaq bu xəstəliyə səbəb ola bilər. Zamanla bu bölgədəki bursa və rotator manşet əzələlərində meydana gələn bu sıxışmalar iltihab, maye toplanması və kiçik yırtıqlara səbəb olur və bu problemlərə çiyin sıxışma sindromu deyilir.
Bu vəziyyəti müəyyən etmək üçün ortopedik həkim tərəfindən ətraflı çiyin müayinəsi olunur. Bu xəstəliklə qarışdırıla biləcək bir çox çiyin patologiyası var və xüsusi müayinə üsulları ilə fərqləndirilə bilər. İlkin diaqnoz qoyulduqdan sonra çəkiləcək rentgenoqrafiya və MRT -dən sonra diaqnoz dəqiqləşdirilir.
Xəstəliyin mərhələsindən və xəstənin şikayətlərindən asılı olaraq bir çox müalicə üsulu tətbiq oluna bilər. Çiyin reabilitasiyası, dərman və buz müalicəsi, iynə və artroskopik olaraq da adlandırılan qapalı üsulla cərrahi müalicəsi olan xəstələrin demək olar ki, hamısında müvəffəqiyyət əldə edilə bilər. Bu üsulda travmaya səbəb olan anatomik quruluşlar çıxarılır və əzələ yırtıqları 1 sm ölçüdə üç kiçik çuxurdan girilərək tikilə bilər. Beləliklə, xəstələr gündəlik həyatlarına daha tez qayıdır və ağrıları yox olur.
Çiyin başının yuxarı hissəsində korokoid və akrominon adlanan iki sümük çıxıntı var və aralarında möhkəm bir körpü şəklində bir əlaqə var. Çiynin başını yan tərəfə qaldıran və içəriyə və xaricə hərəkət etdirən əzələlər hərəkət zamanı yuxarıdakı bağa sürtməklə zədələnir. Bu vəziyyət əlinizi başınızın üstünə gətirməyinizi istədiyiniz vəziyyətlərdə ağrı və hərəkətin məhdudlaşdırılması ortaya çıxır.
Simptomlar: Bu sindromun ən xarakterik əlaməti qolu yan tərəfə qaldırarkən, xüsusən də çiyin əzələlərinin körpünün altına sürtülməsi zamanı 70 ilə 110 dərəcə arasında ağrıdır. Qol 110 dərəcədən yuxarı qaldırıldıqda sürtünmə yox olduqdan sonra ağrı azalır. Bu xəstəliyin erkən mərhələlərində özünü göstərir. Ancaq bu sürtünməyə uzun müddət məruz qalması səbəbindən əzələlərdə böyük bir yırtılma və qanama meydana gəlmişsə, ağrı hətta istirahətdə də davam edə bilər və sizi yuxudan oyanda bilər.
Xəstəliyin mərhələləri:
Bazu oynağı orqanizmin ən hərəkətli və bir çox istiqamətə hərəkət imkanları olan oynaqlardan biridir. Çiyin ağrıları ortopediyada bel və diz oynağı ağrısından sonra ən çox rast gələn ağrı şikayətlərindəndir. Bu tip çiyin qurşağı ağrıları istirahət vaxtı, müəyyən hərəkətlərlərdə, ya da daimi ola bilər.
Çiyin sıxışma sindromu (Impingement sindromu) nədir?
Əsasən yetişkinlərdə meydana gələn, qolu müxtəlif istiqamətlərdə hərəkət etdirərkən ağrı və narahatlığa səbəb olan, həyat fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən sindromdur.
