Osteoxondroz

Osteoxondroz onurğa sütununda yaranan xroniki distrofik prosesdir. Hal-hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Osteoxondroz cavan və orta yaşlı insanlarda inkişaf edir, müxtəlif pozulmalara, iş qabiliyyətinin azalmasına, hətta şikəstliyə gətirib çıxarır.

Statistikaya görə, damar xəstəliklərdən (hipertoniya, ateroskleroz, ürəyin işemik xəstəliyi, infarkt və insult) sonra osteoxondroz xəstəliklər arasında 2-ci yer tutur. Lakin damar xəstəliklərdən fərqli olaraq osteoxondroz cavan insanlarda inkişaf edir. Həkimlərin müşahidələrinə görə, insanların bir çox hissəsində osteoxondroz var. Bunun səbəbini isə həkimlər müasir insanın azhərəkətli həyat tərzində, düzgün olmayan qidalanmada görürlər.

Osteoxondroz – olduqca çox yayılmış fəqərə sütunu xəstəliyidir. Xalq arasında buna “duzların yığılması” deyirlər. Lakin  bu prosesin adi duzla heç bir əlaqəsi yoxdur. Osteoxondroz zamanı onurğa sütunu fəqərələri arasında olan qığırdaq zədələnir. Bu qığırdaq amortizasiya funksiyasını yerinə yetirir – qığırdaq fəqərələrə bir-birini sıxmaq və sürtmək imkan vermir. Qığırdaq zədələndikdə və daha sonra dağıldıqda fəqərələr bir-birini sıxmağa başlayır, onların arasında keçən qan damarları və sinirlər sıxılır və bu müxtəlif pozulmalara səbəb olur.

Hazırkı dövrdə müxtəlif dərəcəli osteoxondroz insanların əksəriyyətində qeyd olunur. Bu hal təəccüblü deyil – müasir insan çox az hərəkət edir, vaxtının əsas hissəsini ən zərərli vəziyyətdə – kompüter qarşısında və ya yazı masası arxasında oturaraq keçirir. İnsanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin bu heç də elə deyil. Vaxtında və düzgün müalicə tədbirləri görülmədikdə osteoxondroz ciddi narahatlıq, ağrılar və hətta əlilliklə nəticələnə bilər.

Yaranma səbəbləri:

Osteoxondrozun, fəqərəarası diskdə baş verən dəyişikliklərin səbəbləri tam öyrənilməmişdir. İnsanlar osteoxondrozun yaranmasını ən çox 35 yaşdan sonra hiss etməyə başlayırlar. Bu prosesin inkişafına və kəskinləşməsinə müxtəlif onurğa travmaları, statik və dinamik qeyri-bərabər yük daşıma və eləcə də vibrasiya təkan verir. İnsanın yaşı nə qədər çoxdur, simptomlar o qədər çox aşkar görünür. Buna baxmayaraq, son dövrlərdə 18 yaşdan 30 yaşa kimi insanlar da kürək ağrıları şikayətləri ilə müraciət edirlər. Xəstəliyin bu qədər erkən başlama səbəbləri az deyil: zəif fiziki hazırlıq, qamət pozğunluğu, onurğa əyrilikləri, yastı pəncəlik və artıq çəki.

Osteoxondrozun əsas risk amilləri (əmələ gəlmə səbəbləri) aşağıdakılardır:

