“Akuşer” iflici öz adını etioloji amildən – doğuş zamanı mamanın (akuşerin) səhv müdaxiləsindən götürmüşdür.
“Akuşer” iflici – səbəbləri
Bu problem yuşaq doğuş yollarından keçən zaman bazu kələfinin zədələnməsi nəticəsində yaranır. Səbəblər doğuş zamanı başa və çiyinlərə mexaniki təzyiq göstərilməsi, həmçinin ginekoloji maşaların istifadəsi ola bilər. Uzun davam edən doğuş zamanı hipoksiya “akuşer” iflicinin yaranması riskini yüksəldir, çünki işemiya da sinirlərin zədələnməsinə gətirib çıxarır. Yenidoğulmuşların anadangəlmə travmaları dölün ölçüləri doğuş yollarına uyğun olmadıqda da meydana çıxa bilər. Beləliklə, çəkisi 4 kq və daha çox olan döllərdə bu patologiyanın yaranma riski daha yüksəkdir. Sağrı gəlişində iflicin patogenezində müəyyən rol oyanayan döş-körpücük-məməyəbənzər əzələnin travması və cırılması təhlükəsi yüksəkdir
Travmanın sinir kələfində lokalizasiyasından asılı olaraq travmatik pleksitin yuxarı, aşağı və total ifliclər olmaqla 3 növü ayırd edilir. Yuxarı “akuşer” iflici (Dyuşen-Erb iflici) bazu kələfinin yuxarı birincili dəstəsinin və ya onurğa beynin yuxarı kökcüklərinin (ilk altı boyun fəqərəsinə müvafiq) zədələnməsi zamanı inkişaf edir. Dejerin-Klumpke (aşağı) iflicində bazu kələfinin aşağı dəstəsini və ya onurğa beyninin axrıncı boyun fəqərəsindən və aşağı şöbələrindən gələn kökcüklər zədələnir. Total “akuşer” iflicində bazu kələfi bütünlüklə zədələnir və bu, parezin daha ağır formasıdır.
“Akuşer” iflicinin simptomları
Bu ifliclərin əlamətləri, bir qayda olaraq, doğuşdan etibarən nəzərə çarpır; yalnız yüngül formalı ifliclər uşağın şüuri aktivliyi artdıqda (3-6 ayına qədər) aşkar olunur. Lakin pediatr və uşaq nevroloqu ilkin müayinə zamanı əzələ tonusunun azalmasını və həssaslığın dəyişilməsini təyin edir. Qol asılı, Moro və Robinson, həmçinin Babkin (ovuc-ağız) refleksləri itmiş olur. Bazu kələfinin hansı dəstəsinin zədələnməsindən asılı olaraq həmin nahiyənin innervasiya etdiyi hissənin simptomları təzahür edir. Belə ki, ya qolun proksimal hissəsi (çiyin oynağı, bazu), ya da distal hissəsində (said və əl darağı ) əzələ tonusu və həssaslıq daha çox azalır. Eyni zamanda zədələnməmiş sinirlərin innervasiyası nahiyələrində sağlam qolla müqayisədə zəif olsa da, hərəki aktivlik müşahidə oluna bilər.
Uşaq doğulduqdan dərhal sonra xəstəliyi müalicə etmək lazımdır. Terapevtik terapiya konservativ və cərrahi üsulları əhatə edir. Sinir liflərinin zədələnmə növü və dərəcəsi, körpənin yaşı, patologiyanın inkişaf mərhələsi nəzərə alınaraq hər bir vəziyyət üçün fərdi olaraq seçilirlər. Yenidoğanın həyatının ilk günlərindən masaj, fizioterapiya və müalicəvi gimnastika daxil olmaqla konservativ terapiya kompleksi həyata keçirilir.
Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.
Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |
Sağlamlığınızı bizimlə bərpa edin!