Çiyin Ağrıları

Bazu oynağı orqanizmin ən hərəkətli və bir çox istiqamətə hərəkət imkanları olan oynaqlardan biridir. Çiyin ağrıları ortopediyada bel və diz oynağı ağrısından sonra ən çox rast gələn ağrı şikayətlərindəndir. Bu tip çiyin qurşağı ağrıları istirahət vaxtı, müəyyən hərəkətlərlərdə, ya da daimi ola bilər.

Çiyin ağrısının səbəbinin diaqnozu necə qoyulur?

Çiyin ağrınızın davam etməsi zamanı müraciət edəcəyiniz ortoped-travmatoloq, sizə bir sıra suallar verəcək, xəstəliyin səbəblərini aydınlaşdırmağa çalışacaq. Bazu oynağınızı və boyun nahiyyənizin müayinəsindəndən sonra, çiyin qurşağı ağrınızın səbəbi haqqında bir fikirə gələ biləcək. Həkiminiz bəzən sizə dərhal müalicəyə başlaya bilər, bəzəndə rentgenoloji və ya MRT kimi müayinə metodlarından istifadə edə bilər. Çiyin Ağrıları

Çiyin ağrılarının səbəbləri nələrdir?

Bu ağrı oynağı əhatə edən yumuşaq toxumalardan, bazu oynağından və onu əmələ gətirən sümüklərdə və boyundan gələn sinirlərdən yarana bilər.   

Çiyin qurşağına yayılan ağrılar:
Ürəkdən və ya qarın boşluğundan yayılan çiyin ağrıları: çiyin nahiyyəsinə boyundan və ya daxili orqanlardan əks olunan müxtəlif problemlər ola bilər. Ürək, döş qəfəsindəki ağrılar çiyin qurşağına qonşu orqanlar olduğu üçün təsir edə bilir.
Boyun problemləri: Boyunda olan fəqərələrarası disklərdə yırtıq və ya digər bəzi boyun problemləri sinir köklərinə təzyiq edərək ağrının çiyin qurşağına doğru yayılmasını formalaşdıra bilirlər.

Torasik çıxış sindromu (Thoracic outlet syndrome): Qola doğru yayılan sinirlərin formalaşdırdığı sinir dəstələri, körpücük altı arterial və venoz damarları döş qəfəsindən çıxdığı yerdə müxtəlif səbəblərlə sıxılmalara rast gələ bilər. Körpücük sümüyü, 7 boyun fəqərisinin yan çıxıntısı, birinci qabırğa, skalenus anterior adlı bir əzələnin formalaşdırdığı sahədə bəzən bir fibroz bağın yaranması zamanı “Döş qəfəsi çıxışı sindromu” adı verilən bir mənzərə ortaya çıxa bilər.  

Donmuş çiyin (Frozen shoulder)

Bazu oynağı nahiyyəsində olan ağrı, hərəkət məhdudluğu şikayəti ilə özünü göstərən bir xəstəlikdir. Qadınlarda daha çox müşahidə edilir. Xəstəliyin tam olaraq əmələ gəlmə səbəbi bilinmir, ancaq bir sıra faktorlar xüsusən şəkərli diabet, travma, hiperlipidemiya qeyd edilir.

Xəstəliyi aşağıdakı kimi təsnif edirlər:
1. İdiopatik (səbəbi bəlli olmadığı hallar)
2. İkincili (hər hansısa bir xəstəliklə yanaşı inkişaf edir: şəkərli diabet, parkinsionizm, kardiopulmonar xəstəliklər, hiperparotiriodizm, hipoparotriodizm və s.)
3. Bazu oynağı nahiyyəsində icra olunan əməliyyatlardan sonra.

Xəstəliyin əsas əlaməti ağrı (xəstələr hətta ağrının təsirindən gecə yuxudan  ayılır) və hərəkət məhdudluğudur (bütün istiqamətlərə hərəkət məhdudluğu müşahidə edilir). Hərəkətsiz qaldıqca oynaq  içi bitişmələr formalaşır və getdikcə hərəkət məhdudluğu daha da artar. Nəticədə oynaq kapsulu qalınlaşır və büzüşür. Müəyyən vaxtdan sonra ağrılar azalır, lakin yerini oynaq hərəkətlərinin məhdudluğu tutur. Bu xəstəlik bəzən 1-2 il ərzində tədricən yavaş-yavaş yaxşılığa doğru gedə bilər. Xəstəliyin diaqnozu fiziki müayinə, rentgenoloji və MRT müayinəsi üsulları ilə təyin edilir.