  • osteoxondroz (genetik) meyillilik;
  • Orqanizmdə maddələr mübadiləsi pozğunluğu, infeksiya, intoksikasiya;
  • Həddindən artıq çəki;
  • Düzgün qidalanmama (mikroelementlərin və maye qəbulunun az olması);
  • Yaşlanma ilə əlaqədar dəyişikliklər;
  • Qamətin, duruşun pozulması, onurğa əyrilikləri, onurğa sütunu seqmentlərində həddindən artıq hərəkətlilik (qeyri-stabillik), yastı pəncə;
  • Xoşagəlməz ekoloji şərait;
  • Travma və mikrotravmalar;
  • Ağır qaldırmaqla əlaqəli peşə, tez-tez gövdənin vəziyyətini dəyişmək (fırlanma, əyilmə-düzəlmə hərəkətləri);
  • Ayaq üstə, oturaq, uzanaraq uzun müddət narahat pozada qaldıqda, ağırlıq qaldırdıqda, ağırlıq daşıdıqda və s. disklərdə və bütün onurğada təzyiqi artıran işlər, hərəkətlər;
  • Həddindən artıq fiziki yüklənmə, sümük-əzələ sisteminin inkişaf patologiyaları;
  • Onurğanın həddindən artıq yüklənməsi pəncənin xəstəliklərində, eləcə də narahat ayaqqabılar, hündür daban ayaqqabıların geyinilməsi və hamiləlik ilə də əlaqəlidir;
  • Professional idmançılarda müntəzəm gedən məşqlərin birdən kəskin dayandırılması;
  • Əsəb gərginliyi, stress faktorları;
  • Siqaret çəkmək;

Osteoxondrozdan əziyyət çəkən insanlar kürək olan daimi ağrılardan, tez-tez ətraflarda keyləşmə, uyuşma hisslərindən şikayət edirlər. Vaxtında düzgün müalicə aparılmadıqda ətraflarda arıqlama, atrofiya və gücsüzlüyə gətirib çıxardır. Ağrı – osteoxondrozun əsas əlamətidir. Bu ağrı bəzən çox əziyyətverici, uzunmüddətli (günlərlə və aylarla davam edən) olur, çətinliklə aradan qaldırılır. Osteoxondroz ağrıları fəqərə sütununun bu xəstəliyə düçar olmuş hissəsinə müvafiq olaraq fərqli xarakter daşıyır.

Osteoxondrozun əsas simptomları:

  • Daimi sızıldayıcı kürək ağrıları, ətraflarda uyuşma və gücsüzlük;
  • Kəskin hərəkətlər etdikdə, fiziki gərginlikdə, ağırlıq qaldırdıqda, öskürdükdə və asqırma zamanı ağrılar artır;
  • Hərəkət məhdudluğu, əzələlərin spazmı.

Müalicə

Osteoxondroz uzun illər ərzində inkişaf edir. Hal-hazırda bu pozulmanı tam müalicə etmək mümkün deyil. Lakin müəyyən müalicə və profilaktik vasitələrin köməyilə bu pozulmanın inkişafını ləngitmək və xəstəni osteoxondrozla bağlı olan ağrılar və digər pozulmalardan xilas etmək mümkündür. Müalicə olunmadıqda osteoxondroz çox ağır fəsadlara – parez və ifliclərə (hətta əlilliyə) gətirib çıxarda bilər.

Osteoxondrozun müalicəsi zamanı müxtəlif ağrıkəsici qeyri-steroid iltihab əleyhinə və hormonal dərmanlardan, əzələ spazmını aradan götürən vasitələrdən, xəstənin həyat fəaliyyətini yaxşılaşdırmaq üçün müxtəlif konservativ müalicələrdən və eləcə də fizioterapiya metodlarından istifadə edilir. Bütün bu müalicələrin məqsədi ağrını müvəqqəti də olsa kəsmək, insanın həyat keyfiyyətini aşağı salmaq, hərəkət məhdudluğu verən ağrılardan xilas etməkdir.

Konservativ müalicə:

Osteoxondrozun kəskin dövrlərində (əsas da döş və bel osteoxondrozu zamanı) xəstəyə yataq rejimi təyin edilir. Xəstə düz bərk yerdə uzanmalıdır. Müalicə zamanı müxtəlif korsetlərdən (boyun korseti, bel korseti və s.) istifadə olunur. Ağrıların və iltihabın azaldılması üçün xüsusi preparatlar (diklofenak, ibuprofen, indometasin və s.) təyin olunur. Həmçinin spazmolitik preparatlar, B qrupu vitaminləri, nikotin turşusu, qığırdağın qidalanmasını yaxşılaşdıran preparatlar və s. təyin olunur.

