Uşaqlarda Tortikollis (Əyri Boyun)

Uşaqlarda Tortikollis

Tortikollis sözün əsl mənasında əyri boyun deməkdir və bir çox səbəbə görə inkişaf edə bilər. Ən çox görülən boyun əyriliyi “doğuşdan əzələ mənşəli boyun əyriliyi” dir (Congenital Muscular Torticollis).

Tortikollis boynun yana və önə doğru hərəkətlərini icra edən Sternocleidomastoid əzələsinin gərgin olma səbəbindən ortaya çıxmış duruş deformasiyasıdır.

Yaranma səbəbləri

  • 30-60 % doğuş zamanı travma
  • Uşağın ana bətnində anormal duruşda qalması
  • Boyun fəqərəsinin bir qisminin olmaması
  • Boyun bölgəsində yaranmış və böyüyən limfa düyünləri
  • Grisel sindromu: Burada zədə və yaxud iltihab nəticəsində birinci və ikinci boyun fəqərələri arası oynaq sabitliyi pozulması
  • Sandifer sindromu: Burada uşaqlarda qastroezofagial reflüks müşahidə olunur və baş sola tərəf əyilir.

 

  Muscular Tortikollis 3 qrupa bölünür

  • Fibromatosis Colli– ən çox rastlanan tortikollis tipidir. Əzələdə şişkinlik mövcuddur. Bu şişkinlik əsasən 2-3 həftədə bilinir,daha sonra şişkinlik genişlənir və 4-6 aylarda kiçilərək yoxa çıxır. Bu tip ən çox oğlanlarda görünür və əyrilik sağa tərəf olur.
  • İkinci tipdə SCM əzələsi sərt və gərginləşərək zamanla qısalır və kontraktura yaranır. Boyunun tutulan tərəfə rotasiyası, önə flekiyası və qarşı çiyinə tərəf yan dönməsi məhdudlaşır. Lokal şişkinlik görülmür.
  • Müalicə gecikdikdə iki il içərisində üz və başda ikincili dəyişikliklər yaranır. Rahat olduğu üçün üz üstünə uzadılan uşaqlarda kontraktura olan tərəfdəki üz yarısı yatağa söykənir və zamanla düzləşir (plagiosefaliya). Uşaq böyüdükcə üzdə assimetriya inkişaf edir. İki üz yarısında göz və qulaqlar müxtəlif səviyyələrdə yerləşir və kontraktura olan tərəfdəki üz yarısı daha kiçik olur. Daha irəli yaşlarda kontraktura olan tərəfdəki çiyin digərinə görə daha yüksəkdə yerləşir. Boyundakı əyrilik davam etdiyi üçün zamanla qalıcı skolioz inkişaf edir.

Fizioterapiya və Reabilitasiya

Xəstəliyin diaqnozu qoyulduqdan qısa müddət sonra passiv gərmə hərəkətlərinə başlamaq lazımdır. Uşaq kürəyi üzərinə sərt bir yatağa uzadılır. Müalicəvi idmanın ilk mərhələsində normal tərəfin qulağı o tərəf çiyninə dəyəcək şəkildə boyun yan tərəfə əydirilir. İkinci mərhələdə çənə gərgin tərəfdəki çiyinə yaxınlaşdırılacaq şəkildə döndürülür. Üçüncü mərhələdə baş geriyə qatlanan vəziyyətdə ikən, boyuna yana bükülmə və rotasiya hərəkətləri edilir. Hər hərəkətin sonunda boyun gərilmiş vəziyyətdə 5 saniyə tutulur və bu hərəkət 15-20 dəfə təkrarlanır. Bu vaxt gövdə və xüsusilə kontraktura olan tərəf çiyin əl yardımıyla sabit tutulur. İdman hərəkətləri asta edilməlidir, yoxsa əzələdə qopma ola bilər.

Altı aylıqdan kiçik uşaqlarda  passiv gərmə hərəkətləri tətbiq edildikdə 60-90% arasında nəticə əldə etmək olar. Müalicəvi idman proqramı ən az 1 il davam etdirilməlidir.

Əzələ içində çapıq toxumasının nisbətinə görə hərəkət proqramının nəticəsi dəyişir. Əgər çapıq toxuması çoxdursa əzələnin elastikliyi azaldığı üçün gərilmə qabiliyyəti də düşür və hərəkət proqramı yetərli olmur. Digər tərəfdən 1 yaşından kiçik olmasına baxmayaraq, üz assimetriyası olan və ya boyun rotasiya hərəkətlərində ciddi məhdudiyyəti olanlarda passiv gərmə hərəkətlərindən nəticə almaq çətindir. Konservativ müalicənin 6 ay müddətindəki tətbiqinə baxmayaraq 1 yaşından böyük uşaqlarda nəticə alınmırsa, əməliyyat məsləhət görülür.

Özünüzün və yaxınlarınızın sağlamlığı üçün seçimlərinizi düzgün edin!

Sağlamlığınızı bizimlə bərpa edin!

Tortikollis
Serebral iflic (CP) nədir

Serebral iflic (CP) nədir?

