Bel ağrıları problemi

Bel ağrıları problemi

Bel ağrıları problemi – insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət.

Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir. 

Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi:

  • Kəskin bel ağrıları: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları
  • Yarımkəskin bel ağrıları: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları
  • Xronik bel ağrıları: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları
  • Qayıdan (residiv verən) bel ağrıları: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin bel ağrıları problemi

Epidemiologiya:

Bel ağrılarına klinik praktikada tez-tez təsadüf olunur. Əhalinin 80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı epizodu ilə qarşılaşır. İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, “ara həkimlərinə” və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir . Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar və əmək qabiliyyətinin itməsi baş verir. Məhdudiyyətləri 1 ildən çox olan bütün xəstələr 90% halda intensiv müalicə olmadan işləməyə qadir olmurlar.

İlkin səhiyyə müəssisələrinə kəskin BA nəticəsində müraciətin tezliyi ikinci, ortopedlərə isə birinci yerdədir. BA simptomlarının təkrar olması kifayət qədər tez-tez baş verir və il ərzində insanların təxminən 60-80%-də müşahidə olunur.

Səbəbləri:

Bel bir çox vacib elementləri özündə birləşdirən (sümüklər, əzələlər, bağlar və fəqərələr arasında yastıq rolunu oynayan disklər) mürəkkəb quruluşa malikdir. Beldə olan ağrılar bu elementlərin hər birindən qaynaqlana bilər. Bəzi insanlarda isə bel ağrısının hər hansi spesifik bir səbəbi tapılmır. Aşağıdakı spesifik səbəblər müəyyən edilir:

Bel ağrıları ən çox ağır yük qaldırmaq və ya yöndəmsiz sərt hərəkətlər nəticəsində əzələ və bağların dartılmasından əmələ gəlir. Bəzən isə əzələ spazmı ağrılar yarada bilər.

Struktur problemləri:

Bir çox hallarda bel ağrıları aşağıda göstərilən struktur problemləri nəticəsində meydana gələ bilər:

  • Qabarmış və ya yırtılmış fəqərələrarası disklər. Disklər fəqərələr arasında yastıq rolunu oynayır və onları hərəkət zamanı bir birinə sürtülərək zədələnməkdən qoruyur. Bəzən, disk içərisində olan yumşaq maddə öz yerindən kənara qabarır və ya yırtılır və bununla da yaxından keçən sinirə təzyiq edir. Amma bəzi insanlarda diskin qabarması və yırtılması olsa da ağrılar olmur.
  • İşialgiya. Qabarmış və ya yırtılmış fəqərələrarası disklər oturaq sinirini sıxaraq beldə, sağrı nayihəsində və aşağı ətrafın arxasında kəskin ağrı hissi yaradır.
  • Artritlər. Osteoartrilər (sümük iltihabi) ən çox bud, əl, diz və beldə olan oynaqları zədələyir. Bir çox hallarda belde olan artritlər (oynaq iltihabı) onurğa beyin ətrafında olan sahəni daraldaraq ağrılara səbəb olur.
  • Skelet pozğunluqları. Onurğa sütununun əyriliyində anormallıq bel ağrılarına səbəb ola bilər. Əgər onurğa sütunun təbii əyriliyi dəyişirsə bel nayihəsində bu özünü qabarma (qozbellik) və ya yana əyilmə (skalioz) kimi göstərir.
  • Osteoparoz. Osteoparoz zamanı bel fəqərələri kövrək olurlar ki, bu da onlarda sinıqlar və ya çatların əmələ gəlməsinə səbəb olur.

Aşağıda bel ağrılarının az-az rast gəlinən, amma ciddi aqibəti olan patologiyalar qeyd olunur:

  • Cauda equina syndromu ciddi nevroloji problemdir və bel və aşağı ətrafları innervasiya (sinir təminatı) edən sinirlərin zədələnməsi ilə əlaqədardır. Sindrom aşağı ətraflarda zəiflik, çanaq orqanlarında hərəkətsizlik, sidik ifrazi və defekasiya aktına nəzarətin itməsinə gətirib çıxarır.
  • Onurğa sütünunun xərçəngi. Onurğa sütununda olan xərçəng sinirləri sıxaraq ağrı verə bilər.
  • Onurğa sütununda iltihab. Əgər ağrılar hərarət, gərginlik və isti sahələrlə müşayət olunursa iltihabdan şübhələnmək lazımdır.