Səbəbləri
-Fiziki iş, hansıki əlləri daima havada olur;
Çiyin oynağının sıxışma sindromu
-İdmançılarda(boks,tennis,voleybol,handbol və s.);
-Nevroloji problemlərdə – kürəkaltı sinirin neyropatiyası;
-C3-C5 boyun fəqərələrinin yırtığı;
-Akromion və kürək sümüyü ətrafında osteofit;
-Travma (qol və ya kürək sümüyünün qırığı);
İmpingement sindromu şikayətləri:
-Qolun havaya qaldırılması,arxaya doğru yönəldilməsi kimi hərəkətlərdə ağrının meydana gəlməsi. Çiyin oynağının sıxışma sindromu xüsusilə gecələri çiyindən başlayaraq qola, ön qola və ələ qədər uzanan ağrı müşahidə olunur. Çünki çiyin problemləri daha çox hərəkət sonrası əmələ gəlir, amma sinir ağrıları daha çox, sakit halda özünü biruzə verir. Və xüsusilə, çiyin problemi olan xəstələrdə ağrı sadəcə çiyin nahiyəsində olduğu halda, ən çoxu dirsəyə qədər yayıldığı halda, sinir problemlərində və ya boyun ilə əlaqədar sinir problemi olduğunda əlinin ucuna qədər ağrı şəklində və keyləşmə çəklində özünü göstərə bilər, bəzən də “motor” dediyimiz hərəki gücün itməsinə səbəb ola bilir. Çiyin oynağını hərəkət etdirərkən ilişmə hissi yarana bilər.
Müalicəsi:
Ən geniş istifadə olunan metod fizioterapiyadır.
- -maqnit müalicəsi
- -fonoforez
- -elektroforez
- -zərbə dalğa terapiyası
- -miostimulyasiya
Hansı müalicə metodunun seçilməyindən asılı olmayaraq çiyin oynağına ediləcək idman hərəkətləri şərtdir.
Müalicəsi
Bu ağrının müalicəsi tamamilə səbəbə bağlı olub qoyulan diaqnoza görə icra olunur. Çiyin ağrısında ən çox istifadə olunan müalicə növləri aşağıdakı kimi sıralana bilər:
– Sakitlik və iltihab əleyhinə preparatların istifadəsi;
– Gərilmə ve gücləndirmə hərəkətləri;
– Fizioterapiya və reabilitasiya;
– Ağrılı nöqtəyə ya da nahiyyəyə tətbiq olunan lokal inyeksiyalar;
– Çiyin Artroskopiyası;
– Açıq cərrahi əməliyyatlar.
Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.
Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |
Sağlamlığınızı bizimlə bərpa edin!
Müalicənin əsas məqsədi ağrını və oynaqda olan hərəkət məhdudluğunu aradan qaldırmaq. Müalicə zamanı oynağı hərəkətsiz saxlamamaq vacibdir.
Konservativ müalicə:
a) fizioterapiya-müalicəvi idman hərəkətləri. Donmuş çiyində idman hərəkətləri müalicənin əsas hissəsini təşkil edir.
b) qeyri-steroid iltihab əleyhinə preparatlar
c) oynaq daxilinə steroid preparatların yeridilməsi
Xüsusilə çiyin ağrıları səbəbinə görə hərəkət məhdudiyyəti olan xəstələrə fizioterapiya vacibdir.
Belə xəstələrdə, miostimulyasiya və ultrasəs kimi dərin toxumalarda istilik əmələ gətirən bir tətbiqdən sonra artan elastikliyi mütləq şəkildə manual terapiya və müalicəvi idmanla tamamlamaq lazımdır.
Cərrahi əməliyyatın məqsədi hərəkət məhdudluğunu aradan qaldırmaqdır, artroskopik aparıla bilər.
Fibromialgiya
Fibromialgiya; orqanizmin ümumi əzələ ağrıları, həssas ağrılı nöqtələr, yuxu problemləri və yorğunluqla xarakterizə edən bir xəstəlikdir.
Çiyin ağrısı kimlərdə olur?
Çiyin oynağı bədənin ən aktiv oynağıdır. Altı istiqamətdə hərəkət etmək imkanına malik olduğu üçün asanlıqla yaralanmalara və xəstəliklərə daha çox həssasdır. Çiyin ağrısı – fizioterapiya və reabilitasiya mərkəzi olaraq gündəlik təcrübəmizdə tez-tez rastlaşdığımız müxtəlif növ ağrılarılardan biridir.