Serebral iflic (CP) nədir? Uşaqlarda müxtəlif səbəblərdən beynin zədələnməsi və ya inkişaf pozğunluğu səbəbiylə ortaya çıxan bir hərəkət sistemi xəstəliyidir. Əzələlərdə qeyri-iradi bükülmə, zəiflik, koordinasiya

Çiyin oynağının sıxışması sindromu

Impingement syndrome

Çiyin sıxışma sindromu (Impingement sindromu) nədir? Əsasən yetişkinlərdə meydana gələn, qolu müxtəlif istiqamətlərdə hərəkət etdirərkən ağrı və narahatlığa səbəb olan, həyat fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir

ALLERGİK RİNİT

ALLERGİK RİNİT

ALLERGİK RİNİT Allergiya – hər hansı bir maddə ilə qarşılaşıb ona qarşı həssas olan bir şəxsin  daha sonra eyni maddə ilə yenidən qarşılaşdıqda orqanizminin bu

Skolioz

Skoliozun Müalicəsi

Skoliozun Müalicəsi Skolioz – onurğa əyriliyi günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda, gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya

Ortopedik Reabilitasiya

Ortopedik Reabilitasiya

Ortopedik Reabilitasiya Xəstəlik, qəza, duruş korlanmaları və s. ağrı və ya müxtəlif məhdudiyyətlər səbəbindən normal hərəkət fəaliyyətimiz pozulduqda həkimə müraciət edirik. Düzgün diaqnoz və müalicə

Onurğa Cərrahiyyəsi

Onurğa Cərrahiyyəsi

Onurğa hansı hissələrdən və strukturlardan ibarətdir? Onurğa Cərrahiyyəsi | Onurğa; Boyundan (servikal), kürəkdən (trokal) beldən (lomber),omadan (sakrum) və büzdümün (koksiks) yuxarıdan aşağı hissələrə doğru ayrılan

Vitaminlər

Vitaminlər

Vitaminlər. Vitamin nədir ? Bədənimizə  lazım olan vitaminlər , dəri xəstəliklərinin aradan qaldırılmasından tutmuş maddələr mübadiləsinin tənzimlənməsinə, qan hüceyrələrinin istehsalından sümük inkişafına qədər bədənin fəaliyyətinin

Duruş Korlanmaları

Duruş Korlanmaları

Duruş Korlanmaları Duruş bədənimizin ayaq üstə durarkən, oturarkən və yatarkən aldığı pozisiyadır. Duruşumuzu onurğa, çanaq , qol və ayaq sümüklərimizin sıralanması və duruş əzələlərimizin  (xüsusilə

“Akuşer” iflici

Travmatik pleksit (“Akuşer” iflici)

“Akuşer” iflici öz adını etioloji amildən – doğuş zamanı mamanın (akuşerin) səhv müdaxiləsindən götürmüşdür.                                                                          “Akuşer” iflici – səbəbləri Bu problem yuşaq doğuş yollarından keçən zaman

Üz siniri iflici

Üz siniri iflici

Üz siniri iflici Üz siniri iflici – Üz sinirinin anatomiyası və funksiyası ilk dəfə olaraq 1800-cü illərdə Ser Çarlz Bell tərəfindən tanımlanıb. Bell iflici üz

Osteoporoz nədir? Necə Təşhis olunur?

Osteoporoz nədir? Necə diaqnoz qoyulur?

Osteoporoz nədir? Necə diaqnoz qoyulur? Osteoporoz nədir? Sümük əriməsi olaraq da bilinən Osteoporozun digər bir mənası da süngərimsi (gözənəkli) sümük deməkdir. Sümüklərin içərisində boşluqlar yaranaraq

Bell iflici

Bell iflici

Bell iflici – Üz sinirinin anatomiyası və funksiyası ilk dəfə olaraq 1800-cü illərdə Ser Çarlz Bell tərəfindən tanımlanıb. Bell iflici – Üz sinirinin (nervus cranialis

Menisk Yaralanması

Menisk Yaralanması

İdmançıların tez-tez qarşılaşdıqları problemlərdən biri olan Menisk yırtığı (Menisk Yaralanması) gündəlik həyatda bir çox insanın başına da gələ bilər. Ağır yük daşıyanlar, daim ayaq üstdə

Limfa ödəmi

Limfa Ödəmi

Limfa ödəmi nədir? Limfa ödəmi bədəndəki limfa dövranının pozulması səbəbindən qol və ya ayaqda proteinlə zəngin limfa mayesinin yığılmasına verilən addır. Nə edir? Bu dövran

Lateral Epikondilit

Lateral Epikondilit

Lateral Epikondilit “Tennisçi dirsəyi” kimi də tanınır. Dirsəyin arxa tərəfində əzələ-vətərin sümüyə yapışdığı yerdə ağrılı bir vəziyyətdir. Vətərlər əzələni sümüyə bağlayır. Lateral epikondilit xəstəliyində vətər

Kubital Tunel Sindromu

Kubital Tunel Sindromu

Kubital tunel sindromu nədir? Kubital tunel sindromu, ulnar sinirin dirsəyi keçdiyi yerdə sıxılması nəticəsində yaranan narahatlıqdır. Ulnar sinir onurğamızdan çıxır, əllərimizdəki bəzi əzələləri aktivləşdirir ,çeçələ

De Quervain Tendiniti

De Quervain Tendiniti

De Quervain Tendiniti – İlk dorsal bölmə tendiniti olaraq bilinən bu xəstəlik, baş barmağa aid olan əl biləyi tendonlarının gərginliyi və iltihabı səbəbiylə inkişaf edən

Bel ağrıları

Bel Ağrıları

Bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Dünya əhalisinin 80%-i həyatlarında bir dəfə də olsun bel…

Boyun ağrıları

Boyun ağrıları

Boyun ağrıları son illərdə müasir cəmiyyətin əsas problemlərindən biri olmuşdur.

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.