Çiyin ağrısının səbəbləri nələrdir?

Çiyin ağrısı kimlərdə olur?

Çiyin oynağı bədənin ən aktiv oynağıdır. Altı istiqamətdə hərəkət etmək imkanına malik olduğu üçün asanlıqla yaralanmalara və xəstəliklərə daha çox həssasdır. Çiyin ağrısı – fizioterapiya və reabilitasiya mərkəzi olaraq gündəlik təcrübəmizdə tez-tez rastlaşdığımız müxtəlif növ ağrılarılardan biridir.

Bu ağrı bütün yaş qruplarını əhatə edən və hər birində müşahidə olunan ümumi bir simptomdur. Çiyin ağrısı gənc yaşlarda daha çox zərbə və yaralanma nəticəsində görülsə də, yaş artdıqca çiyin ağrısı əsasən, degenerasiya (kirəclənmə) səbəbiylə inkişaf edir. Bundan əlavə, bəzi peşə qruplarında (müəllimə və divar rəssamları kimi) və idman fəaliyyətlərində (tennis və voleybol kimi) çiyinlərdə narahatlıq daha çox olur.

Çiyin ağrısı səbəbləri nələrdir?

Çiyin ağrısına çiyin oynağının  özündən və ya başqa bir bölgədən çiyinə əks oluna bilən ağrı səbəb ola bilər. Boyun yırtığı, çiyin oynağının xaricindəki çiyin ağrısının ən çox yayılmış səbəblərindən biridir. Xəstə boyun yırtığı səbəbiylə qolundakı sinirlərin sıxılmasıyla çiynindəki şiddətli və simptomatik ağrılar hiss edə bilər.

Çiyin oynağının səbəb olduğu ağrıların əksəriyyəti çiyin oynağını əhatə edən əzələlərin yaratdığı rotator manjetin narahatlığından ibarətdir. Rotator manjetinin yırtıqları, iltihab (tendinit) və sıxışma sindromu çiyin ağrısının ümumi səbəbləridir. Bunlardan başqa çiyin birləşməsindəki artrit, zədələnmiş çiyin, çıxıq və qırıqları, iltihablı revmatik xəstəliklər (revmatoid artrit, ankilozan spondilit) də çiyin ağrısı ilə bizi qarşılaşdıra bilər.

Rotator manjeti – çiyini əhatə edən 4 əzələ və onların vətərindən ibarət olub, onu stabil saxlayan əzələ qrupudur. Ümumilikdə, çiyini əhatə edən, yəni bazu sümüyünü kürək sümüyünə birləşdirən 7 əzələdən 4-ü rotator manjetinin payına düşür.

  1. Supraspinatus
  2. İnfraspinatus
  3. Teres minor
  4. Subscapularis

Bu əzələlər qolun yuxarı qalxması və rotasiyası kimi funksiyaları yerinə yetirir.

Çiyində bursa adı verilən və yastıq vəzifəsi görən bir kisə var. Bu kürək sümüyünə aid olan akromion ilə supraspinatus arasında yerləşir. Bu qurğu akromionun altındakı supraspinatus tendonunun sümüyə sürtünməsi və sərbəst sürüşməsini təmin edir. Bursa deyilən bu kisənin iltihabında və ya travmasında çiyin hərəkətləri ağrılı hala gəlir.

Rotator manjet əzələləri xəstəlikləri

  • Sıxışma (İmpingment Syndrome)
  • Tendinit (Vətərlərin iltihabı)
  • Donuq çiyin (Frozen Shoulder)
  • Biceps Tendinit (Zədələnmiş vətərlər)
  • Bursit (Kisəciyin iltihabı)

Tendinit: Rotator manjet tendonları zərər almış ola bilər.

Bursit: Bursanın iltihabı və ya qabarması ilə yaranmış narahatlıq kimi tanınır və içi çoxlu maye ilə dolu kisəciklərin iltihablanması ilə meydana gəlir.

İmpingment (Sıxışma): Çiyin və qolumuzu yuxarı qaldırdığımızda akromion və rotator manjet arasındakı boşluq daralmış olur. Bu vaxt akromion rotator manjeti qıcıqlandıraraq ağrıya səbəb olur. Bu hala çiyin sıxışma (İmpingment Syndrome) deyilir.

