Zərbə – Dalğa terapiyası

Zərbə – Dalğa terapiyası

Zərbə – Dalğa Terapiyası (ESWT), insan bədənin xaricində əldə olunan güclü səs dalğalarının xüsusi aplikatorlar vasitəsilə problemli nahiyəyə tətbiq olunmasına əsaslanır. Bu terapiya dirsək, topuq və çiyin ağrıları ilə yanaşı psevdoatroz kimi bir sıra ortopedik problemlərdə istifadə olunur.

Müalicə  proseduru  çox  aşağı  tezlikli səs  dalğaları (akustik  dalğalar) yaradan  xüsusi  cihaz  vasitəsilə  aparılır. Bu  akustik  dalğalar  toxumalara  yayılaraq  sümüyə  qədər  hərəkət  edir.
Prosedur  zamanı  artıq  pasiyent  aşağıdakıları  qeyd  edir:

  • Cihazın təmas  nahiyyəsində  qan  axınının  artması
  • Kəskin və xroniki ağrıların azalması
  • Yerli iltihabın və şişin azalması
  • Əhvalın yaxşılaşması
Zərbə – dalğa terapiyası – dayaq-hərəkət sisteminin müasir və effektiv müalicə üsuludur. Bu unikal müalicə üsulu səs dalğalarının tibbi məqsədlə istifadəsinə əsaslanır. Müalicə proseduru çox aşağı tezlikli (eşidilməyəcək dərəcədə) səs dalğaları (akustik dalğalar) yaradan xüsusi cihaz vasitəsilə aparılır.

Cihazın təmas etdiyi nahiyyədə bu akustik dalğalar toxumalarla yayılaraq sümüyə qədər nüfuz edir. Bu müalicə üsulu öz sadəliyinə və effektivliyinə görə geniş istifadə edilir. Sadə və eyni zamanda qəliz bir prosedurdur. Zərbə-dalğalı terapiya həm iltihabı azaldır, həm də osteofitləri parçalama xüsusiyyətinə malikdir. Ağrı nahiyyəsinə ultrasəs dalğaları 3-4 sm dərinliyə qədər ötürülür. Bu dalğalar müxtəlif tezliklərdə təsir edir. Bu zaman zədələnmiş bağlarda və sümüklərdə yığılmış kalsi yığıntıları tədricən parçalanaraq yumşalır və qan vasitəsilə xaric olunur. Paralel olaraq regenerasiya prosesləri güclənir və nəticədə iltihab və ödem əlamətləri itir. Damarlar genişlənir, mikrosirkulyasiya güclənir və yumşaq toxumalarda hüceyrə bərpası sürətlənir.

Birinci seansdan sonra ağrı azalır, bütün kursu keçəndən sonra sağalma baş verir. Zərbə dalğalı terapiya zamanı vətər və bağlar möhkəmlənir.Prosedurun müddətini həkim teyin edir,seans 10 dəqiqədən 30 dəqiqəyə kimi davam ede biler, kurs müalicə intervallarla 4-7 seans təyin olunur.

Zərbə – dalğa  terapiyasına  göstərişlər:

  • Daban mahmızı və ya pəncə fassiti
  • Epikondilit
  • Podaqra
  • Osteoxondroz, osteoartroz
  • Axillodiniya
  • Tendinoz, bursit, sinovit, liqamentoz
  • Çiyin-kürək periartropatiyası
  • Koksiqodiniya
  • Miozit
  • Əzələ-tonik sindrom
  • Sınıqların gec bitişməsi
  • Yalançı oynaqlar
  • Travmadan,endoprotezdən sonra ağrılar zamanı
  • Yastıayaqlıq
  • Sellülit

Zərbədalğalı terapiya müalicəsi tətbiq olunan nahiyələrdə hansı dəyişikliklər izlənilir?
Hüceyrədə maddələr mübadiləsi artır.
Yerli qan dövranı yaxşılaşır.
Kəskin və xroniki ağrılar azalır.
Əzələlərin, vətərlərin, bağların zədələnmiş sahələrinin bərpası baş verir.
Yerli iltihab və şiş azalır.
2-3 seansdan sonra xəstələrin 80%-də ağrılar əhəmiyyətli dərəcədə azalır.

Dalğa terapiyası
Skoliozun müalicəsi Bakı Bərpa Mərkəzində

Skoliozun müalicəsi Bakı Bərpa Mərkəzində

Skolioz, onurğa əyriliyi ilə bağlı bir problemdir və bu vəziyyət uşaqlar, yeniyetmələr və böyüklər arasında yayılıb. Həmçinin, skoliozun müalicəsi çox vaxt valideynlər və xəstələr üçün

Fizikoterapiyada ultrasəs

Fizioterapiyada ultrasəsdən istifadə

Ultrasəs yalnız hamiləlik zamanı deyil, həm də bir çox tibbi prosedurlar üçün istifadə edilən görüntüləmə üsuludur. Diaqnostik ultrasəs və hamiləlik görüntüləməsindən başqa, ultrasəs fiziki terapiyası