Bu ağrı bütün yaş qruplarını əhatə edən və hər birində müşahidə olunan ümumi bir simptomdur. Çiyin ağrısı gənc yaşlarda daha çox zərbə və yaralanma nəticəsində görülsə də, yaş artdıqca çiyin ağrısı əsasən, degenerasiya (kirəclənmə) səbəbiylə inkişaf edir. Bundan əlavə, bəzi peşə qruplarında (müəllimə və divar rəssamları kimi) və idman fəaliyyətlərində (tennis və voleybol kimi) çiyinlərdə narahatlıq daha çox olur.
Çiyin ağrısı səbəbləri nələrdir?
Çiyin ağrısına çiyin oynağının özündən və ya başqa bir bölgədən çiyinə əks oluna bilən ağrı səbəb ola bilər. Boyun yırtığı, çiyin oynağının xaricindəki çiyin ağrısının ən çox yayılmış səbəblərindən biridir. Xəstə boyun yırtığı səbəbiylə qolundakı sinirlərin sıxılmasıyla çiynindəki şiddətli və simptomatik ağrılar hiss edə bilər.
Çiyin oynağının səbəb olduğu ağrıların əksəriyyəti çiyin oynağını əhatə edən əzələlərin yaratdığı rotator manjetin narahatlığından ibarətdir. Rotator manjetinin yırtıqları, iltihab (tendinit) və sıxışma sindromu çiyin ağrısının ümumi səbəbləridir. Bunlardan başqa çiyin birləşməsindəki artrit, zədələnmiş çiyin, çıxıq və qırıqları, iltihablı revmatik xəstəliklər (revmatoid artrit, ankilozan spondilit) də çiyin ağrısı ilə bizi qarşılaşdıra bilər.
Rotator manjeti – çiyini əhatə edən 4 əzələ və onların vətərindən ibarət olub, onu stabil saxlayan əzələ qrupudur. Ümumilikdə, çiyini əhatə edən, yəni bazu sümüyünü kürək sümüyünə birləşdirən 7 əzələdən 4-ü rotator manjetinin payına düşür.
- Supraspinatus
- İnfraspinatus
- Teres minor
- Subscapularis
Bu əzələlər qolun yuxarı qalxması və rotasiyası kimi funksiyaları yerinə yetirir.
Çiyində bursa adı verilən və yastıq vəzifəsi görən bir kisə var. Bu kürək sümüyünə aid olan akromion ilə supraspinatus arasında yerləşir. Bu qurğu akromionun altındakı supraspinatus tendonunun sümüyə sürtünməsi və sərbəst sürüşməsini təmin edir. Bursa deyilən bu kisənin iltihabında və ya travmasında çiyin hərəkətləri ağrılı hala gəlir.
Artrit çiyin ağrısı səbəblərindən biridir və bir çox artrit tipi vardır. Çiyinlərdə ən çox görülən artrit tipi – osteoartrit, artrozdur (duzlaşma). Ağrı, şişkinlik və hərəkət məhdudluğu kimi əlamətlər ümumilikdə orta yaşlarda meydana çıxır. Artroz tədricən inkişaf edən və müəyyən vaxt içərisində ağrısı şiddətlənən bir narahatçılıqdır. İdman və ya iş qəzaları, zədələr və yırtılmalar artroza zəmin yarada bilər. Digər artrit növləri isə əzələ yırtılmaları, infeksiya ya da oynaqda iltihablaşma ilə əlaqədar ola bilər. Artrit səbəbi ilə yaranan ağrıları azaltmaq üçün bir çox insanlar çiyini hərəkət etdirməməyə çalışırlar.