Risk faktorları:

  • Siqaret
  • Köklük
  • Yaş
  • Qadın cinsi
  • Ağır fiziki iş
  • Oturaq iş
  • Stresli iş
  • Narahatlıq
  • Depressiya

Müalicə:

Bel ağrılarının əksəriyyəti ev şəraitində sakitlik, sadə müalicəvi tədbirlər nəticəsində aradan qalxır. Bir neçə gün ağrıkəsicilərin qəbul edilməsi və yataq rejimi ağrıları tam aradan qaldıra bilər. Amma bunu bir neçə gündən çox etmək olmaz və həkimə müraciət etmək lazımdır.

Həkiminiz sizə qeyri-sterioid iltihabəleyhinə dərmanlar, bəzi hallarda əzələ relaksantları (boşaldıcılar) təyin edə bilər. Kəskin ağrılar zamanı narkotik ağrıkəsicilər təyin edilə bilər. Amma bütün oxşar müalicə tədbirləri həkimin nəzarəti və məsləhəti ilə aparılmalıdır.

  • Bədən tərbiyəsi və bəzi fiziki müalicə növləri – işti, massaj, buz, ultrasəs, elektrik stimulyasiyası – sizing bel ağrılarınızı aradan qaldıra bilər. Bu üsulları öyrənməklə gələcəkdə özünüz hətta həkimin nəzarəti olmadan belə tədbirləri həyata keçirə bilərsiniz.
  • Bel ağrısı olan bəzi insanlara cərrahi əməliyyat təklif edilə bilər. Cərrahi əməliyyat əsasən yirtılmış disklərlə bağlı olur. Əməliyyatdan sonra ağrılar, eləcə də aşağı ətrafın hərəkiliyində olan zəifliklər aradan qalxır. Aşağıdakı tip əməliyyatlar mövcuddur:
  • Birləşdirmə. Bu cərrahi əməliyyat zamanı iki fəqərə bir-birinə fərqli vasitələrlə bərkidilərək birləşdirilir. Əməliyyatın çatışmayan səbəbi odur ki, birləşdirilimiş fəqərələrdə artrit təhlükəsi artır.
  • Disk yerdəyişməsi. Bu üsul iki fəqərənin birləşdirilməsinə alternativ hesab olunur və iki fəqərə arasına çıxarılmış disk yerinə süni disk qoyulur.
  • Diskin hissəvi çıxarılması. Əməliyyat zamanı disk bütövlükdə deyil, yalnız onun siniri sıxan hissəsi çıxarılır.
  • Fəqərənin hissəvi çıxarılması. Əgər bel fəqərələrində sümük qabarması əmələ gəlirsə və onurğa beyini və ya sinirləri sıxırsa onun kiçik bir hissəsi kəsilib çıxarılır.

Bakı Bərpa Mərkəzində Bel Ağrıları xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.

Bel ağrıları problemi
Fizikoterapiyada ultrasəs

Fizioterapiyada ultrasəsdən istifadə

Ultrasəs yalnız hamiləlik zamanı deyil, həm də bir çox tibbi prosedurlar üçün istifadə edilən görüntüləmə üsuludur. Diaqnostik ultrasəs və hamiləlik görüntüləməsindən başqa, ultrasəs fiziki terapiyası

Limfa drenajı nədir? Faydaları

Limfa drenajı nədir? Faydaları

Limfa Drenajı qan dövranı sistemi kimi mayenin hərəkətliliyini təmin edən, lakin ürək kimi mərkəzi nasosu olmayan limfa drenaj sistemidir. Limfatik Drenaj sisteminin sağlam işləməsi sayəsində insan

Miostimulyasiya

Miostimulyasiya ilə əzələ gücünüzü artırın

EMS (Elektro- Miostimulyasiya) məşqi, elektrik stimullaşdırılması vasitəsilə əzələləri işləyən bir məşq formasıdır. Bu məşq texnikası əzələlərin daha effektiv işləməsinə imkan verir və əzələ gücünü artırmağa

Zərbə-dalğa terapiyası

Zərbə-dalğa terapiyası

Zərbə-Dalğa Terapiyası müvafiq nahiyədə qan axını gücləndirir və bu nahiyənin aktivliyini artıraraq sağalma prosesinin sürətlənməsinə töhfə verir. Ümumiyyətlə ortopedik pozğunluqlar üçün istifadə edilən Zərbə Dalğası

Evdə Qulluq və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri ilə müalicəsini evdə davam etdirmək istəyən xəstələrə, doğuşdan əvvəl və doğuşdan sonrakı dəstəyə ehtiyacı olan analara, yaşlılar və qayğıya ehtiyacı

Parkinson Reabilitasiyası

Parkinson Reabilitasiyası nədir?

