Aşağı ətraflar reabilitasiyası
Aşağı ətraflar reabilitasiyası | Sümük – oynaq xəstəlikləri, travmalar, əməliyyatlar və digər səbəblərdən aşağı ətraflarda (bud, baldır, topuq, daban, pəncə və ayaq barmaqlarında) yaranan deformasiya və funksiya pozunutuları fizioterapevtik reabilitasiya ilə aradan qaldırıla bilər. Bu reabilitasiyada mexanoterapiya, müalicəvi idman terapiyası, aktiv və passsiv terapiya, hidroterapiya, termoterapiya, elektroterapiya, maqnit terapiyası və lazer terapiyasından və yaxud bunların kombinasiyasından istifadə olunur.
1. Profilaktiktik məqsədlə:
- hipodinamiyanın qarşısının alınması
- başqa ağırlaşmaların qarşısının alınması-durğunluq pnevmaniyasının, yataq yaralarının, mədə-bağırsağ pozğunluqlarının
2. Müalicəvi məqsədlə:
- Orqanizmin ümumi möhkəmləndirilməsi, sağlamlaşdırılması
- Beyin qabığında oyanma və tərmozlama prosesləri arasına müvazinətin bərpa olunması
- Üzvlərin və sistemlərin funksiyalarının normallaşması
- Trofik proseslərin stiledlə olunması
- Həyatı hərəki bacarıqların bərpası və təkmiləşdirilməsi
Sınıqların müalicəsi kompleks şəkildə aparılmalıdır. Hal-hazırda müxtəlif müalicə üsulları arasında müalicə bədən tərbiyəsi (MBT) xüsusi yer tutur. Aşağı ətraf sümüklərinin sınması xüsusiyyətindən və stasionarda müalicə dövründən asılı olaraq MBT-nin aparılması şərti olaraq üç dövrə bölünür:
- Sınığın immobilizasiya dövrü.
- İmmobilizasiyadan sonrakı dövr.
- Bərpa dövrü.
Travmatik zədələrin ağırlaşmalardan, əzələ atrofiyası oynaqlarda hərəkət məhdudluqlarını /kontrakturalarını/ saymaq olar. Sayılan ağırlaşmaların qarşısını almaqda MBT-nin əhəmiyyət böyükdür. Burada MBT-nin əsas təsiri mexanizmlərindən istifadə edir. Belə ki operasiyadan sonraki dövrlərdə MBT-nin tonuslandırıcı təsiri özünü moto-visseral əlaqələrini, vissero-visseral əlaqələrin aktivləşməsində göstərir. İtirilmiş funksiyaları formalaşmasına xəstəyə müxtəlif vəziyyətlərin məşqini misal gətirən bilərik-oturan vəziyyətdə qida qəbulu, ayaq üstə qalxmaq, tənəffüs hərəkətlərinin iradi uzadılmış qarın presi əzələlərini süstləndirmək, döş tipli tənəffüsün məşqi və s. Operasiyadan əvvəl ortopedik xəstələrdə MBT-nin tətbiqi xəbərdaredici xarakter daşıyır. Sinir sistemi tonuslanır, kortiko visseral əlaqələr yaxşılaşır.
