De Quervain Tendiniti – İlk dorsal bölmə tendiniti olaraq bilinən bu xəstəlik, baş barmağa aid olan əl biləyi tendonlarının gərginliyi və iltihabı səbəbiylə inkişaf edən bir vəziyyətdir. Bu xəstəlik İsveçrəli cərrah Fritz De Quervaindən sonra “De Quervain tendinitis” kimi tanınır. İltihab tendon ətrafındakı şişməyə, genişlənməyə və baş barmağının hərəkətlərində ağrıya səbəb ola bilər. Ağrılar yumruq, əşyaları tutmaq və adi hərəkətlər zamanı baş verə bilər.
De Quervain xəstəliyinin səbəbləri
Bu xəstəliyin ortaya çıxmasının bir çox səbəbi var. Ən əsas səbəb, baş barmağının təkrarlanan hərəkətləridir. Bundan başqa, Quervain tendinitinin səbəbləri aşağıdakılardır:
- Tendon qabığında struktur anomaliyaları
- Körpə baxımı
- Təkrarlanan əl və bilək hərəkətləri ilə əlaqəli peşələr və ya hobbi
- Ağır çanta tutma
- Biləyə və ya tendona yönəlik travmalar
- Revmatoid artrit xəstəliyi
De Quervain tendinitin risk faktorları aşağıdakılardır:
- Yaş: Quervain sindromu tez-tez 30-50 yaş arasındakı insanlarda görülür.
- Cins: Qadınlarda kişilərə nisbətən 8-10 dəfə çox Quervain sindromu var.
- Hamiləlik
De Quervain Tendiniti simptomları
- Baş barmağın altındakı ağrı hissləri. Ağrı baş barmağınızın içinə, qolunuza yayıla bilər.
- Baş barmağın altındakı şişkinlik və ya qızartı.
- Tutma və ya sıxma kimi hərəkətlər edərkən çətinlik çəkir, baş barmaq və biləkdə ağrı olur. Baş barmağınızı və ya biləyinizi sıxmaq ağrını daha da artıra bilər.
De Quervain Tendiniti və Fizioterapiya və Reabilitasiya
Fizioterapiya, bütün əzələ-sümük xəstəliklərində olduğu kimi, Quervain tendinitinə də çox təsirlidir.
Fizioterapiyada tətbiq olunan prosedurlar nəticəsində xəstələrdə əl biləyində:
- İltihab azaldılır
- Funksiyası yaxşılaşdırılır
Xəstəliyin yenidən qarşısını almağa çalışılır.
Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.
Bakı Bərpa Mərkəzi| Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |
Sağlamlığınızı bizimlə bərpa edin!
Lateral Epikondilit “Tennisçi dirsəyi” kimi də tanınır.
Dirsəyin arxa tərəfində əzələ-vətərin sümüyə yapışdığı yerdə ağrılı bir vəziyyətdir. Vətərlər əzələni sümüyə bağlayır. Lateral epikondilit xəstəliyində vətər bağlanması yerində degenerasiya və zəifləmə baş verir. Bu, əzələlərin aktiv olduğu hərəkətlər (gərmə, tutma,açma və s.) ilə əlaqədar olaraq ağrıya səbəb ola bilər. Tennis kimi idman növləri bu xəstəlikə əlaqələndirilir.
Səbəbi nədir?
- Həddindən artıq istifadə: Dirsəyin həddindən artıq istifadəsi vətərin yapışma nöqtəsində stress yaradır. Vətərin yapışması zamanı stresə səbəb olan fəaliyyətlər vətərin zədələnməsini artırır. Bu streslər qolları açıb-bağlama,tutma,doğrama və boyama kimi təkrarlanan hərəkətlərin nəticəsində görünür.
- Travma: Dirsəklə birbaşa əlaqə, vətərdə degenerasiyaya səbəb olan şişlik və ödemlə nəticələnə bilər. Yaralanma ani edilmiş hərəkət, məcburi və ya aktiv fəaliyyətlə də baş verə bilər.
Lateral Epikondilit kimlərdə görülür?
Daha çox 30-50 yaş arasında görülür. Lakin bunu tennis,ağırlıq qaldırma,beysbol və s. növ kimi idmanlarla aktiv məşğul olan gənclərdə də görmək olar.
Lateral epikondilit əlamətləri
Xəstələrin müalicəyə ehtiyacının əsas səbəbi ağrıdır. Ağrı dirsək xaricində “lateral epikondil” olaraq bilinən çıxıntılı sümüyə lokallaşdırılır. Bu bölgəyə toxunduqda həssaslıq yaranır. Ağrı, tendonun üzərindəki stres hərəkətləri ilə (məsələn, tutma, uzanma) da arta bilər. Ağrı aktiv hərəkətlər nəticəsində dirsəkdən başlayır və ön qoldan ələ yayıla bilər. Bəzən hərəkət etmədən də ağrı ola bilər.
Lateral Epikondilit və Fizioterapiya | Reabilitasiya
İlk olaraq ağrılara səbəb olan hərəkətlər azaldılmalıdır.
Müalicəvi idmanda gücləndirici hərəkətlərə üstünlük verilməlidir.
