Uşaqlarda Tortikollis (Əyri Boyun)

Uşaqlarda Tortikollis

Tortikollis sözün əsl mənasında əyri boyun deməkdir və bir çox səbəbə görə inkişaf edə bilər. Ən çox görülən boyun əyriliyi “doğuşdan əzələ mənşəli boyun əyriliyi” dir (Congenital Muscular Torticollis).

Tortikollis boynun yana və önə doğru hərəkətlərini icra edən Sternocleidomastoid əzələsinin gərgin olma səbəbindən ortaya çıxmış duruş deformasiyasıdır.

Yaranma səbəbləri

  • 30-60 % doğuş zamanı travma
  • Uşağın ana bətnində anormal duruşda qalması
  • Boyun fəqərəsinin bir qisminin olmaması
  • Boyun bölgəsində yaranmış və böyüyən limfa düyünləri
  • Grisel sindromu: Burada zədə və yaxud iltihab nəticəsində birinci və ikinci boyun fəqərələri arası oynaq sabitliyi pozulması
  • Sandifer sindromu: Burada uşaqlarda qastroezofagial reflüks müşahidə olunur və baş sola tərəf əyilir.

 

  Muscular Tortikollis 3 qrupa bölünür

  • Fibromatosis Colli– ən çox rastlanan tortikollis tipidir. Əzələdə şişkinlik mövcuddur. Bu şişkinlik əsasən 2-3 həftədə bilinir,daha sonra şişkinlik genişlənir və 4-6 aylarda kiçilərək yoxa çıxır. Bu tip ən çox oğlanlarda görünür və əyrilik sağa tərəf olur.
  • İkinci tipdə SCM əzələsi sərt və gərginləşərək zamanla qısalır və kontraktura yaranır. Boyunun tutulan tərəfə rotasiyası, önə flekiyası və qarşı çiyinə tərəf yan dönməsi məhdudlaşır. Lokal şişkinlik görülmür.
  • Müalicə gecikdikdə iki il içərisində üz və başda ikincili dəyişikliklər yaranır. Rahat olduğu üçün üz üstünə uzadılan uşaqlarda kontraktura olan tərəfdəki üz yarısı yatağa söykənir və zamanla düzləşir (plagiosefaliya). Uşaq böyüdükcə üzdə assimetriya inkişaf edir. İki üz yarısında göz və qulaqlar müxtəlif səviyyələrdə yerləşir və kontraktura olan tərəfdəki üz yarısı daha kiçik olur. Daha irəli yaşlarda kontraktura olan tərəfdəki çiyin digərinə görə daha yüksəkdə yerləşir. Boyundakı əyrilik davam etdiyi üçün zamanla qalıcı skolioz inkişaf edir.

Fizioterapiya və Reabilitasiya

Xəstəliyin diaqnozu qoyulduqdan qısa müddət sonra passiv gərmə hərəkətlərinə başlamaq lazımdır. Uşaq kürəyi üzərinə sərt bir yatağa uzadılır. Müalicəvi idmanın ilk mərhələsində normal tərəfin qulağı o tərəf çiyninə dəyəcək şəkildə boyun yan tərəfə əydirilir. İkinci mərhələdə çənə gərgin tərəfdəki çiyinə yaxınlaşdırılacaq şəkildə döndürülür. Üçüncü mərhələdə baş geriyə qatlanan vəziyyətdə ikən, boyuna yana bükülmə və rotasiya hərəkətləri edilir. Hər hərəkətin sonunda boyun gərilmiş vəziyyətdə 5 saniyə tutulur və bu hərəkət 15-20 dəfə təkrarlanır. Bu vaxt gövdə və xüsusilə kontraktura olan tərəf çiyin əl yardımıyla sabit tutulur. İdman hərəkətləri asta edilməlidir, yoxsa əzələdə qopma ola bilər.

Altı aylıqdan kiçik uşaqlarda  passiv gərmə hərəkətləri tətbiq edildikdə 60-90% arasında nəticə əldə etmək olar. Müalicəvi idman proqramı ən az 1 il davam etdirilməlidir.

