Uşaqlarda uşaq serebral iflici, spina bifida və braxial pleksus zədələnmələri kimi pozuntularda intesiv pediatrik reabilitasiya tətbiq olunur. Bununla yanaşı autizm kimi inkişaf problemlərində və Daun sindromu kimi xromosomal pozuntularda da xüsusi fizioterapiya proqramları tətbiq olunur. Pediatrik reabilitasiyada başlıca olaraq müalicəvi idman terapiyası, robotik reabilitasiya, qəfəs-blok terapiyası, hidroterapiya ilə yanaşı aktiv-passiv hərəkət reabilitasiyası proqramlarından istifadə olunur.
İnsult: Müalicə və Bərpa Üsulları Bakı Bərpa Mərkəzində
İnsult beyin fəaliyyətinə ciddi təsir edən və təcili tibbi müdaxilə tələb edən bir vəziyyətdir. Bərpa prosesi uzun və çətin ola bilər.