Neyroreabilitasiya nədir?

Neyroreabilitasiya nədir?

Neyroreabilitasiya – pasiyentlərin keçirilmiş insult, baş beyin və onurğa beyinin travmatik zədələnməsi, periferik sinir sisteminin zədələnmələrindən sonra. Periferik neyropatiyaları, vertebrogen nevroloji sindromları, uşaq serebral iflici (SP), dağınıq skleroz, Parkinson xəstəliyi. Gentinqton xəstəliyi, hərəkət neyronu xəstəlikləri (yan amiotrofik skleroz, proqressivləşən bulbar iflic, proqressiv əzələ atrofiyası). Sinir sisteminin irsi xəstəlikləri (torzion disyoniya, beyincik ataksiyaları). Polineyropatiyalar, əzələ xəstəlikləri, vertebrogen nevroloji sindromları ilə xəstələrin bərpası ilə məşğul olan tibbi reabilitasiyanın bir hissəsidir.

Formalaşmış nevroloji qüsurun müşahidə olunduğu xəstəliklər üçün (məsələn, insult, baş beyin və onurğa beyinin travmaları). Və proqressivləşən degenerativ və irsi xəstəliklər üçün (Parkinson xəstəliyi, hərəkət neyronu xəstəlikləri və s.) məqsəd və vəzifələr müxtəlifdir. Belə ki, insult, baş beyin və onurğa beyinin travmaları, periferik neyropatiyalar və pleksopatiyalar, vertebrogen radikular və spinal sindromlar, uşaq serebral iflicinin daxil olduğu birinci qrup xəstəliklər üçün reabilitasiyanın əsas məqsədi xəstəlik, travma nəticəsində pozulmuş funksiyaların tam bərpasının əldə olunmasından və ya bu real olmadıqda – əlilin fiziki, psixi və sosial potensialının optimal realizasiyası, onun cəmiyyətə adekvat inteqrasiyasından ibarətdir. Neyroreabilitasiya hazırda müasir təbabətin prioritet inkişf istiqamətlərindən biri kimi qiymətləndirilir. Bu, ilk növbədə motor qabıqda onun zədələnmələri zaman plastik proseslərin fundamental əsasları sahəsində ixtiralar ilə bağlıdır. Heyvanlar üzərində aparılan neyrofizioloji və neyroanatomik tədqiqatlar, eləcə də insanda beyin kartlanmasının vizualizasiya və digər qeyri – invaziv metodları böyük fərdin beyin qabığının əhəmiyyətli funksional yenidənqurmaya qadir olmasının təkzibedilməz dəlillərini təqdim edib.

Xəstəlikdən asılı olmayaraq, neyroreabilitasiya aşağıdakı prinsiplərə əsasən qurulur:

  • müalicə tədbirlərinin erkən başlaması (həkim reabilitiloqun xəstənin somatik vəziyyəti və şüurunun vəziyyətinin dəqiq dəyərləndirdikdən sonra imkan verdiyi qədər);
  • bütün əlçatan və zəruri reabilitasiya tədbirlərinin tətbiqinin kompleksliyi;
  • reabilitasiya proqramının fərdiləşdirilməsi; (həkim reabilitoloq mütləq şəkildə hər bir xəstəyə individual dəyərləndirərək reabilitasiya proqramı yazmalıdır.)
  • mərkəzimizdə reabilitasiya prosesinin mərhələli şəkildə olması; (mütləq şəkildə həkim reabilitoloq nəzarətində)
  • reabilitasiya mərhələləri boyunca davamlılıq və ardıcıllıq;
  • sosial istiqamətləndirmə;
  • yüklənmə adekvatlığı və reabilitasiya effektivliyinə nəzarət metodlarının istifadə olunması.

Mərkəzi Sinir Sisteminin zədələnməsi ilə pasiyentlərin neyrodamar reabilitasiyası dörd əsas komponentə əsaslanır:
Tibbi müayinə və ümumi vəziyyətin qiymətləndirilməsi.

