Evdə Tibbi Xidmət Nədir?

Evdə tibbi xidmət – müayinə, tibbi baxım, müalicə, müşahidə və analiz kimi tibbi xidmətlərin ev şəraitində təşkil və təmin olunmasıdır. İnsanlar bu xidmətdən xəstəxanada deyil ev şəraitində istifadə edirlər. Yaşlı və xüsusi şərtlərə görə evindən çıxa bilməyən ya da çıxmağı riskli olan şəxslər evdə tibbi xidmət sayəsində komfortlu şəraitdə müalicə oluna bilirlər. Xüsusilə 65 yaşından yuxarı insanlar üçün bu xidmət xəstəxanada sıra gözləmək, nəqliyyatda vaxt itirmək problemini və infeksiya riskini azaltdığı üçün əhəmiyyətli xidmətdir. Siz də özünüz, ailəniz yaxud da yaxınlarınızdan biri üçün evdə tibb və baxım xidmətlərindən faydalana bilərsiniz.

Hər bir şəxsin sağlam həyat yaşaması, ailəsi və ətrafındakılara faydalı olması üçün sağlamlığını qorumağı çox əhəmiyyətlidir. Bunun üçün “Bakı Bərpa Mərkəzi” olaraq ilkin və dövrü tibbi müayinələrin aparılmasını təklif edirik. Əgər mövcud şəraitiniz klinikada tibbi xidmət almağa uyğun deyilsə “Bakı Bərpa Mərkəzi”-in Evdə Tibbi Xidmət şöbəsindən yararlana bilərsiniz. Bununla da sağlamlığınızı daha peşəkar komandaya etibar etmiş olarsınız. Müraciətlərə əsasən peşəkar həkim və tibb bacıları pasientin evində , iş yerində və yaxud olduğu məkanda müvafiq tibbi müayinə və müalicələri yüksək səviyyədə həyata keçirirlər.

Aşağıdakı tibbi xidmətlərdən evinizdə istifadə edə bilərsiniz:

  1. Laborator analizlərin (qanalma, yaxma və s.) götürülməsi
  2. USM, RentgenEKQ, EXO müayinələri
  3. Həkim müayinəsi
  4. Tibb bacısı xidmətləri (venadaxili infuziya , xronik xəstəliklərlə əlaqədar müntəzəm əzələdaxili inyeksiya)
  5. Fizioterapiya
  6. Tibbi avadanlıqların kirayəsi
  7. Yataq xəstələrinə tibb baxım

Adı çəkilən pasientlər üçün evdə tibbi xidmətdən istifadə etmək daha əlverişlidir:

  1. Ortopediya və Travmatologiya xəstələri
  2. İnsult, iflic və digər nevroloji xəstələr (Alzheimer, Parkinson və s.)
  3. Baxıma ehtiyacı olan yataq xəstəsi əlil və yaşlılar
  4. Ürək -damar xəstəliklərinə görə müalicə alan xəstələr
  5. Əməliyyat sonrası evdə tibbi xidmətə ehtiyacı olanlar
  6. Onkoloji və hematoloji xəstələr

Təcrübəli tibb bacıları növbəli rejimdə, evinizdə lazım olan tibbi xidməti həyata keçirəcəklər. Bunlarla yanaşı ehtiyac duyduğunuzda evinizə həkim dəvət edə biləcəksiniz. Peşəkar həkimlər bir 1-2 saat ərzində sizi maraqlandıran və narahat edən suallarınıza yerində cavab verəcək və müvafiq tibbi prosedurları həyata keçirəcəklər. Bununla yanaşı, arzu etdiyiniz təqdirdə özünüz ilə birlikdə ailə yaxınlarınızı müayinə elətdirə bilər, müxtəlif laborator analizlərin evinizdə götürülməsini də tələb edə bilərsiniz.

Evdə Tibbi Dəstək Xidməti

Xəstəliyin gedişatına görə xəstənin evdə tibbi dəstəyə ehtiyacı olacaqdır. Belə bir vəziyyətə əvvəlcədən hazır olmaq lazımdır. Çətin vəziyyətdə qalmamaq üçün evdə tibbi dəstək almaq istədiyiniz zaman hansı tibb müəssisəsi ilə əlaqə yaradacağınızıəvvəlcədən öyrənib dəqiqləşdirmək ehtiyacınız olan zaman soyuqqanlı olmağınıza, prosedurun tezləşməsinə və yaşlı şəxsə lazımi müdaxilələrin olunmasına şərait yaradacaq.

