İflicdən sonra reabilitasiya necə aparılır?

İflicdən sonra reabilitasiya necə aparılır?

iflicdən sonra reabilitasiya
İnsult - ocaqlı və ya ümumi baş beyin nevroloji simptomlarının qəfil yaranması ilə xarakterizə olunan baş beyin qan dövranının kəskin pozulmasıdır. Pozulmalar 24 saatdan artıq müddətdə müşahidə olunur. Sağlamlığın əhəmiyyətli dərəcədə itirilməsinə və ya hətta xəstənin ölümünə gətirib çıxara bilər. Zədələnmənin xarakterinə görə insultun 2 əsas növü ayırd edilir: iflicdən sonra reabilitasiya

İşemik insult – beyin sahəsinin qan təchizatının qəfil pozulmasının nəticəsidir

Hemorragik insult – spontan (qeyri – travmatik) kəllədaxili qansızmadır. İflicdən sonra reabilitasiya necə aparılır?

Bundan başqa, simptomları 3 həftə ərzində geriləyən “kiçik” insult ayırd edilir.
Insult zamanı yaranan anatomik dəyişikliklərin yerləşməsi və ölçüsündən asılı olaraq, kliniki mənzərə, hərəki pozulmalar dəyişə bilər. Eləcə də hissiyyət, nitq pozulmaları, məkan qavrayışı (persepsiya), psixoloji statusun dəyişiklikləri (çaşqınlıq, emosional labillik, depressiya, həddən artıq qıcıqlanma və s.), inkonintensiya və s. müşahidə oluna bilər. Reabilitasiya müalicəsinin vaxtında, düzgün aparılmaması nəticəsində insult keçirmiş xəstələr arasında əlillik 80 % təşkil edir. İnsult keçirmiş xəstələri tez bir zamanda həkim nevrolun və həkim reabilitoloqun məsləhəti ilə fizioterapiya və reabilitasiya müalicəsinə başlamaq lazımdır.

Bakı Bərpa Mərkəzində insult keçirmiş xəstələrin insult sonrası reabilitasiyası aşağıdakılardan ibarətdir: İflicdən sonra reabilitasiya

  • insult sonrası fəsadların (ilk növbədə kontrakturaların) profilaktikası,
  • itirilmiş hərəkətlərin bərpa edilməsi,
  • yerişin bərpa edilməsi,
  • nitqin bərpa edilməsi,
  • psixoloji və sosial readaptasiya,
  • məişətdə müstəqillik,
  • əmək qabiliyyətinin bərpası, yəni xəstənin normal həyat tərzinə maksimal şəkildə qaytarılması.

İnsult sonrası xəstələrin reabilitasiyasına nə vaxt başlamalı?

İnsult xəstələrinin reabilitasiyanı xəstənin vəziyyətinin sabitləşməsindən və həyat üçün təhlükənin aradan qaldırılmdasından sonra ən qısa müddət ərzində başlamaq lazımdır. Bu mərhələdə kontraktura və yataq yarasından qorunmaq üçün passiv gimnastika, tarazlıqla bağlı pozulmuş reaksiyaların bərpası üçün çalışmalar (kənardan kömək göstərməklə bədənin rotasiyası) aparılır.

İnsult zamanı reabilitasiyanın əsas prinsipləri:

  • Bərpa tədbirlərinin erkən başlanğıcı insultun ilk günlərindən aparılır (əgər xəstənin ümumi vəziyyəti buna imkan verirsə) və pozulmuş funksiyaları tam bərpa etməyə və sürətləndirməyə, ikinci dərəcəli ağırlaşmaların (durğun pnevmoniya, tromboflebitlər, kontrakturalar, yataq yaraları, əzələ distrofiyası) inkişafının qarşısını almağa kömək edir.
  • Bərpa nevroloji bölmədə başlanmalı və bərpa müəssisəsində davam etməlidir.
  • Xəstələr və onların ailə üzvləri bərpa prosesində aktiv iştirak etməlidirlər (xüsusilə, günün ikinci yarısında və istirahət günlərində “ev tapşırıqları”nın yerinə yetirilməsində).
  • Bərpa proqnozu bir çox şeydə beyinin zədələnmiş sahəsinin ölçüsü və yerləşməsi ilə, həmçinin bərpa tədbirlərinin icra edilməsinin dəqiqliyi və bütövlüyü ilə təyin edilir.

İnsultdan sonra bərpa proqramı:

Hərəkət sistemin bərpası

  • masaj (masajist), kineziterapiya (reabilitoloq), MBT (təlimatçı), şaquli vəziyyətinə gətirilmə və yerimə bacarığının bərpası (reabilitoloq, erqoterapevt), fizioterapiya (fizioterapevt), erqoterapiya (erqoterapevt).

Nitqin və yaddaşın bərpası

  • səslərin və sözlərin tələffüz edilməsi üzərində iş (afazioloq/loqoped), nitq üzərində iş (afazioloq/loqoped)

Çanaq funksiyalarının bərpası

  • funksiyanın maksimal mümkün olan bərpası üzrə iş (reabilitoloq).

