Boyunda ağrılar

Boyun ağrısı nədir?

Boyunda ağrılar – son illərdə müasir cəmiyyətin əsas problemlərindən biri olmuşdur. Boynumuz beyni və 5 duyğu orqanlarımızı özündə saxlayan kəlləmizi daşıyan bir hissədir. Boyun nahiyəsi həm həyati mərkəzlərin birləşdiyi keçiş bölgəsi, həm də onurğanın uzantısı olaraq statik vəzifə daşıması ilə əlaqədar bir çox yan təsirlərdən təsirlənə bilər. Boyun ağrılarında xəstəliyin səbəblərini tapmaq üşün bir neçə mərtəbədə dəyərləndirilmə yöntəmləri tətbiq edilir. Boyunda ağrılar

Boyun ağrısı bir çox xəstəlik və boyun toxumasının zədələnmə səbəbindən yarana bilir. Boyun ağrısına səbəb olan hallara degenerativ disk xəstəliyi, boyun dartınması, boyun travmaları – viplaş (wiplash), disk yırtığı və ya sinir sıxışmasını məsəl gətirmək olar. Boğazın virus infeksiyası kimi adi infeksion xəstəlik zamanı da limfa düyünlərinin (vəzilərin) şişməsi və boyun ağrısı yaranır. Boyun ağrısı eyni zamanda nadir rast gəlinən infeksion xəstəliklərdə, məsələn boyun vərəmi, boyun fəqərə sümüyünün infeksiyası (osteomielit və septik diskiit) və meningit (çox vaxt boyun əzələlərinin rigidliyi ilə müşayiət edilir). Boyun ağrısı birbaşa boyun əzələlərinin zədələnməsi hallarında, fibromialgiya, polimialgiya revmatika, eləcə də yuxu zamanı başın yastıq üzərində narahat pozası səbəbindən də yarana bilir. Boyun ağrısına həmçinin servikal ağrı da deyilir.

Boyun ağrılarının risk faktorlarına əlbəyaxa idman növləri, nəqliyyat qəzaları, at sürmək və.s aiddir.

Boyun ağrılarının səbəbləri:

Ən çox boyun ağrısı səbəbi boyunun gərilməsi və dartınmasıdır, bir neçə gün və ya həftəyə sağalır. Gərilmə həddindən artıq hərəkət və ya boyunun həddindən artıq ekstension vəziyyətə gətirmə zamanı əzələ, vətər və bağların qıcıqlanması səbəbindən yaranır.

Boyun ağrısına səbəb olacaq faktorlar çoxdur. Bunları 3 başlıq altında birləşdirmək olar:

Onurğadan kənar səbəblərdən yaranan boyun ağrıları: Onurğa səbəbi ilə olmayan, lakin boyunu əhatə edən bəzi ağrılar vardır. Döş qəfəsindən çıxan bəzi əzələ və sinirləri sıxışdıran ağrılara “torasik çıxış sindromları” adı verilir və 3 fərqli səbəbdən ola bilir.

  • Boyun fəqərəsi ilə 1-ci qabırğanın birləşməsi

  • Skalenus Antikus əzələsinin sıxışması

  • Pektoralis minor əzələsinin sıxışması

2. Onurğa səbəbli boyun ağrıları: Bir neçə alt qrupları vardır.

  • Travmadan sonra yaranan boyun ağrıları: Boyuna təsir edən bəzi travmalarda həyati təhlükələrlə qarşılaşa bilirik. Günlük həyatımızda qarşı-qarşıya qaldığımız kiçik zərbələrdən daha böyük qəzalara qədər boyunumuzun travmalardan çox asanlıqla zədələndiyini unutmamalıyıq.

  1. Nəqliyyat qəzaları: Nəqliyyat içində avto qəzalarda öndən başqa yerlərə çırpıldığında, boyunda qamçı zərbəzi kimi adlandırılan bir təhlükə ortaya çıxır.

  2. Hiperfleksion travması: Qəzaya uğrayan insanların başı öncə önə doğru sonra isə əksinə arxaya doğru sürətlə çırpılaraq sallanır.

