Fəqərəarası disk yırtıqları

Fəqərəarası disk yırtıqları

Fəqərəarası disk yırtıqları nədir – Bu, deformasiyaya uğramış diskin fəqərə arasındakı yerdəyişməsidir. Ən çox 20-50 yaşarası insanlarda rast gəlinir və əmək qabiliyyətinin müəyyən vaxt ərzində, çox vaxt  isə tamamilə itirilməsinə və əlilliyə gətirib çıxaran səbəblərdəndir.

Necə yaranır – Fəqərəarası disk yırtıqları osteoxondrozun ən çox rast gəlinən və ən böyük ağırlaşmalarındandır. Xəstəlik zamanı əmələ gələn yırtıq arxaya və kənara yayılaraq sinir kötüyünün sıxılmasına səbəb olur, iltihabi proses yaranır və ödem meydana çıxır. Bu isə ağrı və hissiyyat pozğunluqlarının məhz bir sutkadan sonra meydana çıxmasını izah edən səbəbdir. Sıxılmış sinir kötüyü beynə ağrı impulsları göndərərək, xəstələrə ağrının sanki ayaqdan gəldiyini göstərir. Yırtığın sıxılmadığı sinirlər isə ümumiyyətlə, funksiyasını itirir və nəticədə də ayaqda kəskin hissiyyatsızlıq və zəifliyə gətirib çıxarır.

Nə baş verir – Əsas şikayətlər ağrıdır. Adətən, ağrı gənc insanlarda ağır fiziki yük götürdükdən, iş zamanı narahatlıqdan ya yatağın komfortlu olmaması nəticəsində meydana çıxır. Ağrı hissi, adətən ağır qaldıran zaman və bir tərəfə əyildikdə baş verir. Sonra bir sutka ərzində ağrı meydana çıxır və ayaqda hissiyyat zəifləmiş olur. Öskürək, hərəkət və bədənin gərginləşməsi zamanı ayaqda və beldə olan ağrılar o dərəcədə artmış ola bilir ki, xəstənin yataq rejiminə ehtiyacı olur.
Uzanıqlı vəziyyətdə olduqda xəstə ayaqlarını bir qədər hündürdə yerləşən yastığa söykəyərək ağrısını bir qədər yüngülləşdirə bilər. Ağrılar çox vaxt lapmas xarakter daşıyır (yəni ayaqların xarici səthinə yayılmış olur), daimi və ya periodik də ola bilər. Ağrıdan başqa, hissiyyat pozğunluğu da meydana çıxa bilər. Bu özünü hiperesteziya (hissiyyatın güclənməsi), hiposteziya (hissiyyatın azalması) və anesteziya (hissiyyatın itməsi) kimi göstərə bilər.

Vegetativ dəyişikliklər də meydana çıxa bilər, məsələn, dərinin temperaturu enir, yüngül dərəcəli ödemlər, tər ifrazında dəyişikliklər meydana çıxır, dəridə quruluq artır. Bəzən xəstələr ağrıdan ayaqlarını düz aça bilmirlər. Trofiki pozğunluqlar da meydana çıxa bilər ki, bu da özünü əzələlərin atrofiyası nəticəsində arıqlama ilə göstərmiş olur.

Diaqnoz: 

Diaqnoz göstərilən simptomlara əsasən qoyulur. Bu xəstələrə nevropatoloqun konsultasiyası lazımdır. Diaqnozun dəqiqləşdirilməsi üçün müayinələrdən istifadə olunur: kompüter tomoqrafiyası, spondiloqrafiya, rentgenoqrafiya.

Müalicə: adətən, bu xəstəlik 2-3 ay ərzində yataq rejimində, sakit halda sağalır. Əksər onurğa xəstəliklərində olduğu kimi, burda da ayaqlar yuxarı vəziyyətə yastığa qoyulmuş şəkildə və ağrı yaratmayan bir pozada uzanıqlı vəziyyətdə olmaq məsləhət görülür. Ağrıların azaldılması üçün ağrı kəsicilər və iltihab əleyhinə preparatların istifadəsi mümkündür. 3-4 həftədən sonra ağrılar azalmış olur, lakin disk özü sağalmış olmur, buna görə də müxtəlif ağırlaşmaların xroniki vəziyyət almaması üçün cərrahi əməliyyat vacibdir. Əgər ağrılar (müalicə müddəti 2 həftə-3 ay) keçmirsə və nevroloji simptomatika yenə də müşahidə olunursa, bu zaman əməliyyat göstərişdir.

Kəskin dövr keçdikdən sonra onurğanın əvvəlik hərəkətliliyini qaytarmaq və zəifləmiş əzələləri möhkəmlətmək üçün müalicəvi gimnastika ilə məşğul olmaq lazımdır. Xəstəyə o cümlədən, üzmək (kürəyi üstə), sauna və massaj təyin edilməlidir. Bəzən ayağın bəzi yerlərində hissiyyatın itməsi ağrılar keçdikdən sonra da müşahidə olunur. Bu sinir kötüklərinin hələ də bərpa olmadığını göstərir. Ayağın hərəkətliyi isə normada qalır.

Bakı Bərpa Mərkəzində Fəqərəarası disk yırtıqları xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.

