Qəfəs Terapiyası

Qəfəs terapiyası , kəllə – beyin travmalarında, əməliyyat sonrası dövrdə, uşaq serebral iflicində, inkişaf ləngiməsi və s kimi pozuntularda tətbiq edilən fəza reabilitasiyası növüdür. Bu metod fəzada bədən vəziyyətinin korreksiyası və qamətin yaxşılaşdırılmasına, yeni motor qabiliyyətlərin inkişafına, mərkəzi sinir sisteminin reorqanizasiyasına və hərəkətin funksionallığını bərpa etməyə kömək edir.

Mərkəzimizdə Avropa və Türkiyədə olan müasir Uzay terapiya (fəza terapiya) deyilən Qəfəs terapiyası (Qəfəs – blok terapiya) həyata keçirilir.  Qəfəs Terapiyası hər klinikada və poliklinikalarda yoxdur. Bu terapiyanın çox üstünlükləri var. Onun vasitəsilə iməkləməyən uşaqların iməkləməsinə, oturmayan uşaqların sərbəst otura bilməsinə, əlləri işləməyən uşaqların hətta rəsm çəkməsinə nail oluruq. 

Son illər təkmilləşdirilmiş, yerin cazibə qüvvəsini azaldaraq hərəkətlərlə aparılan terapiya üsuldur. Bu terapiya əzələlərə və sümüklərə kifayət qədər yük düşmədiyi üçün əmələ gələn əzələ atrofiyası və osteoporozun qarşısını almaq üçün bədənin iri oynaqlarına təzyiq verilməsi məntiqinə əsaslanır. Xəstələr özəl elastik bantlarla bağlanır və bağlanan bantlara lazım olan gərilmə verilir. Alınan gərilmə qüvvəsi sayəsində yer çəkimi aradan götürülür . Xəstənin normalda etmədiyi bir çox hərəkətləri yer çəkimi olmadan etməsi tələb olunur.

Qəfəs – blok terapiyası və onun əhəmiyyəti

Qəfəs – blok terapiya fizioterapiya və reabilitasiya sahəsində son illərdə inkişaf etdirilən və Serebral İflicli uşaqlar başda olmaqla bir çox nevroloji xəstəlikdə istifadə edilən müalicə metodudur.
Bu terapiya Suit therapy, Adel suit therapy və Spider therapy kimi adlarla da istifadə edilir.

Qəfəs şəklindəki müalicə moduluna alınan xəstələr xüsusi elastik bağlarla bağlanır və bağlanan bağlara lazımi gərginlik verilir. Yaranan gərginlik qüvvəsi sayəsində xəstənin normal vaxtda edə bilmədiyi bir çox hərəkət bu qüvvənin təsiri ilə edilir. Oynaqların, əzələlərin və oynaq kapsulasının hərəkətliliyi nə qədər yaxşı olsa əzələlərin və bədənin bu prosesə uyğunlaşması bir o qədər rahat olar. Beləcə hərəkətsiz hissələr fəaliyyətini qismən bərpa edər, funksional aktiv hərəkətlər bərpa olunar.

Qəfəs terapiya – uşaqlarda müvazinət, oturma və yerimə problemlərininin həllində də tətbiq olunur.
Bu terapiya həmçinin serabral iflicli xəstələrdə olan patoloji hərəkətləri azaldır, ayaqların idarə edilməsi, koordinasiyanı, dayanıqlılığı artırır, funksional aktiv hərəkətləri bərpa edir.

Qəfəs-blok terapiyası zamanı istifadə edilən suit adlı paltarın faydaları bunlardır:

  • Hərəkətliliyi artırır;
  • Patoloji refleksləri azaldır;
  • Bədənin ümumi müvazinəti və düzgün hərəkət funksiyalarını yenidən bərpa edir;
  • Xarici tarazlığı təmin edir və zəif əzələləri hərəkətə gətirir;
  • Bədənin görünüşünü düzəldir;
  • Vestibulyar ( müvazinət) sisteminə müsbət təsir edir;
  • Mərkəzi sinir sistemini yenidən oyandırmaq üçün beynə xəbərdarlıq edir.

Qəfəs terapiyası Serebral İflic, Spinal kord (onurğa beyin) yaralanmaları, travmatik beyin zədələri və nevroloji xəstəliklərin müalicəsində istifadə edilir. Bu müalicə metodu sıx və spesifik məşq proqramından ibarətdir. Müalicədə patoloji reflekslərin aradan qaldırılması və yeni, funksional hərəkətlərin qazandırılmasının böyük əhəmiyyəti vardır.

Bu metod travma və ya əməliyyat sonrası hərəkət məhdudluğunda, daun sindromlu və ya gəzə bilməyən uşaqların müalicəsində də həyata keçirilən effektiv müalicə növüdür.