  3. Hiperekstension travması: Nəqliyyat vasitəsinə digər nəqliyyat vasitəsinin arxadan çırpılması tam əks vəziyyəti ortaya çıxaracaqdır.

  4. İdman zədələmələri: boynun kəskin, qəflətən hərəkəti, yıxılmalar və.s

  5. Degenerasiyaya bağlı boyun ağrıları: Boyunda ən hərəkətli olan 4-cü və 6-cı fəqərələr arasıdır. Bu səbəbdən də 40 yaşlardan etibarən degenerasiya ən çox bu nahiyələrdə başlayır. Disklərən tərkibindəki maye miqdarı azalaraq getdikcə qurumağa və elastikliyini itirməyə başlayır. Şübhəsiz ki, amartizator rolunu oynayan disklər bu vəzifəni görə bilmir və zamanla fəqərələrin arasındakı məsafə azalaraq bir-birinə yaxınlaşır. Təbii ki, bunun nəticəsində dar və həssas kanallardan keçən sinir kökləri strukturu pozulmuş disklər tərəfindən müxtəlif təzyiqlərə məruz qalır. Əlavə olaraq boyunda olan digər oynaqlar da bədənimizin digər bölgələrində olan oynaqlarımız kimi kirəcləşmələri xatırladan müxtəlif dərəcədə degenerasiyalara, struktur pozulmalarına məruz qala bilirlər.

  6. Peşə ilə əlaqəli boyun ağrıları: Bəzi peşə faktorları və boynumuzun düzgün olmayan vəziyyəti disklərdə yaranan zədələnmə prosesini sürətləndirə bilir. Uzun yol sürücüləri, başı yuxarı vəziyyətdə çalışmaq məcburiyyətində olan boyacılar, oturaraq işləyən kafel ustaları bu risk qruplarına aiddirlər.

  7. Protruziya və yırtıqlarla bağlı boyun ağrıları: Boyun yırtıqları adətən 5-ci və 6-cı fəqərəarası disklərdə yaranır. Bu zaman qol ağrıları qaçınılmazdır. Yırtıqlarda əlamət olaraq öskürmə və gücənmə zamanı ağrının artması (Valsava testi), başın təpəsindən aşağı doğru basmaqla boyunda ağrı əmələ gəlməsi (Kompression test), bu ağrının başı yuxarı vəziyyətdə çənədən tutularaq qaldırıldıqda azalması (distraksion testi) xarakterikdir.

Yırtığın ağırlığına görə reflekslər itə bilər, keyləşmələr, əzələ gücü azalması və ya qol əzələsi arıqlamış ola bilir. Erkən diaqnoz qoyulması ilə çox tez zamanda, əməliyyata ehtiyac qalmadan müvəffəqiyyətli nəticələr almaq mümkündür.

3. Boyuna yansıyan ağrılar: Səbəbləri boyunda olmadığı halda ağrının boyunda hiss edilməsi hallarıdır. Buna yansıyan ağrılar deyilir. Bunlara aiddir:

  • Stressə bağlı ağrılar

  • Əzələyə bağlı ağrılar

  • Düzgün olmayan duruş

  • Göz xəstəlikləri ilə əlaqəli

  • Revmatizmlə əlaqəli

  • Daxili orqanlarla əlaqəli

Boyun ağrılarının diaqnostikası

İlkin dövr dəyişiklikləri kompyuter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiyası (MRT) müayinələri daha yaxşı aşkarlayır. Çox zaman yaxşı toplanmış anamnez və xəstənın fizikal müayinəsi yetərli olur. Düz rentgen görüntüləri çox pasiyentdə diaqnoz üçün kifayətdir. Xəstəliyin gedişatına görə əlavə olaraq xəstədən KT və ya MRT müayinələri tələb edilə bilər. Sinir sıxışmalarını aşkar etmək üçün EMQ (Elektromioqrafiya) müayinəsi, şiş və infeksion patologiyalar üçün sintiqrafiya müayinəsi daha informativdir.

