ALLERGİK RİNİT
Allergiya – hər hansı bir maddə ilə qarşılaşıb ona qarşı həssas olan bir şəxsin daha sonra eyni maddə ilə yenidən qarşılaşdıqda orqanizminin bu hadisəyə verdiyi reaksiyadır.İnsan orqanizminə üxtəlif yollarla girən və özü özünə maddə yaradan yad maddəyə antigen,əleyhinə istehsal etdiyi maddə isə antikor adlanır. Bu antigen allergiyaya səbəb olarsa, bu antigenə allergen deyilir. Ətrafımızdakı yad maddələr müxtəlif yollarla orqanizmimizə daxil olduqda, immunitet sistemi bizi qorumaq üçün bu xarici maddələrə reaksiya verir (məsələn, viruslar və bakteriyalar tənəffüs yoluyla alınanda qızdırma yüksəlir).Allergik quruluşa malik insanlarda belə zərərli olmayan maddələr (allergenlər) bədənə girəndə immunitet sistemi alınan maddə zərərli kimi reaksiya verir və müxtəlif allergik reaksiyalar meydana gəlir.
Həyatımızın əvvəlində orqanizmimiz yad maddələrlə qarşılaşdıqda, immun sistemi onları tanıyır və yadda saxlayır. Sonra yad maddələrə (antigenlərə) qarşı antikor istehsal edərək cavabını hazırlayır. Eyni antigen orqanizmdə görünən zaman yadda saxlama xüsusiyyətinə görə əvvəlcədən hazırlanmış bir reaksiya başlayır. Bu səbəbdən allergik rinit olan bir şəxs hər il polenlə qarşılaşanda immunitet sistemindəki bu xüsusiyyətə görə dərhal reaksiya verir.
Rinit nə deməkdir?
Rinit, burnun daxilini örtən selikli qişa adlanan toxumanın iltihabıdır (iltihablı reaksiya). Burunda qaşınma, asqırma, sulu axıntı və burun tıkanıklığı ilə xarakterizə olunur.Əlavə simptomlar olaraq baş ağrısı, iybilmə pozğunluğu və konjonktivit də ola bilər.
Allergik rinit həyatı təhlükəyə atan bir xəstəlik deyil lakin həyat şəraitinə əhəmiyyətli dərəcədə təsir edən bir xəstəlikdir.Allergik rinit yetkinlərdə iş gününün və uşaqlarda məktəb günlərinin itirilməsinə səbəb olduğu qədər müalicəsinə çox pul xərcləndiyinə görə iqtisadi cəhətdən də zərər verir. Buna görə allergik rinitin diaqnozu və müalicəsi çox vacibdir.
Nələr allergiya yaradır?
Allergiyaya səbəb ola biləcək bir çox bilinən və ya bilinməyən faktor var. Ən çox yayılanlar toz, polen, küf göbələyi, bəzi qidalar (süd, yumurta, çiyələk və s.), kimyəvi maddələr, ev heyvanlarıdır.
Əlamətləri nələrdir?
QBB ilə əlaqəli allergiyanın ən çox müşahidə edilən simptomları burun axması, asqırma, burun tıkanıklığı, qaşınma, burun damlası, boğaz ağrısı, xroniki öskürək, orta qulaqdakı təzyiq problemləri ola bilər. Allergik insanlar haymorit, burun əti böyüməsi (konka hipertrofiyası və ya polip), astma və dəri reaksiyalarını allergik olmayan insanlara nisbətən daha çox hiss edirlər.
Müyinədə nə müşahidə olunur?
Burun axması birbaşa allergik rinit xəstələrinin müayinəsində müşahidə oluna bilər. Bundan əlavə burun daxilində solğun rəng, şəffaf ifrazatın artması, ödem (şişkinlik), əgər varsa ət böyüməsi burunda görünür. Burun içindəki görüntü bəzən xəstənin şikayətlərini dinləmədən belə diaqnostik olur. Ağızdan baxıldığında burun axıntısı və faringit görülə bilər.
Hansı analizlər lazımdır?
Müayinədən sonra allergiyadan şübhələnildikdə ən çox istifadə olunan müayinə dəri testləridir.Lakin bu testlər mənfi olarsa xəstədə allergiya olmadığını göstərmir. Dəri testlərində tanınmayan bir alergene reaksiya olması və ya bir alergenin dəriyə girəndə allergiyaya səbəb olmaması, amma tənəffüs yolu ilə daxil olduğu zaman allergik olma ehtimalı var. Dəri testləri ilə hansı maddəyə qarşı allergiya olduğunu öyrənmək olar. Bu testlər xaricində qanda IgE adlı bir maddənin miqdarı ölçülə bilər. Dəri testlərindən daha etibarlı, lakin yerinə yetirilməsi çətin və bahalı olan bəzi qan testləri də var.
Diaqnoz necə qoyulur?
Allergik rinitin diaqnozunda ən vacib məsələ xəstənin söylədikləri (anamnez) və müayinə nəticələridir. Bu əlamətlərə görə allergiya diaqnozu qoyulursa, həmin xəstə allergik sayılır. Dəri testləri və digər qan testləri, alergenin nə olduğunu bilmək məqsədilə edilir. Bu testlər mənfi olarsa xəstəyə allergiya müalicəsinə başlanılır.