Onurğa Cərrahiyyəsi

Onurğa hansı hissələrdən və strukturlardan ibarətdir?

Onurğa Cərrahiyyəsi | Onurğa; Boyundan (servikal), kürəkdən (trokal) beldən (lomber),omadan (sakrum) və büzdümün (koksiks) yuxarıdan aşağı hissələrə doğru ayrılan və insan bədəninin ayaqda durmasına kömək edən bədənimizin əsas oxu olan hissəsidir. Fəqərə sümüklərinin ortasında onurğa kanalı yerləşir. Bu kanal onurğa beyni sistemimizin xarici təsirlərdən qorunmasını təmin edir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma (sakrum) və 4 büzdüm (koksiks) fəqərəsi təşkil edir. Sümüklər, sinirlər, birləşdirici toxuma, disklər və oynaqlardan ibarət olan onurğa sistemimiz bədənimizin müəyyən bucaqlarda hərəkət etməsini təmin edir. Onurğa Cərrahiyyəsi

Onurğa Xəstəliklərinin Əlamətləri Nələrdir ? Nə Zaman Həkimə Müraciət Etməliyik ?

  • Boyun, kürək, bel, büzdüm ağrısı
  • Xüsusilə gecə başlayan və fiziki fəaliyyətlərlə birliktə artan ağrılar
  • Ağrı qola və ya ayağa qızdırma ilə müşayiət olunan onurğa sütunu üzərində həssaslıq, uyuşma, qıcıqlanma, qolda və ya ayaqda yanma hissi, hissiyatın zəifləməsi kimi problemlərlə davam edə bilər
  • Yeriyərkən tez yorulma halları
  • Ağrıya, istiyə və soyuğa daha az həssaslıq
  • Duruş korlanmaları , çiyində tarazlığın korlanması
  • Qollarda və ayaqlarda güc itkisi
  • Bağırsaq və ya sidik kisəsi funksiyasının itirilməsi (sidik ifrazı və ya defekasiya pozulması)

Onurğa Xəstəlikləri nələrdir ?

  • Bel yırtığı (qrija)
  • Boyun yırtığı
  • Onurğa kanalının darlığı
  • Sürüşmə (Spondilolistez)
  • Boyun kanalının darlığı (Servikal spondilotik miyelopatiya)
  • Facet sindromu
  • Şişlər :

         1. xoşxassəli şişlər

         2. bədxassəli şişlər

  • Onurğa sütunu şişləri (ilkin onurğa şişləri)
  • Onurğaya yayılan şişlər (metastatik şişlər)
  • Onurğa beyni şişləri
  • İnfeksiyalar
  • Pott absesi
  • Spondilodisit
  • Epidural abses
  • Onurğa arası abses (İntramedullariya absesi)
  • Travmalar (hündürlükdən yıxılma, iş qəzası, avtomobil qəzası və s.)
  • Onurğa sınıqları
  • Sümük rezorbsiyası (Osteoporoz)
  • Birləşdirici toxuma zədələnmələri (Bağlı zədələr)
  • Travmatik disk yırtıqları
  • Onurğa əyrilikləri
  • Skolyoz (idiopatik, şeuermann kifozu)
  • Kifoz
  • Anadangəlmə deformasiyalar

Bu xəstəliklər nəticəsində ayaq üstə durmağımız və hərəkət etməyimiz üçün əvəzolunmaz rol oynayan onurğamız gündəlik həyat fəaliyyətlərimizi məhdudlaşdıra bilər.

Onurğa xəstəliklərini müəyyənləşdirməyimizə kömək edən vasitə və metodlar hansılardır?