Boyun xəstəliklərinin müalicə metodları

Boyun xəstəliklərində xəstəliyin diaqnozu və kəskin, yarımkəskin və ya xronik olmasından asılı olaraq müxtəlif yanaşmalar olur.

Boyun ağrılarının dərman müalicəsi

Müalicə zamanı müxtəlif dərmanlar istifadə edilir. Hansı dərmanın nə qədər müddətdə qəbul edilməsi də həkimin ixtiyarındadır. Bəzi xəstələrin bir-birinə təklif etdikləri dərmanların yan təsirləri o qədər çox ola bilər ki, hətta həyati təhlükə daşıya bilər.

Boyun ağrıları zamanı fizioterapiya

Boyun ağrıları zamanı dərman qədər təsirli digər bir yöntəm fizioterapiyadır. Məqsəd ağrını kəsmək, gərginləşmiş əzələləri boşaltmaq və məhdudlaşmış boyun hərəkətlərini bərpa etməkdir. Boyunda ağrılar

Boyun ağrılarının cərrahi müalicəsi:

MRT və ya KT, loborator müayinələr, EMQ  kimi müayinələr yırtıq olduğunu göstərsə belə ilk öncə konservativ çarələr axtarılmalıdır. Nevroloji simptomlar çox vacibdir. Çünki bunlar cərrahi müalicə qəararı alınmasında böyük rol oynayırlar. Əməliyyat boyunun ön və yanından girilərək aparılır. Əməliyyat edilən nahiyyə son dərəcə həyati təhlükə daşıyan bölgə olduğundan xüsusi mikroskop və müasir avadanlıqların olduğu bir yerdə edilməlidir. Əməliyyatdan sonra reabilitasiya proqramlarına başlanılmalıdır.

Bakı Bərpa Mərkəzində Boyun Ağrıları xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.

Boyunda ağrılar
Fizikoterapiyada ultrasəs

Fizioterapiyada ultrasəsdən istifadə

Ultrasəs yalnız hamiləlik zamanı deyil, həm də bir çox tibbi prosedurlar üçün istifadə edilən görüntüləmə üsuludur. Diaqnostik ultrasəs və hamiləlik görüntüləməsindən başqa, ultrasəs fiziki terapiyası

Limfa drenajı nədir? Faydaları

Limfa drenajı nədir? Faydaları

Limfa Drenajı qan dövranı sistemi kimi mayenin hərəkətliliyini təmin edən, lakin ürək kimi mərkəzi nasosu olmayan limfa drenaj sistemidir. Limfatik Drenaj sisteminin sağlam işləməsi sayəsində insan

Miostimulyasiya

Miostimulyasiya ilə əzələ gücünüzü artırın

EMS (Elektro- Miostimulyasiya) məşqi, elektrik stimullaşdırılması vasitəsilə əzələləri işləyən bir məşq formasıdır. Bu məşq texnikası əzələlərin daha effektiv işləməsinə imkan verir və əzələ gücünü artırmağa

Zərbə-dalğa terapiyası

Zərbə-dalğa terapiyası

Zərbə-Dalğa Terapiyası müvafiq nahiyədə qan axını gücləndirir və bu nahiyənin aktivliyini artıraraq sağalma prosesinin sürətlənməsinə töhfə verir. Ümumiyyətlə ortopedik pozğunluqlar üçün istifadə edilən Zərbə Dalğası

Evdə Qulluq və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri ilə müalicəsini evdə davam etdirmək istəyən xəstələrə, doğuşdan əvvəl və doğuşdan sonrakı dəstəyə ehtiyacı olan analara, yaşlılar və qayğıya ehtiyacı

Parkinson Reabilitasiyası

Parkinson Reabilitasiyası nədir?