Evdə Fizioterapiya Xidməti

Evdə Fizioterapiya Xidməti

Fizioterapiya müəyyən fiziki idmanların fizioterapevt köməyi ilə həyata keçirildiyi bir reabilitasiya müalicəsidir. Fizioterapiyanın tətbiqində bəzən tibbi avadanlığa ehtiyac olmadığı üçün ev şəraitində bu prosedur rahat həyata keçirilir. Lakin müalicəni başdan sonuna kimi sağlam şəkildə davam etmək üçün bəzi nüanslara diqqət etmək lazımdır.

Terapiya Müddəti Necə Davam Edir?

İlkin olaraq xəstə müayinə olunmalıdır. Həkim müyinədən sonra xəstəyə müalicə planı hazırlayır. Burada vacib olan müayinənin evdə yaxud tibb müəssisəsində olacağını müəyyənləşdirməkdir. Bir çox şəhərlərdə evdə fizioterapiya xidməti verən tibb müəssisələri vardır. Bu xidmət sayəsində evindən çıxa bilməyən və yaxud yatalaq insanlar ev şəraitində müayinə oluna bilirlər. Evdə bu xidmətdən istifadə etməmişdən əvvəl xidmət göstərən tibb müəssisəsindən evinizə gəlib gəlməyəcəyini öyrənmək lazımdır.

Evdə fizioterapiya xidməti göstərən bir çox müəssisə vardır. Lakin bunların bir qismi evinizə həkim göndərir. Bəzi sağlamlıq mərkəzləri isə evinizə müayinə üçün həkim eyni zamanda tibbi personalı göndərir. Əgər hal hazırda müayinə olunub və əlinizdə həkimin imzalı müalicə planı varsa evdə fizioterapiya xidməti verən tibb müssisəmizlə əlaqə yaradıb fizioterapevt ilə məsləhətləşə bilərsiniz.

Evdə Baxım Xidməti

Hər şeydən əvvəl unutmamalıyıq ki, evdə baxım xidməti verən şəxs xəstə baxıcısıdır, tibb bacısı deyildir. Xəstəyə baxan şəxslərin tibb bacısı xidmətlərini icra etmək səlahiyyəti yoxdur, lakin əksinə tibb bacısı xəstə baxım xidməti verə bilər.

Evdə baxım xidməti verən şəxs xidmətdən yararlanan xəstəyə:

  • düzgün qidalanma mövzusunda dəstək olur
  • təmizlik, qab yumaq kimi ev işlərində dəstək olur
  • şəxsi qayğı göstərir
  • dərmanların vaxtında və düzgün dozada qəbul edilməsinə nəzarət edir
  • xəstəyə müşaiyət edir
  • həkim, tibb bacısnın ziyarətini xəbər verir
  • və sadə sağlamlıq mövzularında kömək edir

Bu siyahı baxıcı ilə razılaşmaya uyğun olaraq artırıla və azaldıla bilər.Burada vacib olan hansı baxım xidmətinə ehtiyac olduğunu dəqiq müəyyanləşdirmək və bu xidmətləri baxıcıya və xidmət göstərən müəssisəyə aydın şəkildə çatdırmaqdır.

Evdə Baxım Nədir Və Kimin Ehtiyacı Vardır?

Evdə baxım – öz sahəsində mütəxəssis olan həkimin yaşlının evinə gedərək ona göstərdiyi qayğı xidmətidir. Evdə baxım xidmətinin əsas məqsədi orta və yuxarı yaşlardaki şəxslərin günlük bəzi işlərini həll etmək və sağlamlıqla əlaqəli mövzularda evə gələn baxıcıdan dəstək alaraq evində müstəqil şəkildə yaşamağını təmin etməkdir.

Kimlərin Evdə Baxım Xidmətinə Ehtiyacı Var?

Baxım xidmətinə ehtiyacınız olub olmadığını təyin etmək üçün özünüzə sadə bir neçə sual verə bilərsiniz:

  • Yaşınıza görə ya da xəstəlikdən sonra sağalma mərhələsində olduğunuz üçün evinizdə köməyə ehtiyacınız var?
  • Yataqdan qalxarkən və yatağa girərkən köməyə ehtiyacınız varmı?
  • Qab, paltar yumaq kimi məişət işlərinizdə köməyə ehtiyacınız varmı?
  • Həkim müayinələrinə tək gedə bilirsiniz?
  • Dərmanlarınızı düzgün dozada və vaxtında içə bilirsiniz?
  • Yeməklərinizə nəzarət edib,düzgün qidalana bilirsiniz?
  • Şəxsi gigiyenaya mütəmadi olaraq nəzarət edə bilirsiniz?