Bakı Bərpa Fizioterapiya və Reabilitasiya Mərkəzində serebral iflicli uşaqların, üçlü sinir ağrıları, bel və boyun ağrıları, onurğa yırtıqları, çiyin və dizdə ağrılar, miopatiya, əzələ spazmı və digər xəstəliklərin müalicəsi aparılır.

Mərkəzimizdə serebral iflic, daun, autizm, skolioz, doğuşdan travma alan uşaqları, əzələ-sümük zəifliyi, əyripəncəlik, hipertonuslu uşaqlar, artritli uşaqları müalicə edərək, reabilitasiyası ilə məşğul oluruq.

Bəzi uşaqlarda baş kontrolu var, amma oturmaq, iməkləməsi yoxdur.

Bu zaman qəfəsdə müvafiq iplər uşağın ağırlığına uyğun taxılır, bağlanılır və iməkləmək öyrədilir. 

Bir hərəkəti bir neçə dəfə təkrarlayırıq, beyinə o refleksləri o qədər ötürürük ki, beyin onu yadda saxlayır.  10-20 gün sonra artıq dayaqsız, bağlanmadan həmin hərəkətləri sərbəst edir.

Əgər uşaq  4-5aylıqda baş kontrolu yoxdur, boynunu saxlayan bilmir, 6-7 aylıqda əlini uzatmırsa, otura bilmirsə, 9-10 aylıqda iməkləmirsə, 1-2 yaş arası yerimirsə artıq həyəcan siqnalı vermək lazımdır.

Klinika şəraitində qəfəs terapiyasının evdəki idman, masaj, hərəkətlərlə müqayisədə çox fərqi , effekti var. Masajla müalicə olmur. Uşaq özü-öz hərəkəltərini görməlidir. Onun beyninə bu proqram kimi yazılmalıdır. 

Serebral iflicli uşaqlar valideyndən asılı olan, onlarsız  hərəkət etməyən uşaqlardır. Valideyn əlini  çəkən kimi özlərini itirir, əzələlər sıxılır, hərəkət tam məhdudlaşır, müvazinət itir

Qəfəs terapiyasında uşaq artıq valideynsiz, heç kimin dəstəyi olmadan, o iplər onu tutur, hərəkət edir. İməkləyir, gəzir, elə bilir ki, özü iməkləyir, gəzir. Buna inanır. Beyinə də siqnal gedir. Artıq görür ki, heç kim onu tutmayıb. Deməli bunu bacarar. 

Qəfəs terapiya 3 aylıqdan 10 yaşa kimi bütün uşaqlara hava-su kimi lazımdır. Uşağı qəfəsə qoyandan 3 gün sonra effekt artıq görünür. 

Serebral iflicli uşaqların validyenləri dərmana, masaja çox vaxt sərf edib qiymətli vaxtı itirirlər. Uşağı uzadıb açma bükmə hərəkətləri ilə uşaqda gəzmək, oturmaq vərdişi aşılamaq olmaz.

İlk simptomları görən kimi.  Əgər uşaq  4-5aylıqda baş kontrolu yoxdur, boynunu saxlayan bilmir, 6-7 aylıqda əlini uzatmırsa, otura bilmirsə, 9-10 aylıqda iməkləmirsə, 1-2 yaş arası yerimirsə artıq həyəcan siqnalı vermək lazımdır. Elə baş kontrolundan bilinir. Başda əsmələr varsa, artıq problemə işarədir. 

Qəfəs-blok terapiyası
Fizikoterapiyada ultrasəs

Fizioterapiyada ultrasəsdən istifadə

Ultrasəs yalnız hamiləlik zamanı deyil, həm də bir çox tibbi prosedurlar üçün istifadə edilən görüntüləmə üsuludur. Diaqnostik ultrasəs və hamiləlik görüntüləməsindən başqa, ultrasəs fiziki terapiyası

Limfa drenajı nədir? Faydaları

Limfa drenajı nədir? Faydaları

Limfa Drenajı qan dövranı sistemi kimi mayenin hərəkətliliyini təmin edən, lakin ürək kimi mərkəzi nasosu olmayan limfa drenaj sistemidir. Limfatik Drenaj sisteminin sağlam işləməsi sayəsində insan

Miostimulyasiya

Miostimulyasiya ilə əzələ gücünüzü artırın

EMS (Elektro- Miostimulyasiya) məşqi, elektrik stimullaşdırılması vasitəsilə əzələləri işləyən bir məşq formasıdır. Bu məşq texnikası əzələlərin daha effektiv işləməsinə imkan verir və əzələ gücünü artırmağa