Ancaq bu davranış tam əksdir, oynaqda yumuşaq toxumaları sərtləşdirir və müəyyən vaxt içərisində çiyin hərəkəkləri məhudlaşır, ağrı da artmış olur. Çox nadir hallarda bazu oynağında “septiki artrit” deyilən ciddi bir mənzərə meydana çıxa bilər. Bu hal orqanizmin başqa bir nahiyyəsində bazu oynağına infeksiya yayılması nəticəsində formalaşır. Xəstənin hərarəti yüksək, ümumi vəziyyəti olduqca ciddi olur. Oynaq şişkin, çox ağrılı olur və hərəkət etmək mümkün olmur. Təcili oynaq içinə girilərək irin boşaldılmalı, antibiotik və digər təyinatlarla xəstə nəzarətə götürülməlidir.
Bazu oynağı hərəkətləri sırasında ən önəmli vəzifə döndürücü manjet dediyimiz bir struktura düşər. Çiyin ağrıları icərisində 60% hallarda ən çox rastlanan səbəb budur.
1. Döndürücü manjet tendiniti (iltihablaşması)
2. Kalsifik Tendinitis, bazu oynağını hərəkət etdirən vətərlərdəki gərginlik, kiçik yırtılma və qanamalar nəticəsində vətər toxumasında kalsium çöküntülərinin olması ilə xarakterizə olunan bir xəstəlikdir. Kalsifikasiyalamış tendinitin bir digər xüsusiyyəti də çox şiddətli çiyin ağrısına səbəb olmasıdır.
3. Subakromiyal sıxiıma (impigement) sindromu. Qolunuzu qaldırdığınız vaxtı çiyin çıxıntısının (çiyinin ən yüksək nöqtəsi) altdakı yumuşaq toxumalara təzyiq etməsi nəticəsində sıxılma meydana gəlir. Qol havada olarkən çiyin çıxıntısı bursanı və vətərləri sıxışdırır. Bu hal yuxarıda bəhs olunan bursit və tendinitə də yol aça bilər. Subakromiyal sıxılma ağrılı və hərəkətləri məhdudlaşdıran bir narahatlıqdır.
4. Döndürücü (rotator) manjet yırtığı; Yaşla əlaqədar olaraq vətər strukturundakı patologiyalar, zədələnmələr, əzilmələr və ya uzun müddət işləməsindən asılı olaraq sıradan çıxmasına və qopmasına səbəb ola bilər. Vətərlərdə qismən bir yırtıq ola və ya vətər tamamilə iki yerə ayrılacaq formada qopa bilər.
Bazu oynağı nahiyyəsində olan ağrı, hərəkət məhdudluğu şikayəti ilə özünü göstərən bir xəstəlikdir. Qadınlarda daha çox müşahidə edilir. Xəstəliyin tam olaraq əmələ gəlmə səbəbi bilinmir, ancaq bir sıra faktorlar xüsusən şəkərli diabet, travma, hiperlipidemiya qeyd edilir.
Xəstəliyi aşağıdakı kimi təsnif edirlər:
1. İdiopatik (səbəbi bəlli olmadığı hallar)
2. İkincili (hər hansısa bir xəstəliklə yanaşı inkişaf edir: şəkərli diabet, parkinsionizm, kardiopulmonar xəstəliklər, hiperparotiriodizm, hipoparotriodizm və s.)
3. Bazu oynağı nahiyyəsində icra olunan əməliyyatlardan sonra.
Xəstəliyin əsas əlaməti ağrı (xəstələr hətta ağrının təsirindən gecə yuxudan ayılır) və hərəkət məhdudluğudur (bütün istiqamətlərə hərəkət məhdudluğu müşahidə edilir). Hərəkətsiz qaldıqca oynaq içi bitişmələr formalaşır və getdikcə hərəkət məhdudluğu daha da artar. Nəticədə oynaq kapsulu qalınlaşır və büzüşür. Müəyyən vaxtdan sonra ağrılar azalır, lakin yerini oynaq hərəkətlərinin məhdudluğu tutur. Bu xəstəlik bəzən 1-2 il ərzində tədricən yavaş-yavaş yaxşılığa doğru gedə bilər. Xəstəliyin diaqnozu fiziki müayinə, rentgenoloji və MRT müayinəsi üsulları ilə təyin edilir.