Bu suallara verdiyiniz cavablar əsasında evdə baxım xidmətinə ehtiyacınız olub olmadığını müəyyələşdirmək mümkündür. Əgər bu suallara ümumi olaraq “xeyr” cavabı verdinizsə evdə baxım xidmətinin sizə faydalı olacağına şübheniz olmasın.

Adətən yaşlı xəstənin bir çox mövzuda baxım dəstəyinə ehtiyacı vardır. Evdə tibbi xidmət verən həkimin digər vəzifəsi də xəstənin baxım müddətini kordinasiya etməkdir. Sözü gedən tibbi baxımın təşkili evdə baxım müddətini kordinasiya etməkdir. Sözü gedən tibbi baxımın təşkili evdə baxım müddətinin sağlam formada davam etməyi üçün vacib bir amildir. Buna görə həkim evdə baxım müddətini təşkil edir və ehtiyac olduqda mütəxəssis həkimlərin xəstəni müayinə etməyini, tibb bacısı, xəstə baxıcıların, kinezioterapevtlerin və ümumi olaraq evdə tibb bacısı və baxım xidmətlərini müalicə müddətiə daxil edilməsini təmin edir.

Yaşlı Xəstənin Yaxınları Nələrin Qayğısına Qalmalıdır?

Yaşlı xəstənin baxımında qayğının rolu olduğu qədər məsuliyyət tələb edən prosesdir. Bu prosesdə həm yaşlı xəstənin rahatlığı və sağlamlığı, həm də yaşlıya baxan, onunla maraqlanan yaxınının ümumi sağlamlığı baxımından əhəmiyyətlidir.

Xəstəliklə Bağlı Məlumatlanmaq

Xəstəyaxınlarını ən azı yaşlı baxımı və xəstə yaşlı baxımı mövzusunda məlumatlandırmaq lazımdır. İnternetdə yaşlı baxımı, yaşlı xəstə baxımı, yaşlı xəstənin həyat tərzi kimi mövzularda geniş miqyaslı məlumat əldə etmək mümkündür. Evdə baxım xidməti verən bəzi tibb müəssisələri xəstə yaxınlarına təlim xidməti də verir. Bu qısa lakin faydalı təlimlərə diqqət yetirib qoşulmaq məlumatlanmaq baxımından əhəmiyyətlidir. Əlbəttəki yaşlı xəstənin öz xəstəliyi haqqında məlumatlanması vacibdir. Bunun üçün xəstəliklə bağlı sadə lakin vacib məlumatlar əldə etmək olar.

Xəstə Yaxınlarının Diqqətinə

Xəstə yaxınları hər şeydən əvvəl özlərinə qayğı göstərməli, öz sağlamlıqlarına laqeyd yanaşmamalı, fiziki olduğu qədər psixoloji sağlamlığına diqqət göstərməli və mütəmadi olaraq tibbi müayinələrdən keçməlidirlər. Vaxt itirməmək üçün sağlamlıq müayinələrini gecikdirmək irəlidə daha çox vaxt itkisinə səbəb olmaqla yanaşı baxımından məsul olan yaşlı şəxsin də qayğısının, baxımının gecikməsinə səbəb ola bilər.

Yataq Hamamı (Çimmək)

Xəstəliyin şərtlərindən asılı olmayaraq insan gigiyenik təmizliyini yerinə yetirməlidir. Daimi yataqda yatmaqdan meydana gələcək xoşagəlməz halların qarşısını almaq üçün daha əhəmiyyətlidir. Burada hərəkət məhdudiyyəti olan şəxslərin faydalana biləcəyi yataq hamamından danışacağıq.

Yataq xəstələrinin yataqda çimizdirilməsi

Yaşlılıq yaxud da xəstəlik nəticəsində hərərkət edə bilməmək və öz gigiyenik qulluğunu həyata keçirə bilməmək istər şəxsin özünü, istərsə də yaxınlarını çətinliyə sala bilir. Bu halda xəstənin şüurunun yerində olması və özünü başqaları üçün yük olduğunu düşünməyi onun psixoloji vəiyyətinə təsir edə bilər. Ancaq xəstənin təmizliyinin olması sağlamlığı baxımından vacibdir. Hərəkət edə bilməyən yataq xəstələrinin gigiyenik baxımı yataqda çimmək adlanan üsulla həyata keçirilir. Bu köməkçi vasitənin tətbiqi sadədir və xəstənin özünü hər baxımdan yaxçı hiss etməyinə imkan verir.