Psixoemosional sahənin bərpası

  • xəstə ilə söhbətlər (psixoloq), gəzintilər, xəstə ilə söhbətlər (tibbi personal, pasiyentin yaxınları).
İnsult sonrası xəstələrin reabilitasiyası nə qədər müddət davam edir?
Reabilitasiya müddətləri, baş beyinin zədələnməsinin ağırlığından, müşaiyət edən xəstəliklərdən, xəstənin insultdan öncəki fiziki vəziyyətindən asılıdır. Bərpaedici müalicənin müddəti, hərəkətlərin koordinasiyasının yaxşılaşmasına, yerimə bacarığının, özünə xidmətin tam bərpasına qədər davam edir və 3 aydan 2 ilə qədər müddət təşkil edə bilər (nitqin bərpası və peşə fəaliyyətinə qayıdış). Bərpanın müddətinə, reabilitasiya proqramının düzgün tərtibatı (kineziterapiya birinci dərəcəli rol oynayır), mütəxəssislərin peşəkarlığı, məqsədlərin gerçəkliyi (otura bilməyən xəstəni yeritmək düzgün deyil) təsir göstərir.

İnsult sonrası neyroreabilitasiyanın nəticələri:
Insult sonrası neyroreabilitasiya – uzunmüddətli proqramdır. Reabilitasiyanın nəticələrini Siz artıq əvvəldə özünüz hiss edə bilərsiniz. Siz, müstəqil şəkildə hərəkət edə, özünüzə xidmət edə biləcəksiniz, iş ritminə qayıda biləcəyiniz həddə yaxınlaşa biləcəksiniz. Siz, stres və depressiyanın öhdəsindən gəlməyi öyrənəcəksiniz, yəni, Sizin kimi digər insanları da ruhlandıra biləcəksiniz. Bir sözlə, neyroreabilitasiya – insultdan sonra müalicənin ayrılmaz hissəsidir.

iflicdən sonra reabilitasiya
Uşaqlar üçün fizioterapiya seansları

Uşaqlar üçün fizioterapiya seansları

Uşağınızın fizioterapiya seanslarının həm təsirli, həm də əyləncəli keçməsini istəyirsiniz? Onun müalicə zamanı qorxu və narahatlıq hiss etməsini deyil, özünü təhlükəsiz və xoşbəxt hiss etməsini

Kifoz

Kifoz

Kifoz onurğanızın həddindən artıq irəli əyilməsidir. Bu vəziyyət əyilmiş kimi irəli əyilməyə səbəb ola bilər. Bu, bel ağrısı və sərt əzələlərə səbəb ola bilər. Qeyri-cərrahi

Skolioz: Onurğa əyriliyi və onun müalicəsi

Skolioz: Onurğa əyriliyi və onun müalicəsi

Skolioz nədir? Skolioz onurğada yan əyriliyin yaranması ilə xarakterizə olunan ortopedik problemdir. Bu patologiya həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir və vaxtında müalicə olunmadıqda

Serebral Palsi (Spastik iflic) reabilitasiyası

Serebral Palsi (Spastik iflic) reabilitasiyası

Serebral Palsi (SP) beyin inkişafının pozulması ilə əlaqəli olan, bədənin hərəkət qabiliyyətini təsir edən xroniki nevroloji bir vəziyyətdir. Bu xəstəlik adətən doğuşdan əvvəl, doğuş zamanı

Diz əzələlərinin gücünləndirilməsi

Diz əzələlərinin gücünləndirilməsi üçün effektiv yollar

Diz əzələlərini gücündürmək, hərəkət qabiliyyətinin artırılması, diz oynaqlarında sabitliyin təmin edilməsi və günlük həyat keyfiyyətinin yüksəldilməsi baxımından olduqca vacibdir. Əzələlərin gücəndirilərək dizin yükünü azaltmaq və

Fizikoterapiyada ultrasəs

Fizioterapiyada ultrasəsdən istifadə

Ultrasəs yalnız hamiləlik zamanı deyil, həm də bir çox tibbi prosedurlar üçün istifadə edilən görüntüləmə üsuludur. Diaqnostik ultrasəs və hamiləlik görüntüləməsindən başqa, ultrasəs fiziki terapiyası

Miostimulyasiya

Miostimulyasiya ilə əzələ gücünüzü artırın

EMS (Elektro- Miostimulyasiya) məşqi, elektrik stimullaşdırılması vasitəsilə əzələləri işləyən bir məşq formasıdır. Bu məşq texnikası əzələlərin daha effektiv işləməsinə imkan verir və əzələ gücünü artırmağa

Zərbə-dalğa terapiyası

Zərbə-dalğa terapiyası

Zərbə-Dalğa Terapiyası müvafiq nahiyədə qan axını gücləndirir və bu nahiyənin aktivliyini artıraraq sağalma prosesinin sürətlənməsinə töhfə verir. Ümumiyyətlə ortopedik pozğunluqlar üçün istifadə edilən Zərbə Dalğası

Evdə Qulluq və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri ilə müalicəsini evdə davam etdirmək istəyən xəstələrə, doğuşdan əvvəl və doğuşdan sonrakı dəstəyə ehtiyacı olan analara, yaşlılar və qayğıya ehtiyacı

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Reabilitasiya prosesinin ümumi məqsədi ən yüksək həyat keyfiyyəti ilə mümkün qədər müstəqil yaşamaqdır. Fizioterapiyanın əsas məqsədi ilk növbədə xəstənin əvvəlki funksiyasını bərpa etmək və ya

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya sözü oynağın içərisinə baxmaq deməkdir. Fiberoptik cihazlar (kamera və işıq sistemləri) vasitəsilə oynaqların daxili hissəsi vizual olaraq yoxlanılır. Bu sayədə oynaqdaxili toxumalarda olan xəstəliklər

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.