İlk növbədə, xəstələrin şikayətləri, təfərrüatlı xəstəlik tarixi, fiziki və nevroloji müayinə diaqnoz qoymaq üçün çox vacibdir. Rentgen şüaları ilə onurğa xəstəliklərində sümük quruluşuna diaqnoz qoyula bilər, lakin bu metodun günümüzdə istifadəsi azalır. Kompüter tomoqrafiyası (BT) onurğa sümüyü anatomiyası haqqında 3 ölçülü və ətraflı məlumat verir. BT xüsusilə travma alan xəstələr üçün uyğun metoddur. Maqnetik rezonans görüntüləmə (MRG) metodu, disk quruluşu, faset oynaqları və sinir quruluşları kimi yumşaq toxumalar haqqında inkişaf etmiş ətraflı məlumat əldə etməyimizə kömək edir. Elektromiyografi (EMG), əzələlərin hərəkətini və hissiyatımızı ölçən bir test metodudur. Bir çox onurğa xəstəliklərində köməkçi test kimi istifadə olunur.

Onurğa Cərrahiyyəsində Yeniliklər Nələrdən İbarətdir ?

Sürətlə inkişaf edən texnologiya və tibbi-elmi sahədə son illərdə onurğa cərrahiyəsində böyük inkişaflar qeydə alınıb. Onurğa cərrahiyyəsinin həyata keçirildiyi əməliyyat otaqları yüksək texnologiyaların sürətlə tətbiqi ilə daha kiçik kəsikli əməliyyatları (minimal invaziv) mümkün hala gətirib. Əməliyyat otaqlarında  O-qol və fluoroskopiya kimi cihazlardan istifadə edərək əməliyyat masasında onurğanın istənilən nahiyəsində hər hansı bir xəstəliyin aşkarlanması çox rahatlıqla təmin edilə bilir. Onurğa beyni şişləri və ya xəstəliklərində onurğa beyni açmazdan əvvəl ultrasəs istifadə edərək şiş və ya xəstəliyi tapmaq, onurğa cərrahları üçün əvəzolunmaz bir metod halına gəlmişdir. Angio (selektiv DSA) metodu ilə onurğa beyni damar xəstəlikləri asanlıqla diaqnoz edilə və cərrahi və ya müdaxilə adiologiyası üsulları ilə müalicə edilə bilər.

Onurğa Cərrahiyəsində biyopsiya

Onurğa infeksiyalarının dəqiq diaqnozunu qoymaq və səbəb olan mikroorqanizmi yaratmaq üçün biopsiyaya ehtiyac tez-tez gündəmə gəlir.

Onurğa şişlərinin dəqiq müayinəsi üçün diaqnostik biopsiya tətbiqləri ön plana çıxa bilər.

Onurğa cərrahiyyəsində təcili əməliyyatlar nə vaxt aparılmalıdır?

 Aşağıdakı klinik vəziyyətlərdə dərhal onurğa xəstələrinə müdaxilə etmək mütləqdir:

  • Ayaq biləyindən ayağın dartına bilməməsi halı ( Düşük Ayaq Sindromu )
  • Ayaq ağrısı varsa, əzələ gücünün kəskin itkisi, hissiyyat və uyuşma itkisi, anus ətrafında ani uyuşma, sidik ifrazının çətinləşməsi (sfinkter qüsurları), cinsi korlanmalar (Cauda Equina sindromu).
  • Qollarda və ya ayaqlarda ani, pisləşən və ya artan güc itkisi (nevroloji çatışmazlıq)

Minimal İnvaziv Onurğa Cərrahiyyəsinin üstünlükləri nələrdir?

Hal-hazırda onurğa üçün minimal invaziv üsullar inkişaf edir və geniş yayılmışdır. Minimal invaziv metodlarla qan itkisini, əməliyyat müddətini və əməliyyatdan sonrakı ağrıları azaldaraq cərrahi nəticələrin yaxşılaşdırılması mümkün olmuşdur. Lomber yırtığı, onurğa kanalının darlığı, onurğa beyni şişləri, onurğa qeyri-sabitliyi və digər bəzi onurğa xəstəlikləri minimal invaziv onurğa əməliyyatı ilə uğurla müalicə edilə bilər.