Yataqda çimməyin faydaları

Yataqda çimmək xəstənin rahatlaşmağına və özünü fərah hiss etməyinə səbəb olur. Hətta xəstənin danışma qabiliyyəti olmasa belə ünsiyyət saxlayaraq həyatla əlaqə qurmağına imkan verir. Bildiyimiz kimi çiməndə ölü hüceyrələr təmizlənərək derinin yenilənməsi baş verir və bu da rahatlıq yaradaraq xəstənin xəstəliyindən uzaqlaşmağa şərait yaradır. Bədənə qulluq xəstədə fiziki, əzələ və mənəvi rahatlıq yaradır. Yataqda çimməyin tibbi vacib faydası isə yatalaq xəstədə meydana gələn yataq yaralarının aşkar edilməyinə və erkən qarşısının alınmasıdır.

Yataqda çimmək proseduru hansı hallarda ola bilər?

  • Ağır infeksiya keçirən
  • Bədənin hər hansı bir hissəsi iflic olan
  • Riskli əməliyyatdan sonra müalicənin yataqda davam etdiyi
  • Piylənmə olan hallarda yataqda çimmək proseduru həyata keçirilə bilər

Tək yaşayan yaxınımız üçün baxım

Tək yaşayan yaşlının üstəlik bir xəstəliyi varsa həmin yaşlının tək başın öhdəsindən gələ bilməyəcəyi aşkardır. Xəstəliyinə uygun olaraq yaşlı yaşlının gündəlik dərman qəbuluna nəzarət etməyi, yemək yemeyi,şəxsi gigiyena kimi gündəlik ehtiyaclarını həyata keçirm

K və təhlükəsizlik məsələlərinə diqqət etməyi çətin və bəzi hallarda qeyri mümkün ola bilər. Bu çətinliklə yanaşı yaşlı xəstə gün ərzində tək qaldığı üçün sosyallaşmağı da qeyri mümkündür. Yaşlının bu negativ hallardan təsirlənməməyi üçün xəstə müşaiyətçisi və ya xəstə baxıcısından dəstək almalıdır. İstər müstəqil istərsə də müəssisə tərəfindən təşkil olunmuş müşaiyətçi və ya baxıcı xəstənin köməyinə gəlib avadanlıq və imkanlarına görə müxtəlif xidmətlər təklif edə bilər.Bu təkliflərin içində müxtəlif ev baxımı və müşaiyət edici xidmətlər də göstərə bilərlər.

Müşaiyət edici, xəstə baxımı xidmətləri növləri cəhətdən olduqca geniş ola bilər.

  • dərman nəzarəti
  • şəxsi gigiyena və baxım
  • yemək yedirtmək
  • yemək bişirmək
  • yuxu saatlarının yoxlanması
  • tualet ehtiyacının aradan qaldırılması
  • söhbət edərək sosyal dəstək
  • alış veriş
  • ev təmizliyi
  • paltar yumaq
  • səyahət, gəzinti dostluğu
  • ev və xəstəxana müşaiyəti
  • daimi baxıcı
  • növbəli baxım xidməti
  • palliativ baxım
  • əməliyyat sonrası baxım
  • Alzheimer xəstəsi baxımı
  • Demans xəstəsi baxımı
  • Parkinson xəstəsi baxımı

Bunları nəzərə alaraq yaşlıya müşaiyətçi və ya baxım üçün özəl tibb müəssisəsi ya da müstəqil baxıcıya müracət edecəyinizi dəqiqləşdirməlisiniz. Beləki özəl tibb müəssisə personalının verdiyi xidməti müstəqil işləyən baxıcı şəxs verə bilməz. Unutmayaqki tibb müəssisəsinin personalı tibbi baxımdan tam təchizatlı xidmət verir.Düzgün seçimlə irəlidə meydana çıxacaq problemlərin qarşısını ala bilərsiniz.

Evdə Qanalma Xidməti

Evdə Qanalma Xidməti Nədir? Necə İşləyir?

Evdə qan almaq xidməti xüsusilə sağlamlıq şərtlərinə görə evdən çıxa bilməyən xəstələr üçün faydalı xidmətdir. Bunun üçün tibb personalı evinizə gəlib laborator analiz üçün qan alır.

Evdə qan alma xidməti xüsusilə xəstənin evindən çıxmayaraq laborator qan analizlərini etdirməyini təmin edən mobil tibbi xidmətdir. Evə gələn tibb personalıqanın nümuneəsini götürdükdən sonra laboratoriyaya aparır. Laborator analizin nəticəsi xəstəyə elektronik formada göndərilir.

