Əsas məzmuna keç

24/7 açıq

Kosmetologiya

PRP, mezoterapiya və aparat prosedurları ilə dərinin bərpası — reabilitasiya proqramına tamamlayıcı olaraq.

PRP (Platelet rich plazma) -“Trombositlə zəngin plazma mənasını verir”. Kosmetologiya -nın ən təbii prosedurudur. Yaralanmış bir bölgəyə tətbiq edildiyində, sürətlə yaxşılaşma müddətini başladaraq toxumaların yenilənməsi prosesi başlayır. Bu müalicə sayəsində dəri ləkələrinin, sızanaq izlərinin aradan qaldırılması, dərinin daha gözəl, canlı və parlaq görünməsi mümkündür. Səthi qırışların açılmasına kömək edir və dəriyə lifting effekti verərək “anti-age” təsir göstərir. Dəridəki çapıq izlərinin görünümünü azaldır. Hamiləlikdən sonra qalan çatların müalicəsində istifadə olunur. Proses zamanı əvvəl xəstənin öz qanı steril bir mühitdə alınır. Xüsusi bir sentrifuqa cihazında yüksək sürətdə və müəyyən müddətdə çevrilir. Qanın qırmızı və ağ hüceyrələri dibə çökərək, trombositlə zəngin hissəsi plazma ayrılır. Trombositlə zəngin bu plazma problemli nahiyəyə mikroinyeksiya vasitəsi ilə yeridilir. PRP-nin problemli olan hər hansı bir bölgəyə, ümumiyyətlə üzə, boyuna, dekolteyə, əl və ayaq kimi sahələrə tətbiq olunur. Prosedurdan sonra 3-4 həftə ərzində gözlə görünən dəyişiklik -ləkələrin və incə qırışların solduğunu və azaldığını, üzdə lifting təsiri ortaya çıxdığını və dərinin daha parlaq və canlı göründüyünü müşahidə etmək olar. Kosmetologiya

Prosedur həmşinin saç tökülməsi, yeni saçların çıxması, saç dərisinin möhkəmlənməsi üçün də müalicə məqsədilə istifadə olunur. Plazmalifting prosedurunu digər kosmetoloji prosedurlardan fərqi istənilən fəsildə tətbiq olunmasıdır. Prosedur ağrısızlaşdırma ilə birlikdə 1saat ərzində başa çatdırılır.

Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.

Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |

Sağlamlığınızı bizimlə bərpa edin!

Son yenilənmə:

Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı

Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.

Növbəti addım

Müalicəyə haradan başlayacağınızı bilmirsiniz?

Qısa formu doldurun — həkimimiz vəziyyətinizi dəyərləndirib uyğun proqramı təklif etsin. İlin istənilən günü və saatı müraciət edə bilərsiniz.

Zəng et Randevu