Tenis, üzgüçülük və ağırlıq qaldırma kimi idman növlərində həddindən artıq sürtünmə meydana gəlir. Nəticədə maye toplanması və qanaxma olur. Bu mərhələdə xəstəliyi digər çiyin xəstəliklərindən ayırmaq üçün travmatoloq həkim tərəfindən xüsusi hərəkət müayinələri və çiyinə lokal anesteziya inyeksiya testi aparılır. Ağrı inyeksiya ilə yox olarsa, problem o bölgədədir. Sıxılma sindromunun bu mərhələsi ümumiyyətlə 20-25 yaşlarında görülür.
Bu mərhələdə qeyri-invaziv müalicənin nəticəsi uğurlu sayılır. İstirahət verilir. Tənəffüs xəstəliklərinə maneə yoxdursa, soyuq tətbiq oluna bilər. İltihab əleyhinə dərmanlar verilir. Qol qismən istirahət edilir. Üfüqi planda hərəkətlərin qarşısı alınır. Çiyin tamamilə hərəkətsiz hala gətirilərək donmuş bir çiyinə səbəb olmamaq üçün hərəkətlər gərilmə və gücləndirmə hərəkətləri ilə davam etdirilir. Şəxsə və xüsusilə reabilitoloqa hansı hərəkətlərin sürtünməyə səbəb ola biləcəyi öyrədilir. Monitoru göz səviyyəsində istifadə etmək, dik oturmaq və çiyin əyriliyini azaltmaq kimi sadə tədbirlər çox faydalıdır.
- Sıxışma (İmpingment Syndrome)
- Tendinit (Vətərlərin iltihabı)
- Donuq çiyin (Frozen Shoulder)
- Biceps Tendinit (Zədələnmiş vətərlər)
- Bursit (Kisəciyin iltihabı)
Tendinit: Rotator manjet tendonları zərər almış ola bilər.
Bursit: Bursanın iltihabı və ya qabarması ilə yaranmış narahatlıq kimi tanınır və içi çoxlu maye ilə dolu kisəciklərin iltihablanması ilə meydana gəlir.
İmpingment (Sıxışma): Çiyin və qolumuzu yuxarı qaldırdığımızda akromion və rotator manjet arasındakı boşluq daralmış olur. Bu vaxt akromion rotator manjeti qıcıqlandıraraq ağrıya səbəb olur. Bu hala çiyin sıxışma (İmpingment Syndrome) deyilir.
Donuq çiyin – Çiyində ağrı və sərtləşmə ilə xarakterizə olunan iltihabdır.
Simptomlar:
- Ağrılar – gecə yatarkən, əlləri yuxarı, arxaya, önə və ya yana doğru qaldıranda.
- Qolları tam aça bilməmə.
- Bütün çiyin və qol boyu sızlama.
- Ağrıların barmaq uclarına qədər yayılması.
- Uyuşma.
- Zəiflik.
“Bursa” adı verilən bu kisəciklər oynaq xarici təsirlərə qarşı qoruyucu yastıqcık vəzifəsini yerinə yetirirlər və bazu oynağı ilə kürək sümüyünün akromion çıxıntısı arasında olan, içi maye ilə dolu kisənin iltihabıdır. Tez-tez çiyin qurşağında tendinit (vətərin iltihabı), rotator manşet cırılmalarında bursa şişər və iltihaba səbəb olar. Bunun nəticəsində xüsusilə çiyin qurşağını yuxarı qaldırmaq kimi hərəkətlərdə çiyin ağrısı olur. Məhz bu kəskin dövrdə, soyuq tətbiqi, keçici istirahətlər, lokal inyeksiyaların icra olunması lazımdır. Daha sonrakı dövrdə isə fizioterapiya və idman hərəkətləri qalan problemi həll edəcək. Xronikiləşmiş hallarda bu kisə qalınlaşmış, sərtləşmiş və davamlı olaraq ağrı səbəbi olmağa başlamışsa cərrahi müalicə qaçılmazdır.