Donuq çiyin – Çiyində ağrı və sərtləşmə ilə xarakterizə olunan iltihabdır.

ciyin agrisi

Simptomlar:

  • Ağrılar – gecə yatarkən, əlləri yuxarı, arxaya, önə və ya yana doğru qaldıranda.
  • Qolları tam aça bilməmə.
  • Bütün çiyin və qol boyu sızlama.
  • Ağrıların barmaq uclarına qədər yayılması.
  • Uyuşma.
  • Zəiflik.

Fizioterapiya və çiyin ağrıları:

Xüsusilə çiyin ağrıları səbəbinə görə hərəkət məhdudiyyəti olan xəstələrə fizioterapiya vacibdir.

Belə xəstələrdə, miostimulyasiya və ultrasəs kimi dərin toxumalarda istilik əmələ gətirən bir tətbiqdən sonra artan elastikliyi mütləq şəkildə manual terapiya və müalicəvi idmanla tamamlamaq lazımdır.

Çiyin ağrısının qarşısını necə almaq olar?

  • Çiyini sıxacaq, incidəcək və ağır yük daşıyacaq hərəkətlərdən qaçınmaq lazımdır.
  • İsti günlərdə, xüsusən də nəqliyyat vasitəsində kondisionerdən əsən soyuq havanın birbaşa bədənə gəlməsinə maneə olunmalıdır.
  • Üst rəflərdən əşya alma, qoyma və yerləşdirmə, uzun müddət boyunca qolların baş səviyyəsi üstündə tutma kimi hərəkətlərdən qaçmaq lazımdır.
  • Oturma vəziyyətində qollar dirsək bölgəsindən dəstəklənməlidir.
  • Gündə bir neçə dəfə qolları belə və boyuna yerləşdirərək idman edilməlidir.
  • Çiyin ağrısından əziyyət çəkirsinizsə, sağlamlığınızı mütəmadi olaraq yoxlamağı unutmayın.
Çiyin ağrısı
Osteoxondrozun müalicəsi

Osteoxondrozun müalicəsi

Osteoxondroz müasir dövrümüzdə geniş yayılan dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Bu xəstəlik onurğanın boyun, döş və bel nahiyəsində osteoxondral toxumanın degenerativ dəyişiklikləri ilə müşayiət olunur. Əsas

Skoliozun müalicəsi Bakı Bərpa Mərkəzində

Skoliozun müalicəsi Bakı Bərpa Mərkəzində

Skolioz, onurğa əyriliyi ilə bağlı bir problemdir və bu vəziyyət uşaqlar, yeniyetmələr və böyüklər arasında yayılıb. Həmçinin, skoliozun müalicəsi çox vaxt valideynlər və xəstələr üçün

Limfa drenajı nədir? Faydaları

Limfa drenajı nədir? Faydaları

Limfa Drenajı qan dövranı sistemi kimi mayenin hərəkətliliyini təmin edən, lakin ürək kimi mərkəzi nasosu olmayan limfa drenaj sistemidir. Limfatik Drenaj sisteminin sağlam işləməsi sayəsində insan

Miostimulyasiya

Miostimulyasiya ilə əzələ gücünüzü artırın

EMS (Elektro- Miostimulyasiya) məşqi, elektrik stimullaşdırılması vasitəsilə əzələləri işləyən bir məşq formasıdır. Bu məşq texnikası əzələlərin daha effektiv işləməsinə imkan verir və əzələ gücünü artırmağa

Zərbə-dalğa terapiyası

Zərbə-dalğa terapiyası

Zərbə-Dalğa Terapiyası müvafiq nahiyədə qan axını gücləndirir və bu nahiyənin aktivliyini artıraraq sağalma prosesinin sürətlənməsinə töhfə verir. Ümumiyyətlə ortopedik pozğunluqlar üçün istifadə edilən Zərbə Dalğası

Parkinson Reabilitasiyası

Parkinson Reabilitasiyası nədir?

