Osteoporoz nədir? Necə diaqnoz qoyulur?
Osteoporoz nədir? Sümük əriməsi olaraq da bilinən Osteoporozun digər bir mənası da süngərimsi (gözənəkli) sümük deməkdir. Sümüklərin içərisində boşluqlar yaranaraq sümüyün daxili quruluşunu zəiflədirlər. Bu da sümüyü qırılmağa və çatlamağa meyilli hala gətirir. Osteoporoz daha çox sümük çatlağı və sınığı müayinələrində ortaya çıxır. Osteoporozun ən çox görüldüyü nahiyələr – əl biləkləri, onurğa və çanaq sümüyüdür.
Sümüyün normal inkişafı üçün kalsium, fosfor mikroelementləri, zülallar, vitaminlər kifayət qədər olmalıdır. Əgər uşaq bətndaxili dövrdə bunları ala bilmirsə, gələcəkdə onda osteoporoz erkən inkişaf edə bilər. Sümük toxumasının əsas hissəsi, təxminən 85 faizi uşaqlıq və gənclikdə toplanır. 25 yaşında artıq maksimuma çatır. 35 yaşdan sonra sümük kütləsi azalmağa başlayır. Bu azalma kişilərdə ildə 0,5 faiz, qadınlarda isə 4 faizlə özünü büruzə verir. Bu onunla izah edilir ki, 35 yaşdan sonra sümüklərdən kalsiumun yuyulması daha intensiv gedir. Bu hal hamıda baş verir, lakin bəzilərində daha qabarıq şəkil alır. Sümük əriməsinin təsbit edilmə sıxlığı yaşla yanaşı, qadınlarda görülmə ehtimalı kişilərə nisbətən daha yüksəkdir. Estrogenlər-qalxanvari vəz hormonunun antaqonistidir. Bu hormon qanda kalsiumu artırır və bu hormon artdıqca sümüklərdən kalsiumun çıxması baş verir. Estrogenlərin səviyyəsi azaldıqca bu prosess daha da sürətlənir.
Osteoporoz riski yaşla əlaqədar olaraq artır.
50 yaşdan sonra xəstəliyə düçar olma riski daha yüksəkdir. Xəstəlik yayılma sürətinə görə isə ürək-damar xəstəliyi və süd vəzisinin xərçəngi ilə eyni sırada durur.
Osteoporoz təbii fizioloji prosesdir və onun qarşısını almaq- onu dayandırmaq mümkün deyil. Lakin osteoporozun inkişafını ləngitmək mümkündür. Bunun üçün qidalanmada kalsiumla və D vitamini ilə zəngin olan məhsulları (süd məhsulları, yumurta, balıq) artırmaq, daha hərəkətli olmaq, bədən tərbiyəsi və idmanla məşğul olmağ lazımdır.
Klinikamızda osteoporozun profilaktikası üçün bir sıra prosedurlar mövcuddur. Bunların arasında infraqırmızı şüa müalicəsi, magnitoterapiya, müalicəvi idman, lazer terapiyası kimi prosedurları misal göstərmək olar.
İnfraqırmzı şüa müalicəsi sümükdəki süngərimsi (gözənəkli) quruluşun güclənməsini və hüceyrə səviyyəsində qan axımını tənzimləyir.
Magnitoterapiya müalicəsi vasitəsilə hücrədaxili metabolizmanı (maddələr mübadiləsini) sürətləndirərək hüceyrə bərpasını təmin edilir.
Müalicəvi idman ilə oynaqlardakı boşluqların qarşısı alınır , əzələ-sümük sisteminin güclənməsi təmin edilir, hərəkət məhdudiyyəti aradan qaldırılır və orqanizmin bərpası təmin edilir.
Lazer terapiyası yaydığı istilik effekti ilə damar və kapilyarları genişləndirirərək, qan axımını sürətləndirir və bununla da organizmdəki oksigen təminatını bərpa edərək ağrını aradan qaldırır.
Daxil olan şikayətlər arasında daha çox sümüklərdə həsassiyyət, zəiflik, oynaqlarda boşluq, hərəkətlərdə məhdudiyyət, tez yorulma, halsızlıq kimi şikayətlər mövcuddur.
Əgər bu simptomları özünüzdə və yaxud da yaxınlarınızda müşhidə etsəniz tərəddüt etmədən bizə müraciət edə bilərsiniz.