Ayaq ağrıları

Ayaq ağrıları müxtəlif xəstəliklərin əlaməti kimi özünü büruzə verə bilər.

Ağrılar əzələ, damar, oynaq və nevroloji xəstəliklər, eləcə də travmalar səbəbindən meydana gələ bilər.

Səbəbləri

Qan qatılığı zamanı ağırlıq və gərginlik hiss etdirən, uzun sürən key ağrılar olur. Bu proses bir neçə müddət davam etdikdə aşağı ətraflarda damar genişlənməsinə səbəb olur. Ağrılar adətən axşama doğru başlayır.

Hamam, sauna, vanna qəbulu kimi isti mühitdə də ayaqlarda ağrı hiss oluna bilər. Qadınlarda bunun baş vermə səbəbi əsasən hormonal pozuntulardır. Estetik olaraq da bu bir sıra problemlərə səbəb olur. Belə ki, ayaqlarda damar düyünləri və kapillyarlar yarana bilər.

Tromboflyubitə (damar xəstəliyi) xarakterik olan iti ağrılar, güclü döyüntü və yanğı hissidir.

Ateroskleroz arteriyaları zədələyir, qan damarlarının qalınlaşmasına səbəb olur. Bu problemdən əziyyət çəkənlər adətən əzələlərin və ayaq barmaqlarının əsasən gəzərkən sıxılmasından şikayət edirlər. Bəzən bu hisslər axşam vaxtı daha qabarıq olur.

Onurğa problemləri bir qayda olaraq ayaqda ağrılara da səbəb olur. Adətən bu fəqərəarası disk yırtığı zamanı özünü daha qabarıq büruzə verir. Bu təbəqəyə oturaq sinirin iltihabı səbəbindən əmələ gələn problemlər də aiddir.

Yaşlı dövrə, o cümlədən orqanizmdəki sistem xəstəlikləri səbəbindən müxtəlif damar patologiyaları inkişaf edir ki, bunlar da ayaqda ağrılara səbəb olur.

Düzdaban xəstəliyi də ayaqda ağrıya səbəb ola bilər. Bundan əlavə bu problem ayaqların tez yorulması, ağırlıq hisslərinə də səbəb olur. Periferik sinir sistemi xəstəlikləri iti, dalğavarı ağrılarla müşahidə olunur. Nevroloji tutmalar ağrı olmadan bir neçə saniyə, dəqiqə və ya saat davam edə bilər. Ən şiddətli ağrılar adətən əzələ iltihabı zamanı baş verir, ən qorxulu və ağır fəsadlarla nəticələnə biləcək ağrılar isə müxtəlif infeksiyalar səbəbindən yaranır.

Aşağı ətrafların travmaları da ağrısız keçmir.

Diaqnostika

Ayaq ağrılarına görə xəstəliyi müəyyən etmək düzgün deyil. Bunun üçün tam kliniki müayinədən keçmək mütləqdir.

Profilaktika

Ayaq damarlarında yaranan patologiyanın profilaktikası, ilk növbədə, ürək-damar sistemində meydana çıxan problemlərin qarşısını almağa kömək edir. Mütəmadi olaraq idmanla məşğul olmaq orqanizmdə qan axımını tənzimləyir. Qarın əzələlərinin bərkidilməsi də ayaqlarda ağrıların, eləcə də onurğa problemlərinin qarşısını ala bilər.

Bakı Bərpa Mərkəzində Ayaq Ağrıları xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.

 

Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.

Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |

Sağlamlığınızı bizimlə bərpa edin!

Ayaq ağrıları
Gerontologiya nədir?

Gerontologiya nədir?

Gerontologiya nədir? Gerontologiya insanın qocalmasının bioloji, sosial və psixoloji aspektlərini, onun səbəblərini və onunla mübarizə yollarını (cavanlaşma) öyrənən elmdir. Bu termin 1903-cü ildə İ.İ.Meçnikov tərəfindən

Serebral iflic (CP) nədir

Serebral iflic (CP) nədir?

Serebral iflic (CP) nədir? Uşaqlarda müxtəlif səbəblərdən beynin zədələnməsi və ya inkişaf pozğunluğu səbəbiylə ortaya çıxan bir hərəkət sistemi xəstəliyidir. Əzələlərdə qeyri-iradi bükülmə, zəiflik, koordinasiya

ƏL VƏ BARMAQ HƏRƏKƏTİNİN MƏHDUDİYYƏTİ

ƏL VƏ BARMAQ HƏRƏKƏTİNİN MƏHDUDİYYƏTİ

ƏL VƏ BARMAQ HƏRƏKƏTİNİN MƏHDUDİYYƏTİ Revmatoid artritin yaranma səbəbi Dünyada ən çox yayılan xəstəliklərdən biri də revmatoid artritdir. Bu xəstəlik bütün yaşlarda başlaya bilir. Ən

Fibromialgiya

Fibromialgiya

Fibromialgiya Fibromialgiya geniş yayılmış bir xəstəlik olmasına baxmayaraq, sadəcə xəstələrin 1/3-də diaqnoz edilə bilər. Bu sindrom diffuz əzələ ağrıları və zəiflik ilə ortaya çıxan xroniki