Evdə Qanalma Xidmətinin Üstünlüyü Nələrdir?

Evdə qan alma xidməti xüsusilə yaşlı xəstələrin evdəki komfort şəraitlərini tərk etməyərək qan verməklərini təmin edir.Beləliklə də yaşlı şəxs qan vermək üçün tibb müəssisəsinə getmək, qeydiyyatdan keçmək, sırasını gözləmək kimi prosedurlardan azad olur. Həmçinin xəstə qəbulu çox olan tibb müəssisələri nə qədər təmizlənib dezinfeksiya olsa da infeksiya yayılma riski yüksək olanyerlərdir. Bu xidmət sayəsində yaşlılar infeksiya tutmaqdan qorunurlar və əlbəttəki, eyni zamanda bu mobil xidmət vaxtdan gözlə görünəcək qədər qənaəti təmin edir.

Qan Nümunəsinin Daşınması

Qan götürüldükdən sonra laborator analizin növünə görə lazım olarsa soyuq şəraitdə mühafizə edilərək daşınır. Buna müvafiq olaraq soyuq tibbi çantalardan istifadə olunur. Həkimin istədiyi qan analizi üçün qanın özünəmaxsus formada mühafizə olunmasına ehtiyac olmazsa o zaman qan normal tibbi çantada aparıla bilər.

Evdə USM Müayinəsi Xidməti

Evdə USM Müayinə

Ultrasəs müayinəsi (USM) təhlükəsiz, invaziv olmayan və şüalanma verməyən müayinə metodudur. USM vasitəsilə səs dalğalarından faydalanaraq daxili orqanların görüntüsünü görmək mümkündür.

Bu müayinə metodu vasitəsilə:

  • daxili orqanlardakı ağrı, şişkinlik və infeksiyanın səbəblərini bilmək,
  • hamilə qadınlarda dölün vəziyyətini öyrənmək,
  • körpələrdə beyin və bud-çanaq oynağının vəziyyətini qiymətləndirmək mümkündür.

Bakı Bərpa Mərkəzində aşağıdakı orqan və sistemlərin Ultrasəs müayinəsi aparılır:

  • Qarın boşluğu orqanları
  • Sidik-ifrazat sistemi orqanları
  • Yenidoğulmuşlarda bud-çanaq oynağının müayinəsi
  • Qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulmetriya (transabdominal və transvaginal), süd vəziləri
  • Kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal)
  • Endokrin sistem: qalxanabənzər vəzi, böyrəküstü vəzlər

Əksər nayihələrin ultrasəs müayinəsi heç bir ön hazırlıq tələb etmir, lakin müəyyən nayihələrin şəkillərinin aydın çəkilməsi üçün bir-sıra qaydalara riayət etmək lazımdır.

  • Qarın boşluğunun ultrasəs müayinəsi 8-12 saatlıq aclıqdan sonra aparılır. Bu qayda qarın boşluğu orqanlarının (ödkisəsi, qaraciyər, mədəaltı vəzi, dalaq) tək-tək müayinəsinə də aiddir.
  • Ginekoloji (üstdən baxış) və uroloji USM üçün sidik kisəsi tam dolu olmalıdır.
  • Ginekoloji transvaginal ultrasəs müayinəsi üçün sidik kisəsi boş olmalıdır.
  • Süd vəzilərinin müayinəsi üçün tsiklin 7-9-cu günləri tövsiyə olunur.
Evdə Həkim Müayinə Və Müalicəsi Xidmətləri Nə Üçündür?

Bakı Bərpa Mərkəzi gərgin iş qrafikində işləyən və yaxud hər hansı səbəbdən vaxt məhdudiyyəti yaşayan, həmçinin hərəkət məhdudiyyətli insanlar üçün Evdə Müayinə Xidmətini təklif edir. Bu sistemin istifadəsini də çox sadə və rahatdır. Belə ki, siz Evdə Müayinə Sistemindən qeydiyyatdan keçərək, ad-soyadınızı, yaşadığınız ünvanı və həkimi qeyd edirsiniz. Seçdiyiniz həkim sizi müayinə etmək üçün göstərdiyiniz ünvana gəlir, sizi yerindəcə müayinə edir. Nəticədə siz vaxtınıza və pulunuza qənaət etmiş olursunuz.

Peşəkar həkim heyətimiz sizi yerindəcə müayinə edərək, müalicə təyin edir. Bundan sonra siz həkimlə müalicə vaxtını dəqiqləşdirir və klinikamıza baş çəkirsiniz. Bununla yanaşı siz Qeydiyyat Sistemimizdən də həkim qəbuluna yazıla bilərsiniz.