Miostimulyasiya,magnitoterapiya,ve ultrasəs dalğa terapiyası ilə qısa zamanda ağrıları azaldaraq bərpa müddətində müsbət nəticələrə nail olmaq olar.
Əgər göstərilən əlamətləri özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.
Bakı Bərpa Mərkəzi
Sağlamlığınızı bizimlə bərpa edin !
Kubital tunel sindromu nədir?
Kubital tunel sindromu, ulnar sinirin dirsəyi keçdiyi yerdə sıxılması nəticəsində yaranan narahatlıqdır.
Ulnar sinir onurğamızdan çıxır, əllərimizdəki bəzi əzələləri aktivləşdirir ,çeçələ və adsız barmağımızda hissiyatı təmin edir. Sinir qol boyu aşağı düşdükdən sonra dirsəkdə medial epikondil adlanan çıxıntılı bir bölgədə ön tərəfə keçir. Bu nöqtə səthə çox yaxındır. Bu bölgəyə ani bir toxunuşla, tez-tez ulnar sinirin müvəqqəti qıcıqlanmasına rast gələ bilərsiniz. Ağrıya səbəb ola bilər və ya əlinizdə iynələnmə hissinə səbəb ola bilər.
Kubital tunel sindromu simptomları nələrdir?
- Dirsək və əl ətrafında ağrı.
- Çeçələ barmaq və adsız barmağında qarışqalanma,iynələnmə və ya həssaslığın itməsi.
- Əlindəki bəzi əzələlərin zəifləməsi.
- Daha az tutma gücü.
- Koordinasiya çətinliyi.
Səbəblər nələrdir?
Kubital tunel sindromunun səbəbləri çoxdur, lakin həmişə ulnar sinirin sıxışması və ya qıcıqlanması səbəb olur. Yaşlandıqca sinirlərimiz daha həssas olur. Araşdırmalara əsasən tez-tez görülən qıcıqlanmanın səbəbi müəyyən bir fəaliyyətdən asılıdır. Bunlara nümunələr:
- Uzun müddət dirsəyinizi bükmək
- Boyamaq, gitara çalmaq kimi dirsəklərinizi dəfələrlə büküb-açmaq.
- Dirsək ətrafında yumşaq toxuma qalınlaşması.
- Dirsək ətrafı sümüklərində böyümə.
- Şəkərli diabet.
- Siniri sıxışdıran bir zərbə.
- Oynaq deformasiyası (artritik dəyişikliklər və ya qırıqlar da daxil olmaqla)
Kubital Tunel Sindromu və Fizioterapiya və Reabilitasiya
Kubital tunel sindromunun müalicəsində fizioterapiya və reabilitasiya önəmli yer tutur. Müalicəvi idmanda olunan gərmə və gücləndirmə hərəkətləri ilə birlikdə tətbiq olunan fizioteapiya müalicə üsulları simptomatik ağrıları azaltmağa və günlük yaşam aktivliyinizə davam etməyə köməkçi olacaqdır.
Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.
Bakı Bərpa Mərkəzi
Sağlamlığınızı bizimlə bərpa edin !
Lateral Epikondilit səbəbi nədir?
- Həddindən artıq istifadə: Dirsəyin həddindən artıq istifadəsi vətərin yapışma nöqtəsində stress yaradır. Vətərin yapışması zamanı stresə səbəb olan fəaliyyətlər vətərin zədələməsini artırır. Bu streslər qolları açıb- bağlama, tutma, doğrama və boyama kimi təkrarlanan hərəkətlərin nəticəsində görünür.
- Travma: Dirsəklə birbaşa əlaqə, vətərdə degenerasiyaya səbəb olan şişlik va ödəmlə nəticələnə bilər. Yaralanma ani edilmiş hərəkət, məcburi va ya aktiv fəaliyyətlə də baş verə bilər.
Əlamətləri
Xəstələrin müalicəyə ehtiyacının əsas səbəbi ağrıdır. Ağrı dirsək xaricində ” lateral epikondil ” olaraq bilinən çıxıntılı sümüyə lokallaşdırılır. Bu bölgəyə toxunduqda həssaslıq yaranır. Ağrı, tendomu üzərindəki stres hərəkətləri ilə məsələn: tutma, uzanma ilə arta bilər. Ağrı aktiv hərəkətlər nəticəsində dirsəkdən başlayır və ön qoldan ələ yayıla bilər. Bəzən hərəkət etmədəndə ağrı ola bilər.
Müalicəsi
İlk olaraq ağrılara səbəb olan hərəkətlər azaldılmalıdır.
Müalicəvi idmanda gücləndirici hərəkətlərə üstünlük verilməlidir.
Miostimulyasiya, maqnitoterapiya və ultrasəs dalğa terapiyası ilə qısa zamanda ağrıları azaldaraq bərpa müddətində müsbət nəticələrə nail olmaq olar.
Bu problem kimlərdə görülür?
Daha çox 35-50 yaş arasında görülür. Lakin bunu tennis, ağırlıq qaldırma, beysbol və s. növ kimi idmanlarla aktiv məşğul olan gənclərdə də görmək olar.
Son yenilənmə:
Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı
Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.