Limfa drenajı nədir? Faydaları

Limfa drenajı nədir? Faydaları

Limfa Drenajı qan dövranı sistemi kimi mayenin hərəkətliliyini təmin edən, lakin ürək kimi mərkəzi nasosu olmayan limfa drenaj sistemidir. Limfatik Drenaj sisteminin sağlam işləməsi sayəsində insan

Miostimulyasiya

Miostimulyasiya ilə əzələ gücünüzü artırın

EMS (Elektro- Miostimulyasiya) məşqi, elektrik stimullaşdırılması vasitəsilə əzələləri işləyən bir məşq formasıdır. Bu məşq texnikası əzələlərin daha effektiv işləməsinə imkan verir və əzələ gücünü artırmağa

Zərbə-dalğa terapiyası

Zərbə-dalğa terapiyası

Zərbə-Dalğa Terapiyası müvafiq nahiyədə qan axını gücləndirir və bu nahiyənin aktivliyini artıraraq sağalma prosesinin sürətlənməsinə töhfə verir. Ümumiyyətlə ortopedik pozğunluqlar üçün istifadə edilən Zərbə Dalğası

Evdə Qulluq və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri ilə müalicəsini evdə davam etdirmək istəyən xəstələrə, doğuşdan əvvəl və doğuşdan sonrakı dəstəyə ehtiyacı olan analara, yaşlılar və qayğıya ehtiyacı

Parkinson Reabilitasiyası

Parkinson Reabilitasiyası nədir?

Parkinson xəstəliyi beyin hüceyrələrinin itirilməsi ilə irəliləyən bir beyin xəstəliyidir. Bu, 65 və yuxarı yaşda olan insanların 1-2%-də baş verən mütərəqqi nevroloji xəstəlikdir. Xəstələrin təxminən

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Reabilitasiya prosesinin ümumi məqsədi ən yüksək həyat keyfiyyəti ilə mümkün qədər müstəqil yaşamaqdır. Fizioterapiyanın əsas məqsədi ilk növbədə xəstənin əvvəlki funksiyasını bərpa etmək və ya

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya sözü oynağın içərisinə baxmaq deməkdir. Fiberoptik cihazlar (kamera və işıq sistemləri) vasitəsilə oynaqların daxili hissəsi vizual olaraq yoxlanılır. Bu sayədə oynaqdaxili toxumalarda olan xəstəliklər

Reabilitasiyanın növləri

Reabilitasiya növləri

Reabilitasiya insanın sağlamlığını, funksionallığını və ya həyat keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilən bir sıra müalicə və prosesləri əhatə edən bir termindir. Reabilitasiya ümumiyyətlə xəstəlik, zədə və ya

Evdə Fizioterapiya Xidməti

Evdə Fizioterapiya Xidmətinə nələr daxildir?

Evdə fizioterapiya xidməti nevroloji xəstəliklər, kəskin və xroniki ortopedik pozğunluqlar və uşaq xəstəlikləri üçün fizioterapevtlər tərəfindən ev şəraitində xəstələrə həkimlər tərəfindən uyğun hesab edilən müalicənin

Evdə oksigen avadanlıqları

Evdə oksigen avadanlıqlarına ehtiyacınız var?

Oksigen balonu həkimlərin qanında oksigen səviyyəsi aşağı olan xəstələrə tövsiyə etdiyi müalicə üsullarından biridir. Evdə tibbi xidmət zamanı Oksigen terapiyası həkimin təyin etdiyi tezlikdə və

Evdə Sağlamlıq Baxımının faydaları

Evdə Tibbi Xidmətin faydaları

Evdə tibbi xidmət – xəstəlik, zədə və ya tibbi vəziyyəti müalicə etmək və ya idarə etmək məqsədilə tibb bacıları, terapevtlər və köməkçilər də daxil olmaqla

Demansın müalicəsi

Demansın müalicəsi

Demans sözü latınca ağıl mənasını verən mens sözündən götürülüb. Demans ağlın itirilməsi deməkdir. Ancaq demanslar, xüsusən də Alzheimer demensiyası birdən-birə baş vermir, simptomlar tədricən görünür

Niyə bu qədər yorğunuq?

Niyə bu qədər yorğunuq?

Yorğunluğun həyatımızın ayrılmaz hissəsinə çevrildiyi şübhəsizdir. Bir tərəfdən həyatın sürətlənməsi, mürəkkəb münasibətlər və həyat tərzi dəyişiklikləri, getdikcə artan stress, yuxusuzluq, qida çatışmazlığı, hərəkətsizlik səbəbindən bədənimizin

evdə serum xidməti

Serum nədir və niyə tətbiq olunur?

Bəzi hallarda insan xəstəliyi səbəbindən xəstəxanada vaxt keçirmək istəməyə bilər və ya bu barədə tərəddüd edə bilər. Bu tərəddüd və narahatçılıq evdə serum xidmətinin seçimində

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.