Lateral Epikondilit

Lateral Epikondilit

Lateral Epikondilit Lateral Epikondilit “Tennisçi Dirsəyi” kimi də tanınır. Dirsəyin arxa tərəfində əzələ-vətərin sümüyə yapışdığı yerdə ağrılı bir vəziyyətdir. Vətərlər əzələni sümüyə bağlayır. Lateral epikondilit

İnsult və risk faktorları

İnsultda fizioterapiya və reabilitasiyanın rolu

İnsult nədir? İnsult beyin damarlarından qaynaqlanan, anidən və ya sürətlə inkişaf edən,beyin funksiyasının qismən itirilməsini göstərən əlamət və simptomlarla xarakterizə olunan, 24 saat və ya

Çiyin oynağının sıxışması sindromu

Impingement syndrome

Çiyin sıxışma sindromu (Impingement sindromu) nədir? Əsasən yetişkinlərdə meydana gələn, qolu müxtəlif istiqamətlərdə hərəkət etdirərkən ağrı və narahatlığa səbəb olan, həyat fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir

Çiyin ağrısı

Çiyin ağrısının səbəbləri nələrdir?

Çiyin ağrısı kimlərdə olur? Çiyin oynağı bədənin ən aktiv oynağıdır. Altı istiqamətdə hərəkət etmək imkanına malik olduğu üçün asanlıqla yaralanmalara və xəstəliklərə daha çox həssasdır.

osteoxondroz

Osteoxondroz

Osteoxondroz onurğa sütununda yaranan xroniki distrofik prosesdir. Hal-hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Osteoxondroz cavan və orta yaşlı insanlarda inkişaf edir,

Boyun yırtığının diaqnozu

Boyun yırtığının diaqnozu və müalicəsi

Boyun yırtığının diaqnozu Boyun yırtığının diaqnozu yəni boyun yırtığı ilk növbədə ağrı ilə özünü göstərir. Boyun ağrısı, bel ağrısı, bəzən də bel ağrısının vaxtaşırı başa

Boyun düzləşməsi

Boyun düzləşməsi və müalicəsi

Boyun düzləşməsi, boyun bölgəsindəki fəqərələrin sıralanmasında normalda açıqlığı arxaya baxan aypara kimi yox, düz olmasına deyilir. Boyun düzləşməsinin diaqnozunu üçün fizik müayinə etdikdən sonra rentgen

Çiyin sıxışma sindromu nədir?

Bu xəstəliyi təyin etmək üçün əvvəlcə çiyin anatomiyasını bilmək lazımdır. Çiyin qurşağı yuxarı qol sümüyü, yaxa sümüyü və çiyin bıçaqlarının artikulyasiyasından ibarətdir. Bu artikulyasiya sahəsində,

Ciyin agrilari

Çiyin sıxışma sindromu

Çiyin başının yuxarı hissəsində korokoid və akrominon adlanan iki sümük çıxıntı var və aralarında möhkəm bir körpü şəklində bir əlaqə var. Çiynin başını yan tərəfə

ALLERGİK RİNİT

ALLERGİK RİNİT

ALLERGİK RİNİT Allergiya – hər hansı bir maddə ilə qarşılaşıb ona qarşı həssas olan bir şəxsin  daha sonra eyni maddə ilə yenidən qarşılaşdıqda orqanizminin bu

Skolioz

Skoliozun Müalicəsi

Skoliozun Müalicəsi Skolioz – onurğa əyriliyi günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda, gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya

Neyroreabilitasiya nedir?

Neyroreabilitasiya nədir?

Neyroreabilitasiya nədir? Neyroreabilitasiya – pasiyentlərin keçirilmiş insult, baş beyin və onurğa beyinin travmatik zədələnməsi, periferik sinir sisteminin zədələnmələrindən sonra. Periferik neyropatiyaları, vertebrogen nevroloji sindromları, uşaq

Tortikollis

Uşaqlarda Tortikollis (Əyri Boyun)

Uşaqlarda Tortikollis Tortikollis sözün əsl mənasında əyri boyun deməkdir və bir çox səbəbə görə inkişaf edə bilər. Ən çox görülən boyun əyriliyi “doğuşdan əzələ mənşəli

Ortopedik Reabilitasiya

Ortopedik Reabilitasiya

Ortopedik Reabilitasiya Xəstəlik, qəza, duruş korlanmaları və s. ağrı və ya müxtəlif məhdudiyyətlər səbəbindən normal hərəkət fəaliyyətimiz pozulduqda həkimə müraciət edirik. Düzgün diaqnoz və müalicə

Onurğa Cərrahiyyəsi

Onurğa Cərrahiyyəsi

Onurğa hansı hissələrdən və strukturlardan ibarətdir? Onurğa Cərrahiyyəsi | Onurğa; Boyundan (servikal), kürəkdən (trokal) beldən (lomber),omadan (sakrum) və büzdümün (koksiks) yuxarıdan aşağı hissələrə doğru ayrılan

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.