Kifoz xəstəliyi insanın onurğasında baş verən qeyri-normal əyriliklərdən biri – onurğanın döş nahiyəsindən önə doğru əyilməsidir. Kifozun əlamətləri: Donqar durmaq, yüngül kürək ağrılar, onurğada tutulmalar və ya ağrı, yorğunluq.
Kifozun təyini:
önə əyilmə testi vasitəsilə kifozu təyin etmək mümkündür. Önə əyildikdən sonra yandan onurğaya baxılır. əgər kifoz varsa kürəyin üst hissəsi şiş görünür. Eyni zamanda rentgen vasitəsilə də kifozu təyin etmək və onun dərəcəsinidə öyrənmək olar.
Müalicə
əyrilik dərəcəsi 50° və ya daha çox olan uşaqlarda böyümə ilə əlaqədar bu dərəcə arta bilər. Ağrı ortaya çıxdıqda ağrı kəsicilərdən istifadə oluna bilər. Bu zaman xəstələr çox hərəkət etməməlidirlər. Uşaqlarda korset müalicəsi ilə xəstəliyin irəliləməsinin önünə keçilir. Böyümə periyodunun sonuna qədər korset müalicəsinə davam edilir. əgər əyrilik 75°-dən çox olarsa cərrahi müalicədən istifadə olunur. Cərrahi əməliyyat vasitəsilə əyrilik tamamilə düzələ bilir.
Bakı Bərpa Mərkəzində Kifoz xəstəliyi nin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.
Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.
Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |
Sağlamlığınızı bizimlə bərpa edin!