Bakı Bərpa Fizioterapiya və Reabilitasiya, Onurğa və Oynaq Mərkəzinin Rəhbəri Tibb üzrə Fəlsəfə Elmləri Doktoru , Travmatoloq-Ortoped Onurğa Cərrahı Doktor Kamil Eyvazov 12 illik təcrübəyə əsaslanaraq qeyd edir ki, onurğa problemlərinə vaxtında müdaxilə edilmədikdə qalıcı fəsadlar yaradaraq, daxili orqanların sıradan çıxmasına, ağciyərlərdə oksigen çatışmazlığı, kardioloji problemlər, hemoparez, skolyoz, fəqərə hemangoeması, iflic, listezis və.s kimi xəstəliklərə səbəb ola bilər. Bunun üçün vaxtında müayinə, düzgün diaqnoz və müalicə xəstəliyin ciddi problemlərə yol açmasının qarşısını ala bilər. Onurğa Cərrahiyyəsi

Özünüzdə və yaxınlarınızda  bu kimi problemlər müşahidə etdiyiniz zaman dərhal vaxt itirmədən həkimə müraciət etməyiniz məsləhət olunur.

Ortopedi və Onurğa Mərkəzinin Rəhbəri T.Ü.F Uzman Dr. Kamil E. Eyvazov

Onurğa Cərrahiyyəsi

Boyun yırtığının diaqnozu və müalicəsi

Boyun yırtığı ilk növbədə ağrı ilə özünü göstərir. Boyun ağrısı, bel ağrısı, bəzən də bel ağrısının vaxtaşırı başa doğru yayılan ağrıları. Disk herniyası (yırtıq) boyun

Boyun düzləşməsi və müalicəsi

Boyun düzləşməsi, boyun bölgəsindəki fəqərələrin sıralanmasında normalda açıqlığı arxaya baxan aypara kimi yox, düz olmasına deyilir. Boyun düzləşməsinin diaqnozunu üçün fizik müayinə etdikdən sonra rentgen

Çiyin sıxışma sindromu nədir?

Bu xəstəliyi təyin etmək üçün əvvəlcə çiyin anatomiyasını bilmək lazımdır. Çiyin qurşağı yuxarı qol sümüyü, yaxa sümüyü və çiyin bıçaqlarının artikulyasiyasından ibarətdir. Bu artikulyasiya sahəsində,

Çiyin sıxışma sindromu

Çiyin başının yuxarı hissəsində korokoid və akrominon adlanan iki sümük çıxıntı var və aralarında möhkəm bir körpü şəklində bir əlaqə var. Çiynin başını yan tərəfə

ALLERGİK RİNİT

ALLERGİK RİNİT

ALLERGİK RİNİT Allergiya – hər hansı bir maddə ilə qarşılaşıb ona qarşı həssas olan bir şəxsin  daha sonra eyni maddə ilə yenidən qarşılaşdıqda orqanizminin bu

Civə

Ağır metallar

CİVƏ-QURĞUŞUN-ALİMİNİUM Ağır metallar ın həddindən artıq konsentrasiyası xüsusilə ürək -damar sisteminə, immun sisteminə və sinir sisteminə zərər verir. Ağır metallar ferment funksiyalarına mənfi təsir göstərir

Evdə Tibbi xidmət

Evdə Tibbi Xidmət

Evdə Tibbi Xidmət Nədir? Evdə tibbi xidmət – müayinə, tibbi baxım, müalicə, müşahidə və analiz kimi tibbi xidmətlərin ev şəraitində təşkil və təmin olunmasıdır. İnsanlar

Skolioz

Skoliozun Müalicəsi

Skoliozun Müalicəsi Skolioz – onurğa əyriliyi günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda, gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya

reabilitasiya necə aparılır?

İflicdən sonra reabilitasiya necə aparılır?

İflicdən sonra reabilitasiya necə aparılır? iflicdən sonra reabilitasiya İnsult – ocaqlı və ya ümumi baş beyin nevroloji simptomlarının qəfil yaranması ilə xarakterizə olunan baş beyin

Neyroreabilitasiya nedir?

