Ortopedik Reabilitasiya

Ortopedik Reabilitasiya

Xəstəlik, qəza, duruş korlanmaları və s. ağrı və ya müxtəlif məhdudiyyətlər səbəbindən normal hərəkət fəaliyyətimiz pozulduqda həkimə müraciət edirik. Düzgün diaqnoz və müalicə planı ilə ən qısa müddətdə köhnə vəziyyətimizi bərpa etməyə çalışırıq. Ortopedik Reabilitasiya

Sağalmaq sadəcə ağrının keçməsi deyil !

Şübhəsiz ki, şikayətin əsl səbəblərinin aradan qaldırılması ağrının aradan qaldırılması ilə yanaşı gedəcəkdir. Ancaq bu müddətdə müxtəlif hərəkət məhdudiyyətləri, hərəkət ilə ağrı və bunlara görə zəiflik və yorğunluq kimi problemlər meydana gələcəkdir. Bu vəziyyət gündəlik həyatımızı əvvəlki kimi  davam etdirməyimizə mane olur.

Məsələn, çiyin ağrısı  saçlarımızı  daramağa mane olur. Əməliyyatdan sonra diz və ayaq biləyi zəifliyi səbəbindən pilləkənləri qalxmaqda çətinlik çəkirik. Ya da bilək vətərlərindəki şikayətimiz  klaviaturada rahat yazı yazmağımızı əngəlləyir.

“ Ən qısa zamanda əvvəlki vəziyyətimizə qayıtmalıyıq ! “ – Sağalmağın tərifi tam olaraq budur !

Toxumanın tam şəkildə bərpası, əvvəlki vəziyyətinə qayıtması üçün keyfiyyətli və profesional reabilitasiya dəstəyi almalıyıq.

Ortopedik Reabilitasiya hansı problemlər ortaya çıxdıqda gərəklidir ?

  • Bel və boyun narahatlıqları
  • Menisks Yaralanmaları
  • Bağ zədələri
  • Burxulma və zədələnmələr
  • Əzələ və tendon gərilmələri
  • Çiyin və diz xəsarətləri
  • Sınıq, çıxıqdan sonra bərpa
  • Çanaq və diz protezləri və.s ortopedik reabilitasiya gərəkdirən problemlərdir.

Bel və Boyun Narahatlıqları

Boyun ağrısı bel ağrısı qədər yayılmasa da, bütün yaş qruplarında vacib bir problemdir. Hər üç nəfərdən birinin ömründə ən az bir dəfə boyun ağrısı  müşahidə edilməkdədir. Daha çox işləyən insanlarda bel və boyun ağrısı sıx-sıx olur. Boyun və bel ağrıları, travma nəticəsində yaralanma səbəbindən ola biləcəyi üçün ilk olaraq ağrının mənbəyi təyin edilib diaqnoz qoyulmalıdır.  Bir çox bel və boyun ağrılarının təməlində  onurğa problemləri yatır.

Menisk Yaralanmaları

İdmançıların tez-tez qarşılaşdıqları problemlərdən biri olan Menisk yırtığı gündəlik həyatda bir çox insanın başına da gələ bilər. Ağır yük daşıyanlar, daim ayaq üstdə dayanan, ev işləri ilə məşğul olan evdar qadınlar və yaşlı insanlar menisk yırtığı ilə üzləşə bilərlər. Çox vaxt bədən ağırlığının bir tərəfə verildiyi zaman meydana gələn bu cür xəsarətlər bəzən hətta diz çökmək, əyilmək və ağır yük qaldırmaq kimi sadə hərəkətlərdə də baş verə bilər.

Bağ yaralanmaları

Çarpaz bağ və ön çarpaz bağ zədələnmələri ümumiyyətlə idman zədələri kimi tanınır. Ani dönmə, və ya istiqamətin dəyişdirilməsi nəticəsində dizdəki stres çarpaz bağ və ön çarpaz bağ yaralanmalarına səbəb ola bilər. Ön çarpaz bağ zədələnmələri fiziki müalicə ilə aradan qaldırılır. Xəstəliyin ilk mərhələsində dizdə güclü ödem və ağrı olur, buna görə fiziki müalicə tam təsir göstərmir. Tam nəticə əldə etmək üçün fiziki terapiya 10 ilə 15 gün ərzində davam etdirilməlidir.

