- Fiziki Reabilitasiya
Fiziki reabilitasiya da funksionallığı bərpa etmək məqsədilə xüsusilə mexanoterapiyadan istifadə edilir. Mexanoterapevtik vasitələr hərəkət aktivliyi artıran və reabilitasiya məqsədilə istifadə olunan bütün idman vasitələri və xüsusi aparatlardır. Yuxarı və aşağı ətraflar, çiyin və onurğa reabilitasiyasında spesifik cihazlarla yanaşı gündəlik idman vasitələri də təyinatlı şəkildə istifadə olunur.
Fizioterapiya – təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini araşdıran və onların müalicə – profilaktik məqsədi ilə tətbiqi üsullarını hazırlayan tibbi bölmədir.
Fizioterapiya – bir çox xəstəliklərin profilaktikasında çox gözəl vasitəsidir, həmçinin ümumi müalicə kursunda da əlavə üsul kimi istifadə olunur.
Təcrübəli həkimlər və fizioterapevtlər komandamız poliklinik və ağır baxım xəstələrinə xidmət göstərir. Mərkəzimizdə fiziki müalicə, məşq və ən son sistem cihazları ilə təchiz olunmuş otaqlar var.
Bakı Bərpa Mərkəzinin əsas məqsədi təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini istifadə edərək, hər hansı bir xəstəliyin müalicəsində ən yaxşı effektə nail olmaqdır. Həkimlərimiz kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edirlər. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edilir. Peşəkar həkimlərin məqsədi xəstələri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır.
Müalicə üsulları:
- Akapunktur lazer diaqnostikası
- Ozonoterapiya
- Balneoterapiya
- Biopunktura
- Elektrostimulyasiya
- Elektroterapiya
- Galokamera
- Hidromassaj
- Hidrotraksiya (sualtı dartılma)
- Hirudoterapiya (zəli ilə müalicə)
- İnhalyasiya
- Kombinə elektroterapiya
- Qısa dalğa
- Lazer
- Maqnitoterapiya
- Manual terapiya
- Mexaniki müalicə
- Naftalanla müalicə
- Parafinli müalicə
- Parafin-naftalanlı applikasiya
- Reabilitasiya
- Tibbi masaj
- Traksiya (mexaniki dartma)
- Ultrasəs
Fizioterapiyanın hər hansı bir müalicəvi üsulundan sonra aşağıda qeyd edilən müalicəvi təsirlər müşahidə edilir:
Limfodrenaj
Sedativ(sakitləşdirici)
Qan dövranı normallaşır
İltihab əleyhinə təsir
Sinir-əzələ stimul edici
Ağrıkəsici
Reabilitasiya orqanizmin itirilmiş funksiyalarının bərpa edilməsi və sosial yaşama geri qaytarılması deməkdir.
• Beyin Cərrahiyyəsi sonrası reabilitasiya
• İdmançı reabilitasiyası
• Kardioloji reabilitasiya
• Nevroloji reabilitasiya
• Ortopedik reabilitasiya
• Pediatrik reabilitasiya
• Pulmonoloji reabilitasiya