Skolioz xəstəliyi
Skolioz xəstəliyi – onurğa sütununun əyriliyidir. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur.
Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2-3%, 6-14 yaşlı uşaqlar arasında 0.5%, 12-14 yaşlı yeniyetmələr arasında isə 1.2% təşkil edir. Yeniyetməlik dövrünün idiopatik skoliozu ən çox 10-14 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur. İdiopatik skolioz adı bu günə qədər xəstəliyin əmələ gəlmə səbəbinin məlum olmamasına görə verilmişdir.
Bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir.
Xarici görünüşə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:
- Bir çiyin və ya bud-çanaq oynağı digərindən yuxarıda yerləşir.
- Bir kürək sümüyü digərindən yuxarıda yerləşə bilər
- Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır
- Deformasiyanın qabarıq tərəfində “qabırğa donqarlığının” əmələ gəlməsi
- Bir qol digərindən uzun görünür
- Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyi
Rentgenoqrammalara əsasən həkimlər skoliotik defornasiyaları dərəcələrlə ifadə edirlər. Buna əsasən skoliozu 4 dərəcyə bölürlər:
1-ci dərəcəli – 0-10° dərəcə
2-ci dərəcəli – 11-30° dərəcə
3-cü dərəcəli – 31-60° dərəcə
4-cü dərəcəli – >61° dərəcə
Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun Deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də bu patologiyası olan uşaqlar daim həkim nəzarətində olmalı, periodik olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proressivləşməsini vaxtında aşkar etmək mümkündür.
Azərbaycanda təxminən hər min nəfərdən 10-u skolioz xəstəliyindən əziyyət çəkir. Üstəlik bu xəstəlik adətən vaxtında təyin olunmur və insanın vücudu əyilir və donqarlıq əmələ gəlir. İndiyədək bu xəstəliyin nisbətən yüngül formaları yəni onurğanın az əyriliyi Azərbaycanda əməliyyat olunsa da daha böyük əyriliklərdə xəstələr əməliyyat üçün xarici ölkələrə göndərilirdilər. Sümüklərin deformasiyası vaxtında əməliyyat yaxud müalicə olunmazsa bu əyrilik get-gedə daha qabarıq özünü göstərməyə başlayır.
Bakı Bərpa Mərkəzində Skolioz xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.