De Quervain Tendiniti – İlk dorsal bölmə tendiniti olaraq bilinən bu xəstəlik, baş barmağa aid olan əl biləyi tendonlarının gərginliyi və iltihabı səbəbiylə inkişaf edən bir vəziyyətdir. Bu xəstəlik İsveçrəli cərrah Fritz De Quervaindən sonra “De Quervain tendinitis” kimi tanınır. İltihab tendon ətrafındakı şişməyə, genişlənməyə və baş barmağının hərəkətlərində ağrıya səbəb ola bilər. Ağrılar yumruq, əşyaları tutmaq və adi hərəkətlər zamanı baş verə bilər.
De Quervain xəstəliyinin səbəbləri
Bu xəstəliyin ortaya çıxmasının bir çox səbəbi var. Ən əsas səbəb, baş barmağının təkrarlanan hərəkətləridir. Bundan başqa, Quervain tendinitinin səbəbləri aşağıdakılardır:
- Tendon qabığında struktur anomaliyaları
- Körpə baxımı
- Təkrarlanan əl və bilək hərəkətləri ilə əlaqəli peşələr və ya hobbi
- Ağır çanta tutma
- Biləyə və ya tendona yönəlik travmalar
- Revmatoid artrit xəstəliyi
De Quervain tendinitin risk faktorları aşağıdakılardır:
- Yaş: Quervain sindromu tez-tez 30-50 yaş arasındakı insanlarda görülür.
- Cins: Qadınlarda kişilərə nisbətən 8-10 dəfə çox Quervain sindromu var.
- Hamiləlik
De Quervain Tendiniti simptomları
- Baş barmağın altındakı ağrı hissləri. Ağrı baş barmağınızın içinə, qolunuza yayıla bilər.
- Baş barmağın altındakı şişkinlik və ya qızartı.
- Tutma və ya sıxma kimi hərəkətlər edərkən çətinlik çəkir, baş barmaq və biləkdə ağrı olur. Baş barmağınızı və ya biləyinizi sıxmaq ağrını daha da artıra bilər.
De Quervain Tendiniti və Fizioterapiya və Reabilitasiya
Fizioterapiya, bütün əzələ-sümük xəstəliklərində olduğu kimi, Quervain tendinitinə də çox təsirlidir.
Fizioterapiyada tətbiq olunan prosedurlar nəticəsində xəstələrdə əl biləyində:
- İltihab azaldılır
- Funksiyası yaxşılaşdırılır
Xəstəliyin yenidən qarşısını almağa çalışılır.
Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.
Bakı Bərpa Mərkəzi| Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |
Sağlamlığınızı bizimlə bərpa edin!