Qısacası evdə həkim xidmətinin məqsədi həkimlərin evindən çıxmağa çətinlik çəkən xəstələri evlərində ziyarət edərək onları müayinə edib və lazımi müalicə planını təyin etməkdən ibarətdir.

Evdə həkim xidmətini icra edən mütəxəssis həkim xəstəni sağaltmaqdan əlavə xəstənin və xəstəliyin vəziyyətini ümumi şəkildə ələ alaraq xəstəliyin diaqnozunu qoyur, xəstəliyin təkrarlanmasının qabağını almaq üçün tədbir görür və eyni zamanda xəstəliyin müalicə müddətinin gedişatına nəzarət edir. Həkim müvafiq diaqnozu qoyur və bunu edərkən xəstənin yaşı, istifadə etdiyi dərmanlar, həyat şəraitinin xəstəlik üzərindəki təsiri mi bir çox faktor da nəzərə alınır.

Evdə tibbi xidmət göstərən həkim eyni zamanda xəstəliyin qarşısının alınmasından məsuldur. Bu məqsədlə həkim funksional balans yaradır: xəstənin görmə və eşitmə qabiliyyətini, psixoloji vəziyyətini, psixomotor fəaliyyətini aşkarlayıb diaqnozu təyin edir. Xəstəyə qidalanma, şəxsi gigiyena, fiziki fəaliyyətlərlə bağlı məsləhətlər verir. Həkim xəstəlik getdikcə irəlilədikdə ya da anidən ağırlaşdıqda xəstənin ümumi vəziyyəti, həyat tərzi və yaxınlarını tanıyıb bildiyi üçün xəstənin evdə yaxud xəstəxanada müalicə olunması haqqında məsləhətçi rolunu oynayır.

Həkimə getməlisiniz lakin evdən çıxa bilmirsiniz?Evə həkim çağırmalı, evdə müayinə olmalısınız? Yoxsa ananızı, atanızı, yaşlı hər hansı yaxınınızı müayinə üçün xəstəxanaya aparmalısınız? Yeriyərkən çətinlik çəkir və fizioterapiya üçün tibb müəssisəsinə getməlisiniz? Sağlamlıq şərtləriylə bağlı bu və bunabənzər hallar sizə tanış gəlirsə evdə müayinə və müalicə xidmətləri həyat tərzinizi asanlaşdıracaq. Evdə tibb xidmətlərinə-evdə həkim müayinəsi, tibb bacısı köməyi, əhatəli tibb bacısı xidmətləri, evdə fizioterapiya, düzgün qidalanma və dietoloq dəstəyi, evdə sosial məsləhətçi psixoloji dəstək mütəxəssisləri, evdə laborator analizlər, evdə qanvermə, USM və bu kimi çeşidli xidmətlər aiddir. Xidmətlə bağlı klinikamızın +994 12 409 06 66 nömrəsindən məlumat ala bilərsiniz.

Evdə Sağlamlıq Xidməti Növləri Və Tibbi Personallar

Xəstələrin ev şəraitində geniş miqyaslı sağlamlıq xidmətlərindən faydalanması Evdə Sağlamlıq Xidmətləri adı altında həyata keçirilir. Evdə sağlamlıq xidmətlərinə-evdə tibbi xidmət, baxım və xəstəni müşayiət etmək daxildir. Buradaki vacib məqam xəstəyə baxım və müşaiyət etməkdən əlavə göstərilən tibbi xidmətlərin həkim qrupları və həkim, tibb bacısı, fizioterapevt və psixoloq kimi mütəxəssis səhiyyə işçiləri tərəfindən həyata keçirilməsidir.

Evdə tibbi xidmətlər birdən artıq insandan ibarət heyət tərəfindən təmin edilir. Hər bir mütəxəssisin sahəsi və məsuliyyəti fərqlidir. Hər birinin müalicə prosesinə daxil edilib edilməyəcəyi xəstənin ehtiyaclarından asılıdır.

  • Həkimlər

Evdə tibbi xidmət daxilində həkimin əsas vəzifəsi evdə müalicə alan və ya baxılan xəstənin müalicə və ya baxım müddətini təyin etməkdir. Başqa sözlə desək evdə müalicə protokollarının təşkilatçısıdır.

  • Tibb bacısı

Evdə tibb bacısı xidmətinə ümumi tibb bacısı öhdəlikləri və cəmiyyətin sağlamlığı prinsipləri daxildir.