Fəqərəarası disk yırtıqları
Fizikoterapiyada ultrasəs

Fizioterapiyada ultrasəsdən istifadə

Ultrasəs yalnız hamiləlik zamanı deyil, həm də bir çox tibbi prosedurlar üçün istifadə edilən görüntüləmə üsuludur. Diaqnostik ultrasəs və hamiləlik görüntüləməsindən başqa, ultrasəs fiziki terapiyası

Limfa drenajı nədir? Faydaları

Limfa drenajı nədir? Faydaları

Limfa Drenajı qan dövranı sistemi kimi mayenin hərəkətliliyini təmin edən, lakin ürək kimi mərkəzi nasosu olmayan limfa drenaj sistemidir. Limfatik Drenaj sisteminin sağlam işləməsi sayəsində insan

Miostimulyasiya

Miostimulyasiya ilə əzələ gücünüzü artırın

EMS (Elektro- Miostimulyasiya) məşqi, elektrik stimullaşdırılması vasitəsilə əzələləri işləyən bir məşq formasıdır. Bu məşq texnikası əzələlərin daha effektiv işləməsinə imkan verir və əzələ gücünü artırmağa

Zərbə-dalğa terapiyası

Zərbə-dalğa terapiyası

Zərbə-Dalğa Terapiyası müvafiq nahiyədə qan axını gücləndirir və bu nahiyənin aktivliyini artıraraq sağalma prosesinin sürətlənməsinə töhfə verir. Ümumiyyətlə ortopedik pozğunluqlar üçün istifadə edilən Zərbə Dalğası

Evdə Qulluq və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri ilə müalicəsini evdə davam etdirmək istəyən xəstələrə, doğuşdan əvvəl və doğuşdan sonrakı dəstəyə ehtiyacı olan analara, yaşlılar və qayğıya ehtiyacı

Parkinson Reabilitasiyası

Parkinson Reabilitasiyası nədir?

Parkinson xəstəliyi beyin hüceyrələrinin itirilməsi ilə irəliləyən bir beyin xəstəliyidir. Bu, 65 və yuxarı yaşda olan insanların 1-2%-də baş verən mütərəqqi nevroloji xəstəlikdir. Xəstələrin təxminən

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Reabilitasiya prosesinin ümumi məqsədi ən yüksək həyat keyfiyyəti ilə mümkün qədər müstəqil yaşamaqdır. Fizioterapiyanın əsas məqsədi ilk növbədə xəstənin əvvəlki funksiyasını bərpa etmək və ya

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya sözü oynağın içərisinə baxmaq deməkdir. Fiberoptik cihazlar (kamera və işıq sistemləri) vasitəsilə oynaqların daxili hissəsi vizual olaraq yoxlanılır. Bu sayədə oynaqdaxili toxumalarda olan xəstəliklər

Reabilitasiyanın növləri

Reabilitasiya növləri

Reabilitasiya insanın sağlamlığını, funksionallığını və ya həyat keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilən bir sıra müalicə və prosesləri əhatə edən bir termindir. Reabilitasiya ümumiyyətlə xəstəlik, zədə və ya

Evdə Fizioterapiya Xidməti

Evdə Fizioterapiya Xidmətinə nələr daxildir?

Evdə fizioterapiya xidməti nevroloji xəstəliklər, kəskin və xroniki ortopedik pozğunluqlar və uşaq xəstəlikləri üçün fizioterapevtlər tərəfindən ev şəraitində xəstələrə həkimlər tərəfindən uyğun hesab edilən müalicənin

Evdə oksigen avadanlıqları

Evdə oksigen avadanlıqlarına ehtiyacınız var?

Oksigen balonu həkimlərin qanında oksigen səviyyəsi aşağı olan xəstələrə tövsiyə etdiyi müalicə üsullarından biridir. Evdə tibbi xidmət zamanı Oksigen terapiyası həkimin təyin etdiyi tezlikdə və

Evdə Sağlamlıq Baxımının faydaları

Evdə Tibbi Xidmətin faydaları

Evdə tibbi xidmət – xəstəlik, zədə və ya tibbi vəziyyəti müalicə etmək və ya idarə etmək məqsədilə tibb bacıları, terapevtlər və köməkçilər də daxil olmaqla

Demansın müalicəsi

Demansın müalicəsi

Demans sözü latınca ağıl mənasını verən mens sözündən götürülüb. Demans ağlın itirilməsi deməkdir. Ancaq demanslar, xüsusən də Alzheimer demensiyası birdən-birə baş vermir, simptomlar tədricən görünür

Niyə bu qədər yorğunuq?

Niyə bu qədər yorğunuq?

Yorğunluğun həyatımızın ayrılmaz hissəsinə çevrildiyi şübhəsizdir. Bir tərəfdən həyatın sürətlənməsi, mürəkkəb münasibətlər və həyat tərzi dəyişiklikləri, getdikcə artan stress, yuxusuzluq, qida çatışmazlığı, hərəkətsizlik səbəbindən bədənimizin

evdə serum xidməti

Serum nədir və niyə tətbiq olunur?

Bəzi hallarda insan xəstəliyi səbəbindən xəstəxanada vaxt keçirmək istəməyə bilər və ya bu barədə tərəddüd edə bilər. Bu tərəddüd və narahatçılıq evdə serum xidmətinin seçimində

Tomatis metodu

Tomatis metodu nədir, necə işləyir?

Tomatis Metodu beyni effektiv və təbii şəkildə stimullaşdırır. Bu, tibbi müalicə və klassik terapevtik üsulların istifadəsi zamanı əlavə bir vasitədir. Tomatis metodu çərçivəsində tətbiq edilən

Loqoped

Loqoped problemləri

Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdən hesab olunur. Müxtəlif səbəblərdən meydana çıxan hər hansı bir nitq qüsuru zamanla fəaliyyət, davranış

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.