Boyun osteoxondrozu zamanı xəstəyə beyin qan dövranını yaxşılaşdıran preparatlar təyin olunur.

Çox ağır, müalicəsiz buraxılmış hallarda və həmçinin onurğa beyni sıxılması zamanı cərrahiyyə müalicəsi tətbiq edilir.

Fizioterapevtik müalicə:

Xəstəliyin remissiyası (sakitləşmə) dövrlərində xüsusi masaj və müalicəvi fiziki tərbiyyə, manual terapiya, fizioterapiya, xüsusi müalicəvi vannalar tətbiq edilir.

Osteoxondrozun müalicəsində müxtəlif fizioterapiya üsullarından – elektrofarez, ultrasəs dalğa müalicəsi, TENS, müxtəlif vannaların qəbulu, dartma üsulları və.s istifadə edilir.

Üzgüçülük osteoxondrozla mübarizədə ən effektli və sınanmış vasitələrdən biridir. Su onurğa sütunda olan gərginliyi azaldır, “masaj” edir, onurğa sütunu saxlayan əzələləri bərkidir.

osteoxondroz
Demansın müalicəsi

Demansın müalicəsi

Demans sözü latınca ağıl mənasını verən mens sözündən götürülüb. Demans ağlın itirilməsi deməkdir. Ancaq demanslar, xüsusən də Alzheimer demensiyası birdən-birə baş vermir, simptomlar tədricən görünür

Niyə bu qədər yorğunuq?

Niyə bu qədər yorğunuq?

Yorğunluğun həyatımızın ayrılmaz hissəsinə çevrildiyi şübhəsizdir. Bir tərəfdən həyatın sürətlənməsi, mürəkkəb münasibətlər və həyat tərzi dəyişiklikləri, getdikcə artan stress, yuxusuzluq, qida çatışmazlığı, hərəkətsizlik səbəbindən bədənimizin

Gerontologiya nədir?

Gerontologiya nədir?

Gerontologiya nədir? Gerontologiya insanın qocalmasının bioloji, sosial və psixoloji aspektlərini, onun səbəblərini və onunla mübarizə yollarını (cavanlaşma) öyrənən elmdir. Bu termin 1903-cü ildə İ.İ.Meçnikov tərəfindən

Serebral iflic (CP) nədir

Serebral iflic (CP) nədir?

Serebral iflic (CP) nədir? Uşaqlarda müxtəlif səbəblərdən beynin zədələnməsi və ya inkişaf pozğunluğu səbəbiylə ortaya çıxan bir hərəkət sistemi xəstəliyidir. Əzələlərdə qeyri-iradi bükülmə, zəiflik, koordinasiya

ƏL VƏ BARMAQ HƏRƏKƏTİNİN MƏHDUDİYYƏTİ

ƏL VƏ BARMAQ HƏRƏKƏTİNİN MƏHDUDİYYƏTİ

ƏL VƏ BARMAQ HƏRƏKƏTİNİN MƏHDUDİYYƏTİ Revmatoid artritin yaranma səbəbi Dünyada ən çox yayılan xəstəliklərdən biri də revmatoid artritdir. Bu xəstəlik bütün yaşlarda başlaya bilir. Ən

Fibromialgiya

Fibromialgiya

Fibromialgiya Fibromialgiya geniş yayılmış bir xəstəlik olmasına baxmayaraq, sadəcə xəstələrin 1/3-də diaqnoz edilə bilər. Bu sindrom diffuz əzələ ağrıları və zəiflik ilə ortaya çıxan xroniki

Lateral Epikondilit

Lateral Epikondilit

Lateral Epikondilit Lateral Epikondilit “Tennisçi Dirsəyi” kimi də tanınır. Dirsəyin arxa tərəfində əzələ-vətərin sümüyə yapışdığı yerdə ağrılı bir vəziyyətdir. Vətərlər əzələni sümüyə bağlayır. Lateral epikondilit