Müalicə

Müalicənin əsas məqsədi ağrını və oynaqda olan hərəkət məhdudluğunu aradan qaldırmaq. Müalicə zamanı oynağı hərəkətsiz saxlamamaq vacibdir.

Konservativ müalicə:
a) fizioterapiya-müalicəvi idman hərəkətləri. Donmuş çiyində idman hərəkətləri müalicənin əsas hissəsini  təşkil edir.
b) qeyri-steroid iltihab əleyhinə preparatlar
c) oynaq daxilinə steroid preparatların yeridilməsi

Cərrahi  

Cərrahi əməliyyatın məqsədi hərəkət məhdudluğunu aradan qaldırmaqdır, artroskopik aparıla bilər.

Fibromialgiya

Fibromialgiya; orqanizmin ümumi əzələ ağrıları, həssas ağrılı nöqtələr, yuxu problemləri və yorğunluqla xarakterizə edən bir xəstəlikdir.

Bursit

“Bursa” adı verilən bu kisəciklər oynaq xarici təsirlərə qarşı qoruyucu yastıqcık vəzifəsini yerinə yetirirlər və bazu oynağı ilə kürək sümüyünün akromion çıxıntısı arasında olan, içi maye ilə dolu kisənin iltihabıdır. Tez-tez çiyin qurşağında tendinit (vətərin iltihabı), rotator manşet cırılmalarında bursa şişər və iltihaba səbəb olar. Bunun nəticəsində xüsusilə çiyin qurşağını yuxarı qaldırmaq kimi hərəkətlərdə çiyin ağrısı olur. Məhz bu kəskin dövrdə, soyuq tətbiqi, keçici istirahətlər, lokal inyeksiyaların icra olunması lazımdır. Daha sonrakı dövrdə isə fizioterapiya və idman hərəkətləri qalan problemi  həll edəcək. Xronikiləşmiş hallarda bu kisə qalınlaşmış, sərtləşmiş və davamlı olaraq  ağrı səbəbi olmağa başlamışsa cərrahi müalicə qaçılmazdır.

Döndürücü (rotator) manjet zədələnmələri və xəstəlikləri

Bazu oynağı hərəkətləri sırasında ən önəmli vəzifə döndürücü manjet dediyimiz bir struktura düşər. Çiyin ağrıları icərisində 60% hallarda ən çox rastlanan səbəb budur. 

1. Döndürücü manjet tendiniti (iltihablaşması)
2. Kalsifik Tendinitis, bazu oynağını hərəkət etdirən vətərlərdəki gərginlik, kiçik yırtılma və qanamalar nəticəsində vətər toxumasında kalsium çöküntülərinin olması ilə xarakterizə olunan bir xəstəlikdir. Kalsifikasiyalamış tendinitin bir digər xüsusiyyəti də çox şiddətli çiyin ağrısına səbəb olmasıdır.
3. Subakromiyal sıxiıma (impigement) sindromu. Qolunuzu qaldırdığınız vaxtı  çiyin çıxıntısının (çiyinin ən yüksək nöqtəsi)  altdakı yumuşaq toxumalara təzyiq etməsi nəticəsində sıxılma meydana gəlir. Qol havada olarkən çiyin çıxıntısı bursanı və vətərləri sıxışdırır. Bu hal yuxarıda bəhs olunan bursit və tendinitə  də yol aça bilər. Subakromiyal sıxılma ağrılı və hərəkətləri məhdudlaşdıran bir narahatlıqdır.
4. Döndürücü (rotator) manjet yırtığı; Yaşla əlaqədar olaraq  vətər strukturundakı patologiyalar, zədələnmələr, əzilmələr və ya uzun müddət işləməsindən asılı olaraq  sıradan çıxmasına və qopmasına səbəb ola bilər. Vətərlərdə qismən bir yırtıq ola və ya  vətər  tamamilə iki yerə ayrılacaq formada qopa bilər.

Artrit (artroz) 

Artrit çiyin ağrısı səbəblərindən biridir və bir çox artrit tipi vardır. Çiyinlərdə ən çox görülən artrit tipi – osteoartrit, artrozdur (duzlaşma). Ağrı, şişkinlik və hərəkət məhdudluğu kimi əlamətlər ümumilikdə orta yaşlarda meydana çıxır. Artroz tədricən inkişaf edən və müəyyən vaxt içərisində ağrısı şiddətlənən bir narahatçılıqdır. İdman və ya iş qəzaları, zədələr və yırtılmalar artroza zəmin yarada bilər. Digər artrit növləri isə əzələ yırtılmaları, infeksiya ya da oynaqda iltihablaşma ilə əlaqədar ola bilər. Artrit səbəbi ilə yaranan ağrıları azaltmaq üçün bir çox insanlar çiyini hərəkət etdirməməyə çalışırlar.