İlkin müayinə həkim reabilitoloqa sizin ümumi vəziyyətinizi, fiziki qüvvəni, məhdudiyyətlər və hərəki, psixoloji, sosial, loqoped reabilitasiyasına təsir edən digər vəziyyətləri qiymətləndirməyə imkan verir. Həkimlər sizin ürək – damar xəstəlikləri, insult inkişafının risk faktorlarını qiymətləndirir. Əldə olunan bütün məlumatların əsasında həkimlər məhz sizin üçün təhlükəsiz və effektiv olan fərdi neyroreabilitasiya proqramını tərtib edir.

Hərəki (motor) və sensor pozulmalarının tam və ya qismən bərpası.

Hərəki (motor) pozulmalar – insultun ən sıx və ağır fəsadlarından biridir. Hərəki funksiyaların bərpası əksər xəstələrdə müşahidə olunur; adekvat müalicə gimnastikası və kineziterapiya zamanı hətta kobud hərəkət qüsurları olan pasiyentlər xəstəlikdən ən azı 3 – 6 ay sonra müstəqil ayaq üstə dayanmağa və gəzməyə başlayır. (Mütləq şəkildə həkim reabilitoloqun təyinatları davamlı icra olunarsa.) Biz Bakı Bərpa Mərkəzi olaraq vertikalizasiya və ondan sonra gəzmə təlimi imkanları olan xüsusi qurğuların istifadəsi zamanı əla nəticələr əldə etmişik. 3 – 6 aydan sonra müsbət nəticənin olmaması paretik ətraflarda dərin hissiyyətin itirilməsi və (və ya) xəstənin reabilitasiyaya qarşı aşağı motivasiyasından irəli gələ bilər, bu da çox zaman xəstəliyin ağırlığının lazımi dərəcədə qiymətləndirilməməsi və ya ona məhəl qoyulmaması zaman müşahidə olunur (anozoqnoziya). Bunun üçün də biz Bakı Bərpa Mərkəzi olaraq bu cür xəstələrin reabilitasiyasına multidistiplinar yanaşırıq.

Düzgün həyat tərzi təlimi.

Neyrodamar reabilitasiyanın mühüm məqamlarından biri də pəhrizdir. Düzgün, sağlam qidalanmağı və sizin üçün ən uyğun qidanı seçməyi, artıq yağ, duz və xolesterindən çəkinməyi öyrədəcəklər. Sizə insult keçirmiş insanın sağlam həyat tərzi ilə uyğun olmayan pis vərdişlərinizdən, məsələn siqaret çəkməkdən azad olmağa kömək edəcəklər. Sizi ağrı və yorğunluğun öhdəsindən gəlməyi öyrədəcəklər. Məhz düzgün qidalanma artıq çəkidən azad olmağa imkan verir.

Psixoloji dəstək.

Keçirilmiş insult və ondan sonrakı vəziyyət – sizin adi həyat tərzinizi pozan ciddi problemdir. Bu depressiya, narahatlığa gətirib çıxara bilər. Siz işləyə bilmir, adi işlərlə məşğul ola bilmirsiniz. Buna görə də psixoloji dəstək çox mühümdür. Əgər sizdə depressiya varsa, reabilitasiyanın bu mərhələsinə məhəl qoymamaq olmaz, əks halda xəstəlikdən bərpa çox çətin olacaq. Bakı Bərpa Mərkəzində depressiya ilə mübarizə həm dərman terapiyası, həm də fasiləsiz psixi reabilitasiyadan ibarət ola bilər. Həmin çalışmaların yerinə yetirilməsi sizə xəstəliyi unutmağa və uğurlu bərpa olunmasına imkan verəcək, sizə güc və enerji verəcək.

Neyroreabilitasiya nedir?
Skolioz

Skoliozun Müalicəsi

Skoliozun Müalicəsi Skolioz – onurğa əyriliyi günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda, gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya

Duruş Korlanmaları

Duruş Korlanmaları

Duruş Korlanmaları Duruş bədənimizin ayaq üstə durarkən, oturarkən və yatarkən aldığı pozisiyadır. Duruşumuzu onurğa, çanaq , qol və ayaq sümüklərimizin sıralanması və duruş əzələlərimizin  (xüsusilə

“Akuşer” iflici

Travmatik pleksit (“Akuşer” iflici)

“Akuşer” iflici öz adını etioloji amildən – doğuş zamanı mamanın (akuşerin) səhv müdaxiləsindən götürmüşdür.                                                                          “Akuşer” iflici – səbəbləri “Akuşer” iflicləri uşaq doğuş yollarından keçən zaman

Üz siniri iflici

Üz siniri iflici

Üz siniri iflici Üz siniri iflici – Üz sinirinin anatomiyası və funksiyası ilk dəfə olaraq 1800-cü illərdə Ser Çarlz Bell tərəfindən tanımlanıb. Bell iflici üz

Osteoporoz nədir? Necə Təşhis olunur?

