Müalicəvi idman terapiyası
Müalicəvi idman terapiyası – Xəstə insana müalicə və ya profilaktik məqsədlə təbiət faktorlarının və fiziki hərəkətlərin tətbiq olunma metodudur. Bu metodun əsasında oqranizmin əsas bioloji funksiyasi sayılan – hərəkət durur. Düzgün tənəffüs fonunda hərəkətlərin ciddi dozalaşmasından ibarət olan bu metod ağır əməliyyatlardan sonrakı bərpa dövründə, hər hansı zədələnmələrdən sonrakı dövrdə, gips sarğılarının çıxarılmasından sonrakı dövrdə, skoliozda, kifozda, lordozda, uşaq serebral iflici diaqnozunda və s. Kimi hallarda müalicənin aparıcı qolu sayılır. MİT adətən fizioterapevtik prosedurlarla və masajla yanaşı təyin olunur. Müalicəvi idman terapiyası
Fizioterapiyanın əsas üsullarından olan Müalicəvi İdman Terapiyasının tarixi Hippokratdan daha qədimdir. Bu terapiya, insan orqanizmində həm sağlam halda həm də xəstəlik dövründə fizioloji və patofizioloji proseslərin axınına təsir edən güclü vasitədir.
Müalicəvi idmanın məqsədi xəstəliklərin və travmaların müalicəsi, eləcə də onların kəskinləşməsi və fəsadlaşmasının profilaktikasını təmin etməkdir. Bununla yanaşı, Uşaq Serebral İflici, Autizmin spektr pozuntuları olan uşaqlarda psixoloji təlimin sürətlənməsində böyük rol oynayır. Fiziki idman
Səhər gigiyenik gimnastikası, müalicəvi gimnastika proseduru, fərqli sistematik idman hərəkətləri toplusu və idman oyunları Müalicəvi İdman Tearapiyasının əsasını təşkil edir. Uşaqlar və körpələr üçün müalicəvi idman terapiyası oyun şəklində aparırlır ki müalicə üçün lazım olan hərəkətləri uşaqlar etiraz etmədən yerinə yetirsinlər. Buna, yastıayaqlılıq və pəncənin digər xəstəliklərinin müalicəsində kələkötür yerdə uşağa intensiv yerimə və qaçma hərəkətlərini etdirmək üçün onunla dənizkənarı qum üzərində oyun oynamağı nümunə göstərmək olar. Müalicəvi İdman Terapiyasını mütləq mütəxəssis iştirakı ilə yerinə yetirmək lazımdır. Əks təqdirdə yersiz istifadə edilmiş hərəkət və ya hərəkətlər toplusu saglamlığa ciddi zərər verə bilər. İdman hərəkətləri
P. S: Eramızdan əvvəl Çində işgəncə etmək üçün insanları çox dar bir otağa qoyaraq onların fiziki aktivliyini əlindən alırdılar. Müasir dünyada isə bu işi komputerlər öz öhdəsinə götürüb
Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.
Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |
Sağlamlığınızı bizimlə bərpa edin!