Kubital tunel sindromu nədir?
Kubital tunel sindromu, ulnar sinirin dirsəyi keçdiyi yerdə sıxılması nəticəsində yaranan narahatlıqdır.
Ulnar sinir onurğamızdan çıxır, əllərimizdəki bəzi əzələləri aktivləşdirir ,çeçələ və adsız barmağımızda hissiyatı təmin edir. Sinir qol boyu aşağı düşdükdən sonra dirsəkdə medial epikondil adlanan çıxıntılı bir bölgədə ön tərəfə keçir. Bu nöqtə səthə çox yaxındır. Bu bölgəyə ani bir toxunuşla, tez-tez ulnar sinirin müvəqqəti qıcıqlanmasına rast gələ bilərsiniz. Ağrıya səbəb ola bilər və ya əlinizdə iynələnmə hissinə səbəb ola bilər.
Kubital tunel sindromu simptomları nələrdir?
- Dirsək və əl ətrafında ağrı.
- Çeçələ barmaq və adsız barmağında qarışqalanma,iynələnmə və ya həssaslığın itməsi.
- Əlindəki bəzi əzələlərin zəifləməsi.
- Daha az tutma gücü.
- Koordinasiya çətinliyi.
Səbəblər nələrdir?
Kubital tunel sindromunun səbəbləri çoxdur, lakin həmişə ulnar sinirin sıxışması və ya qıcıqlanması səbəb olur. Yaşlandıqca sinirlərimiz daha həssas olur. Araşdırmalara əsasən tez-tez görülən qıcıqlanmanın səbəbi müəyyən bir fəaliyyətdən asılıdır. Bunlara nümunələr:
- Uzun müddət dirsəyinizi bükmək
- Boyamaq, gitara çalmaq kimi dirsəklərinizi dəfələrlə büküb-açmaq.
- Dirsək ətrafında yumşaq toxuma qalınlaşması.
- Dirsək ətrafı sümüklərində böyümə.
- Şəkərli diabet.
- Siniri sıxışdıran bir zərbə.
- Oynaq deformasiyası (artritik dəyişikliklər və ya qırıqlar da daxil olmaqla)
Kubital Tunel Sindromu və Fizioterapiya və Reabilitasiya
Kubital tunel sindromunun müalicəsində fizioterapiya və reabilitasiya önəmli yer tutur. Müalicəvi idmanda olunan gərmə və gücləndirmə hərəkətləri ilə birlikdə tətbiq olunan fizioteapiya müalicə üsulları simptomatik ağrıları azaltmağa və günlük yaşam aktivliyinizə davam etməyə köməkçi olacaqdır.
Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.
Sağlamlığınızı bizimlə bərpa edin !