Ancaq bu davranış tam əksdir, oynaqda yumuşaq toxumaları sərtləşdirir və müəyyən vaxt içərisində çiyin hərəkəkləri məhudlaşır, ağrı da artmış olur. Çox nadir hallarda bazu oynağında “septiki artrit” deyilən ciddi bir mənzərə meydana çıxa bilər. Bu hal orqanizmin başqa bir nahiyyəsində bazu oynağına infeksiya yayılması nəticəsində formalaşır. Xəstənin hərarəti yüksək, ümumi vəziyyəti olduqca ciddi olur. Oynaq şişkin, çox ağrılı olur və hərəkət etmək mümkün olmur. Təcili oynaq içinə girilərək irin boşaldılmalı, antibiotik və digər təyinatlarla xəstə nəzarətə götürülməlidir.

Bazu çıxıqları 

Bazu sümüyünün başı kürək sümüyündəki oynaq boşluğundan bayıra doğru yerini dəyişməsi zamanı bazu çıxığı əmələ gəlir. Zədə ya da çiyinin həddən artıq yük altında gərgin olması çıxığın yaranmasına gətirib çıxarır. Bazu çıxığı qismən və tamamilə oynaq çuxurundan çıxması mümkündür. Çiyin nahiyyəsindəki bağlar, əzələlər və vətərlər bir dəfə boşaldığında və ya qopduğunda bazu tez-tez çıxmağa başlaya bilər. Adəti bazu çıxıqları oynaqda osteartrit riskini yüksəldir. Bazu çıxığı ağrıya səbəb olur, çıxan çiyinin görünüşü digərinə görə fərqli olur. Bazusu çıxan insan qolunu gövdəsinə yaxın tutur, bayıra doğru hərəkət etdirməsi çətinləşir.

Çiyin sınıqları

Xüsusilə yaşlılarda yıxılmaqla əlaqədar olaraq bazu çıxıqlarına tez-tez rast gəlinir. Gənclərdə isə çiyin sınıqları daha çox idman yaralanmaları və yol nəqliyyat qəzaları ilə əlaqədardır.
Çiyin qurşağı sınıqları ciddi bir ağrıya, şişkinliyə və göyərməyə səbəb ola bilər.

Çiyin ağrısının müalicəsi necə aparılır?

Bu ağrının müalicəsi tamamilə səbəbə bağlı olub qoyulan diaqnoza görə icra olunur. Çiyin ağrısında ən çox istifadə olunan müalicə növləri aşağıdakı kimi sıralana bilər:
 – Sakitlik və iltihab əleyhinə preparatların istifadəsi;
 – Gərilmə ve gücləndirmə hərəkətləri;
 – Fizioterapiya və reabilitasiya;
 – Ağrılı nöqtəyə ya da nahiyyəyə tətbiq olunan lokal inyeksiyalar;
 – Çiyin Artroskopiyası;
 – Açıq cərrahi əməliyyatlar.

Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.

Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |

Sağlamlığınızı bizimlə bərpa edin!

Çiyin Ağrıları
Fizikoterapiyada ultrasəs

Fizioterapiyada ultrasəsdən istifadə

Ultrasəs yalnız hamiləlik zamanı deyil, həm də bir çox tibbi prosedurlar üçün istifadə edilən görüntüləmə üsuludur. Diaqnostik ultrasəs və hamiləlik görüntüləməsindən başqa, ultrasəs fiziki terapiyası

Limfa drenajı nədir? Faydaları

Limfa drenajı nədir? Faydaları

Limfa Drenajı qan dövranı sistemi kimi mayenin hərəkətliliyini təmin edən, lakin ürək kimi mərkəzi nasosu olmayan limfa drenaj sistemidir. Limfatik Drenaj sisteminin sağlam işləməsi sayəsində insan

Miostimulyasiya

Miostimulyasiya ilə əzələ gücünüzü artırın

EMS (Elektro- Miostimulyasiya) məşqi, elektrik stimullaşdırılması vasitəsilə əzələləri işləyən bir məşq formasıdır. Bu məşq texnikası əzələlərin daha effektiv işləməsinə imkan verir və əzələ gücünü artırmağa

Zərbə-dalğa terapiyası

Zərbə-dalğa terapiyası

Zərbə-Dalğa Terapiyası müvafiq nahiyədə qan axını gücləndirir və bu nahiyənin aktivliyini artıraraq sağalma prosesinin sürətlənməsinə töhfə verir. Ümumiyyətlə ortopedik pozğunluqlar üçün istifadə edilən Zərbə Dalğası

Evdə Qulluq və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri ilə müalicəsini evdə davam etdirmək istəyən xəstələrə, doğuşdan əvvəl və doğuşdan sonrakı dəstəyə ehtiyacı olan analara, yaşlılar və qayğıya ehtiyacı

Parkinson Reabilitasiyası

Parkinson Reabilitasiyası nədir?