Əzələ içində çapıq toxumasının nisbətinə görə hərəkət proqramının nəticəsi dəyişir. Əgər çapıq toxuması çoxdursa əzələnin elastikliyi azaldığı üçün gərilmə qabiliyyəti də düşür və hərəkət proqramı yetərli olmur. Digər tərəfdən 1 yaşından kiçik olmasına baxmayaraq, üz assimetriyası olan və ya boyun rotasiya hərəkətlərində ciddi məhdudiyyəti olanlarda passiv gərmə hərəkətlərindən nəticə almaq çətindir. Konservativ müalicənin 6 ay müddətindəki tətbiqinə baxmayaraq 1 yaşından böyük uşaqlarda nəticə alınmırsa, əməliyyat məsləhət görülür.

Özünüzün və yaxınlarınızın sağlamlığı üçün seçimlərinizi düzgün edin!

Sağlamlığınızı bizimlə bərpa edin!

Tortikollis
Kifoz

Kifoz

Kifoz onurğanızın həddindən artıq irəli əyilməsidir. Bu vəziyyət əyilmiş kimi irəli əyilməyə səbəb ola bilər. Bu, bel ağrısı və sərt əzələlərə səbəb ola bilər. Qeyri-cərrahi

Skolioz: Onurğa əyriliyi və onun müalicəsi

Skolioz: Onurğa əyriliyi və onun müalicəsi

Skolioz nədir? Skolioz onurğada yan əyriliyin yaranması ilə xarakterizə olunan ortopedik problemdir. Bu patologiya həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir və vaxtında müalicə olunmadıqda

Serebral Palsi (Spastik iflic) reabilitasiyası

Serebral Palsi (Spastik iflic) reabilitasiyası

Serebral Palsi (SP) beyin inkişafının pozulması ilə əlaqəli olan, bədənin hərəkət qabiliyyətini təsir edən xroniki nevroloji bir vəziyyətdir. Bu xəstəlik adətən doğuşdan əvvəl, doğuş zamanı

Diz əzələlərinin gücünləndirilməsi

Diz əzələlərinin gücünləndirilməsi üçün effektiv yollar

Diz əzələlərini gücündürmək, hərəkət qabiliyyətinin artırılması, diz oynaqlarında sabitliyin təmin edilməsi və günlük həyat keyfiyyətinin yüksəldilməsi baxımından olduqca vacibdir. Əzələlərin gücəndirilərək dizin yükünü azaltmaq və

Osteoxondrozun müalicəsi

Osteoxondrozun müalicəsi

Osteoxondroz müasir dövrümüzdə geniş yayılan dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Bu xəstəlik onurğanın boyun, döş və bel nahiyəsində osteoxondral toxumanın degenerativ dəyişiklikləri ilə müşayiət olunur. Əsas

Skoliozun müalicəsi Bakı Bərpa Mərkəzində

Skoliozun müalicəsi Bakı Bərpa Mərkəzində

Skolioz, onurğa əyriliyi ilə bağlı bir problemdir və bu vəziyyət uşaqlar, yeniyetmələr və böyüklər arasında yayılıb. Həmçinin, skoliozun müalicəsi çox vaxt valideynlər və xəstələr üçün

Fizikoterapiyada ultrasəs

Fizioterapiyada ultrasəsdən istifadə

Ultrasəs yalnız hamiləlik zamanı deyil, həm də bir çox tibbi prosedurlar üçün istifadə edilən görüntüləmə üsuludur. Diaqnostik ultrasəs və hamiləlik görüntüləməsindən başqa, ultrasəs fiziki terapiyası

Limfa drenajı nədir? Faydaları

Limfa drenajı nədir? Faydaları

Limfa Drenajı qan dövranı sistemi kimi mayenin hərəkətliliyini təmin edən, lakin ürək kimi mərkəzi nasosu olmayan limfa drenaj sistemidir. Limfatik Drenaj sisteminin sağlam işləməsi sayəsində insan

Miostimulyasiya

Miostimulyasiya ilə əzələ gücünüzü artırın

EMS (Elektro- Miostimulyasiya) məşqi, elektrik stimullaşdırılması vasitəsilə əzələləri işləyən bir məşq formasıdır. Bu məşq texnikası əzələlərin daha effektiv işləməsinə imkan verir və əzələ gücünü artırmağa

Zərbə-dalğa terapiyası

Zərbə-dalğa terapiyası

Zərbə-Dalğa Terapiyası müvafiq nahiyədə qan axını gücləndirir və bu nahiyənin aktivliyini artıraraq sağalma prosesinin sürətlənməsinə töhfə verir. Ümumiyyətlə ortopedik pozğunluqlar üçün istifadə edilən Zərbə Dalğası

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.