Endokrinologiya və Dietologiya
Klimaks qadında aybaşıdan kəsilmə olaraq qəbul edilir. Birmənalı şəkildə bu dövrdən etibarən maddələr mübadiləsi zəifləyir. Qadınlarda əsasən bel bölgəsində olmaqla piylənmədə artış görülür. Endokrinologiya və Dietologiya
Onu da qeyd edimki, orqanizm menopauzaya birden bire girmir,bu proses daha öncəki illər içərisindəki yaşam tərzinin də təsiri ilə qadından qadına özünü ferqli göstərə bilir.
Beləki, aparılan bir çox tədqiqatlarda menopauzadan əvvəlki illərdəki qidalnma və fiziki aktivliyin çox böyük əhəmiyyəti olduğu sübut olunmuşdur. Endokrinologiya Dietologiya
Gündəlik rasionunda daha çox rafinə olunmuş qidaları istifadə edən qadınlarda 1-1,5 il daha tez klimaksa girdikləri göstərilmiş. Bir başka tedqiqatda isə rasionunda daha çox balıq və təzə paxlalılara yer veren qadınlarda klimaks 3.3 il daha gec baş vermişdir.
Sağlamlığınız və həyat komfortunu baxımından yaş həddindən asılı olmayaraq gündəlik həyatınızda aşağıdakılara riayət etməyə çalışın:
- hər gün mütləq lifli qida qəbul edin (meyvə, ;tərəvəz)
- qəbul etdiyiniz Bəsit karbohidratları (makaron, plov, ağ çörək, şəkər) daha sağlam karbohidratlarla (çovdar çörəyi, yulaf, mərci) əvəz edin
- qırmızı əti həftədə 2-3 dəfədən artıq istifadə etməyin
- həftədə 1-2 dəfə balıq yeməyə çalışın
- süd və süd məhsullarından mütləq hər gün istifadə edin
- alkollu, qazlı, şəkərli içkilərdən uzaq durun
- hər gün mütləq ən az 10-15 dəq əzələ yükünü artıran idman növüylə məşqul olun
- hər gün mütləq ən az 30 dəq təmiz havada gəzin
- suyu həyatınızdan əksik etməyin
Hər zaman sağlam və cavan qalın!
Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.
Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |
Sağlamlığınızı bizimlə bərpa edin!
Bakı Bərpa Mərkəzinin Dietologiya şöbəsi sağlam arıqlamaq və ya kökəlmək üçün peşəkarlar tərəfindən hazırlanmış, elmi əsasa söykənən pəhriz proqramları və idman hərəkətləri hazırlayır.
- Bədənimizi ən mühüm vitaminlər, elementlər və qidalandırıcılarla təmin etmək üçün nə yeməliyik?
- Qan qrupuna daha çox uyğun olan pəhrizi necə seçməliyik?
- Pəhriz haqqında hamının qəbul etdiyi biliklər əslində yalanlar və miflərdirmi?
- Nə yeməliyik və bədənimiz üçün ən mühüm vitamin və mikroelementləri haradan tapmalıyıq?
- Köklük ilə necə effektiv mübarizə aparmaq olar?
- Necə sağlam kökələ və ya arıqlaya bilərik?
Endokrinoloji xəstəliklər
- Cırtdanboyluluq
- Tiroid vəzi problemləri
- Diabet
- Diabetli xəstələrin insulin və medikamentoz (noninsulin) terapiyası
- Qidalarda karbohidrat vahidlərinin hesablanması
- Dietologiya
- Qidaların kalori dəyərləri
- Piylənmənin aşkarlanması , dieta və fiziki aktivliklə balanslaşdırılmış həyat tərzinə keçirilməsi
- Sağlam arıqlamanın yollar
Effektiv və planlı formada arıqlamaq və ya çəki artırmaq üçün Bakı Bərpa Mərkəzi aşağıdakı xidmətləri təklif edir:
- Bədən çəkisinin peşəkar seqmentar analizi
- Fərdi sağlam qidalanma planının tərtib olunması və dəyişdirilməsi
- Fərdi arıqlama və çəki artırma planının təyini
- Maddələr mübadiləsinin pozğunluğu ilə müşahidə olunan müxtəlif xəstəliklərdə düzgün qidalanma planının təyini
- Qida gündəliyinin tərtibi və aparılması
- Ziyanlı vərdişlərin aydınlaşdırılması və sağlam vərdişlərlə əvəz olunması
- Koqnitiv davranış terapiyasının aparılması
- Xəstəxana daxili qidalanma planının təyini
Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin. Dietologiya
Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |
Sağlamlığınızı bizimlə bərpa edin!
Son yenilənmə:
Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı
Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.