Qəfəs terapiyası , kəllə – beyin travmalarında, əməliyyat sonrası dövrdə, uşaq serebral iflicində, inkişaf ləngiməsi və s kimi pozuntularda tətbiq edilən fəza reabilitasiyası növüdür. Bu metod fəzada bədən vəziyyətinin korreksiyası və qamətin yaxşılaşdırılmasına, yeni motor qabiliyyətlərin inkişafına, mərkəzi sinir sisteminin reorqanizasiyasına və hərəkətin funksionallığını bərpa etməyə kömək edir.
Mərkəzimizdə Avropa və Türkiyədə olan müasir Uzay terapiya (fəza terapiya) deyilən Qəfəs terapiyası (Qəfəs – blok terapiya) həyata keçirilir. Qəfəs Terapiyası hər klinikada və poliklinikalarda yoxdur. Bu terapiyanın çox üstünlükləri var. Onun vasitəsilə iməkləməyən uşaqların iməkləməsinə, oturmayan uşaqların sərbəst otura bilməsinə, əlləri işləməyən uşaqların hətta rəsm çəkməsinə nail oluruq.
Son illər təkmilləşdirilmiş, yerin cazibə qüvvəsini azaldaraq hərəkətlərlə aparılan terapiya üsuldur. Bu terapiya əzələlərə və sümüklərə kifayət qədər yük düşmədiyi üçün əmələ gələn əzələ atrofiyası və osteoporozun qarşısını almaq üçün bədənin iri oynaqlarına təzyiq verilməsi məntiqinə əsaslanır. Xəstələr özəl elastik bantlarla bağlanır və bağlanan bantlara lazım olan gərilmə verilir. Alınan gərilmə qüvvəsi sayəsində yer çəkimi aradan götürülür . Xəstənin normalda etmədiyi bir çox hərəkətləri yer çəkimi olmadan etməsi tələb olunur.
Qəfəs – blok terapiyası və onun əhəmiyyəti
Qəfəs – blok terapiya fizioterapiya və reabilitasiya sahəsində son illərdə inkişaf etdirilən və Serebral İflicli uşaqlar başda olmaqla bir çox nevroloji xəstəlikdə istifadə edilən müalicə metodudur. Bu terapiya Suit therapy, Adel suit therapy və Spider therapy kimi adlarla da istifadə edilir. Qəfəs şəklindəki müalicə moduluna alınan xəstələr xüsusi elastik bağlarla bağlanır və bağlanan bağlara lazımi gərginlik verilir. Yaranan gərginlik qüvvəsi sayəsində xəstənin normal vaxtda edə bilmədiyi bir çox hərəkət bu qüvvənin təsiri ilə edilir. Oynaqların, əzələlərin və oynaq kapsulasının hərəkətliliyi nə qədər yaxşı olsa əzələlərin və bədənin bu prosesə uyğunlaşması bir o qədər rahat olar. Beləcə hərəkətsiz hissələr fəaliyyətini qismən bərpa edər, funksional aktiv hərəkətlər bərpa olunar. Qəfəs terapiya – uşaqlarda müvazinət, oturma və yerimə problemlərininin həllində də tətbiq olunur. Bu terapiya həmçinin serabral iflicli xəstələrdə olan patoloji hərəkətləri azaldır, ayaqların idarə edilməsi, koordinasiyanı, dayanıqlılığı artırır, funksional aktiv hərəkətləri bərpa edir.Qəfəs-blok terapiyası zamanı istifadə edilən suit adlı paltarın faydaları bunlardır:
- Hərəkətliliyi artırır;
- Patoloji refleksləri azaldır;
- Bədənin ümumi müvazinəti və düzgün hərəkət funksiyalarını yenidən bərpa edir;
- Xarici tarazlığı təmin edir və zəif əzələləri hərəkətə gətirir;
- Bədənin görünüşünü düzəldir;
- Vestibulyar ( müvazinət) sisteminə müsbət təsir edir;
- Mərkəzi sinir sistemini yenidən oyandırmaq üçün beynə xəbərdarlıq edir.