İnsult və risk faktorları

İnsultda fizioterapiya və reabilitasiyanın rolu

İnsult nədir? İnsult beyin damarlarından qaynaqlanan, anidən və ya sürətlə inkişaf edən,beyin funksiyasının qismən itirilməsini göstərən əlamət və simptomlarla xarakterizə olunan, 24 saat və ya

Çiyin oynağının sıxışması sindromu

Impingement syndrome

Çiyin sıxışma sindromu (Impingement sindromu) nədir? Əsasən yetişkinlərdə meydana gələn, qolu müxtəlif istiqamətlərdə hərəkət etdirərkən ağrı və narahatlığa səbəb olan, həyat fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir

Çiyin ağrısı

Çiyin ağrısının səbəbləri nələrdir?

Çiyin ağrısı kimlərdə olur? Çiyin oynağı bədənin ən aktiv oynağıdır. Altı istiqamətdə hərəkət etmək imkanına malik olduğu üçün asanlıqla yaralanmalara və xəstəliklərə daha çox həssasdır.

Boyun yırtığının diaqnozu

Boyun yırtığının diaqnozu və müalicəsi

Boyun yırtığının diaqnozu Boyun yırtığının diaqnozu yəni boyun yırtığı ilk növbədə ağrı ilə özünü göstərir. Boyun ağrısı, bel ağrısı, bəzən də bel ağrısının vaxtaşırı başa

Boyun düzləşməsi

Boyun düzləşməsi və müalicəsi

Boyun düzləşməsi, boyun bölgəsindəki fəqərələrin sıralanmasında normalda açıqlığı arxaya baxan aypara kimi yox, düz olmasına deyilir. Boyun düzləşməsinin diaqnozunu üçün fizik müayinə etdikdən sonra rentgen

Çiyin sıxışma sindromu nədir?

Bu xəstəliyi təyin etmək üçün əvvəlcə çiyin anatomiyasını bilmək lazımdır. Çiyin qurşağı yuxarı qol sümüyü, yaxa sümüyü və çiyin bıçaqlarının artikulyasiyasından ibarətdir. Bu artikulyasiya sahəsində,

Ciyin agrilari

Çiyin sıxışma sindromu

Çiyin başının yuxarı hissəsində korokoid və akrominon adlanan iki sümük çıxıntı var və aralarında möhkəm bir körpü şəklində bir əlaqə var. Çiynin başını yan tərəfə

Skolioz

Skoliozun Müalicəsi

Skoliozun Müalicəsi Skolioz – onurğa əyriliyi günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda, gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya

Neyroreabilitasiya nedir?

Neyroreabilitasiya nədir?

Neyroreabilitasiya nədir? Neyroreabilitasiya – pasiyentlərin keçirilmiş insult, baş beyin və onurğa beyinin travmatik zədələnməsi, periferik sinir sisteminin zədələnmələrindən sonra. Periferik neyropatiyaları, vertebrogen nevroloji sindromları, uşaq

Duruş Korlanmaları

Duruş Korlanmaları

Duruş Korlanmaları Duruş bədənimizin ayaq üstə durarkən, oturarkən və yatarkən aldığı pozisiyadır. Duruşumuzu onurğa, çanaq , qol və ayaq sümüklərimizin sıralanması və duruş əzələlərimizin  (xüsusilə

“Akuşer” iflici

Travmatik pleksit (“Akuşer” iflici)

“Akuşer” iflici öz adını etioloji amildən – doğuş zamanı mamanın (akuşerin) səhv müdaxiləsindən götürmüşdür.                                                                          “Akuşer” iflici – səbəbləri Bu problem yuşaq doğuş yollarından keçən zaman

Üz siniri iflici

Üz siniri iflici

Üz siniri iflici Üz siniri iflici – Üz sinirinin anatomiyası və funksiyası ilk dəfə olaraq 1800-cü illərdə Ser Çarlz Bell tərəfindən tanımlanıb. Bell iflici üz

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.