Parkinson xəstəliyi beyin hüceyrələrinin itirilməsi ilə irəliləyən bir beyin xəstəliyidir. Bu, 65 və yuxarı yaşda olan insanların 1-2%-də baş verən mütərəqqi nevroloji xəstəlikdir. Xəstələrin təxminən

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Reabilitasiya prosesinin ümumi məqsədi ən yüksək həyat keyfiyyəti ilə mümkün qədər müstəqil yaşamaqdır. Fizioterapiyanın əsas məqsədi ilk növbədə xəstənin əvvəlki funksiyasını bərpa etmək və ya

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya sözü oynağın içərisinə baxmaq deməkdir. Fiberoptik cihazlar (kamera və işıq sistemləri) vasitəsilə oynaqların daxili hissəsi vizual olaraq yoxlanılır. Bu sayədə oynaqdaxili toxumalarda olan xəstəliklər

Reabilitasiyanın növləri

Reabilitasiya növləri

Reabilitasiya insanın sağlamlığını, funksionallığını və ya həyat keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilən bir sıra müalicə və prosesləri əhatə edən bir termindir. Reabilitasiya ümumiyyətlə xəstəlik, zədə və ya

Evdə Fizioterapiya Xidməti

Evdə Fizioterapiya Xidmətinə nələr daxildir?

Evdə fizioterapiya xidməti nevroloji xəstəliklər, kəskin və xroniki ortopedik pozğunluqlar və uşaq xəstəlikləri üçün fizioterapevtlər tərəfindən ev şəraitində xəstələrə həkimlər tərəfindən uyğun hesab edilən müalicənin

Evdə oksigen avadanlıqları

Evdə oksigen avadanlıqlarına ehtiyacınız var?

Oksigen balonu həkimlərin qanında oksigen səviyyəsi aşağı olan xəstələrə tövsiyə etdiyi müalicə üsullarından biridir. Evdə tibbi xidmət zamanı Oksigen terapiyası həkimin təyin etdiyi tezlikdə və

Evdə Sağlamlıq Baxımının faydaları

Evdə Tibbi Xidmətin faydaları

Evdə tibbi xidmət – xəstəlik, zədə və ya tibbi vəziyyəti müalicə etmək və ya idarə etmək məqsədilə tibb bacıları, terapevtlər və köməkçilər də daxil olmaqla

Demansın müalicəsi

Demansın müalicəsi

Demans sözü latınca ağıl mənasını verən mens sözündən götürülüb. Demans ağlın itirilməsi deməkdir. Ancaq demanslar, xüsusən də Alzheimer demensiyası birdən-birə baş vermir, simptomlar tədricən görünür

Niyə bu qədər yorğunuq?

Niyə bu qədər yorğunuq?

Yorğunluğun həyatımızın ayrılmaz hissəsinə çevrildiyi şübhəsizdir. Bir tərəfdən həyatın sürətlənməsi, mürəkkəb münasibətlər və həyat tərzi dəyişiklikləri, getdikcə artan stress, yuxusuzluq, qida çatışmazlığı, hərəkətsizlik səbəbindən bədənimizin

evdə serum xidməti

Serum nədir və niyə tətbiq olunur?

Bəzi hallarda insan xəstəliyi səbəbindən xəstəxanada vaxt keçirmək istəməyə bilər və ya bu barədə tərəddüd edə bilər. Bu tərəddüd və narahatçılıq evdə serum xidmətinin seçimində

Tomatis metodu

Tomatis metodu nədir, necə işləyir?

Tomatis Metodu beyni effektiv və təbii şəkildə stimullaşdırır. Bu, tibbi müalicə və klassik terapevtik üsulların istifadəsi zamanı əlavə bir vasitədir. Tomatis metodu çərçivəsində tətbiq edilən

Loqoped

Loqoped problemləri

Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdən hesab olunur. Müxtəlif səbəblərdən meydana çıxan hər hansı bir nitq qüsuru zamanla fəaliyyət, davranış

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.