Neyroreabilitasiya nədir?

Neyroreabilitasiya nədir? Neyroreabilitasiya – pasiyentlərin keçirilmiş insult, baş beyin və onurğa beyinin travmatik zədələnməsi, periferik sinir sisteminin zədələnmələrindən sonra. Periferik neyropatiyaları, vertebrogen nevroloji sindromları, uşaq

Tortikollis

Uşaqlarda Tortikollis (Əyri Boyun)

Uşaqlarda Tortikollis Tortikollis sözün əsl mənasında əyri boyun deməkdir və bir çox səbəbə görə inkişaf edə bilər. Ən çox görülən boyun əyriliyi “doğuşdan əzələ mənşəli

Ortopedik Reabilitasiya

Ortopedik Reabilitasiya

Ortopedik Reabilitasiya Xəstəlik, qəza, duruş korlanmaları və s. ağrı və ya müxtəlif məhdudiyyətlər səbəbindən normal hərəkət fəaliyyətimiz pozulduqda həkimə müraciət edirik. Düzgün diaqnoz və müalicə

Vitaminlər

Vitaminlər

Vitaminlər. Vitamin nədir ? Bədənimizə  lazım olan vitaminlər , dəri xəstəliklərinin aradan qaldırılmasından tutmuş maddələr mübadiləsinin tənzimlənməsinə, qan hüceyrələrinin istehsalından sümük inkişafına qədər bədənin fəaliyyətinin

Duruş Korlanmaları

Duruş Korlanmaları

Duruş Korlanmaları Duruş bədənimizin ayaq üstə durarkən, oturarkən və yatarkən aldığı pozisiyadır. Duruşumuzu onurğa, çanaq , qol və ayaq sümüklərimizin sıralanması və duruş əzələlərimizin  (xüsusilə

“Akuşer” iflici

Travmatik pleksit (“Akuşer” iflici)

“Akuşer” iflici öz adını etioloji amildən – doğuş zamanı mamanın (akuşerin) səhv müdaxiləsindən götürmüşdür.                                                                          “Akuşer” iflici – səbəbləri “Akuşer” iflicləri uşaq doğuş yollarından keçən zaman

Üz siniri iflici

Üz siniri iflici

Üz siniri iflici Üz siniri iflici – Üz sinirinin anatomiyası və funksiyası ilk dəfə olaraq 1800-cü illərdə Ser Çarlz Bell tərəfindən tanımlanıb. Bell iflici üz

Osteoporoz nədir? Necə Təşhis olunur?

Osteoporoz nədir? Necə diaqnoz qoyulur?

Osteoporoz nədir? Necə diaqnoz qoyulur? Osteoporoz nədir? Sümük əriməsi olaraq da bilinən Osteoporozun digər bir mənası da süngərimsi (gözənəkli) sümük deməkdir. Sümüklərin içərisində boşluqlar yaranaraq

Fibromialgiya nədir?

Fibromialgiya nədir?

Fibromialgiya nədir? Fibromialgiya geniş yayılmış bir xəstəlik olmasına baxmayaraq, sadəcə  xəstələrinin 1/3-də diaqnoz edilə bilər. Fibromialgiya sindromu diffuz əzələ ağrıları və zəiflik ilə ortaya çıxan

Bell iflici

Bell iflici

Bell iflici – Üz sinirinin anatomiyası və funksiyası ilk dəfə olaraq 1800-cü illərdə Ser Çarlz Bell tərəfindən tanımlanıb. Bell iflici – Üz sinirinin (nervus cranialis

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.

Ünvan: Ə.Salamzadə 593, Bakı, Azərbaycan

Tel: +994 12 432 87 88

Mob: +994 50 400 07 88

2019 -2022 © BAKI BƏRPA MƏRKƏZİ. Müəllif hüquqları qorunur.