Parkinson xəstəliyi beyin hüceyrələrinin itirilməsi ilə irəliləyən bir beyin xəstəliyidir. Bu, 65 və yuxarı yaşda olan insanların 1-2%-də baş verən mütərəqqi nevroloji xəstəlikdir. Xəstələrin təxminən

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Reabilitasiya prosesinin ümumi məqsədi ən yüksək həyat keyfiyyəti ilə mümkün qədər müstəqil yaşamaqdır. Fizioterapiyanın əsas məqsədi ilk növbədə xəstənin əvvəlki funksiyasını bərpa etmək və ya

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya sözü oynağın içərisinə baxmaq deməkdir. Fiberoptik cihazlar (kamera və işıq sistemləri) vasitəsilə oynaqların daxili hissəsi vizual olaraq yoxlanılır. Bu sayədə oynaqdaxili toxumalarda olan xəstəliklər

Reabilitasiyanın növləri

Reabilitasiya növləri

Reabilitasiya insanın sağlamlığını, funksionallığını və ya həyat keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilən bir sıra müalicə və prosesləri əhatə edən bir termindir. Reabilitasiya ümumiyyətlə xəstəlik, zədə və ya

Evdə Fizioterapiya Xidməti

Evdə Fizioterapiya Xidmətinə nələr daxildir?

Evdə fizioterapiya xidməti nevroloji xəstəliklər, kəskin və xroniki ortopedik pozğunluqlar və uşaq xəstəlikləri üçün fizioterapevtlər tərəfindən ev şəraitində xəstələrə həkimlər tərəfindən uyğun hesab edilən müalicənin

Evdə oksigen avadanlıqları

Evdə oksigen avadanlıqlarına ehtiyacınız var?

Oksigen balonu həkimlərin qanında oksigen səviyyəsi aşağı olan xəstələrə tövsiyə etdiyi müalicə üsullarından biridir. Evdə tibbi xidmət zamanı Oksigen terapiyası həkimin təyin etdiyi tezlikdə və

Evdə Sağlamlıq Baxımının faydaları

Evdə Tibbi Xidmətin faydaları

Evdə tibbi xidmət – xəstəlik, zədə və ya tibbi vəziyyəti müalicə etmək və ya idarə etmək məqsədilə tibb bacıları, terapevtlər və köməkçilər də daxil olmaqla

Demansın müalicəsi

Demansın müalicəsi

Demans sözü latınca ağıl mənasını verən mens sözündən götürülüb. Demans ağlın itirilməsi deməkdir. Ancaq demanslar, xüsusən də Alzheimer demensiyası birdən-birə baş vermir, simptomlar tədricən görünür

Niyə bu qədər yorğunuq?

Niyə bu qədər yorğunuq?

Yorğunluğun həyatımızın ayrılmaz hissəsinə çevrildiyi şübhəsizdir. Bir tərəfdən həyatın sürətlənməsi, mürəkkəb münasibətlər və həyat tərzi dəyişiklikləri, getdikcə artan stress, yuxusuzluq, qida çatışmazlığı, hərəkətsizlik səbəbindən bədənimizin

evdə serum xidməti

Serum nədir və niyə tətbiq olunur?

Bəzi hallarda insan xəstəliyi səbəbindən xəstəxanada vaxt keçirmək istəməyə bilər və ya bu barədə tərəddüd edə bilər. Bu tərəddüd və narahatçılıq evdə serum xidmətinin seçimində

Tomatis metodu

Tomatis metodu nədir, necə işləyir?

Tomatis Metodu beyni effektiv və təbii şəkildə stimullaşdırır. Bu, tibbi müalicə və klassik terapevtik üsulların istifadəsi zamanı əlavə bir vasitədir. Tomatis metodu çərçivəsində tətbiq edilən

Loqoped

Loqoped problemləri

Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdən hesab olunur. Müxtəlif səbəblərdən meydana çıxan hər hansı bir nitq qüsuru zamanla fəaliyyət, davranış

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.