Əzələ və tendon gərilmələri

Tendonun həddindən artıq və çarpaz yüklərlə gərilməsi və ya sıxılması  zədələnməyə səbəb ola bilər və nəticədə qismən və ya tam şəkildə vətər qopması ilə nəticələnə bilər. Genlərimiz, pəhrizimiz və ətraf mühitimiz, qan dövranımızın zəifləməsi, gut və romatoid artrit kimi müxtəlif revmatik xəstəliklər kimi  səbəblər tendona birbaşa təsir edərək və bərpa etmə qabiliyyətini azaldaraq tendon xəstəliklərinə səbəb ola bilər.

Çiyin və diz ağrıları

Çiyin ağrısına səbəb olan problemin diaqnozunu qoymaq üçün ağrı sahəsi, ağrının şiddəti, hərəkətləri nə qədər məhdudlaşdırması, əvvəllər çiyin problemi olub-olmaması və xəstənin yaşı nəzərə alınmaqla hərtərəfli müayinə aparılır. Daha sonra zəruri hallarda çiyin ağrısının səbəblərini təyin etmək üçün rentgen, tomoqrafiya, MR, artroskopiya və laborator müayinələr tətbiq olunur. Çiyin ağrısının səbəbindən asılı olaraq  dərman və fizioterapiya müalicəsi tətbiq olunur. Lakin, ağır hallarda, cərrahi müdaxilə də tələb oluna bilər. Çiyin probleminin növündən asılı olaraq, çiyin gərmə fəaliyyətlərini məhdudlaşdırmaq və bir müddət istirahət etmək də şikayətlərinizi azaltmağa kömək edəcəkdir.

Diz ağrısı bədənin diz nahiyəsində yaranan bağ və ya yırtılmış qığırdağın zədələnməsi nəticəsində ola bilər. Artrit və infeksiyalar da diz ağrısına səbəb ola bilər. Diz ağrısı hər yaşdan insanları təsir edə biləcək ümumi bir şikayətdir. Diz ağrısının daha yüngül növləri özünüzə diqqətlə baxaraq spontan olaraq aradan qalxa bilər. Eyni zamanda, fizioterapiya və dizlik istifadəsi də diz ağrısını azaltmağa kömək edə bilər. Bununla belə, bəzi hallarda diz üçün cərrahi müdaxilə də lazım ola bilər.

Sınıq və çıxıqdan sonra bərpa

Sınıq gipsdə olsa belə reabilitasiyası mümkün qədər tez bir zamanda başlamalıdır. Bu bərpa prosesi qan axımının normala qayıtması, əzələ toxumasının qorunması , laxtalanma və sərtləşmənin qarşısının alınmasına kömək edir.

Radiasiya, şiş, infeksiya, kortikosteroidlər, diabet, siqaret kimi zərərli vərdişlər,  zəif pəhriz, metabolik sümük xəstəliyi, açıq sınıq kimi hallar sınıq və çıxıqların bərpasını çətinləşdirir.

Çanaq və diz protezləri

Bu əməliyyatları oynaqla birlikdə bəlirli səbəblərdən dolayı xəsarət almış, zədəli oynağın süni oynaqla əvəz edilməsi ilə nəticələnən bir əməliyyatdır. Çanaq və diz protezi cərrahi proseduru olmayan ağrıların qarşısını alır sınıq və çıxıqlardan sonra stabillik və balansın qorunmasını təmin edir və oynağın hərəkətini artırır. Əməliyyatdan sonra sümüyün və toxumaların bərpası üçün reabilitasiya vacibdir.

Reabilitasiyada Məqsədimiz nədir ?

Aktiv fəaliyyəti qorumaq və bərpa etmək, ağrı və hərəkət məhdudiyyətini  minimuma endirmək və dəyişən şərtlərə uyğunlaşma qabiliyyətini artırmaqla xəstənin həyat keyfiyyətini və sosial mühitə uyğunlaşmasını artırmaqdır. Reabilitasiyamız: Uzunmüddətli məhdudiyyətin istənilən mərhələsində fərdlərin həyat fəaliyyətini asanlaşdırıraq onları əvvəli sağlamlığına qovuşdurur. Reabilitasiya tez bir zamanda baş verib nəticələnən bir proses deyil. Bunun üçün də xəstə və xəstə yaxınlarına fizioterpevtik dəstəklə birlikdə psixilojik dəstək də lazım ola bilər. Hər şeydən öncə işini profesional görən və bu sahədə kifayət qədər təcrübəyə malik insanlarla bu prosesə başlamaq mütləqdir.