  • Fizioterapevt

Evdə fizioterapiya xəstənin əzələ gücünü artıran və müvazinət qabiliyyətini gücləndirən müalicə tətbiqlərindən ibarətdir.

  • Psixoloq

Onların vəzifəsi əgər varsa xəstənin ruhi və sinir problemlərini həll etməkdir.

  • Dietoloq

Dietoloq xəstəliyi nəzərə alaraq xəstəya xüsusi qidalanma planı hazırlayır və xəstənin sağlam qidalanma vərdişi qazanmağını təmin edir.

  • Psixoloq

Xəstəliklə əlaqədar olaraq məhdud nitq və ya ünsiyyət bacarığı olan xəstələrin ünsiyyət qurmağına imkan yaradır və xəstəni müalicə prosesi haqqında məlumatlandırır.

  • Evdə xəstəyə baxan müşayiətçi

Həkim və tibb bacısının rəhbərliyi altında xəstəya şəxsi qulluq, hərəkət etməyə və dərman qəbulu kimi mövzularda dəstək olan şəxsdir.

  • Ailə üzvləri

Müalicə qrupunun əsas iştirakçısıdır. Ailə üzvlərinə xəstəlik haqqında məlumat verilməsi, hətta zərurət olarsa xəstə yaxınlarına xəstəlik haqqında təlim verilməsi müalicə heyətinin digər iştirakçılarıyla əlaqə qurmağı müalicənin gedişatına müsbət təsir göstərir.

Evdə Sağlamlıq Xidmətlərinin Alt Qrupları Nələrdir?

Evdə tibb xidmətlərini ümumi  başlıq altında nəzərdən keçirə bilərik.

  • Evdə profilaktik xidmət

Evdə profilaktik müalicə xəstənin sağlamlıq problemini sadə bir şəkildə müalicə etməyi və mümkün fəsadların qarşısını almağı hədəfləyən bir xidmətdir.

  • Evdə diaqnostik xidmət

Bu növ xidmətdə diaqnostik cihazlar xəstənin evinə gətirilir və xəstənin müayinəsindən sonra diaqnoz qoyulur.

  • Evdə müalicəvi xidmət

Bu xidmət növündə xəstəxanadan buraxılan xəstənin müalicə gedişatına xüsusilə reanimasiyadan sonra xəstə yaxınlarının bu prosesə daxil edilməsi hədəflənir. Xəstəlik və müalicə haqqında məlumatlandırılan xəstə yaxınları müalicənin gedişatına daxil olur.

  • Evdə reabilitasiya xidməti

Reabilitasiya xəstənin xəstəxanadan çıxdıqdan sonra bərpa müddətini sağlam və təsirli bir şəkildə həyata keçirməyi hədəfləyən müalicə növüdür.

  • Evdə uzunmüddətli xidmət

Xroniki xəstəliyi olan yaşlı insanlar bu xidmətdən faydalanırlar. Buna müvafiq olaraq klinikamızın  xüsusi baxıcı və ya xəstəyə qayğı göstərəcək personalı təyin olunur. Bu xidmət xəstəliyin gedişatına görə  daimi və nöbəli olur. Xəstənin ümumi vəziyyətinə uyğun xidmət təyin edilir.

  • Evdə hospis xidməti

Tibb xidmətinin ən əhatəli və ağır xidmət növü olub digər adı da polliativ xidmətdir. Hospis xidmətin məqsədi müalicə etmək deyil, terminal halda olan xəstənin şikayət və ağrılarını mümkün qədər azaltmağı təmin etməkdən ibarətdir.

Evdə Medikal Oksigen Balonu Kirayəsi

Siz və ya yaxınınız evdə nəfəs almağı asanlaşdırmaq üçün oksigen balonundan istifadə edirsinizsə, balonun istifadə qaydasını bilmək lazımdır. Bu yazımızda oksigen balonunun istifadəsi haqqında danışacağıq.

Ümumi tədbirlər

Əllərinizi oksigen təmasından əvvəl və sonra yuyun. Əlləriniz alkaqollu dezinfeksiyaedici bir parçayla silmisinizse və hələ də qurumayıbsa oksigen balonuna toxunmayın. Əlləriniz tamamilə quruduqdan sonra toxuna bilərsiniz.

