Üz siniri iflici
Üz siniri iflici – Üz sinirinin anatomiyası və funksiyası ilk dəfə olaraq 1800-cü illərdə Ser Çarlz Bell tərəfindən tanımlanıb.
Bell iflici üz sinirinin (nervus cranialis facialis, CN5) periferik iflicidir və üzün bir hissəsində əzələlərin zəifliyinə səbəb olur.
Periferik iflici və ya “Bell İflici “ – üz sinirinin idiopatik kəskin periferik iflicidir və üz əzələlərinin iflicinə səbəb olur. Facial siniri göz yaşı (lacrimalis) və tüpürcək vəzlərini innervasiya edən, dilin ön 2/3 hissəsinin dad tumurcuqlarına hissiyat lifləri verən parasimpatetik liflərdən ibarətdir.
Üz (fasial) sinir beyindən başlayır və gözün altından hərəkət edərək budaqlara ayrılır. Üz siniri üzümüzdəki əzələlərimizi işlədir ki,bu da danışma, çeynəmə, mimika və hissiyat kimi üz əzələlərimizdə meydana gəlir. Göz yaşı və digər ləzzət və dad alma hissinə də üz siniri nəzarət edir.
Üz əzələləri və funksiyaları :
1.Qaşları qaldırma
Occipitofrontalis
2. Gözləri bağlamaq
Orbicularis oculi
3.Qaşlarımızı çatdığımızda qaşlar arasında yaranan dəri qırışlanması
Procerus/ Corrugator supercilii
4.Ağzın kənarlarını və üst dodağı qaldırmaq
Zygomatic minor
Zygomatic najor
Levator anguli oris
Levator labii supeioris
4.Ağzı bağlamaq
Orbicularis oris
5.Ağzın kənarlarını geriyə çəkir, sanki gülümsəyirik
Risorius
6.Sovurmaq,əmmək kimi funksiyaları yerinə yetirir
Buccinator
7.Ağzın kənarlarını və alt dodağı aşağı çəkmək
Depressor anguli oris
Depressor labii inferioris
8.Alt çənəni qırışdırır və alt dodaq əzələsidir (stəkanda su içərkən alt dodağın stəkana fiksasiyası)
Mentalis
Üçlü sinir
- Oftalmik- göz ətrafı
- Maksilar-üst çənə
- Mandibular-alt çənə
Bell İflici ildə təxminən hər 100.000 nəfərdən 20-30 nəfərdə qeydə alınır və kişi və qadınlarda yayılması dərəcəsi eynidir.
Bell İflici diabeti olan və hamilə qadınlarda daha çox rast gəlinir.
Bir dəfə Bell İflici keçirmiş xəstələrdə, onun təkrarlanması riski 10%-dir.
Bell İflici üz sinirinin genikulat qanqlionunda baş verən iltihabı və bunun nəticəsində sıxışması, oksigen yetməzliyi və demiyelinizasiyası səbəbindən inkişaf edir. Genikulat qanqlion üz siniri kanalında labirint və timpanik seqmentlərinin birləşmə nöqtəsində yerləşir. Burada üz siniri əyilərək iti bucaq altında stilomastoid dəliyinə keçir.
Təəssüflər olsun ki, üz sinirinin iltihabının mənşəyi hələ də dəqiq məlum deyil.
Üz siniri iflici yaranma səbəbləri
- Periferik sinir ifliclərinin ən çox yayılma səbəbləri:
- Qiyan-Bare sindromu
- Laym xəstəliyi
- Orta qulağın otiti
- Ramze-Hunt Sindromu (üz siniri zonasında herpes Varicella Zoster virusunun yayılması),
- Dağınıq skleroz
- İnsult
- Doğuş travmaları
- Kəllə sümüyündən alınan zərbələr,qırıqlar
- Genetik sindromlar
Simptomların 2 həftədən çox müddət ərzində inkişafı daha çox intrakranial və ya üz sinirinin yolunda törəmənin olmasından xəbər verir.
Xəstələrdən səpgi, artralgiyalar, yüksək hərarətin olub olmadığı; əvvəllər periferik sinir iflici, qripə qarşı vaksinasiya və ya yeni dərman preparatlarının qəbulu tarixçəsi barədə məlumat əldə edilməlidir.
Fiziki müayinə zamanı qulaqlar və qulaq kanalları, qulaq pərdəsi və orofarinks yoxlanmalı; ətraflarda periferik sinirlərin funksiyaları yoxlanmalı və parotid (qulaqyanı) vəzi də palpasiya olunmalıdır.
Alın əzələlərinin cəlb olunmasını qiymətləndirmək üçün bütün kəllə sinirlərinin funksiyaları, o cümlədən, üz əzələlərinin funksiyaları yoxlanılmalıdır.
Üz sinirinin zədələnməsi tam və ya qismən ola bilər. Təsirə məruz qalan sinir yerindən asılı olaraq, hərəkətlərdə itkilər müxtəlif dəyişikliklər də müşahidə edilə bilər. Məsələn,
- Üz əzələlərinin daralması
- Göz yaşı
- Dad alma hissi
- Tüpürcək istehsalının təsir dərəcəsi xəstədən xəstəyə dəyişə bilər.
Üz sinir iflicini necə bərpa etməli?
Şübhəsiz ki,üz sinir iflicinin bərpasında fizioterapiyanın rolu böyükdür.
Üz sinir iflicində fizioterapiya müxtəlif cihazların tətbiqi və məşqlər ilə aparılır. Xüsusilə yüksək intensiv lazer müalicəsi- son illərdə üz iflici müalicəsində istifadə etdiyimiz və çox uğurlu nəticələr əldə etdiyimiz yenilikçi bir müalicə metodudur, çünki sinir bərpa dərəcəsini çox artırır. Bununla yanaşı kombin olunmuş şəkildə pasiyentlərimizə miostimulyasiya,magnitoterapiya,kinesioteypinq,manual terapiya və akupunktura kimi müalicə üsullarını da tətbiq edirik. İstifadə etdiyimiz bütün müalicə üsulları xəstəliyin gedişatını önləmək,oluşmuş iltihabı və simptomatik ağrıların qarşını almaqdır.