Osteoporoz nədir? Necə diaqnoz qoyulur?

Osteoporoz nədir? Necə diaqnoz qoyulur? Osteoporoz nədir? Sümük əriməsi olaraq da bilinən Osteoporozun digər bir mənası da süngərimsi (gözənəkli) sümük deməkdir. Sümüklərin içərisində boşluqlar yaranaraq

Fibromialgiya nədir?

Fibromialgiya nədir?

Fibromialgiya nədir? Fibromialgiya geniş yayılmış bir xəstəlik olmasına baxmayaraq, sadəcə  xəstələrinin 1/3-də diaqnoz edilə bilər. Fibromialgiya sindromu diffuz əzələ ağrıları və zəiflik ilə ortaya çıxan

Bell iflici

Bell iflici

Bell iflici – Üz sinirinin anatomiyası və funksiyası ilk dəfə olaraq 1800-cü illərdə Ser Çarlz Bell tərəfindən tanımlanıb. Bell iflici – Üz sinirinin (nervus cranialis

Bel ağrıları

Bel Ağrıları

Bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Dünya əhalisinin 80%-i həyatlarında bir dəfə də olsun bel…

Boyun ağrıları

Boyun ağrıları

Boyun ağrıları son illərdə müasir cəmiyyətin əsas problemlərindən biri olmuşdur.

Çiyin Ağrıları

Çiyin Ağrıları

Bazu oynağı orqanizmin ən hərəkətli və bir çox istiqamətə hərəkət imkanları olan oynaqlardan biridir.

Oynaq Ağrıları

Oynaq Ağrıları

Artralgiya oynağın istənilən xəstəliyi nəticəsində inkişaf edən oynaq ağrılarıdır. Daha çox xəstəlik çanaq-bud, diz, çiyin…

Skolioz ağrıları

Skolioz ağrıları

Birinci dərəcəli ailə üzvlərində skolioz xəstəliyinin olması uşaqlarda da xəstəliyin görülmə riskini artırmaqdadır.

Diz ağrıları

Diz ağrıları

Hərəkət sistemimizdəki ən əhəmiyyətli oynaqlarda biri diz oynağımızdır. Üç dənə sümüyün birləşməsindən ibarət olan diz…

Ayaq ağrıları

Ayaq ağrıları

Ayaqda ağrılar müxtəlif xəstəliklərin əlaməti kimi özünü büruzə verə bilər. Ağrılar əzələ, damar, oynaq və nevroloji…

Serebral iflic

Serebral iflic

Uşaq serebral iflici, adətən erkən uşaq yaşlarında başlayan və hərəki pozğunluqlarla – iflic, əzələ zəifliyi…

Displaziya xəstəliyi

Displaziya xəstəliyi

Bud-çanaq displaziyası – yeni doğulmuş körpənin bud sümüyünün əyri yerləşməsi deməkdir.

Lordoz Xəstəliyi

Lordoz Xəstəliyi

Lordoz Onurğa sütununun Deformasiyası nəticəsində yaranır. Onurğa boyun, kürək və bel hissəsində başın ağırlığını…

Kifoz xəstəliyi

Kifoz xəstəliyi

Kifoz insanın onurğasında baş verən qeyri-normal əyriliklərdən biri – onurğanın döş nahiyəsindən önə doğru əyilməsi.

Skolioz xəstəliyi

Skolioz xəstəliyi

Skolioz – onurğa sütununun əyriliyidir. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha…

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.

Ünvan: Ə.Salamzadə 593, Bakı, Azərbaycan

Tel: (+994 12) 409 06 66 ; (+994 12) 432 87 88

Mob: (+994 50) 303 06 66 ; (+994 55) 444 07 88

2019 -2021 © BAKI BƏRPA MƏRKƏZİ. Müəllif hüquqları qorunur.