Təchizatçıya cihazın istifadəsi ilə bağlı suallarınızı ətraflı şəkildə vermeyi unutmayın
cihazı və balonu təmiz saxlayın, beləliklə avadanlığın üzerində bakteriya meydana gəlməyinin qarşısı alınır
cihazınızın necə təmizlənməyini təchizatçıdan soruşun

Birinci addım – nəzarət

  • Kompressorlu borudan istifadə edirsinizsə çənin təzyiqini tənzimləyin. Digər növ cihazlarda aç-bağla düyməsi işinizi asanlaşdırar.
  • Oksigen göstəricini yoxlayın və silindrde kifayər qədər oksigen olduğundan əmin olun. Təchizatçı borunun nə zaman doldurulmağını sizə əvvəlcədən bildirməlidir. Ya da müntəzəm bir cədvələ uyğun boru boşalmadan əvvəl sizinlə əlaqə yaradarq borunu doldurmağa gələcəkdir.
  • Nəmləndirmə vahidinin səviyyəsini yoxlayın. Göstərici orta səviyyəyə və ya aşağı düşübsə, bölməni saf və ya distillə edilmiş suyla doldurun. Bakteriyanın meydana gəlməyinin qarşısını almaq üçün şüşənin hansı tezliə dəyişilməsini təchizatçıdan öyrənin.

İkinci addım – Boruların bağlanmağı

  • Nəfəs yoluna gedən borunu müvafiq şəkildə oksigen borusuna bağlayın
  • Borunun əyilmədiyinə və ya oksigen axınına hər hansı mane olmadığına əmin olun

Üçüncü addım – Axın sürətini tənzimləyin

  • Həkim tərəfindən təyin olunan oksigen axını tənzimlənir
  • Təchizatçı və ya həkimin təsdiqi olmadan bu tənzimi dəyişməyin

Dördüncü addım – Borunun nəfəs yoluna daxil edilməsi

  • Həmişəki kimi burunla normal nəfəs alınız
  • Oksigenin gəldiyindən əmin deyilsinizsə sadə test edin. Borunu su ilə dolu stəkanın içinə tutun. Boruda axın varsa qabarcıqlar əmələ gələcəkdir.

Oksigen cihazının təhlükəsiz istifadəsi

Evdə oksigen balonundan istifadə edirkən bütün təhlükəszilik qaydalarına riayət edin.

  • Yanan alova 3 m-dən artıq yaxınlaşmayın. Yanmayan atəş mənbələrinə isə 1,5 m-dən çox yaxınlaşmayın.
  • Siqaret çəkməyin. Siqaret çəkənlərə çox yaxınlaşmayın
  • Oksigen çənini qazlı, elektrikli sobalardan və qazlı, elektrikli qızdırıcı mənbələrdən ən azı 1,5 m məsafə uzaqda tutun(saxlayın).
  • Otağın qapısını açıq saxlayın. Beləliklə mühitin hava axını təmin edilər və otağın havasızlığının qarşısı alınmış olar.
  • Oksigen cihazınızın zərbə almaması və yıxılmamasına diqqət edin.
  • Oksigen cihazınızı etibarlı yerdə dik saxlayın.
  • Cihazınız zərbə alıb və səs verirsə dərhal cihazı söndürün.
  • Tənzimləyiciniz işləmir və ya cihazı söndürə bilmirsinizə boruları çıxardın və otağı tərk edib dərhal təchizatçıyla əlaqə yaradın.
  • Boruların ayağınıza dolaşmamağına diqqət edin
  • Parafin, vazelin tərkibli krem və losyon istifadə etmıyin. Bu məhsullar oksigenlə təmas etdikdə yanıcı ola bilər. Cihazınızı bu cür məhsullarla eyni vaxtda istifadə etməyin.
  • Oksigenlə ehtiyatsız davranmaq təhlükəlidir. Təchizatçının təlimatlarına əməl edin. Özünüzü və ətrafınızı riskə atmayın.
  • Təcili vəziyyətə hər zaman hazır olun. Təchizatçı və təcili yardım əlaqə nömrələri daima yaxınınızda olsun.

Oksigen balonunun baxımı

Oksigen balonunun baxımı üçün təchizatçının tövsiyyələrini nəzərə alın o sizə cihazın fərqli hissələrini hansı tezlikdə dəyişilməli olduğunu izah edəcəkdir.

Nə zaman həkiminizə müraciət etməlisiniz?

  • Dərinizdə solğunluq, dodaqlarınızda ya da dırnaqlarınızda mavi rəng hiss edilərsə
  • Təngnəfəslik, nəfəsdə xırıltı ya da tənəsffüsdə anormal bir dəyişiklik olduğunda
  • Diqqət dağınıqlığı, anormal narahatlıq, özünü idarə edə bilməmək kimi psixoloji hallar yaranarsa
  • Döş qəfəsində ağrı olduqda vaxt itirmədən həkiminizə müracət edin