Bazu sümüyünün başı kürək sümüyündəki oynaq boşluğundan bayıra doğru yerini dəyişməsi zamanı bazu çıxığı əmələ gəlir. Zədə ya da çiyinin həddən artıq yük altında gərgin olması çıxığın yaranmasına gətirib çıxarır. Bazu çıxığı qismən və tamamilə oynaq çuxurundan çıxması mümkündür. Çiyin nahiyyəsindəki bağlar, əzələlər və vətərlər bir dəfə boşaldığında və ya qopduğunda bazu tez-tez çıxmağa başlaya bilər. Adəti bazu çıxıqları oynaqda osteartrit riskini yüksəldir. Bazu çıxığı ağrıya səbəb olur, çıxan çiyinin görünüşü digərinə görə fərqli olur. Bazusu çıxan insan qolunu gövdəsinə yaxın tutur, bayıra doğru hərəkət etdirməsi çətinləşir.
Sürtünmə səbəbiylə uzun müddət təkrarlanan qanaxma və maye toplanması zamanla sərtləşir və zədələnmə yerində qaysaq kimi sərt bir toxuma əmələ gətirir. Bu zaman yeni yaranan sərt və qalın yara toxuması sürtünmə bölgəsində sıxılma yaradır. Bu sıxışma mərhələsi ümumiyyətlə 25-40 yaş arasında baş verir.
Problem xronikikləşir və qeyri-invaziv müalicə ilə yaxşılaşmır.Artroskopik üsulla, yəni 1 sm iki və ya üç çuxurdan girərək kamera ilə edilən əməliyyatlarla qalınlaşmış toxumalar və sürtünməyə səbəb olanlar təmizləndikdən sonra evdə gərmə idmanlarına başlanır.
- Çiyini sıxacaq, incidəcək və ağır yük daşıyacaq hərəkətlərdən qaçınmaq lazımdır.
- İsti günlərdə, xüsusən də nəqliyyat vasitəsində kondisionerdən əsən soyuq havanın birbaşa bədənə gəlməsinə maneə olunmalıdır.
- Üst rəflərdən əşya alma, qoyma və yerləşdirmə, uzun müddət boyunca qolların baş səviyyəsi üstündə tutma kimi hərəkətlərdən qaçmaq lazımdır.
- Oturma vəziyyətində qollar dirsək bölgəsindən dəstəklənməlidir.
- Gündə bir neçə dəfə qolları belə və boyuna yerləşdirərək idman edilməlidir.
- Çiyin ağrısından əziyyət çəkirsinizsə, sağlamlığınızı mütəmadi olaraq yoxlamağı unutmayın.
İmpingement sindromu və ya Çiyin (bazu) oynağının sıxışma sindromu. Bu oynağın əmələ gəlməsində kürək sümüyü, körpücük sümüyü və bazu başı iştirak edir. Qol sümüyü körpücük sümüyünə rotator manjet olaraq adlandırılan 4 əzələ vasitəsilə bağlanır: supraspinatus, infraspinatus, teres minor və subskapularis. Bu sindrom kürək sümüyünün bir çıxıntısı olan akromion və bazu arasında yer alan əzələlərin sıxışmasıdır.
Xüsusilə yaşlılarda yıxılmaqla əlaqədar olaraq bazu çıxıqlarına tez-tez rast gəlinir. Gənclərdə isə çiyin sınıqları daha çox idman yaralanmaları və yol nəqliyyat qəzaları ilə əlaqədardır.
Çiyin qurşağı sınıqları ciddi bir ağrıya, şişkinliyə və göyərməyə səbəb ola bilər.
Bu mərhələdə aşınmış səthlərdə kalsifikasiyaya bənzər sümük çıxıntıları əmələ gəlir. Çiyin başını qaldıran supraspinatus adlı əzələ sürtünmə nəticəsində aşınır və yırtıqlar meydana gəlir. Bu mərhələ 40 yaşdan yuxarı görülür.
Son yenilənmə:
Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı
Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.