Orqanizmin ümümi möhkəmlənməsinə yaranır qamət pozğunluqlarının başlanğıc stadiyaları aradan qaldırılır. Operasiyadan sonraki dövrdə müalicə gimnastikası kəsik nahiyəsində qan dövranı yaxşılaşır; çiyin körpücüyün əzələləri, arxanın əzələləri möhkəmlədir, fəqərə sütununun hərəkətliyi bərpa olur. Yastı pəncəlikdə MBT ağrı sindromunu zəiflədir. Pəncə tağının əzələlərini möhkəmləşdirir. Ayaq üstündə yeriş aşağı ətrafların və gövdənin düzgün vəziyyətini bərpa edir. Ətraf sümüklərinin sınıqlarında, yumşaq toxumları zədələnmələrində müalicənin ilk dövründə MBT-si xəstənin ümümi vəziyyətini yaxşılaşdırır, sinir requlyasiyasının, qan dövranını, tənəffüs funksiyasının yaxşılaşdırır. Xəstənin yataqda fəsadlarının qarşısı alınır. Oynaqlarda hərəkət məhdudluğunun çapıqlaşma nəticəsində deformasiyaların kontrakturaların qarşısı alınır. Müalicəsində ikinci dövründə MBT-ni pozulmuş və ya itirilmiş funksiyaları bərpa edir, əzələ ətraflarını aradan qaldırır, reqenerasiyanın funksional istiqamətdə inkişafına köməklik edir. Müalicənin son dövründə MBT-si əzələ atrofiyası, konstruktura qalıqlarını aradan qaldırır, lazım olduqda əvəzedici bacarıqları məşq etdirir.
Nümunəvi gimnastika kompleksləri:
- Immobilizasiya dövründə verilən gimnastika kompleksləri:
- Bu dövrdə xəstə yataq rejimində olduğu üçün ağciyərlərdə yaranan durğunluğu aradan götürmək məqsədilə xüsusi tənəffüs hərəkətləri icra olunmalıdır. Növbələşdirilmiş şəkildə dərindən və normal nəfəs alınması və verilməsi.
- Mədə-bağırsaq sisteminin motor və sekretor funksialarının bərpası üçün – xəstə əgər mümkündürsə oturaq və ya yarım oturaq vəziyyətə gətirilməli, qarın boşluğunun genişləndirilmə və sıxılması şərti ilə qarının ön divarı əzələlərinə yığıcı və açıcı hərəkətlər verilməlidir.
Əlavə olaraq döş qəfəsindən kiçik çanağa doğru həzm sisteminin peristaltikası istiqamətinə uyğun olaraq masaj edilməsi müsbət nəticə verir.
Sağlam ətrafda, eləcə də travmalı ətrafın sarğıdan azad olan nahiyəsində hərəkətlər icra edilməlidir. Sağlam ətrafda (əgər mümkündürsə travmalı ətrafda) bud oynağı, diz oynağı nahiyəsindən bükücü və açıcı hərəkətlər, topuq nahiyəsində dairəvi, önə va arxaya doğru hərəkətlər icra edilməlidir.
Budu uzaqlaşdıran, içəri hərlədən əzələlərdə gərginlik yaratmaq məqsədilə uyğun istiqamətlər hərəkətlər icra olunur.
Ayaq barmaqlarına önə-arxaya, bükücü və açıcı hərəkətlər verilməlidir.
1. Immobilizasiyadan sonrakı dövrdə xəstəyə tez-tez olaraq vertikal vəziyyət vermək lazımdır.
Xəstə yavaş-yavaş və kiçik sahədə yeridilməlidir.
Sağlam ətrafda bükücü və açıcı hərəkətlər davam etdirilməli, əzələlərin tonusunu artırmaq üçün masajdan istifadə olunmalıdır.
1. Bərpa dövrü – bu dövrədə yara tam sağaldığından xəstəyə aktiv hərəkətlər verilir. Xəstə sərbəst gəzməlidi və yürüş məsafəsi artırılmaıdır.
Tədricən sürət artırılmalı və müalicənin son mərhələlərində xəstəyə qaçış gimnastikası verilməlidir.
Travma almış ətrafın güclənməsi üçün xəstəyə tullanma, atlanma, hoppanma tapşırıqları verilir.
Son olaraq xəstə ümumi gimnastik kompleks hərəkətlərini – yuxarı ətrafın bükücü, açıcı, dairəvi hərəkətləri, onurğa sütunun önə, arxaya, yanlara əyilməsi, çiyin qurşağının dairəvi hərəkətləri, oturub-qalxma hərəkətləri və s. icra etməlidir.