Günümüzdə texnologiyanın ayrılmaz hissəsinə çevrilmiş smartfonlar, planşetlər və digər mobil cihazlar həyatımızın demək olar ki, hər sahəsinə nüfuz edib. Əlaqə saxlamaq, işləmək, öyrənmək, sosial şəbəkələrdə vaxt keçirmək, film izləmək, oyun oynamaq – bütün bu fəaliyyətlərdə mobil cihazlardan intensiv istifadə olunur.
Lakin bu rahatlığın və texnoloji inkişafın bir qaranlıq tərəfi də var – bədənimizin, xüsusilə boyun və onurğa sistemimizin bu vərdişlərə uyğunlaşa bilməməsi. Məhz bu səbəbdən Telefon Boynu Sindromu (Text Neck Syndrome) adlı yeni bir problem müasir dövrdə geniş yayılmağa başlayıb.
Bu sindrom, mobil cihazlardan istifadə zamanı başın uzun müddət önə əyilmiş vəziyyətdə qalması nəticəsində boyun, çiyin və onurğa nahiyəsində yaranan narahatlıq və struktur pozğunluqları ilə xarakterizə olunur. Baş insan bədənindəki ən ağır orqanlardan biridir – normal duruşda onurğaya təzyiqi 5-6 kq-dır. Lakin baş önə doğru əyildikcə bu təzyiq artır və 45 dərəcə əyilmiş vəziyyətdə 20-25 kq-a qədər çata bilir. Bu da boyun fəqərələrinə, əzələlərə və sinirlərə lazımsız və zərərli yük yaradır.
Telefon boynu sindromu yalnız fiziki narahatlıq deyil, uzunmüddətli dövrdə xroniki ağrılar, duruş pozğunluğu, sinir sıxılmaları və həyat keyfiyyətinin azalması ilə nəticələnə bilər. Xüsusilə gənc yaşda bu vəziyyətin başlanması gələcəkdə ciddi onurğa deformasiyalarına və funksional məhdudiyyətlərə səbəb ola bilər.
Bu səbəbdən, müasir dövrdə hər kəs – xüsusilə də mobil cihazlardan intensiv istifadə edən insanlar – bu problemin fərqində olmalı və vaxtında preventiv tədbirlər görməlidir.

Telefon boynu sindromu nədir?
Telefon boynu sindromu uzun müddət boynun önə əyilmiş vəziyyətdə qalması nəticəsində boyun, onurğa və ətraf strukturlarda yaranan ağrı və funksional pozuntuları ifadə edən bir haldır. Bu vəziyyət əsasən telefon və planşetlərdən istifadə zamanı baş verir və xüsusilə gənclər və ofis işçiləri arasında sürətlə yayılır.
Əsas əlamətləri hansılardır?
Telefon boynu sindromu aşağıdakı simptomlarla özünü göstərir:
- Boyun, çiyin və bel ağrıları
- Baş ağrıları
- Qol və əllərdə keylik və uyuşma
- Duruş pozğunluğu (qamburlaşma və ya başın irəli əyilməsi)

Uzun müddətli təsirləri nə ola bilər?
Əgər telefon boynu sindromu vaxtında müalicə edilməzsə, bu vəziyyət ciddi ortopedik və nevroloji fəsadlara səbəb ola bilər:
- Onurğa əyrilikləri (skolioz, kifoz)
- Sinir sıxılmaları
- Boyun disklərinin zədələnməsi
- Əzələ zəifliyi və xroniki ağrılar

Nə etmək lazımdır?
Bu problemin qarşısını almaq və mövcud əlamətləri yüngülləşdirmək üçün aşağıdakı tövsiyələrə əməl etmək vacibdir:
Duruşunuza nəzarət edin: Telefon və planşeti göz səviyyəsində saxlayın.
İstifadə müddətini məhdudlaşdırın: Gündəlik ekran qarşısında qalma vaxtını azaldın.
Boyun və kürək əzələləri üçün müntəzəm məşqlər edin.
Masa arxasında ergonomik oturma qaydalarına riayət edin.
Vaxtında fizioterapevt və reabilitasiya mütəxəssisinə müraciət edin.
Bakı Bərpa Mərkəzi – Sizin Sağlam Duruşunuzun Qarantı
Bakı Bərpa Mərkəzində telefon boynu sindromunun diaqnostikası və müalicəsi üzrə fərdi bərpa proqramları təklif olunur. Mütəxəssislərimiz:
- Boyun və onurğa vəziyyətinizi qiymətləndirir,
- Hər pasiyentə uyğun fizioterapiya və məşq planı tərtib edir,
- Ağrıların azaldılması və duruşun düzəldilməsi üzərində işləyirlər.
Unutmayın: Erken müdaxilə – uzunmüddətli sağlamlıq deməkdir!
Əlavə məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.
+994 12 432 87 88
berpamerkezi.az
Bakı Bərpa Mərkəzi – Hərəkət sizinlə başlayır!



