Zərbə-dalğa terapiyası

Zərbə-dalğa terapiyası

Zərbə-Dalğa Terapiyası müvafiq nahiyədə qan axını gücləndirir və bu nahiyənin aktivliyini artıraraq sağalma prosesinin sürətlənməsinə töhfə verir. Ümumiyyətlə ortopedik pozğunluqlar üçün istifadə edilən Zərbə Dalğası

Evdə Qulluq və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri ilə müalicəsini evdə davam etdirmək istəyən xəstələrə, doğuşdan əvvəl və doğuşdan sonrakı dəstəyə ehtiyacı olan analara, yaşlılar və qayğıya ehtiyacı

Parkinson Reabilitasiyası

Parkinson Reabilitasiyası nədir?

Parkinson xəstəliyi beyin hüceyrələrinin itirilməsi ilə irəliləyən bir beyin xəstəliyidir. Bu, 65 və yuxarı yaşda olan insanların 1-2%-də baş verən mütərəqqi nevroloji xəstəlikdir. Xəstələrin təxminən

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Reabilitasiya prosesinin ümumi məqsədi ən yüksək həyat keyfiyyəti ilə mümkün qədər müstəqil yaşamaqdır. Fizioterapiyanın əsas məqsədi ilk növbədə xəstənin əvvəlki funksiyasını bərpa etmək və ya

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya sözü oynağın içərisinə baxmaq deməkdir. Fiberoptik cihazlar (kamera və işıq sistemləri) vasitəsilə oynaqların daxili hissəsi vizual olaraq yoxlanılır. Bu sayədə oynaqdaxili toxumalarda olan xəstəliklər

Reabilitasiyanın növləri

Reabilitasiya növləri

Reabilitasiya insanın sağlamlığını, funksionallığını və ya həyat keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilən bir sıra müalicə və prosesləri əhatə edən bir termindir. Reabilitasiya ümumiyyətlə xəstəlik, zədə və ya

Evdə Fizioterapiya Xidməti

Evdə Fizioterapiya Xidmətinə nələr daxildir?

Evdə fizioterapiya xidməti nevroloji xəstəliklər, kəskin və xroniki ortopedik pozğunluqlar və uşaq xəstəlikləri üçün fizioterapevtlər tərəfindən ev şəraitində xəstələrə həkimlər tərəfindən uyğun hesab edilən müalicənin

Evdə oksigen avadanlıqları

Evdə oksigen avadanlıqlarına ehtiyacınız var?

Oksigen balonu həkimlərin qanında oksigen səviyyəsi aşağı olan xəstələrə tövsiyə etdiyi müalicə üsullarından biridir. Evdə tibbi xidmət zamanı Oksigen terapiyası həkimin təyin etdiyi tezlikdə və

Evdə Sağlamlıq Baxımının faydaları

Evdə Tibbi Xidmətin faydaları

Evdə tibbi xidmət – xəstəlik, zədə və ya tibbi vəziyyəti müalicə etmək və ya idarə etmək məqsədilə tibb bacıları, terapevtlər və köməkçilər də daxil olmaqla

Demansın müalicəsi

Demansın müalicəsi

Demans sözü latınca ağıl mənasını verən mens sözündən götürülüb. Demans ağlın itirilməsi deməkdir. Ancaq demanslar, xüsusən də Alzheimer demensiyası birdən-birə baş vermir, simptomlar tədricən görünür

Niyə bu qədər yorğunuq?

Niyə bu qədər yorğunuq?

Yorğunluğun həyatımızın ayrılmaz hissəsinə çevrildiyi şübhəsizdir. Bir tərəfdən həyatın sürətlənməsi, mürəkkəb münasibətlər və həyat tərzi dəyişiklikləri, getdikcə artan stress, yuxusuzluq, qida çatışmazlığı, hərəkətsizlik səbəbindən bədənimizin

evdə serum xidməti

Serum nədir və niyə tətbiq olunur?

Bəzi hallarda insan xəstəliyi səbəbindən xəstəxanada vaxt keçirmək istəməyə bilər və ya bu barədə tərəddüd edə bilər. Bu tərəddüd və narahatçılıq evdə serum xidmətinin seçimində

Tomatis metodu

Tomatis metodu nədir, necə işləyir?

Tomatis Metodu beyni effektiv və təbii şəkildə stimullaşdırır. Bu, tibbi müalicə və klassik terapevtik üsulların istifadəsi zamanı əlavə bir vasitədir. Tomatis metodu çərçivəsində tətbiq edilən

Loqoped

Loqoped problemləri

Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdən hesab olunur. Müxtəlif səbəblərdən meydana çıxan hər hansı bir nitq qüsuru zamanla fəaliyyət, davranış

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.