Parkinson xəstəliyi beyin hüceyrələrinin itirilməsi ilə irəliləyən bir beyin xəstəliyidir. Bu, 65 və yuxarı yaşda olan insanların 1-2%-də baş verən mütərəqqi nevroloji xəstəlikdir. Xəstələrin təxminən

Demansın müalicəsi

Demansın müalicəsi

Demans sözü latınca ağıl mənasını verən mens sözündən götürülüb. Demans ağlın itirilməsi deməkdir. Ancaq demanslar, xüsusən də Alzheimer demensiyası birdən-birə baş vermir, simptomlar tədricən görünür

Niyə bu qədər yorğunuq?

Niyə bu qədər yorğunuq?

Yorğunluğun həyatımızın ayrılmaz hissəsinə çevrildiyi şübhəsizdir. Bir tərəfdən həyatın sürətlənməsi, mürəkkəb münasibətlər və həyat tərzi dəyişiklikləri, getdikcə artan stress, yuxusuzluq, qida çatışmazlığı, hərəkətsizlik səbəbindən bədənimizin

Gerontologiya nədir?

Gerontologiya nədir?

Gerontologiya nədir? Gerontologiya insanın qocalmasının bioloji, sosial və psixoloji aspektlərini, onun səbəblərini və onunla mübarizə yollarını (cavanlaşma) öyrənən elmdir. Bu termin 1903-cü ildə İ.İ.Meçnikov tərəfindən

Serebral iflic (CP) nədir

Serebral iflic (CP) nədir?

Serebral iflic (CP) nədir? Uşaqlarda müxtəlif səbəblərdən beynin zədələnməsi və ya inkişaf pozğunluğu səbəbiylə ortaya çıxan bir hərəkət sistemi xəstəliyidir. Əzələlərdə qeyri-iradi bükülmə, zəiflik, koordinasiya

ƏL VƏ BARMAQ HƏRƏKƏTİNİN MƏHDUDİYYƏTİ

ƏL VƏ BARMAQ HƏRƏKƏTİNİN MƏHDUDİYYƏTİ

ƏL VƏ BARMAQ HƏRƏKƏTİNİN MƏHDUDİYYƏTİ Revmatoid artritin yaranma səbəbi Dünyada ən çox yayılan xəstəliklərdən biri də revmatoid artritdir. Bu xəstəlik bütün yaşlarda başlaya bilir. Ən

Fibromialgiya

Fibromialgiya

Fibromialgiya Fibromialgiya geniş yayılmış bir xəstəlik olmasına baxmayaraq, sadəcə xəstələrin 1/3-də diaqnoz edilə bilər. Bu sindrom diffuz əzələ ağrıları və zəiflik ilə ortaya çıxan xroniki

Lateral Epikondilit

Lateral Epikondilit

Lateral Epikondilit Lateral Epikondilit “Tennisçi Dirsəyi” kimi də tanınır. Dirsəyin arxa tərəfində əzələ-vətərin sümüyə yapışdığı yerdə ağrılı bir vəziyyətdir. Vətərlər əzələni sümüyə bağlayır. Lateral epikondilit

İnsult və risk faktorları

İnsultda fizioterapiya və reabilitasiyanın rolu

İnsult nədir? İnsult beyin damarlarından qaynaqlanan, anidən və ya sürətlə inkişaf edən,beyin funksiyasının qismən itirilməsini göstərən əlamət və simptomlarla xarakterizə olunan, 24 saat və ya

Çiyin oynağının sıxışması sindromu

Impingement syndrome

Çiyin sıxışma sindromu (Impingement sindromu) nədir? Əsasən yetişkinlərdə meydana gələn, qolu müxtəlif istiqamətlərdə hərəkət etdirərkən ağrı və narahatlığa səbəb olan, həyat fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir

osteoxondroz

Osteoxondroz

Osteoxondroz onurğa sütununda yaranan xroniki distrofik prosesdir. Hal-hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Osteoxondroz cavan və orta yaşlı insanlarda inkişaf edir,

Boyun yırtığının diaqnozu

Boyun yırtığının diaqnozu və müalicəsi

Boyun yırtığının diaqnozu Boyun yırtığının diaqnozu yəni boyun yırtığı ilk növbədə ağrı ilə özünü göstərir. Boyun ağrısı, bel ağrısı, bəzən də bel ağrısının vaxtaşırı başa

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.