Lateral Epikondilit
Lateral Epikondilit “Tennisçi Dirsəyi” kimi də tanınır. Dirsəyin arxa tərəfində əzələ-vətərin sümüyə yapışdığı yerdə ağrılı bir vəziyyətdir. Vətərlər əzələni sümüyə bağlayır. Lateral epikondilit xəstəliyində vətər bağlanması yerində degenerasiya va zəifləmə baş verir. Bu, əzələlərin aktiv olduğu hərəkətlər ( gərmə, tutma, açma və s.) ilə əlaqədar olaraq ağrıya səbəb ola bilər. Tennis kimi idman növləri bu xəstəliklə əlaqələndirilir.
Lateral Epikondilit səbəbi nədir?
- Həddindən artıq istifadə: Dirsəyin həddindən artıq istifadəsi vətərin yapışma nöqtəsində stress yaradır. Vətərin yapışması zamanı stresə səbəb olan fəaliyyətlər vətərin zədələməsini artırır. Bu streslər qolları açıb- bağlama, tutma, doğrama və boyama kimi təkrarlanan hərəkətlərin nəticəsində görünür.
- Travma: Dirsəklə birbaşa əlaqə, vətərdə degenerasiyaya səbəb olan şişlik va ödəmlə nəticələnə bilər. Yaralanma ani edilmiş hərəkət, məcburi va ya aktiv fəaliyyətlə də baş verə bilər.
Bu problem kimlərdə görülür?
Daha çox 35-50 yaş arasında görülür. Lakin bunu tennis, ağırlıq qaldırma, beysbol və s. növ kimi idmanlarla aktiv məşğul olan gənclərdə də görmək olar.
Əlamətləri:
Xəstələrin müalicəyə ehtiyacının əsas səbəbi ağrıdır. Ağrı dirsək xaricində ” lateral epikondil ” olaraq bilinən çıxıntılı sümüyə lokallaşdırılır. Bu bölgəyə toxunduqda həssaslıq yaranır. Ağrı, tendomu üzərindəki stres hərəkətləri ilə məsələn: tutma, uzanma ilə arta bilər. Ağrı aktiv hərəkətlər nəticəsində dirsəkdən başlayır və ön qoldan ələ yayıla bilər. Bəzən hərəkət etmədəndə ağrı ola bilər.
Lateral Epikondilit və fizioterapiya va reablitasiya
İlk olaraq ağrılara səbəb olan hərəkətlər azaldılmalıdır.
Müalicəvi idmanda gücləndirici hərəkətlərə üstünlük verilməlidir.
Miostimulyasiya, maqnitoterapiya və ultrasəs dalğa terapiyası ilə qısa zamanda ağrıları azaldaraq bərpa müddətində müsbət nəticələrə nail olmaq olar.