Parkinson xəstəliyi beyin hüceyrələrinin itirilməsi ilə irəliləyən bir beyin xəstəliyidir. Bu, 65 və yuxarı yaşda olan insanların 1-2%-də baş verən mütərəqqi nevroloji xəstəlikdir. Xəstələrin təxminən

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Reabilitasiya prosesinin ümumi məqsədi ən yüksək həyat keyfiyyəti ilə mümkün qədər müstəqil yaşamaqdır. Fizioterapiyanın əsas məqsədi ilk növbədə xəstənin əvvəlki funksiyasını bərpa etmək və ya

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya sözü oynağın içərisinə baxmaq deməkdir. Fiberoptik cihazlar (kamera və işıq sistemləri) vasitəsilə oynaqların daxili hissəsi vizual olaraq yoxlanılır. Bu sayədə oynaqdaxili toxumalarda olan xəstəliklər

Reabilitasiyanın növləri

Reabilitasiya növləri

Reabilitasiya insanın sağlamlığını, funksionallığını və ya həyat keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilən bir sıra müalicə və prosesləri əhatə edən bir termindir. Reabilitasiya ümumiyyətlə xəstəlik, zədə və ya

Evdə Fizioterapiya Xidməti

Evdə Fizioterapiya Xidmətinə nələr daxildir?

Evdə fizioterapiya xidməti nevroloji xəstəliklər, kəskin və xroniki ortopedik pozğunluqlar və uşaq xəstəlikləri üçün fizioterapevtlər tərəfindən ev şəraitində xəstələrə həkimlər tərəfindən uyğun hesab edilən müalicənin

Evdə oksigen avadanlıqları

Evdə oksigen avadanlıqlarına ehtiyacınız var?

Oksigen balonu həkimlərin qanında oksigen səviyyəsi aşağı olan xəstələrə tövsiyə etdiyi müalicə üsullarından biridir. Evdə tibbi xidmət zamanı Oksigen terapiyası həkimin təyin etdiyi tezlikdə və

Evdə Sağlamlıq Baxımının faydaları

Evdə Tibbi Xidmətin faydaları

Evdə tibbi xidmət – xəstəlik, zədə və ya tibbi vəziyyəti müalicə etmək və ya idarə etmək məqsədilə tibb bacıları, terapevtlər və köməkçilər də daxil olmaqla

Demansın müalicəsi

Demansın müalicəsi

Demans sözü latınca ağıl mənasını verən mens sözündən götürülüb. Demans ağlın itirilməsi deməkdir. Ancaq demanslar, xüsusən də Alzheimer demensiyası birdən-birə baş vermir, simptomlar tədricən görünür

Niyə bu qədər yorğunuq?

Niyə bu qədər yorğunuq?

Yorğunluğun həyatımızın ayrılmaz hissəsinə çevrildiyi şübhəsizdir. Bir tərəfdən həyatın sürətlənməsi, mürəkkəb münasibətlər və həyat tərzi dəyişiklikləri, getdikcə artan stress, yuxusuzluq, qida çatışmazlığı, hərəkətsizlik səbəbindən bədənimizin

evdə serum xidməti

Serum nədir və niyə tətbiq olunur?

Bəzi hallarda insan xəstəliyi səbəbindən xəstəxanada vaxt keçirmək istəməyə bilər və ya bu barədə tərəddüd edə bilər. Bu tərəddüd və narahatçılıq evdə serum xidmətinin seçimində

Tomatis metodu

Tomatis metodu nədir, necə işləyir?

Tomatis Metodu beyni effektiv və təbii şəkildə stimullaşdırır. Bu, tibbi müalicə və klassik terapevtik üsulların istifadəsi zamanı əlavə bir vasitədir. Tomatis metodu çərçivəsində tətbiq edilən

Loqoped

Loqoped problemləri

Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdən hesab olunur. Müxtəlif səbəblərdən meydana çıxan hər hansı bir nitq qüsuru zamanla fəaliyyət, davranış

Polifenol nədir

Polifenol nədir?

Polifenollar hər molekulda birdən çox fenol qrupu olan birləşmələrdir. Polifenollara bitkilərdə rast gəlinir. Antioksidant xüsusiyyətlərinə görə insan sağlamlığına mümkün faydaları var. Antioksidant polifenolların oksidləşdirici stressi

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.