Bakı Bərpa Fizioterapiya və Reabilitasiya Mərkəzi olaraq 4 ildən çoxdur ki bərpa prosedurlarını keyfiyyətli şəkildə həyata keçiririk. Bu sahadə 12 ildən çoxdur ki fəaliyyət göstərən  Onurğa və Oynaq Mərkəzinin rəhbəri  Tibb üzrə Fəlsəfə Elmləri Doktoru Travmatoloq-Ortoped Onurğa Cərrahı Doktor Kamil Eyvazov reabilitasiya və fizioterapiyanın xüsusilə əməliyyatdan sonrakı dövrlər üçün faydalı bir müalicə metodu oldugunu qeyd edir.

Özünüzün və yaxınlarınız sağlamlığı üçün seçimlərinizi düzgün edin!

Sağlamlığınızı bizimlə birgə bərpa edin!

Ortopedik Reabilitasiya
Uşaqlar üçün fizioterapiya seansları

Uşaqlar üçün fizioterapiya seansları

Uşağınızın fizioterapiya seanslarının həm təsirli, həm də əyləncəli keçməsini istəyirsiniz? Onun müalicə zamanı qorxu və narahatlıq hiss etməsini deyil, özünü təhlükəsiz və xoşbəxt hiss etməsini

Kifoz

Kifoz

Kifoz onurğanızın həddindən artıq irəli əyilməsidir. Bu vəziyyət əyilmiş kimi irəli əyilməyə səbəb ola bilər. Bu, bel ağrısı və sərt əzələlərə səbəb ola bilər. Qeyri-cərrahi

Skolioz: Onurğa əyriliyi və onun müalicəsi

Skolioz: Onurğa əyriliyi və onun müalicəsi

Skolioz nədir? Skolioz onurğada yan əyriliyin yaranması ilə xarakterizə olunan ortopedik problemdir. Bu patologiya həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir və vaxtında müalicə olunmadıqda

Serebral Palsi (Spastik iflic) reabilitasiyası

Serebral Palsi (Spastik iflic) reabilitasiyası

Serebral Palsi (SP) beyin inkişafının pozulması ilə əlaqəli olan, bədənin hərəkət qabiliyyətini təsir edən xroniki nevroloji bir vəziyyətdir. Bu xəstəlik adətən doğuşdan əvvəl, doğuş zamanı

Diz əzələlərinin gücünləndirilməsi

Diz əzələlərinin gücünləndirilməsi üçün effektiv yollar

Diz əzələlərini gücündürmək, hərəkət qabiliyyətinin artırılması, diz oynaqlarında sabitliyin təmin edilməsi və günlük həyat keyfiyyətinin yüksəldilməsi baxımından olduqca vacibdir. Əzələlərin gücəndirilərək dizin yükünü azaltmaq və

Osteoxondrozun müalicəsi

Osteoxondrozun müalicəsi

Osteoxondroz müasir dövrümüzdə geniş yayılan dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Bu xəstəlik onurğanın boyun, döş və bel nahiyəsində osteoxondral toxumanın degenerativ dəyişiklikləri ilə müşayiət olunur. Əsas

Skoliozun müalicəsi Bakı Bərpa Mərkəzində

Skoliozun müalicəsi Bakı Bərpa Mərkəzində

Skolioz, onurğa əyriliyi ilə bağlı bir problemdir və bu vəziyyət uşaqlar, yeniyetmələr və böyüklər arasında yayılıb. Həmçinin, skoliozun müalicəsi çox vaxt valideynlər və xəstələr üçün

Fizikoterapiyada ultrasəs

Fizioterapiyada ultrasəsdən istifadə

Ultrasəs yalnız hamiləlik zamanı deyil, həm də bir çox tibbi prosedurlar üçün istifadə edilən görüntüləmə üsuludur. Diaqnostik ultrasəs və hamiləlik görüntüləməsindən başqa, ultrasəs fiziki terapiyası

Limfa drenajı nədir? Faydaları

Limfa drenajı nədir? Faydaları

Limfa Drenajı qan dövranı sistemi kimi mayenin hərəkətliliyini təmin edən, lakin ürək kimi mərkəzi nasosu olmayan limfa drenaj sistemidir. Limfatik Drenaj sisteminin sağlam işləməsi sayəsində insan

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.